Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
52 
52 
alınması  ehtimalı,  eləcə  də,  həmin  sözlərin  mənşəcə  İran 
dillərinə aidliyi də öyrənilməlidir. 
İkinci  məsələ  fars  dilindən  alınmalarla  bağlıdır.  Burada 
sözün  Azərbaycan  dili  vasitəsi  ilə  tat  dilinə  keçməsi  şübhə 
doğurmur. 
Tat dilinin Quba ləhcəsinə keçən alınma sözlərin,  əsasən, 
Azərbaycan  dili  vasitəsi  ilə  keçməsi  danılmazdır.  Eyni 
zamanda  dil  əlaqələri  zəminində  başqa  dillərdən  birbaşa 
alınmaların olması ehtimalı da var. Şübhəsiz, bu cür alınmalar 
cüzidir və onların təyin edilməsi mürəkkəb məsələdir.  
Tat  dilinin  Quba  ləhcəsində  yeni  sözlər,  əsasən,  iki  yolla 
leksik  və  morfoloji  üsullarla  yaranır.  Leksik  üsulla  söz 
yaradıcılığına  misal  olaraq  bu  ləhcədə  sözlərin  heç  bir 
qrammatik  forma  qəbul  etmədən  bir-birinə  yanaşması  ilə  yeni 
sözlərin  əmələ  gəlməsini  qeyd  edə  bilərik.  Məsələn:  daspoçə 
«əl-ayaq» (das  «əl», poçə  «ayaq»); sərdig  «qazan qapağı» (sər 
«baş»,  dig  «qazan»);  xunə-cukə  «ev-eşik»  (xunə  «ev»,  cukə 
«eşik»)  və  s.  Bu  yolla  yaranan  yeni  sözlərin  həm  bitişik,  həm 
də  qoşa  söz  formalarına  rast  gəlinir.  Məsələn:  sər-mux  «üst-
baş»,  sibdar  «alma  ağacı»  (sib  «alma»,  dar  «ağac»). 
Fikrimizcə,  bu  sözlərin  bir  qismi  Azərbaycan  dilində  işlənən 
müvafiq  qarşılığın  təsiri  ilə  əmələ  gəlir:  sər-mux  «üst-baş», 
daspoçə  «əl-ayaq».  Azərbaycan  dilində  olan  sözlərin  tərkib 
hissələri  tat  dilinə  tərcümə  edilir  və  yeni  söz  formalaşır.  Bu, 
sözalmanın kalka üsuluna uyğun gəlir. 
Söz  yaradıcılığında  qoşa  sözlər  də  müəyyən  yer  tutur. 
Bunların  bir  qismi  eyni  sözün  təkrarı  yolu  ilə  formalaşmışdır. 
Məsələn:  koval-koval  «çuval-çuval»,  zu-zu  «tez-tez»,  seto-seto 
«üç-üç»  və  s.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  sözlər 
ləhcənin müasir dövrünə aid sözlər deyil. Yəni, onlar elə ümu-
mişlək  sözlərdir  ki,  dilin  tarixi  inkişafının  daha  əvvəlki 
dövrlərində istifadə edilmişdir. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
53 
53 
Leksik  yolla  əmələ  gələn  sözlərin  bir  qismində 
qrammatik  vasitələrdən  istifadə  olunur.  Qrammatik  vasitə  iki 
sözü  bir-birinə  bağlamaq  vəzifəsini  yerinə  yetirir.  Məsələn: 
sərəpoçə.  Müvafiq  misallarda  belə  bir  məqamda    şəkilçisini 
görürük:  O,  birinci  tərkib  hissəsinə  artırılır:  xubəxub  «yaxşı-
yaxşı»;  turşəsib  «turş  alma».  Başqa  nümunələrdə  iki  tərkib 
hissəsindən  ibarət  olan  sözə  -i  şəkilçisinin  artırılmasını 
görürük:  düsəri  «ikibaşlı»  (  «iki»,  sər  «baş»).  Burada  -i 
morfemi Azərbaycan dilində isimdən sifət düzəldən -lı, -li, -lu, 
-lü şəkilçisinin funksiyasını yerinə yetirir. 
T.Əhmədov  qeyd  olunmuş  üç  model  əsasında  söz 
yaradıcılığı  ilə  yanaşı,  daha  üç  formanı  göstərir.  Lakin  bu 
formalar  əvvəlki  üç  üsulu,  demək  olar  ki,  təkrar  edir. 
Tədqiqatçı  bu  dəfə  quruluşca  mürəkkəb  söz  kimi  formalaşma-
dan  istifadə  edərək,  tərkib  hissələrinin  hansı  nitq  hissəsinə  aid 
olmasına  görə  təsnifat  aparır.  Məsələn:  sifətlə  ismin 
birləşməsindən  düzələnlər  (xubaciz  «yaxşı  şey»;  şirnə  sib 
«şirin  alma»);  sayla  ismin  birləşməsindən  düzələnlər  (səpoyi 
«üçayaq»;  düsərə  «ikibaşlı»)  (44,  41).  Göründüyü  kimi,  bu 
sözlər  iki  sözün  şəkilçili  və  ya  şəkilçisiz  birləşməsi  yolu  ilə 
əmələ  gəlmişdir.  Həmin modellər  barəsində  yuxarıda məlumat 
vermişik. 
Azərbaycan  dilində  mürəkkəb  söz  kimi  formalaşan  və 
ikinci tərkib hissəsi feli sifətlə ifadə olunan konstruksiyalar tat 
dilinin 
Quba 
ləhcəsində 
də 
müşahidə  edilir:  sibçın 
«almadərən»; kiyouvəçin «otyığan» və s. 
Tat  dilinin  Quba  ləhcəsində  fellərin  düzəlməsində  saxtən 
«etmək»,  birən  «olmaq»,  zərən  «vurmaq»,  dərən  «vermək», 
küftən  «vurmaq,  tutmaq»  kimi  köməkçi  fellərdən  istifadə 
edilir.  
Morfoloji 
yolla 
söz 
yaradıcılığında 
sözdüzəldici 
şəkilçilərdən  istifadə  olunur.  Digər  İran  dillərində  olduğu 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
54 
54 
kimi,  tat  dilində  də  söz  yaradıcılığında  həm  ön,  həm  də  son 
şəkilçilər  iştirak  edir.  Tat  dilinin  Quba  ləhcəsində  bi-//biy-
na//nə-  ön  şəkilçiləri  qeydə  alınmışdır.  Məs:  bihürmət  «hör-
mətsiz»;  bidin  «dinsiz»;  bixəbər  «xəbərsiz»;  naxuş  «xəstə», 
nadürüst «nadürüst» və s. 
Son  şəkilçilər  sırasında  -i//-yi,  -in//-yin,  -ic//-yic,  -lə 
məhsuldardır.  Məsələn:  həmrayi  «yoldaşlıq»;  sərin  «üstdəki»; 
bokuyic «bakılı» əv s. 
Tat  dilinin  Quba  ləhcəsində  sadə  fellərdən  düzəltmə 
fellərin  yaradılması  üçün  və-/va-/vo-,  -da/də-,  fi-/fu-/fü-  ön 
şəkilçilərindən  istifadə  edilir.  Məs.:  vəkərdən  «tikmək» 
(kərdən  «etmək»);  vədərən  «itələmək»  (dərən  «vermək»); 
darəftən  «girmək»,  «süpürmək»  (rəftən  «getmək»);  fübərdən 
«udmaq» (bərdən «aparmaq»). 
Təbii  ki,  tat  dilinin  bu  və  ya  digər  ləhcəsində  müşahidə 
olunan  söz  yaradıcılığı  yolları,  sözdüzəldici  şəkilçilər 
bütövlükdə  tat  dilinin  söz  yaradıcılığını  tam  əhatə  edə  bilməz. 
Ona  görə  də  tat  dilinin  müxtəlif  ləhcələrində  söz  yaradıcılığı 
xüsusiyyətləri  həm  ayrı-ayrılıqda,  həm  də  müqayisəli  şəkildə 
tədqiq edilməlidir. Tat-Azərbaycan dil  əlaqələrinin intensivliyi 
fonunda tat dilinin Quba ləhcəsində Azərbaycan dilinə məxsus 
sözdüzəltmə  vasitələrindən  istifadə  imkanları  artır.  Dillərarası 
əlaqələr ən çox leksik səviyyədə özünü göstərir. Doğrudur, bu 
səviyyədə  ilk  növbədə  bir  dildən  o  birisinə  sözlərin  keçməsi 
hadisəsi  baş  verir.  İlk  dövrdə  sözalma  prosesi  sözün  hazır  şə-
kildə  alınması,  yəni  sözün  sözdüzəldici  şəkilçi  ilə  birlikdə 
alınması daha geniş yayılır. Tədricən dominant dilin məhsuldar 
sözdüzəldici  şəkilçiləri    qarşılıqlı  əlaqədə  olan  dildə  də  özünə 
yer  alır.  Bununla  belə,  çox  zaman  alınma  şəkilçi  dildə 
məhsuldarlıq 
qazana  bilmir.  Məsələn,  Azərbaycan-rus 
ikidilliyi  prosesində  Azərbaycan  dilinə  tərkibində  rus  dilinə 
məxsus  sözdüzəldici  şəkilçilər  olan  xeyli  miqdarda  söz  daxil 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə