Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

Hadisələr artan xətt üzrə inkişaf edir: Şagird çay gətirir. Görür ki, müəllimi ye -
nə də yanan sobaya baxır. Şagird düşünür ki, əgər müəllim çay iç məsə, de -
məli, ondan möhkəm inciyib. Müəllim maşa ilə oddan bir köz gö türüb daşın
üs tünə qoyur və çaydan bir qurtum içir. Şagird bir qədər sakitləşir, lakin hələ
də ustadının susması ona qaranlıq qalır.)
– Əsərdə hansı məqamı ən gərgin məqam hesab etmək olar? (Kulmina -
siya – Ustad daşın üstündən sönmüş közü götürür, külünü üfürüb qa ralmış
kömürü yenidən oda atır. Kömür alışmağa başlayanda ayağa qalxıb gedir.
Qapının ağzında dönüb bir daha kömürə baxır.)
– Hansı məqamda siz artıq hər şeyi başa düşdünüz? (Razvyazka – Şagird
ustadının kömürə baxdığını görüb hər şeyi başa düşür.)
5-ci tapşırıq əsərin ideyasını müəyyənləşdirməyə və daha dərindən dərk
etməyə xidmət edir. 
Söz ehtiyatı
(St. 2.1.1)
4-cü tapşırıq yerinə yetirilir. Sözlərin əvvəlcə kontekstdən çıxış
edərək, sonra isə lüğətin köməyi ilə mənaları araşdırılır. Hərfi və kontekstdaxili
mənaları müqayisə edilir. 
Yazı 
(St. 3.1.2)
Mətnin sonluğunu dəyişmək tapşırılır. Cəld yazı üsulundan
istifadə olunur. Beş dəqiqə müddətində şagirdlər təxəyyüllərinə uyğun sonluq
yaz ma lıdırlar. Bu sonluq 2-5 cümlədən ibarət ola bilər. Məsələn: Ustadı get -
dik  dən sonra tələbə həmin kömürü sobadan çıxardı. Kömür soyuduqdan son -
ra onu bir qaba qoydu. Bir vərəqdə “Ustadımın səssiz dərsi” sözlərini yazıb
qabın üstünə yapışdırdı.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
150
V BÖLMƏ
150
V BÖLMƏ
150
V BÖLMƏ
  Çap üçün deyil


48-ci dərs. SİLİNMӘZ DOSTLUQ (2 saat) 
Motivasiya
Müəllimin tapşırığı ilə şagirdlər dostluq haqqında atalar sözləri, bayatılar
xatırlayırlar. Müəllim şagirdlərə kömək məqsədi ilə aşağıdakı atalar sözlərinin
bir hissəsini deyib onları tamamlamağı tapşıra bilər.
– Dost dosta tən gərək... (tən olmasa, gen gərək). 
– Sirrini dostuna demə... (dostunun da dostu var).
– Dost min isə azdır... (düşmən bir isə çoxdur).
Dostun yoxsa, axtar... (tapdın, qoru).
– Dostunu mənə göstər... (sənin kim olduğunu deyim).
Sonda müəllim şagirdlərə Məhəmməd peyğəmbərin “Dostunla bir gün
düşmən olacaq kimi, düşmə nin lə bir gün dost olacaq kimi rəftar et” kəlamını
izah etməyi tapşırır. 
Oxu
(St. 2.2.1)
Mətnin səsli oxunması müəllimin sualları ilə müşayiət olunur.
Bu suallar təxminetmə xarakterli olmaqla yanaşı, həm də mətnin ideya və
məzmununu müəyyənləşdirməyə yönəlməlidir. 
Mətnin birinci abzası oxunduqdan sonra:
– Sizcə, hadisələr necə davam edəcək? Nə üçün belə düşünürsünüz?
İkinci abzas oxunduqdan sonra:
– Oğlanın hərəkətini necə izah edərdiniz?
Üçüncü abzas oxunduqdan sonra:
– Qaya və qum. Nə üçün müəllif bunları seçib? Mətnin ideyasının for ma -
laş masında bunlar necə rol oynaya bilər?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dır maq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına kö -
mək edən məqamları müəyyən edir.
2.1.2. Sözləri həqiqi və məcazi məna -
da işlənməsinə görə fərqləndirir.  
Kontekstə görə sözün həqiqi, yoxsa
məcazi mənada işləndiyini müəyyən -
ləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir.   
Nəqli xarakterli yazı yazarkən epizod -
la rın ardıcıllığını müəyyən edir. 
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Eyni mövzuda təsviri, nəqli və mühaki -
mə xarakterli yazı yazır.
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Diskussiya zamanı problemlə bağlı
fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir. 
Kontekstə görə zərfləri digər nitq his -
sə lərindən fərqləndirir.
151
HİKMƏT XƏZİNƏSİ
151
HİKMƏT XƏZİNƏSİ
151
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Mətn axıra qədər oxunduqdan sonra:
– Oğlanların hərəkətlərini necə qiymətləndirirsiniz? (Sualı parçalamaq olar:
1. Dostunun ona şillə vurması. 2. O biri oğlanın buna reaksiyası. 3. Dostunun
2-ci hərəkəti. 4. Oğlanın buna reaksiyası.)
Әsərin ideyasını müəyyənləşdirmək üçün müəllim bir neçə atalar sözü
təqdim edib onlardan əsərin ideyasına uyğun olanları seçməyi tapşıra bilər: 
A) Dostun versə qum, sən onu ovcunda yum.
B) Dostun yoxsa, axtar, tapdın, qoru.
C) Dost yolunda boran olar, qar olar.
D) Dostluq etmək asandır, dost olmaq çətin.
E) Dostun olmasını istəyirsənsə, özün dost ol.
Fikirlər müxtəlif ola bilər. Buna görə də müəllim şagirdlərə cavabları əsas -
landırmağı tapşırmalıdır. Bunun üçün onlar seçdikləri atalar sözünü izah
etməli, mətnin ideyasını müəyyənləşdirməli, bu nunla da onların bir-birinə uy -
ğun gəldiyini əsaslandırmalı, eyni zamanda digər variantlara qarşı əks-ar -
qumentlər səsləndirməlidirlər. 
Sual: “Atanın dərsi”, “Səssiz dərs”, “Silinməz dostluq” mətnlərində hansı
oxşar cəhəti görürsünüz? (Hər üç əsərdə obrazlardan biri digərinə sözlə deyil,
bir növ, rebusla dərs verir.)
Söz ehtiyatı
(St. 2.1.2)
1-ci tapşırıq yerinə yetirilir. Şagirdlər “şillə yeyən” ifadəsində
“yeyən” sözünün məcazi mənada işləndiyini müəyyən edirlər. 
Sual: Sizcə, mətnin adındakı “silinməz” sözü həqiqi, yoxsa məcazi mənada
işlənmişdir? Bu sual ətrafında kiçik debat da təşkil etmək olar. Әslində, “Si lin -
məz dostluq” ifadəsində “silinməz” sözü məcazi mənadadır. Lakin mətndə qa -
ya üzərində dostuna minnətdarlıq sözləri yazan oğlan deyir: “...bunu daşlara
yazdım ki, heç bir külək dostluğumuzu silib aparmasın”. Odur ki bu kontekstdə
həmin sözü həqiqi mənada da qəbul etmək olar.
Yazı
(St. 3.1.3)
Mətn oxunduqdan sonra şagirdlərə Cəld yazı üsulu ilə tapşırıq
verilir: 1-ci abzasdan sonra mətni öz təxəyyülünüzə uyğun dəyişərək nəqli
xarakterli mətn yazın.
Şagirdlərin müxtəlif variantları ola bilər. Məsələn:
...Oğlan şillə alan kimi heç nə demədi. Sakitcə dostunun üzünə baxdı və
dönüb getdi. Bununla da onların dostluğuna son qoyuldu.
Və ya:
...Oğlan şillə alandan sonra inciyib dostundan ayrıldı. Bir müddət keçdi.
Dostlar dənizə gəlirlər və burada rastlaşırlar. Elə olur ki, şillə vuran oğlan də -
nizdə boğulmağa başlayır. Oğlan heç düşünmədən suya atılıb onu xilas edir.
Dostu ayılandan sonra etdiyi hərəkətə görə xəcalət çəkir və oğlandan üzr
istəyir. Onlar yenə də dostluq edirlər.
152
V BÖLMƏ
152
V BÖLMƏ
152
V BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə