Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə79/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   72   73   74   75   76   77   78   79   80

Motivasiya.
Müəllim un məmulatları təsvir olunmuş şəkillər nümayiş etdirir.
– Bunlar nədən hazırlanır? (undan)
– Unu nədən alırlar? (buğdadan)
– Un məmulatları içərisində hansı müqəddəs nemətdir ki, insan hər gün onu yeyir, amma
ondan bezmir? (çörək)
Tədqiqat sualı: 
– Çörək süfrəmizə gələnə qədər hansı mərhələlərdən keçir?
Tədqiqatın aparılması. 
Dərslikdən nağıl oxunur, təhlil olunur.  1-ci tapşırıq yerinə yetiri -
lir. Canavarın xarakterinə uyğun sözlər seçilir: tənbəl, acgöz.
2-ci tapşırıqda mətnin məzmununa uyğun gələn “İstəyirsən bal-çörək, al əlinə bel-kürək”
atalar sözü seçilir.
Auksion oyunu keçirilir. Müəllim qeyd edir ki, hər kəs yalnız bir fikir (cümlə) səsləndirməli,
ardıcıllığa diqqət yetirməlidir. 
Sual:– Çörək hazırlanana qədər hansı mərhələlərdən keçir? 
Mərhələlər sadalanır:
– Torpağı yumşaltmaq lazımdır.
– Eyni zamanda daş-kəsəkdən təmizləmək lazımdır.
– Yeri şumlamaq lazımdır.
– Payızda toxumu səpmək lazımdır. 
– Qışda toxum qarın altında qalacaq.
– Yazda taxıl göyərəcək.
– Onu suvarmaq lazımdır.
– Alaq otlarından təmizləmək lazımdır.
– Yayda taxıl yetişəcək. 
– Taxıl yığılacaq.
– Dəyirmana aparılacaq.
– Dəyirmanda buğdadan un alınacaq.
– Undan xəmir hazırlanacaq.
– Xəmirdən çörək bişiriləcək.   
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
l qrup. Taxıl bitkilərinin adını yazın.
ll qrup. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” atalar sözünə uyğun nağıl
danışın.
lll qrup. Əmək, çörək, zəhmət haqqında atalar sözləri yazın.
lV qrup. Krossvorda un məmulatlarının adlarını yazmaqla yuxarıdan aşağı mavi xa na -
lar da alınan sözü tapın (peçenye, kökə, tort, kətə, şəkərbura sözlərinin izahı və
ya şəkilləri müəllim tərəfindən verilir).
P
K
T
K
Ş
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
213
Çap üçün deyil


Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur. 
Dinləmə 
ÇÖRƏK
– Çörəyin əldə olunması haqqında nə bilirik və nəyi bilmək istərdik?
Şagirdlər çörəyin ərsəyə gəlməsi mərhələləri, çörəyin əhəmiyyəti, onun nə üçün bərəkət
adlandırılması haqqında bir-biriinə suallar verirlər.
Nəticə:
Əziyyətlə görülən işin bəhrəsi şirin olur. Çörək süfrəmizə onlarca insanın zəhməti
hesabına gəlib çatır. Çörək insanları yaşadan başlıca qida məhsuludur. Ona görə də çörək
müqəddəs sayılır.
Tətbiqetmə. 
İş dəftərinin 139-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları 
Dərslikdən 4-6-cı tapşırıqlar yerinə yetirilir.  
5-ci tapşırıq. Cavab “B” variantıdır.
6-cı tapşırıq yerinə yetirilir. Ətirli, dadlı, yumşaq, yumru, isti sözləri çörək sözü ilə uyğun -
laşdırılır. 
Sığal çəksən torpağa,
Torpaq çörək yetirər.
O olmasa, süfrəmiz
Görkəmini itirər.
Hər bir nemətdən əziz
Yenə bizə çörəkdir.
Ay uşaqlar, çörəyi
Çox qorumaq gərəkdir. 
Alidə Kərimova
ÇÖRƏK HAQQINDA
NƏYİ BİLİRDİM
NƏYİ ÖYRƏNDİM
Taxıl bitkilərindən alınır.
Bütün yer üzündə yayılıb.
Ən geniş yayılmış ərzaq bitkisidir.
Çox əmək tələb edir.
Çörək müqəddəsdir.
Çörəyi bişirmək üçün əvvəl əl əməyindən istifadə
edirdilər, indi bu proses avtomatlaşdırılıb.
Çörək süfrəyə gələnədək bir çox mərhələlərdən
keçir. 
Çörək insan ağlının ən böyük kəşfidir.
Onun haqqında şeir, mahnı, rəvayətlər yaranmışdır.
Dərslərin planlaşdırılması
VIII bölmə
214
Çap üçün deyil


Yazı. İfadə mətni:
Hüsnxət. “Y” hərfi. İş dəftəri, səh. 140.
Ev tapşırığı:
– Çörək, əmək, zəhmət haqqında atalar sözləri yazın. Dərsliyin 193-cü
səhifəsindəki 3-cü tapşırıq yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 110. CIRTDAN (6 saat)
Motivasiya.
Müəllim– Bəzən belə ifadələr eşidirik: cırtdan ölkə, cırtdan planet. Sizcə,
bu nə deməkdir?
Fərziyyələr dinlənilir.
– Bəs hansı adamlara “cırtdan” deyirlər?
Məzmun standartları 
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndə rast gəldiyi yeni söz və ifadələrin
mənasını izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin ardıcıllığını bərpa edir.
Mətndə hadisələr arasında səbəb-nəticə
əla qələrini muəyyən etməklə şüurlu oxudu -
ğu nu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir, he -
kayə, təmsil, nağıl) fərqləndirir.
Nağılları digər janrlardan fərqləndirir və xü -
susiyyətlərini sadalayır.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini bil -
dirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir.
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
Verilmiş sözlərdə sait və samitləri fərq 
-
ləndirir.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydaları məqamına uyğun  istifadə edir. 
İnsan adı bildirən sözlərin böyük hərflə ya -
zıldığını bilir və yazısında tətbiq edir. 
4.1.5. Sözləri qrammatik mənasına görə qrup -
 laşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ƏZİZ DOST
Kitab mənim sevimli
Dostumdur, yoldaşımdır.
O mənə sirlər açan
Ən yaxın sirdaşımdır.
Kitabla dost olandan
Artmış gözümün nuru.
Mən ondan öyrənmişəm
Mətinliyi, qüruru.
Hikmət Ziya
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
215
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə