81
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
(baş-ayaq), aş futolı «əvəlik aşı», qilinpiyoz «kartof-soğan qı
zart ması», nun tari «kartof supu», həlisə «ətli hədik», mixləmə
«qayğanaq» və s.), paltar, ayaqqabı və parça adları (şe «köy
nək», ru şey «üst köynəyi», zir şey «alt köynəyi», zir şalvar
«alt şalvarı», ostin «köynəyin qolu», püstin «şuba», kisə «cib»,
çarşö «çarşab»,
çaxşür «corab»,
olat «paltar»,
ləçəy «ləçək»,
şalvor «şalvar»,
çit «çit parça»,
külmaxmar «gülməxmər»,
qe-
yiş «qayış, toqqa»,
paltok «palto»,
dəsmol «dəsmal»,
sədəf
«düymə»), məişətdə istifadə olunan əşyalar və qab-qacaq adla
rı (bilmə «boşqab», bəsti «güyüm», satıl «mis su qabı», qaqala
«saxsı banka», ləif «yorğan», nolin «döşək», abgərdun «abgər-
dən», nəəlbəki «nəlbəki», məştəfə «aftafa», aşpəlö «aşsüzən»,
ərsin «ərsin», istikon «stəkan», qəməti «ət baltası», müq.et:
azərb. qəməlti «böyük çörək bıçağı», korda «bıçaq», qeyçi
«qayçı», qaşuğ «qaşıq», qacqun «qazan», bolış «balış, yastıq»,
xolinçə «xalça», miz «stol», ustul «stul», qəndob «qəndqabı»,
qəfədon «çaynik», dəmkeş «dəmkeş», bisg «kabab şişi», kirsin
«kətil» xüsusi yer tutur. Etnoqrafiyaya aid bu terminlərin bə zi-
lərinin izahı vacibdir.
Ş.Musayev yazılı abidələrdə klassiklərimizin əsərlərində
etnoqrafiyaya aid terminlərin işləndiyini qeyd etmiş və nümunə
lər vermişdir. Bu nümunələr arasında tat dilində istifadə edilən
ümumiran mənşəli terminlər də var (39, 45 -47).
Loşbəbər - «üstündə xəmir yaymaq üçün taxta», «ya-
yan». Əsasən, Bakı dialektində işlənir. Abşeron ləhcəsində bu
sözə xəmobər şəklində işlənir. Sarə xəmovərə avard ləreymu.
«Sara yayanı bizə gətirdi».
Sənət sahələrində hazırlanan əşyaların məişətdə istifadə
olunması onların adlarını bildirən sözlərin etnoqrafik leksi ka-
nın vahidləri kimi araşdırılmasına da imkan verir (38, 29).
Kündəgir - «xəmir kündələyən» (Naxçıvan). Bu söz iki
tərkib hissəsindən ibarətdir: kündə+gır (giriftan//giriftən felin
dən).
82
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
Beybut - «qatlanmayan iri bıçaq». Tat dilinin Lahıc ləh -
cəsində beybut sözü mənasında qeydə alınmışdır.
Kirsin - «qışda qızışmaq üçün evin ortasında xüsusi dü -
zəldilmiş ocaq». Şamaxı şivəsində bu söz geniş işlənir.
Çömçə - ağac və metal emalı prosesində hazırlanan mə -
mulatdır. Çömçəsözü müasir Azərbaycan dilində və başqa türk
dillərində geniş işlənir: azərb. çömçə, türk. çömçe və s. Orta
əsr türkcəsində və əski qıpçaqcada çömçə lekseminin işlənməsi
və onun fars dilindən (çamçə) alınması göstərilir (85, 99).
Türk dilin də o, kepçe sözü ilə paralel işlənir. Qeyd etmək la -
zımdır ki, kepçə sözü tat, talış və fars dillərindəki keçə «qaşıq»
(68, 352) sözü ilə mənşəcə eyni ola bilər.
Qəmçı - «qamçı». Bu söz Azərbaycan ədəbi dilindəki
qamçı variantı ilə ya naşı, dial.
qəmçi variantına da malikdir.
Onun fonetik siması yəqin ki bununla bağlıdır.
Ovsar - «dəvə yüyəni, noxtası». Azərbaycan ədəbiyya -
tında bu söz müvafiq materiallarla təmsil olunmuşdur:
Ağ dəvə düzdə qaldı,
Ovsarı bizdə qaldı.
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı.
Yaxud: Bir dəvənin ovsarını tuta-tuta.
Dəsgirə - «cəyəndən toxunma səbət, zənbil» (
dəst «əl» +
gir «tut»).
Təsək - «təsək» (gecə papağı). Qədim pəhləvi dilində
tə-
sik, ümumiyyətlə, paltar, bundan əmələ gəlmiş
təşkuk sözü isə
«müqəddəs paltar» mənasını daşımışdır. M.Hacıyev göstərir
ki, «tatlar da gecə yuxusundan qabaq başlarındakı papağı çıxa
rıb təsək qoyardılar ki, gecə yatanda pis yuxular görməsinlər,
onların açıq başına bəd ruhlar qonmasınlar. Onlar, deməli, tə -
səkdə bir müqəddəslik, bir nicatvericilik görmüşlər (o) tas//təs
(başın ortası, qafası) sözündən və ək kiçiltmə ədatından yaran
mış düzəltmə sözdür» (27, 226).
83
Gülsüm Hüseynova. Tat dilinin lüğət tərkibinin leksik-semantik təhlili
Təşək - sözü eyni formada, eyni mənada və aid olduğu
əşya ilə birlikdə azərbaycanlılar arasında yaşayır. Bu isə xalqı
mızın təsəvvür və inamlarının nə qədər qədim olduğunu bir
daha təsdiqləyir.
Qir - «quyudan su çıxartmaq üçün işlədilən ucu əyri
ağac», «ağacın uca bu daqlarını aşağı əymək üçün istifadə edi -
lən ucu əyri ağac», (koğa, «qarmaq»).
Talış dilində «qəloskonə» adlanır.
Gərənay - «dudkeş», «buxarının tüstü çıxan yeri». Müq.
et: azərb. gərənay «nəfəsli musiqi aləti». Carçılar çağrışır, gə
rənay bozlar, Ərəb atlar macal tapmaz qaşana («Koroğlu»).
Məzrəhə - «xəlbir».
Məfrağ - «çuğun suqabı».
Nimdər//nimdar - «döşəkçə»,
nimdərçə//nimdarçə «ki
çik döşəkçə». Həmin söz formalarda «kiçik həcm» təsəvvürü
yerinə görə həm ayrıca leksik vahidlə, həm də kiçiltmə bil di
rən şəkilçi ilə ifadə edilmişdir.
Taz - «nazik, uzun tir».
Şətəl - «yun corab» (26, 178).
Küşə - «çarığın bağı keçirilən yer, dəlik». Müq. et:
azərb. köşə «çarıq tikmək üçün göndən çəkilmiş bağ».
Kala - «2-3- litrlik şüşə qab, banka».
Tilat - «ağzı yeyilmiş və sapı düşmüş köhnə bıçaq»,
«çaqqu».
Qirabli - «qaloş».
Qalağ - «bozdamacı çevirmək üçün ağac alət».
Qafun - «yavanlıq (pendir, yağ və s.)»; «duru, yüngül
xörək».
Xudur - «sulu xörək».
Tax-tax - «çox nazik bişirilmiş quru çörək» (təqlidi söz).
Kal//kol - «yumurta, yağ və qoz vurulmuş xəmirdən bişi -
rilən çörək».
Zərdou//zərdo - «ayranın qaynatdıqdan və şoru götürül -