Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

Şagirdlərə müraciət edilir: Ananın cavabını necə izah edərdiniz?
Fikirlər dinlənilir, müzakirə aparılır, lakin müzakirə yekunlaşdırılmır.
Oxu
(St. 2.2.1)
“İnam” mətninin oxunması üçün Proqnozlaşdırma üsulu tətbiq
edilir.  
I hissə – “Bəs ən yaxşı insanın kim olduğunu haradan bilim?” cümləsi daxil
olmaqla.
II hissə – “Günəşin odu insanın ... vadar etdi” abzasına qədər.
III hissə – mətnin sonuna qədər.
(St. 2.2.3)
Müzakirə aparılmamışdan əvvəl “Ümid” mətni İstiqamət lən -
dirilmiş oxu üsulu ilə oxu nur. Bu mətn üçün təklif olunan bölgü və suallar:
I hissə – birinci şamın sözlərindən sonra. Sual: Şamın sözlərini necə başa
düşürsünüz?
II hissə – ikinci şamın sözlərindən sonra. Sual: Şamın sözlərini necə başa
düşürsünüz?
III hissə – üçüncü şamın sözlərindən sonra. Sual: Şamın sözlərini necə
başa düşürsünüz?
IV hissə – mətnin sonuna qədər. Suallar: Nə üçün oğlan şamların sön dü -
yünü görüb ağladı? Mətnin sonluğunu necə izah edərdiniz? (3-cü tapşırıq
yerinə yetirilir).
Hər iki mətnin ideyası üzərində iş aparılır.  4-cü tapşırıq yerinə yetirilir. Mo-
tivasiya mərhələsində oxunmuş mətnin ideyası ilə müqayisə edilir. 
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 1-ci tapşırıqda verilmiş ifadələrin mənasını izah edir
və cümlədə işlədirlər. 
2-ci tapşırıq: “İnam” və “ümid” sözlərinin mənaları arasındakı fərqi müəy -
yən etmək VI sinif şagirdi üçün bir qədər çətin ola bilər. Şagirdlər bu sözləri
Sizcə, nə baş
ve rəcək?
Nə üçün belə
dü şünürsünüz?
Әslində, nə baş
verdi?
Başlığı oxuduqdan
sonra
İlk hissəni oxuduq-
dan sonra
İkinci hissəni oxu -
duqdan sonra
Bütün hekayəni
oxu duqdan sonra
147
HİKMƏT XƏZİNƏSİ
147
HİKMƏT XƏZİNƏSİ
147
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


ey ni kontekstdə işlədib məna fərqini duyduqdan sonra bu fərqi izah edə
bilərlər:
– Mən inanıram ki, sən qalib gələcəksən.
– Mən ümid edirəm ki, sən qalib gələcəksən.
“İnam”da gələcəklə bağlı qətiyyət, “ümid”də ehtimal, güman ifadə olunur.
Yazı
(St. 3.1.1)
Tapşırıq: “Ümid” mətnində “...Pıçıltıların kəsildiyini eşidən uşaq
içəri girdi. Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.” cüm -
lə lə rindən sonra oğlanın keçirdiyi hisləri ifadə edən təsviri xarakterli bir mətn
yazın. 
Təqribən belə bir mətn ola bilər:
Oğlan şamların söndüyünü görüb ağlamağa başladı. Bu dəqiqə
keçirdiyi hisləri kiməsə anlatmaqda çətinlik çəkərdi. İçində böyük bir
kədər hissi var idi. O anlayırdı ki, dünyada sülh, səmimiyyət və sevgi
ol masa, həyat sönər. Hər yerdə müharibə və qırğınlar başlayar, ci na -
yət, düşmənçilik, nifrət baş alıb gedər. İnsanlıq məhv olar. Nə et məli?
Dünyanı necə xilas etməli? 
Ürəyindəki ağrı ilə başını qaldırdı və ümid şamının sönmədiyini gö -
rən oğlanın içində sanki günəş doğdu. Hələ heç nə itirilməyib. Hər şeyi
düzəltmək və qaytarmaq mümkündür. Ümid var ki, insanlar sə mi miy -
yətlərini geri qaytaracaq, bir-birinə sevgi ilə yanaşacaq və dünyada
sülh yaradacaqlar. Ümid varsa, demək, həyat davam edir.
Dil qaydaları
(St. 4.1.2)
5-ci tapşırıq dil qaydaları üçün motivasiya xarakteri daşıyır. Həm
zərf, həm də digər nitq hissəsi kimi işlənən sözlərdən danışanda şagirdlərə
izah edil mə lidir ki, bu cür sözlərin qrammatik mənası yalnız kontekst daxilində
müəy yənləşir. 
Müəllimin nəzərinə! “Zərf və digər nitq hissələri” mövzusu mə nim sə di -
lər kən müəllim bu tip sözlərin hansı nitq hissəsinə aid olması ilə
bağlı meyarları şagirdlərin nəzərinə çatdırmalıdır: 
– Zərf və ya isim olması cümlə dəki sualından asılıdır;
– Zərf, say və ya sifət olması həmin sözlərin cümlədə əşyaya və
ya hərəkətə aid olmasına görə müəyyənləşir. 
6-12-ci tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
148
V BÖLMƏ
148
V BÖLMƏ
148
V BÖLMƏ
  Çap üçün deyil


47-ci dərs. SӘSSİZ DӘRS (1 saat) 
Motivasiya
Sual: “Ziyanın yarısından qayıtmaq da xeyirdir” atalar sözünü necə başa
düşürsünüz? Şagirdlər həyatdan misallar gətirməklə atalar sözünü şərh edirlər.
Oxu
Fəndaxili inteqrasiya
(St. 2.2.1 və st. 1.2.2)
Mətn səsli oxu ilə oxunur.
Şagirdlər mətndəki əsas məqamlardan çıxış edərək mətndaxili sualları
cavablan dırı rlar. 
Müəllim əlavə suallarla da sinfə müraciət edə bilər:
1. Ustad nə üçün bir müddət şagirdin gəlməsini gözləyir?
2. Hansı hissədə şagirdin dərsə gəlməməyinin səbəbi açıqlanır?
3. Ustadın hərəkətini necə izah edərdiniz? Közü götürüb və sonra yenidən
alova atmaqla nə demək istəyirdi?
4. Nə üçün mətn “Səssiz dərs” adlanır?
3-cü tapşırığa uyğun olaraq qısamüddətli debat keçirilir. Bundan əvvəlki
tapşırıq şagirdlərdən oxuduqları hissədə əsas məqamlara diqqət yetirməyi
tələb edir. Şagirdlər öz tezislərini müdafiə etmək üçün bu məqamlardan
istifadə etməlidirlər.
Fənlərarası inteqrasiya
(St. 2.2.2  və Әdəbiyyat – st. 1.1.3)
Mətnin tipi
və onun tərkib hissələri müəyyən edilir. Müəllim “zavyazka”, “kulminasiya”,
“razvyazka”, “final” kimi ədəbiyyatşünaslıq terminlərindən istifadə etmədən
süjetli əsərə qoyulan tələblər və bu cür əsərlərin kompozisiya elementləri
barədə şagirdlərdə müəyyən təsəvvürlər yarada bilər: 
– Hər bir bədii əsər elə qurulmalıdır ki, oxucunu cəlb etsin, onda hadisələrin
inkişafına maraq oyatsın, oxucu əsərdən ayrılmasın. Bu əsərdə hansı mə -
qam dan etibarən sizdə hadisələrə maraq oyandı? (Zavyazka – Tələbə göz -
ləyir ki, ustad onu danlayacaq. Ustad isə sakitcə oturub yanan sobaya baxırdı.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Әsərdə ideyanın açılmasına xidmət
edən epizodları müəyyən edir.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin kompozisiya elementlərini
müəyyən edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Düzəltmə sözü izah etmək məqsədi ilə
onun kökünün mə na sını araşdırır.
3.1.2. Mətni mövzuya uyğun fakt və
ha  disələrlə zənginləşdirir.
Təxəyyülünə uyğun olaraq mətnin son -
luğunu yeni fakt və hadisələrlə zən -
ginləşdirir.
149
HİKMƏT XƏZİNƏSİ
149
HİKMƏT XƏZİNƏSİ
149
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə