49
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
və ya yunlə bərk doldurulub bağlanmış meşin yastıq. İkinci
məna toxuculuq leksikası ilə bağlıdır (5).
Şalabandbof - «Tumanbağı toxuyan dəzgah». Lahıc ləh-
cəsind ə qeyd ə alınmışdır. Misal: Zeynalabdin be man bə mu
zey şalabandbofa ruşun do. «Zeynalabdin m ənə muzeydə tu
manbağı toxuyan dəzgah göstərdi».
Göründüyü kimi, bu mür əkkəb söz iki t ərkib hissəsindən
ibarətdir. Birinci tərəf şalaband «ip» mənasında olub, başqa
İran dillərində cüzi səs fərqi il ə həmin mənada işlənir. Məsə
lən, talış dilində şəlbend «bağlamaq üçün alt paltarın bel his sə
sinə keçirilən ip» m ənasında qeydə alınmışdır (10, 431). Sözün
ikinci tərəfi bof «toxumaq», əksər İran dillərində müxtəlif fo-
netik variantlarda işlənir.
Çıqrığ - «çarx» (cəhrədə). Tat ləhcələrində eyni mənada
cığrığ//cığreğ fonetik variantlarında qeydə alınmışdır.
Vara - «bir tikişlik sap»; tat dilindəki var dərən «əyir
mək» sözündən olması eh timal olunur.
Şubənd - «eni bir santimetr ə qədər olan, yundan toxun -
muş uzun çarıqbağı». (Şa/şah «şah, əsas», band/bənd «bağ»).
Çoşni//çeşni - Dialekt və şivələrdə bu söz «şəkil, surət»
(Qızın çeşnisi onun yadında qalmadı - Sabirabad), «naxış» (Bu
gəvənin çeşnisi yaxşıdı - Qazax), «nümunə» (Bizzə Nabur xəl-
çələrinin çeşnisi var - Şamaxı) mənalarında işlənir (9, 95). Tat
ləhcələrində bu söz çeşni//çoşni fonetik variantlarında işlənə -
rək, «naxış» mənasını bildirir və toxuculuqda termin kimi qey -
də alınır.
Xalçaçılıq Azərbaycanın bütün bölgələrində geniş yayıl
mışdır. Ərazidə yaşayan irandilli xalqlar da bu sənətdən geniş
istifadə etmişlər. Ona görə də, xalçaçılıqda ümumiran mənşəli
sözlər çoxdur. Həmin sözlərin böyük bir qis mi tat dilinin xal
çaçılıq terminologiyasında işləkliyi ilə seçilir. Simar, bədrəng,
kuvan, dəhnə, bazıbənd, zinət, aftafa, xəkəndaz, gülabdan, gü -
labgülü, gül, kasa, fincan, nəlbəki, nəlbəkigülü, şana, noxud,
50
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
kətan, dəst, çəngəl, çıraq, sərandaz, muceha və bu kimi sözlər
xalçalarda işlənən naxış adlarıdır (1, 96). Belə naxış adları
ümumişlək leksik qatdan götürülmüşdür və onlar daha çox
məişət əşyalarının adlarıdır. Bu da təbiidir. Xalçaya salınan
naxışların bir qismi məişətdə istifadə olunan əşyalarla bağlı ol -
muşdur. Bu cür naxışlar ya məişət əş yasının xalça üzərində
təsvirini verməyə, ya da məişət əşyasına oxşar bəzək elemen
tinin yaradılmasına xidmət etmişdir.
Zərgərlik terminləri
Qədim insan özü üçün bəzək vasitələri də düzəltmək üs -
tündə daim fikirləşmişdir. Nəcib metallardan istifadə zərgərlik
sənətinin inkişafına xüsusi təsir göstərmişdir. Zərgərlik Azər
baycanda qədim dövrlərdə təşəkkül tapmış və geniş yayılmış
sənət növlərindən biridir. Bu sənətlə məşğul olanlar qiymətli
metallardan (qızıl, gümüş və s.) bəzək məmulatları, müxtəlif
əşyalar hazırlamışlar. Zərgərlik mə mulatları çox vaxt qiymətli
və ya yarımqiymətli daşlar (mirvari, kəhrəba, sədəf və s.) həm -
çinin şüşə, sümük və s. -lə bəzədilir. Ən qədim zərgərlik nü mu-
nələri eramızdan əvvəl III minilliyə aiddir. Azərbaycan tatları
da bu sənətə aid nümunələr yaratmışlar. Tatların işlətdikləri
bəzək, zinət əşyalarının adları tat dilinin zərgərlik leksikasının
əsasında durur. Zərgərlikdə istifadə olunan alətlərsə başqa sə -
nət sahələrində də istifadə olunduğundan, onların adlarındakı
eynilik qorunub sax lanmışdır.
Bəzək əşyalarının adları, ümumiyyətlə tat dilinin zərgər
lik leksikasına daxil olan sözlər, əsasən, ümumiran mənşəlidir.
Eyni zamanda bu dilə Azərbaycan dilindən keçmiş zərgərlik
terminləri də çoxdur. Eyni ərazidə yaşamaq eyni və oxşar zinət
əşyalarından istifadə etməyə zəmin yaratmışdır. Nəticədə baş
qa xalqa aid olan əşya ilə birlikdə onun adı da alınıb, istifadə
edilmişdir. Tat dilinin zərgərlik leksikasında bilərzik, bazubənd,
51
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
qolbənd, dəstinə//dasinə sözləri sinonim cərgə təşkil edir. Qol-
bənd sözü türk və tat dilindən olan sadə sözlərin birləşməsindən
əmələ gəlmiş hibrid mürəkkəb termindir. Tat dilində işlənən və
ümumiran mənşəli olan dastinə/dasinə sözləri yalnız fonetik
fərqə görə seçilir. Bunların eyni məmulatı bildirməsi və eyni
söz olması şübhə doğurmur.
Bazubənd ümumiran mənşəli mürəkkəb sözdür. Azər -
baycan dilində alınma söz kimi işlənən qolbənd sözü ilə eyni
sözdüzəltmə modelinə malikdir (bazu «qol» + bənd). Bazubənd
qola tanılan qadın bəzən əşyasını bildirir. Bundan başqa, bazu
bənd qədimdə döyüşçülərin qollarına taxdıqları «qolçaq» mə -
nasında da işlənmişdir (5, 182).
Azərbaycan klassik ədəbiyyatında, aşıq yaradıcılığında
bazubənd sözü qeydə alınmışdır:
«Xadimələr durar sağü solunda, Cəvahir buzubənd iki
qolunda» (Nəbati). «Qızıl bazubəndlər qola yaraşır» (Aşıq
Ələsgər)
Qilindənə tat dilində «boyunbağı» mənasındadır. Bu söz
Azərbaycan dilinin bəzi dialektlərində qilindənə (Bakı) - «bo
yunbağı» şəklində işlənir: - Qızım, qilindənə almışam sə:nçün.
Lahıc tatlarının dilində bu söz qilində şəklində işlənir. (Yəqin
ki, in qədimiyə qilində ə nənetı munde. «Yəqin ki, bu qədimi
boyunbağı nənəndən qalıb»). Azərbaycan dilinin başqa dialekt -
lərində işlənən dıxa, gəlgəl, boğazaltı, həmayil, çəçix (8, 326)
sözlərinin «boyunbağı», «bilərzik» mənalarında işlənməsi qey
də alınmışdır. (Dıxa (Qax.) - «boyunbağı». - Baqudan köççək,
dıxalar getirip qardaşı). Ola bilsin ki, gəlgəl, çəçix boyun bə
zəyinin müxtəlif dialektlərdə işlənən adlarıdır. Naxçıvan
dailektinə aid olan çəçix sözünün ikinci mənası «muncuq»dur.
Muncuq məlum olduğu kimi, boyunda da gəzdirilir. Qeyd edil -
miş sözlərdən həmail və mıncıq tat dilində geniş işlənir.
Azərbaycan dilində zərgərlik əşyası adı kimi sırğa, tana,
küpə sözləri sinonim kimi istifadə edilir. Bu terminlərdən tana
Dostları ilə paylaş: |