Girish son Layout 1


-ci dərs. SӘNӘT FӘDAİSİ (2 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

32-ci dərs. SӘNӘT FӘDAİSİ (2 saat) 
Motivasiya
Sual: Qadın rolunda çıxış edən kişi aktyorlara münasibətiniz necədir?
Şagirdlər öz fikirlərini söyləyir və əsaslandırırlar. Әgər mənfi münasibət
bildirənlər üstünlük təşkil edərsə, müəllim əlavə sualla da müraciət edə bilər:
Əgər qadın rolunu ifa etmək üçün qadın aktyor yoxdursa, onda necə? Siz
(sinifdəki oğlanlara müraciət edilir) bu vəzifəni öhdənizə götürərdinizmi?
Oxu
(St. 2.2.1)
Mətnin oxunması üçün İstiqamətləndirilmiş oxu üsulu tətbiq
oluna bilər. Bunun üçün müəllim şagirdlərə suallar təqdim edir:
1. İlk Azərbaycan operası hansıdır və o nə zaman, harada tamaşaya qoyu-
lub?
2. Nəyə görə “Leyli və Məcnun”un ilk tamaşası ilə sonrakı tamaşalar ara -
sın da böyük fasilə oldu?
3. Әhməd Bədəlbəyli kim idi?
4. Nəyə görə Әhməd Ağdamskinin adı afişalarda “Miri” yazılırdı?
5. Әhməd Ağdamski hansı rollarda çıxış etmişdir?
6. “Leyli və Məcnun”un Tiflis tamaşası nə ilə yadda qaldı?
7. Әhməd Ağdamski Qarabağa qayıtdıqdan sonra nə ilə məşğul oldu?
8. Böyük aktyorun pedaqoji fəaliyyəti haqqında nə deyə bilərsiniz?
9. Әhməd Ağdamski teatr tarixində hansı xidmətləri ilə yadda qalıb?
Mətn oxunduqdan sonra şagirdlər ardıcıl şəkildə bu suallara öz sözləri ilə
ətraflı cavab edərək mətnin məzmununu tam qavradıqlarını nümayiş etdirirlər.
2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlərdən mətndəki məlumatlardan
çıxış edərək sillogizm qurmaq bacarığı tələb olunur. Әhməd Ağdamskinin
yaşadığı illəri müəyyən etmək üçün aşağıdakı sillogizmləri qurmaq olar:
I sillogizm (Әhməd Ağdamskinin doğum tarixi)
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqam ları
vurğulayır.
Qoyulmuş suallara uyğun olaraq mətn -
dəki əsas məqamları açıqlayır.
Mətndəki məlumatlardan istifadə et 
-
mək lə sillogizm qurur və əldə etdiyi
yeni məlumatı vurğulayır.
2.1.1. Lüğətlərdən istifadə etməklə
tanış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
4.1.2. Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.
Mürəkkəb feilləri frazeoloji birləşmə -
lərdən fərqləndirir.
112
IV BÖLMƏ
112
IV BÖLMƏ
112
IV BÖLMƏ
  Çap üçün deyil


I hökm: “Leyli və Məcnun” ilk dəfə 1908-ci ildə tamaşaya qoyulub (I abzas).
II hökm: O zaman Әhməd Bədəlbəylinin 24 yaşı vardı (III abzas).
Nəticə: Әhməd Ağdamski 1884-cü ildə anadan olub.
II sillogizm (Әhməd Ağdamskinin ölüm tarixi)
I hökm: Әhməd Ağdamski 1934-cü ildə Ağdaşa köçüb.
II hökm: Bundan sonra o, 20 il ömür sürüb.
Nəticə: Әhməd Ağdamski 1954-cü ildə vəfat edib.
Müəllimin nəzərinə! Әhməd Ağdamskinin yaşadığı illər: 5 yanvar 1884-cü
il – 1 aprel 1954-cü il.
Mətn üzərində iş tamamlandıqdan sonra dərsin refleksiya mərhələsində
mətnlə bağlı təəssüratlar Sinkveyn üsulu ilə ümumiləşdirilir.
3-cü tapşırığı yerinə yetirməklə şagirdlər Әhməd Ağdamskinin yaradıcılıq
fəaliyyətini bir daha izləyirlər. Bu tapşırıq yerinə yetirilərkən şagirdlərin
mətndən lazım olan məlumatı seçə bilmək bacarığı üzə çıxarılır.
Söz ehtiyatı
(St. 2.1.1)
1-ci tapşırıqda verilmiş sözlər mətndən tapılır və şagirdlər kon -
teks tdən çıxış edərək həmin sözlərin izahını verirlər. Daha sonra həmin söz -
lərin izahı lüğətin köməyi ilə araşdırılır və ilkin izahlarla müqayisə olunur.
“Mütrüb” sözünün izahı üzərində xüsusi dayanmağa dəyər. Bu sözün ilkin və
sonrakı (vulqar) mənalarını şagirdlərin diqqətinə çatdırmaq lazımdır.
4-cü tapşırıq: “Ömrünü Məcnun kimi yaşamaq” ifadəsi izah olunur. Әvvəlki
siniflərdə şagirdlər ümumiləşdirilmiş obraza çevrilmiş adlar (Don Kixot, Hacı
Qara, Qurbanəli bəy) haqqında məlumat almışlar. “Məcnun” adını da ümumi -
ləş dirilmiş obrazlar siyahısına aid etmək olar. Qəlbi böyük məhəbbətlə alışıb
yanan, özünü bu məhəbbətə fəda edən insanlara bəzən “Məcnun” deyilir.
113
İNCƏSƏNƏT
113
İNCƏSƏNƏT
113
İNCƏSƏNƏT
  Çap üçün deyil


Dil qaydaları
(St. 4.1.2)
5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Mürəkkəb feillərlə bağlı qaydalar mənimsədildikdən sonra 6-8-ci
tapşırıqlar yerinə yetirilir.
7-ci tapşırıq yerinə yetirilməzdən əvvəl müəllim mürəkkəb feillər və fraze-
oloji birləşmələr arasındakı fərqi və oxşar cəhətləri başa salır. Tapşırığın
cavabı:
8-ci tapşırığın cavabı: gözəl-ləş-mək, xəstə-lən-mək, yaxşı-laş-maq,
kasıb-laş-maq,  yad-laş-maq, zəngin-ləş-mək, dost-laş-maq, şad-lan-maq.
Әlavə tapşırıq:
Hansı cümlədə mürəkkəb feil var?
A) Şəhərə necə gedəcəyimi bilmirdim.
B) İki məşqdən sonra mən artıq üzə bilirdim.
C) O, məsələnin həlli yollarını bilirdi.
D) Bu məsələdən gözüm su içmir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
Mürəkkəb
feillər
Frazeoloji birləşmələr 
yandırıb-yaxmaq
qane olmaq
dəridən-qabıqdan çıxmaq
silib-süpürmək
təyin etmək
ələ salmaq
küsüb-barışmaq
seçə bimək
ürəyi yanmaq
qayıdıb gəlmək
114
IV BÖLMƏ
114
IV BÖLMƏ
114
IV BÖLMƏ
  Çap üçün deyil


33-cü dərs. HEYKӘLTӘRAŞ MİRӘLİ MİRQASIMOV (4 saat) 
Motivasiya
V sinifdə şagirdlər görmə və eşitmə qabiliyyətindən məhrum olanların
ünsiyyət vasitələri haqqında məlumat almışdılar. Sual-cavab yolu ilə həmin
məlumatlar təkrarlanır. 
Oxu
(St. 2.2.1)
Mətn əvvəlcə Öyrənirəm – öyrədirəm üsulu ilə abzaslarla oxu -
nur. Bəzi abzaslardakı məlumatın daha geniş açıqlanmasına, məntiq və təhlil
yolu ilə nəticələr çıxarılmasına ehtiyac var. Müəllim sual tərtib edən qruplara
məhz həmin məqamlara diqqət yetirməyi tapşırır. Məsələn, 1-ci abzasla bağlı
sual belə ola bilər: “Nəyə görə eşitmə qabiliyyətindən məhrum olan uşaqlar
za man keçdikcə danışma qabiliyyətindən də məhrum olurlar?” 1 və 2-ci mətn -
daxili suallar da nəticə çıxarmağa yönəlmiş suallardır.
Obrazlar xəritəsindən istifadə edərək ananın və Mirəlinin xarakterindəki
xüsusiyyətlər müəyyənləşdirilir və əsaslandırılır.   
Müəllimin nəzərinə!
Ana
Mirəli
fədakardır, çünki ...
çalışqandır, çünki ...
həssasdır, çünki ...
istedadlıdır, çünki ...
inadkardır, çünki ...
qayğıkeşdir, çünki ...
qətiyyətlidir, çünki ...
(St. 2.2.3)
Mətn tam mənimsənildikdən sonra müəllim “Son sözü mə nə
saxla” üsulunu tətbiq edir. 
I addım. Şagirdlərə mətndən onları təəccübləndirən, sevindirən, əsəbi ləş -
di rən və ya kədərləndirən hissəni seçmək və bir vərəqə yazmaq tapşırılır. 
II addım. Sonra tapşırılır ki, vərəqi çevirib həmin hissəyə şərh yazsınlar.
Yəni onları təəccübləndirən, sevindirən, əsəbiləşdirən və ya kədərləndirənin
nə olduğunu yazsınlar.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır.
Mətndə nəticələr çıxarmağa imkan
verən məqamları vurğulayır.
Әsə rin ideyasını müəyyən etmək üçün
qəhrə manların xarakterindəki əsas cə -
hətləri açıqlayır.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Bədii mətndən seçilmiş hissələrin on -
da yaratdığı hiss və duyğuları şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mə na -
da işlənməsinə görə fərqləndirir.  
Məcazi mənada işlənmiş sözün kon-
tekstdaxili mənasını müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Feil şəkillərinin məna çalarları arasın -
dakı fərqi müəyyənləşdi rir.
115
İNCƏSƏNƏT
115
İNCƏSƏNƏT
115
İNCƏSƏNƏT
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə