Girish son Layout 1


-ci dərs. SEVİNC (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

45-ci dərs. SEVİNC (2 saat) 
Motivasiya
Müəllim şagirdlərə sevinc hissini izah etməyi tapşırır və bunun üçün yö -
nəldici sual verir: Hansı hallarda sevinirsiniz?  Cavablar müxtəlif ola bilər: “Ad
günüm olanda”, “Hədiyyə alanda”, “Müəllim məni tərifləyəndə” və s. 
Müəllim şagirdləri oxunacaq əsərin ideyası ilə bağlı düşündürmək üçün
suallarını davam etdirir:
– Yazda ağaclar çiçək açanda hansı hisləri keçirirsiniz?
– Bəs ilk qar yağanda?
Müəllim çalışmalıdır ki, şagirdlər həmin səhnələri təsəvvürlərində can lan dır -
sınlar və öz hislərini ətraflı təsvir etsinlər.
Oxu
(St. 2.2.1)
Mətn əvvəlcə İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. Şa -
girdlərə suallar təqdim olunur:
1. Uşaqlar nəyə sevinirdilər?
2. Әlinin sevinci nə ilə fərqlənirdi?
3. Uşaqların onun söylədiklərinə münasibəti necə oldu?
4. Nəzrinin son cümləsini necə başa düşürsünüz? (2-ci tapşırıq)
Şagirdlər mətni oxuduqca bu suallara cavab axtarırlar. Sonda müəllim bu
sualları ardıcıl olaraq müxtəlif şagirdlərə yönəldir. Şagirdlər sualları cavab -
landırmaqla mətni nəql etmiş olurlar.
Yazı
(St. 3.1.1) 
Daha sonra “Son sözü mənə saxla” üsulu tətbiq oluna bilər.
Şagirdlər vərəqdə mətndən onları təsirləndirən və ya onlarda müəyyən fikir,
duyğu oya dan bir hissəni, vərəqin arxa tərəfində isə bu hissə ilə bağlı şərh -
lərini yazırlar. Hər bir şagird öz hissəsini oxuduqdan sonra digər şagirdlər bu
hissəyə münasibət bildirir, şərh edir. Sonda şagird öz şərhini oxuyur. 
1-ci tapşırığı yerinə yetirərkən şagirdlər obrazların nitqindən çıxış edərək
onların xarakterini təhlil edirlər.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına
kömək edən məqamları müəyyən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Әsərdə onu daha çox təsirləndirən his -
səni şərh etməklə genişləndirir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şə kil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki məlumatları ümumi -
ləş dirməklə əsas fikri müəy  yən edir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Zərfin məna növlərini fərqləndirir.
144
V BÖLMƏ
144
V BÖLMƏ
144
V BÖLMƏ
  Çap üçün deyil


Dinləmə
(St. 1.1.2)
Müəllim aşağıdakı mətni səsləndirir:
QUŞUN MӘSLӘHӘTİ
Bir kişi balaca bir quşu tutur. Quş ona deyir: 
– Burax məni. Mən sənə 3 dəyərli məsləhət verərəm. 
Quşcuğaz söz verdi ki, birinci məsləhətini onun ovcunda, ikincini bu -
da ğın üstündə, üçüncünü isə yüksəklikdən verəcək. 
Kişi razılaşır. Quş birinci məsləhəti verir: 
– Nədənsə məhrum olanda onun peşmançılığını çəkmə. 
Kişi quşu havaya buraxdı və o, budağa qonub davam elədi: 
– Boş və dəlilsiz şeylərə inanma. 
Daha sonra yüksəkliyə uçub dedi: 
– Mən iki iri zümrüd daşı udmuşam, məni buraxmaqla onları itirdin. 
Kişi heyifsiləndi və əlləri ilə başını tutub özünü danladı.
Bu yerdə müəllim fasilə verib şagirdlərə quşun verdiyi məsləhətləri təkrar
et  məyi tapşırır və soruşur: “Sizcə, quş ona nə deyəcək?” Şagirdlərin versi ya la -
rı dinlənildikdən sonra müəllim davam edir:
Quş dedi:
– Üçüncü məsləhətə ehtiyac yoxdur, çünki peşman oldun və hansısa
uydurmaya inandın! Bir fikirləş, gör balaca quşun qarnında iki iri zümrüd
daşı necə yerləşə bilər? Sən axmaqsan və heç bir məsləhət sənin
köməyinə gəlməyəcək.
Dinlənilmiş mətnin ideyası üzrə iş aparılır. Müəllim müzakirəni belə ye kun -
laşdıra bilər: Anlamayana söz başa salmaq, məsləhət vermək çətindir... 
Dil qaydaları
(St. 4.1.2) 
Zərfin məna növləri ilə bağlı dil qaydaları tədris olunur. Bu böl -
mə də bəzi tapşırıqlar qırmızı ulduz işarəsi ilə verilir. 7-ci tapşırıqda yer zərfi
yoxdur. 9-cu tapşırığı yerinə yetirmək üçün müəllim belə bir cədvəl təklif edə bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
Mənaca növü
Quruluşca növü
Yer
Zaman
Tərzi-hərəkət
Kəmiyyət
Sadə
Düzəltmə
Mürəkkəb
145
HİKMƏT XƏZİNƏSİ
145
HİKMƏT XƏZİNƏSİ
145
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


46-cı dərs. İNAM. ÜMİD (3 saat) 
Motivasiya
Şagirdlərə belə bir mətn oxunur.
Qonşuluğumuzda bir oğlan yaşayırdı. Kiçik yaşlarında düşdüyü av-
tomobil qəzasından sonra ayaqları tutulmuşdu. Həkimlər çox çalışmış,
lakin onu ayağa qaldıra bilməmişdilər. Axırda hamının ümidi kəsilmiş
və “Təbabət burada gücsüzdür”, – deyib geri çəkilmişdi. 
Oğlanın həkimlərin qərarından xəbəri yox idi. O inanırdı ki, bir gün
ayağa qalxacaq və yaşıdları ilə birlikdə həyətdə futbol oynayacaq,
velosiped sürəcək. 
Oğlanın anası da çox əziyyət çəkirdi və oğluna necə kömək edə cə -
yini bilmirdi. Hər dəfə oğlu: “Ana, mən nə vaxt ayağa qalxaca ğam?” –
so ruşanda ana onun tezliklə yaşıdları ilə birlikdə həyətdə necə qaçdı-
tutdu oynayacağı haqqında danışardı. Ana, doğrudan da, ümid edirdi
ki, oğlu nə vaxtsa yeriyə biləcək.
Sual: Sizcə, hadisələr necə cərəyan edəcək?
Ana oğluna o qədər belə əhvalatlar danışmışdı ki, artıq özü də oğ -
lu nun sağalacağına inanmağa başlamışdı. Ana və oğul hər gün  idman
hərəkətlərini yerinə yetirir və hər ikisi inanırdı ki, uşağın vəziy yətində
bu gün dünənkindən bir qədər də irəliləyiş vardır. 
Günlərin bir günü, həqiqətən də, möcüzə baş verdi. Oğlan yeriməyə
başladı. Bir müddət sonra balaca oğlanın həyətdə dostları ilə oyna -
dığını görən həkim çox təəccübləndi. Həkim anadan soruşdu:
– Siz buna necə nail oldunuz? Oğlanı nə sağaltdı?
– Mənim ümidim və onun inamı.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
mü nasibət bildirir.
Mətndəki əsas məqamlarla bağlı sual -
ları cavablandırır.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir. 
Öyrəndiyi yeni sözləri nitqində məna sı -
na uyğun istifadə edir (cümlələr qurur).
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Verilmiş mövzuda təsviri xarakterli yazı
(esse) yazır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Kontekstdən asılı olaraq sözün zərf,
yoxsa isim olduğunu müəyyən edir.
146
V BÖLMƏ
146
V BÖLMƏ
146
V BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə