Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
49 
49 
«özünəməxsus  sözləri»  qrupunda  mənşəcə  Azərbaycan  dilinə 
aid  sözlər  də  yer  tutmuşdur.  Bunlardan  bəzilərinin  etimoloji 
təhlilini veririk. 
T.Əhmədov  tat  dilinin  Quba  ləhcəsində  işlənən 
çurpə//çülpə  «çolpa»  sözünü  tat  dilinin  özünə  məxsus  sözləri 
sırasında  verir.  Bu  söz  qədim  türk  sözləri  lüğətində  və 
Mahmud  Kaşğarinin  lüğətində  yoxdur.  XIII-XIX  əsrlərə  aid 
türk  yazılı  abidələrinin  dilində  isə  «çolpa»  sözü  işlənmişdir. 
Abidələrdə  həmin  sözün  «çolpa»  variantı  ilə  yanaşı,  «çulpa» 
fonetik  variantı  da  qeydə  alınmışdır:  «axmaq»,  «bacarıqsız», 
«aciz»,  «zavallı»;  çolpalık  «işə  yaramazlıq»,  «səfehlik». 
Maraqlıdır  ki,  bu  lüğətdə  çoluq-çolpa  qoşa  sözü  «çoluq-co-
cuq» anlamında verilmişdir (320, 58). 
Azərbaycan  dilinin  izahlı  lüğətində  «çolma-çocuq  – 
övladlar, uşaqlar, oğul-uşaq; çolpa – 1) Toyuq, qartal, qırqovul 
və  bəzi  başqa  quşların  bir  və  ya  ikiillik  xoruzu;  2)  Həmin 
xoruzun bütöv şəkildə qızardılmışı; 3) Məcazi mənada «uşaq»; 
çolpalanmaq  –  çolpa  yaşına  çatmaq;  çolpalı  –  «çolpadan  bişi-
rilmiş, içərisində çolpa olan» sözləri var (16, 446-447). Çolpa 
sözü  Azərbaycan  dilinin  dialekt  və  şivələrində  də  eyni 
mənalarda  işlənir.  Çolpa  sözünün  türk  lüğətindəki  mənası  bu 
sözün  Azərbaycan  dilindəki  mənası  ilə  səsləşir.  «Balacalıq», 
«acizlik»,  «uşaqlıq»  semantikasının  çolpa  sözündən  alınması 
şübhə doğurmur. 
Fars dilində 
كسورخ 
(xorusək) 
sözü 
«çolpa» 
mənasındadır (253, 550). Tacik dilində çolpa sözünün qarşılığı 
xurusça/xurusçak  fars  dili  ilə  eyni  kök  əsasında  formalaşır 
(274, 484).  Bu dillərin heç birində  eyni anlamda olan,  «çolpa» 
sözü işlənmir.  Ayrı-ayrı İran və türk dilləri  əsasında aparılmış 
bu  təhlilə  istinadla  demək  olar  ki,  «çolpa»  sözü  türk 
mənşəlidir. 
T.Əhmədov  Quba  ləhcəsində  işlənən  əlçə  «alça»  sözünü 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
50 
50 
tat mənşəli sözlər sırasında vermişdir. 
Qədim türk sözləri lüğətində  «aluç-alça  qeydə  alınmışdır 
(193, 40). 
Mahmud  Kaşğaridə  «alüç»  sözü  «sarı  ərik,  alıç» 
mənasında verilmişdir (86, 141). 
H.Eren  alıç  sözünün  etimologiyasını  izah  edərkən  bu 
sözün  «yabanı olaraq bitən  bir  ağac», türkməncədə  «ağ tikan» 
mənasında  olmasını,  qədim  qıpçaqcada  «alçu»  şəklində 
işlənməsini,  Klosonun  bu  sözün  farsca  alu  kökü  ilə 
yaxınlığının  olduğunu göstərməsini, başqa bir mənbədə sözün 
farsca  alu  kökü  ilə  -ça  kiçiltmə  şəkilçisindən  törəməsini  qeyd 
etmişdir. O, sonuncu halda alu+ça formasında son «a» səsinin 
düşməsinin,  «alça»  variantında  isə  «u»  səsinin  düşməsi 
səbəbinin  izah  edilmədiyini  göstərmişdir.  Yerli  ağızlarda  bu 
sözün  «yemişan»  mənasında  işlənməsi  də  qeyd  olunmuşdur. 
Rəsenen  də  bu  sözün  farsca  «aluça»dan  alındığını  söyləmişdir 
(324, 8). 
E.Quliyev  «alça»  sözünün  abidələrdə  «aluç»  formasında, 
müasir türk dillərində türk. «alça», qırğ. alşa, qaz. alıça, başq. 
olça,  özb.  dillərində  işləndiyini  göstərərək,  onun  gavalı 
növlərindən  biri  olub,  rus  dilindəki  alıça  sözünün  M.Fasmerin 
türk  və  Azərbaycan  dillərindən  alınmasını  göstərdiyini  qeyd 
etmişdir.  O,  sözün  daha  qədim  dövrlərdə  şərqi  slavyan 
dillərinə  keçməsi  qənaətinə  gəlmiş  və  bunu  müasir  türk  dilləri 
səviyyəsində 
ikinci 
hecadakı 
saitin 
düşməsi 
ilə 
əlaqələndirmişdir. E.Quliyev  alça sözünü  al  kökü  və  ça şəkil-
çisinə  ayırmış,  şəkilçinin  qədim  türk    kiçiltmə  şəkilçisinin 
variantı -ça olduğunu söyləmişdir (214, 149). 
T.Əhmədov  əlamət  və  keyfiyyət  bildirən  sözlər  sırasında 
küçək  «kiçik»  sözünü  də  aid  edir.  Tədqiqatçı  Quba  ləhcəsində 
işlənən  gudək  «gödək»  sözü  barəsində  də  eyni  fikirdədir  (47, 
32). 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
51 
51 
Tat  dilinin  müxtəlif  ləhcələrində  qədim  türk  sözlərinin 
sayı  çoxdur.  Bu,  tat-türk,  tat-Azərbaycan  dil  əlaqələrinin 
qədim  tarixə  malik  olduğunu  göstərir.  Tat  dilində  işlənən 
qədim  türk  sözləri  haqqında  bu  işin  sonrakı  səhifələrində  bir 
daha ətraflı danışılacaqdır. 
Tat dilinin Quba ləhcəsinin lüğət tərkibi sözlərin mənşəcə 
növlərinə  görə  də  tədqiq  olunmuşdur.  Ləhcədəki  alınmaların 
əsasən  aşağıdakı  dillərə  aid  olması  göstərilir:  1)  Azərbaycan 
dili mənşəli sözlər: qurxmezi «qorxmazı – armud növü), balduz 
«baldız»;  quzi  «quzu»,  süzmə  «süzmə»  və  s.;  2)  ərəb  mənşəli 
sözlər:  ruh,  şərəət  «şəriət»;  musulmun  «müsəlman»;  sahat 
«saat», cəsus  «casus» və s; 3) rus dilindən alınmalar:  qarnizun 
«qarnizon»;  pulk  «polk»;  rumkə  «rumka»;  çuxutkə  «vərəm»; 
zoud  «zavod»  və  s;  4)  fars  mənşəli  sözlər:  hərəmzodə 
«haramzada»;  aşbazxana  «aşxana»,  «yeməkxana»,  şirmoyi 
«şirmayi», yadigar «yadigar» və s. (325, 49-53). 
Tat  dilinin  Quba  ləhcəsindəki  alınma  sözlərdən  bəhs 
edərkən bəzi məsələlərə  diqqət  yetirmək lazım  gəlir.  Birincisi, 
ərəb  və  rus  dillərindən  alınmaların  birbaşa  və  ya  vasitəli 
olması  maraq  doğurur.  T.Əhmədovun  fikrincə,  ərəb  dilindən 
tat  dilinə  bir  sıra  sözlər,  o  cümlədən  xollu  «dayı»,  amu  «uzaq 
əmi»,  gal  «çığırmaq»,  da  «pis»,    «xırda  balıq»,  ləhə 
«palçıq»,  çəh  «çirk»,  həsü  «xəşil»  sözləri  Quba  ləhcəsinə 
birbaşa  keçmiş  sözlərdir.  Müəllif  bu  sözlərin  ərəb  dilindən  tat 
dilinə  birbaşa  keçməsini  onlara  nə  Azərbaycan  ədəbi  dilində, 
nə  də  dialekt  və  şivələrində,  demək  olar  ki,  təsadüf 
olunmaması  ilə  bağlayır.  Zənnimizcə,  bu  cür  əsaslandırma 
özünü  doğruldur.  Lakin  bu  və  ya  digər  ləhcədə  müxtəlif 
alınmaların  olması  ərəb  və  tat  dilləri  arasındakı  əlaqələrin 
müxtəlif ərazilərdə başqa-başqa şəkildə getməsini iddia etməyə 
imkan  verir.  Bu  isə  özünü  doğrultmur.  Birbaşa  alınmaların 
daha  əvvəlki dövrə  təsadüf etməsi, onların fars dili vasitəsi ilə 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə