Girish son Layout 1


-cü dərs. HİKMӘTİN FӘZİLӘTİ (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

44-cü dərs. HİKMӘTİN FӘZİLӘTİ (2 saat) 
Motivasiya
Müəllim: Dünyada ən lazımlı şey nədir?
Müəllim bildirir ki, sualı cavablandıran şagirdlər öz cavablarını ətraflı şə -
kildə əsaslandırmalıdırlar.
Söz ehtiyatı
(St. 2.1.1)
Mətn şagirdlərə tanış olmayan ərəb-fars mənşəli sözlərlə zən -
gindir. Buna görə də əvvəlcə şagirdlər mətni səssiz oxuyub anlamadıqları
sözləri vərəqdə qeyd edirlər. Mətn oxunduqdan sonra bu sözlərlə iş aparılır
(onlardan bir çoxu 1-ci tapşırıqda qeyd olunub). Müəllim çalışmalıdır ki, şa -
gird lər kontekstdən çıxış edərək bu sözləri izah etsinlər. Daha sonra həmin
sözlər izahlı lüğətdən tapılır və izahlar dəqiqləşdirilir, kontekstə uyğun olub-
olmadığı yoxlanılır.
Oxu
Fəndaxili inteqrasiya
(St. 2.2.3; st. 1.1.2)
Mətn 4 hissəyə bölünür. Hər
qrupa bir hissəni oxuyub öz sözləri ilə nəql etmək tapşırılır.
I qrup: 
Qədim bir kitabda vardır bu xəbər,
İranda bir həkim varmış mötəbər.
Ümidi yox ikən onun sabaha
Belə bir sifariş göndərdi şaha:
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Mətndəki söz və ifadələrin kontekstə
uyğun mənasını lüğətin köməyi ilə
müəy yən edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Həyat haqqında düşüncələrindən çıxış
edərək mətndəki fikir və mülahizələrə
öz münasibətini bildirir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şə kil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki məlumatları (hadi -
sə ləri) ümumi 
ləş dirməklə əsas fikri
müəy  yən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin giriş, əsas və sonluq hissəsinə
aid olan xüsusiyyətləri müəyyən edir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əla  qələndirir. 
Әldə etdiyi məlumatları abzaslar üzrə
məntiqi ardıcıllıqla qruplaşdırır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Zərfləri quruluşuna görə fərqləndirir.
141
HİKMƏT XƏZİNƏSİ
141
HİKMƏT XƏZİNƏSİ
141
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


“Onun üzüyünü böyük hökmdar
Әn müdrik adama versin yadigar”.
Şah bu vəsiyyəti icra edərkən
Ehtiyat edirdi divanələrdən.
Çünki hər dövlətli, kasıb, hər gəda
Özünü ən müdrik bilir dünyada.
II qrup: 
Nəhayət, hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.
Dedi: “Üç suala istərəm cavab,
Kim daha düz desə, olsun intixab”.
Әvvəl: ən xeyirli nədir, müxtəsər?
Tamahkar olanlar dedilər ki, zər!
Müşavir olanlar dedilər: “Xərac!”
Tacirlər dedilər: “Şadlıq və rəvac!”
Şah dedi: “Uzaqdır bunlar mətləbdən”.
Orada bir qoca durmuşdu, həmən
Söylədi: “Hər şeydən xeyirli – hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər”.
III qrup: 
Şah qəbul eylədi, soruşdu yenə:
“Dünyada hər şeydən yaxşı, deyin, nə?”
Yüksəldi müxtəlif səslər saraydan:
“Şahın razılığı... şadlıq... firavan”.
Yenə də o kasıb dedi bu sözü:
“Hər şeydən yaxşıdır yaxşılıq özü.
Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də”.
IV qrup: 
Şah dedi: “Әn lazım nədir insana?”
Yenə də çox fikir çıxdı meydana.
Şah isə o şəxsə edirdi diqqət,
Dedi: “Әn lazımlı şeydir həqiqət.
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam”.
Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.
Әmr etdi, saraydan getməsin bir an
Ki, alsın hər işdə məsləhət ondan.
Nəhayət, oldu o, şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
142
V BÖLMƏ
142
V BÖLMƏ
142
V BÖLMƏ
  Çap üçün deyil


Nə yaxşı olardı, hər ölkədə, ah,
Olaydı belə bir vəzir ilə şah.
Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşı adamlarda olsun nəzərin.
Hər bir qrup müvafiq hissəni təqdim etdikdən sonra dinləyən şagirdlər
həmin hissədəki məlumatları ümumiləşdirib bir-iki cümlə ilə ifadə etməlidirlər.
Məsələn, 1-ci qrupun təqdimatından sonra ümumiləşdirmə belə aparıla bilər:
Bir həkim ölüm ayağında olarkən öz üzüyünü şaha göndərib deyir ki, onu ən
müdrik adama versin. Lakin şah ehtiyat edirdi, çünki bilirdi ki, hamı özünü
müd  rik sayır.
Dərslikdəki 2-4-cü tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırıqla bağlı müzakirə
təşkil oluna bilər. Şagirdlər 4-cü tapşırığı yerinə yetirməkdə çətinlik çə kər lər -
sə, müəllim klassik ədəbiyyatdan son misralarında şairin təxəllüsü əks olunan
bir neçə şeir nümunəsi göstərə bilər. 
(St. 2.2.2) 
Mətnin giriş, əsas və sonluq hissələri müəyyən olunur. Әsas
hissənin tərkib hissələrini müəyyən etmək tapşırıla bilər. Belə ki, burada şahın
hər sualını və ona cavabı bir bitkin hissə kimi qəbul etmək olar.
Yazı
(St. 3.1.3)
5-ci tapşırıq. Şagirdlərə Abbasqulu ağa Bakıxanov haqqında
araşdırma aparıb yazılı təqdimat hazırlamaq tapşırılır. Müəllim bildirir ki, bir
ictimai-siyasi xadim və yazıçı kimi Bakıxanovun fəaliyyəti çoxşaxəli olub. Odur
ki şagirdlər öz yazılarında məlumatları abzaslar üzrə düzgün qruplaş dırmalı,
bitkin hissələr arasında keçid cümlələr düşünüb yazmalıdırlar. Onların yazıları
ilk növbədə bu baxımdan qiymətləndiriləcək.
Dil qaydaları
6-cı tapşırıq bir qədər genişləndirilib cütlərlə iş şəklində yerinə yetirilə bilər.
Bunun üçün müəllim şeirdən daha bir neçə söz sırası pozulmuş cümlə ta pa -
raq onları cütlərə təqdim etməlidir. 
(St. 4.1.2)
7-9-cu tapşırıqlar vasitəsilə zərfin quruluşca növləri mövzusu
təkrarlanır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
143
HİKMƏT XƏZİNƏSİ
143
HİKMƏT XƏZİNƏSİ
143
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə