43
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
məmulatın ensiz his səsində iş görmək üçün al ət». Bəstirə gər-
dənirə ve lözani rost bısoxtənund. «Güyümün boğaz hissəsini
bu alətlə düzəldirlər» və s.
Daranoy - «ling növü». Bə misgəri ən qe kor fidoşta bira
oləthon yeki iş daranoyi. «Misgərlikdə ən çox işlədilən alətlər
dən biri də daranoydur»» və s.
Qolamıx - «mıx düzəltmək üçün alət». Be mismor rost
soxtan qolamıx istifodə bısoxtənim. «Mismar düzəltməkdən öt
rü qolamıxdan istifadə edirik».
Mıxkəş - «kəlbətin». Fəzail mıxkəşə vəyift ki, kihnə mix-
hona vakanı ə divor. «Fəzail kəlbətini götürdü ki, köhnə mıx
ları divardan çıxarsın». Mıxkəş sözü iki t ərkib hiss əsindən iba
rətdir: mıx+kəş «çəkmək». Bu sözdüzələtmə modeli İran dillə
rində geniş yayılmışdır.
Zınqavod - «mıxın başını girdələmək üçün alət». Bərə
zın qavod lozim na san boşı. «Burada zınqavod lazım olmaya -
caq» v ə s.
Ödrang - «ocağı qarışdırmaq üçün alət». Əvvəli icoğa ve
ödrang qarış mini. «Əvvəlcə ocağı odrangla qarışdırarsan».
Nö - «nov, isti metalı soyutmaq üçün qab». Misgər b ə
bürunnö nohrabı. «Misgər novu bayıra qoymuşdu» və s.
Qırsa - «bərpa olunmuş, lazımi qəlibə salınmış mis».
Ökişi - «tayqulp mis suqabı». Bə löyıj bıraftəni ye mis
gəri be man ökişibaxş soxtabı. «Lahıca gedəndə bir misgər mə
nə ökişi bağışlamışdı». Bu qabdan həm misgərlikdə, həm də
məişətdə istifadə olunur.
Danduna - «maşa». Vər, kəəbə, gərdan danduna vəşunda
bədə düş dora bəbiran. «Boğaz, alt, boyun hissələr maşa ilə ci
lalandıqdan sonra qaynaq edilir».
Gülləbur - «gülləkəsən alət». Bə muzeymun ə tüfəng, ta-
pançö, xənçol, qılınc bağir ə tərəf silohsozhon rost soxta bir ə
güll əbur iş histi. «Muzeyimizdə tüfəng, tapança, xənçəl, qı
lıncdan başqa, silahsazlar tərəfindən düzəldilmiş gülləkəsən
44
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
alət d ə var» və s.
M əbrəd - «yeyə». Məbrədə nə yoftum. “Yeyəni tapa bil
mədim”.
Rezbavokun«yivaçan». Rezbavokuna vəyi biyor. «Vinta-
çanı götür gəl». Bu, yarımkalka üsulu ilə düzəlmiş sözdür.
Onun birinci t ərkib hissəsi rus dilində olduğu kimi alınmışdır,
ikinci tərkib hissəsi isə açan feli sifətindən kalka edilmişdir.
Azərbaycan dilində «yivaçan» sözü olsa da, danışıq dilində
“rezbaaçan” sözü işləkdir. Bu söz tat dilin ə Azərbaycan danı
şıq dilindən keçmişdir.
Qeyd olunan terminlər misgərlikdə istifadə olunan alət və
avadanlığın hamısını əhatə etmir. Bəzi terminlər bu paraqrafın
əvvəlində qeyd olunmuşdur.
Məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici
alətlər (balta, dəhrə, məngəl, dəryaz, oraq, cin, qırxılıq, kərki, qiy-
məkeş, bıçaq, gazan və s.) bir qayda olaraq poladqarışıq dəmirdən
hazırlanırdı. Kəsici alətləri düzəltmək üçün əvvəlcə poladqarışıq
dəmir hazırlanırdı. Döymə əməliyyatından çıxmış "iş"in üzərində,
adətən, zərbə izləri və nahamar sahələr qalırdı. Ona görə də həmin
izlər törpü və yeyə vasitəsilə sürtülüb hamarlanmışdır. Bu alətlər
dəmirçilikdə istifadə olunduğundan onların adları mda leksik siste
mə daxil edilmişdir.
2.
Misgərlikdə istifadə istifadə o lunan texnoloji proseslər
və üsulların adları.
Misgərlik məmulatlarının hazırlanmasında müxtəlif tex-
noloji proses və üsullardan istifadə olunur. Həmin üsullardan
bəzilərini bildirən terminləri nəzərdən keçirək.
Qəlləə doran «qalaylamaq». «Qəlləə» sözü Azərbaycan
dilində işlənən qalay sözünün müqavilidir, mis qab-qacağın
üzərinə təbəqə qalay çəkmək (qalaylamaq) prosesini bildirir.
Bu prosesdə qalaydan istifadə olunduğundan söz birləşməsində
qalay tərkib hissəsindən istifadə olunmuşdur. Qalay həm də
kimya terminidir. Doran tat dilində köməkçi fel olub, «ver-
45
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
mək» deməkdir.
Mola doran «lehimləmək». Bu proses məmulat hissələri
ni bir-birinə bərkitmək, birləşdirməklə əlaqədardır.
Obiyə «lehimləmə». Yuxarıdakı terminin ifadə etdiyi pro -
sesin adıdır. Lakin prosesdə istifadə olunan vasitələrə görə
bunlar bir-birindən fərqlənir. Prosesin nəticəsi isə eynidir.
Yəni, bu proses zamanı da məmulatın hissələri bir-birinə bir
ləş dirilir.
Düş doran «qaynaq etmək». Əzinhon bədə alınmış birə
in duto hissə bə həmin düş dora bəbiran. «Bundan sonra alın -
mış bu iki hissə bir-birinə qaynaq edi lir». «Düş doran» le him-
ləmə ilə müqayisədə daha böyük ölçülü hissələrin bir-birinə
birləşdirilməsi prosesidir. Proses qızdırma və döymə ilə həyata
keçirilir.
Traçka - təqlidi sözdən əmələ gəlib, çəkiclə son işləmə
üsuludur.
Tö - misgərlikdə metalın qızdırılaraq, dartılması prosesi
ni bildirir. Bədə bəstirə şürə bızərənund və tö bıdorənund.
«Bundan sonra güyümə kimyəvi tərkib vurulur və dartılır».
Nügoni - təmirolunma. İn qablıon nügoni san boşı. «Bu
qablar təmir olunmalıdır». Bu, korlanmış və ya müəyyən hissə
si sınmış məmulatın bərpa edilməsi prosesinin, işinin adını bil -
dirir.
3. Misgərlik məmulatlarının adları.
Məcməyi - Əsasən də sini kimi işlənir; aşı dəmə qoyar
kən qazanın ağzını örtmək üçün də istifadə edilir.
Baxtəvər - iki qulplu sərnic, ökışi «tayqulp suqabı», sər-
d ə f «samovarın lü ləyinin dib hissəsi», bəsti «güyüm, s əhəng»,
vər «güyümün boğaza qədərki hissəsi», gərdan «güyümün bo
ğaz hissəsi», kəəb «güyümün alt hiss əsi», kiləstun«ərsin» və s.
Bəsti rost soxtan gərəyisə bəstirə vəri,bini, gərdəni, kəəbi ə hə
min cürö b əbiran. «Güyüm düz əltmək gərəksə, güyümün bo ğa-
zı, dibi, boynu, altlığı bir-birindən ayrılır» və s.
Dostları ilə paylaş: |