Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

Mətn şagirdlər tərəfindən ucadan oxunur. Hər bir hissə bitəndə şagirdlər
mətnin davamı ilə bağlı fərziyyələrini söyləyirlər, nə üçün belə düşündüklərini
əsaslandırırlar. Fərziyyələr qeyd edilir. Sonda “Әslində nə baş verdi?” qrafası
doldurulur. 
Әsərdəki obrazlar təhlil olunur. Neman və Simnar obrazlarına münasibət
bildirilir. Çox güman ki, şagirdlər hökmdar obrazını mənfi, sənətkar obrazını
müsbət obraz kimi qiymətləndirəcəklər. Müəllimin tapşırığı ilə şagirdlər 122-ci
səhifədəki dialoqda göy rəngli cümlə ilə başlanan hissəyə – Simnarın söz  lə -
rinə münasibət bildirirlər. Bu sözlərdən belə çıxır ki, Simnar hökmdarın tap şı -
rığını yerinə yetirərkən bütün məharətini ortaya qoymayıb. Bu onun nitqinin o
qə dər də diplomatik olmadığını göstərir. Bununla bağlı müəllim IV sinifdə
keçilmiş “Natiqlik məharəti” (“Qabusnamə”dən parça) mətnini xatırlada bilər.
2-ci tapşırıq yerinə yetirilərkən verilmiş variantların hər üçü müzakirə olu -
nur, şagirdlər Neman şahda xudbinliyin daha çox olması qənaətinə gəlirlər.
Yazı
(St. 3.1.2)
3-cü tapşırıqda şagirdlərə mətnin sonluğunu dəyişmək tap şı rı lır.
Sonluq aşağıdakı kimi ola bilər: 
“Simnarın cavabı Nemanın xoşuna gəldi. Şahın gözünün qarşısında me -
marın təsvir etdiyi qəsr canlandı. Bu gözəl sənət əsərinin meydana gəl mə  si -
nə şərait yaratdığı üçün adının tarixə düşə biləcəyi fikri onu hə yə  can lan dırdı.
Həmin an əmr etdi: Qəsrin inşasına başlansın!”  
Söz ehtiyatı
(St. 2.1.1)
1-ci tapşırıqda verilmiş sözlər mətndə rast gəldikcə şagirdlər
tərəfindən kontekstə görə izah olunur. Bu izahlar tam formalaşdırıldıqdan
sonra bir vərəqdə yazılır. Mətnlə iş (oxu mərhələsi) bitdikdən sonra şagirdlərin
izahları lüğətdəki izahlarla müqayisə olunur.
Dinləmə və danışma
(St. 1.1.2 və st. 1.2.4) 
“Hökmdar və sənətkar” mövzusunda müzakirə
Sizcə, nə baş
ve rəcək?
Nə üçün belə
düşünürsünüz?
Әslində, nə baş
verdi?
1-ci hissəni oxu duq -
dan sonra
2-ci hissəni oxu duq -
dan sonra
3-cü hissədə “Ne -
man soruşdu”
cüm    ləsinə qədər
oxu duq dan sonra
122
IV BÖLMƏ
122
IV BÖLMƏ
122
IV BÖLMƏ
  Çap üçün deyil


keçiri lir. Müəllim təklif edir ki, şagirdlər bu mövzunu daha kiçik və konkret
mövzulara (problemlərə) bölsünlər. Bu məqsədlə müəllim şagirdləri müəyyən
konkret prob lemlərə istiqamətləndirə bilər:
1. Xalqın tarixində hökmdarın yeri.
2. Xalqın tarixində sənətkarın yeri.
3. Hökmdarın sənətkara münasibəti necə olmalıdır?
4. Sənətkarın hökmdara münasibəti necə olmalıdır?
Şagirdlər 4 qrupa bölünür. Hər qrup bir problem üzrə müzakirə keçirib təq -
di mat hazırlayır. Təqdimatlar dinlənildikdən sonra ümumi müzakirə keçirilir və
tezislər şəklində nəticələr çıxarılır.
Dil qaydaları
(St. 4.1.2)
4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şagirdlər tapşırığı yerinə yetirməkdə çətinlik çəksələr, müəllim sualı
test şəklində qoyub cavab variantları təklif edə bilər. Şagirdlərə yaxın variant-
lar da təklif edilə bilər:  A) gərək  B) kaş  C) təki  D) barı. Qrammatik baxımdan
bu variantlardan hər biri uyğun gələ bilər. Lakin şagirdlər kontekstdən çıxış
edərək “kaş” sözünün daha çox uyğun gəldiyini müəyyənləşdirməlidirlər.
Müəllimin nəzərinə! Arzu şəklinin I şəxs cəmi ilə əmr şəklinin I şəxs cəmi
oxşardır: yaz-a-q, yaz-aq. Belə feillərin hansı şəkildə olduğunu yalnız
kontekstdə (cümlə daxilində) müəyyən etmək mümkündür. Belə ki,
əgər feil arzu ifadə edirsə, ondan əvvəl kaş, gərək, təki, barı sözləri
iş lənirsə (işlənə bilərsə), deməli, o, arzu şəklindədir. Feildən əvvəl
qoy, gəl ədatları işlənirsə, o, əmr şəklində olur. Arzu şəklində feilin
kö künə 2 şəkilçi – arzu şəklinin xüsusi şəkilçisi və şəxs şəkilçisi (yaz-
a-q), əmr şəklində isə yalnız şəxs şəkilçisi (yaz-aq) qoşulur. Dərsliyi
dil qayda ları ilə çox yükləməmək məqsədi ilə bu məlumat dərslikdə
öz əksini tapmamışdır. Müəllim bu məlumatı şagirdlərin diqqətinə
çat dıra bilər, lakin bu biliyin qiymətləndirmə obyektinə çevrilməsi
tövsiyə olunmur.
Dil qaydaları mənimsədildikdən sonra 5-6-cı tapşırıqlar yerinə yetirilir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
123
İNCƏSƏNƏT
123
İNCƏSƏNƏT
123
İNCƏSƏNƏT
  Çap üçün deyil


37-ci dərs. USTADIN MӘSLӘHӘTİ (2 saat) 
Motivasiya
Müəllim əvvəlki dərsdə sinifdə ən yaxşı rəsm çəkən şagirdə onun (müəl -
limin) və ya hər hansı şagirdin portretini çəkməyi tapşırır. Bu dərsin əvvəlində
müəllim “rəssam” şagirdin çəkdiyi şəkli hamıya nümayiş etdirərək tənqidi
fikirlərini söyləməyi xahiş edir. Müəllim ən çox tənqid edən şagirdlərdən so -
ru şur: “Sən daha yaxşı çəkə bilərsənmi?” Daha sonra “rəssam” şagirddən
soruşur: “Bu tənqid sənə necə təsir etdi? Ruhdan düşdünmü?”
Oxu
(St. 2.2.1)
Mətn İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. Şagirdlərə
aşağıdakı suallar təqdim oluna bilər:
1. Ranqanın incəsənət məktəbini bitirmək üçün nə etmək lazım idi?
2. “Rəssamlıq sənətinin incəlikləri” dedikdə nə başa düşürsünüz? (1-ci
mətn  daxili sual)
3. Racın istəyi nə idi?
4. Ustadı Racdan nə tələb etdi?
5. Sizcə, nə üçün Racın çəkdiyi rəsm əsəri “x” işarəsi ilə dolu idi?
6. Növbəti dəfə Ranqa Racdan nə tələb etdi?
7. Ustadın 2-ci tələbi nə ilə nəticələndi?
8. Sizcə, nə üçün heç kim Racın rəsm əsərində dəyişiklik etmədi?
9. Ranqanın sonuncu dərsi nədən ibarət idi?
Göründüyü kimi, suallar yalnız faktoloji xarakterli deyil. Burada mətndəki
məlumatlardan nəticə çıxarmağa, hadisələr haqqında öz fikrini ifadə etməyə
yönəlmiş suallar da var.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına
kömək edən məqamları müəyyən edir. 
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
Mətnin tərkib hissə lə rinin məzmununu,
ümumi kompozisiyadakı rolunu və
funksiyasını izah edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə
tanış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Diskussiya zamanı problemlə bağlı
fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.
Vacib şəklində olan feilləri müəyyən
edir.
124
IV BÖLMƏ
124
IV BÖLMƏ
124
IV BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə