Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
40 
40 
kirayələyən  adam»  mənasında  qeydə  alınmışdır.  «Bəhərxır» 
sözünün  tərkibindəki  xır  komponenti  tat  mənşəli  olub,  xiran 
«almaq» felindəndir. 
Bürüşdə  –  «yaxşı  bişmiş,  bişib  qızarmış  (çörək)» 
mənasında Bakı dialektində geniş işlənir. Bürüşdə  «bişmiş» tat 
dilində 
biriştan//biriştən//bürüştan//bürüşdən 
fonetik 
variantlarında  işlənən  «bişmək»  mənalı  sözün  feli  sifət  for-
masıdır.  
Xarazan  –  «kotana,  arabaya  qoşulan  öküzlərin  birinci 
cütü»  mənasında  Borçalı  şivəsində  işlənir.  Bu  söz  tat  mənşəli 
olub,  iki  tərkib  hissəsindən  ibarətdir:  xar//xər  «eşşək»  + 
zan//zən  «vurmaq»;  -a//-ə  bütün  İran  dillərində  mürəkkəb 
sözlərin  tərkib  hissələrini  bir-birinə  bağlayan  sintaktik 
vasitədir.  
Dəsgirə  –  «toxunma  səbət,  zənbil»  mənasında  bir  sıra 
dialektlərdə  qeydə  alınmışdır.  Dəst  «əl»  +  gir  «tut» 
(<giriftan//gərəftən  «tutmaq»  felindən)  tərkib  hissələrindən 
ibarətdir.  
Beləliklə,  tat  dilindən  Azərbaycan  dialekt  və  şivələrinə 
keçən  sözlərin  təhlili  göstərir  ki,  bu  sözlər  başlıca  olaraq 
gündəlik  məişətə,  təsərrüfat  həyatına  aid  alınmalardır. 
Azərbaycan  dialektlərində  işlənən  bir  sıra  İran  mənşəli 
sözlərin  arxaik  leksik  vahidlər  kimi  qorunmasında  da  tat 
dilinin  müəyyən  təsiri  olmuşdur.  Vaxtilə  Azərbaycan  yazılı 
abidələrində işlənən həmin alınmalar təkrar alınma nəticəsində 
bir sıra şivələrdə öz işləkliyini mühafizə edə bilmişdir.  
M.Hacıyev  tat  dilindən  Bakı,  Quba  dialektlərinə  keçmiş, 
Azərbaycan şairlərindən M.Müşfiqin, Rəsul Rzanın əsərlərində 
işlənmiş  tat  sözləri  haqqında  yazmışdır.  O  göstərir  ki,  səyxaş 
«sakitlik», bələgün «ot adı», bürüşdə – «yaxşı qızarmış, bişmiş 
çörək», varə «sap», qobi «kiçik dərə», qoğuş «koğus», «ağacın 
içindəki  ovuq»,  dalay  «mübahisə,  dava,  vuruş»,  dino  «həlim, 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
41 
41 
bişmiş  düyü  suyu»,  zəqto//zəqqitum  «çox  acı»,  kəm  «az»; 
«ələk»;  həri  «hə»;  kəmrə  «təzək»,  «qatı  çirk»,  «sadır»; 
korama,  gilavar  «cənub  küləyi»  (var  tat  dilində  «külək» 
deməkdir);  odan  «su  toplanan  yer»;  Azərbaycan  ədəbi  dilində 
ovdan  variantı  işlənir;  goudan  «tövlə»,  mürdəşür  «ölüyuyan»; 
noqulay  «yöndəmsiz»;  namələ  «heç  olmasa»,  nimdaş  «köhnə, 
geyilmiş»,  nohur  «su  yığılan  yer»,  oxar  «bıçaq  itiləmək  üçün 
daş»,  parabizən  «qanadlarının  üzərində  qırmızı  xallar  olan 
cücü»,  səlt//sət  «tamam»,  sərdəsi  «tələsik  görülmüş  iş»,  siəzi 
«kisə,  xaral»;  siyapur  «hayasız  adam»,  «sözəbaxmayan»; 
sülümbə  «nərdivan»;  güyozən  «oraq»  (güyo  «ot»;  zən 
«vurmaq»); 
tou 
«ocaq», 
müq.et: 
azərb. 
tonqal 
çang 
«paslanma»  (cirangə,  çirang  variantları  da  işlənir);  şirəpus 
«divarı ağartmaq üçün hazırlanan şirə», əskeş «arabanın qolu»; 
gəndərbənd  «araba  ləvazimatı»;  soça  «balaca  güyüm»  (Bakı 
dialektində);  bəqələ  «böyürtkən»;  bəndənə//bəndəm  «dərz 
bağlamaq üçün sarğı»; «bəndəm» vəçə//veçə//beçə «körpə arı»; 
qal  «qoca  kəl,  camış»;  qart  «dəryaz  itiləmək  üçün  daş»; 
qənəptum 
«kətan 
toxumu», 
qəcələ 
«sağsağan»;  irəkal 
«şumlanmış  yerdə  əmələ  gələn  arx»;  rıkal  şəklində  də  işlənir; 
irəsə//irsə//rasa «ipə düzülmüş şey»; müşkür «qışlaq»; pilpirek 
«kəpənək»;  sərəqət//sərəqitə  «evin  damı  ilə  divarının  arası»; 
siyapur  «hayasız»;  sirt  «təpə»;  sital  «tənbəl»;  tasma  «qabın 
ağzına  bağlanan  dəri»;  çəspər  «sərhəd»;  «yoldaş,  dost»  (Quba 
dialektində).  Hümra//hamra//hümrə/həmrah  bundan  başqa, 
müəllif  şair  Mikayıl  Müşfiqin  dilində  işlənmiş  tana  «sırğa», 
hənd  «koma»,  xırsız  «evsiz-eşiksiz»,  halə  «bəylik  yatağının 
üstünə salınan bəzəkli örtük»; şair Rəsul Rzanın dilində sıpkar 
«çalxala»;  pənə  «pul»;  pilənbəri  «bayram  tonqalı»;  hənək 
«oyun,  zarafat»,  kütmül  «kütləşmiş»,  ciyə  «kəndir»;  idmi 
«bədsifət»;  köş  «evdə  geyilən  ayaqaltı»,  kap  «söhbət»,  kənək 
«bərk,  sınmayan»  sözlərinin  işlənməsini  qeyd  etmiş  və 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
42 
42 
nümunələr vermişdir (60, 64-73). Məsələn:  
   
Əridib qəlbində qızıl eşqini 
 
 
Könül qulağıncın yanarkən tana 
 
 
Şair yeni-yeni sözlər bulacaq 
 
 
Kainat olduqca, şer olacaq  
(M.Müşfiq). 
 
 
 
Bu hənddən o biri həndə 
 
 
Bu kənddən o biri kəndə 
 
 
Rahat yollar çəkilir  (M.Müşfiq). 
 
 
 
 
Allah eləməsin 
 
 
 
Belə 
 
 
 
Qələmi kütmül 
 
 
 
Ağzı kül 
 
 
 
Biliyi sütül 
 
 
 
Oxu bülbül 
 
 
 
Miyançılar 
 
 
 
Yuxuna girər  
(R.Rza) 
Ümumiyyətlə, Azərbaycan klassik ədiblərinin əsərlərində, 
o  cümlədən,  Mikayıl  Müşfiq,  Cəfər  Cabbarlı,  Mirzə  Ələkbər 
Sabir, Rəsul Rza və  başqalarının  əsərlərində müasir tat dilində 
işlənən  bir  sıra  sözlər  qeydə  alınmışdır.  Ümumiran  mənşəli 
sözlərin  bilavasitə  tat  dilindən  yoxsa  fars  dili  vasitəsilə 
Azərbaycan  dilinə  keçməsinin  dəqiqləşdirilməsi  bir  qədər 
çətindir. Tat dilinin lüğət tərkibinə daxil olan spesifik sözlərin 
Quba,  Bakı  və  başqa  dialektlərdə  üzə  çıxmasının  səbəbini  isə 
izah  etmək  çətin  deyil.  Bu  ərazilərdə  tatlar  tarixən  azərbay-
canlılarla  yanaşı  yaşamış,  dil  əlaqələrində  olmuşlar.  Nəticədə 
bir  sıra  tat  sözləri,  əksər  hallarda  tat  dilinə  məxsus  realiyalar 
Azərbaycan dilinin müvafiq dialektlərinə keçmişdir.  
Qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif xalqların 
nümayəndələri 
yaşadığından,  tatların  məskən  saldıqları 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə