Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə12/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
37 
37 
etmək  olar  ki,  bir  dil,  hətta  özünün  ən  qədim  vəziyyətində 
belə, başqa  dilin heç bir təsirinə  məruz qalmamış  olsun»  (302, 
17). 
Tat  və  Azərbaycan  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz 
alınması  prosesi  baş  vermişdir.  Bu  alınmaların  xarakteri 
keyfiyyətcə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili  leksik 
səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili  daha 
çox 
qonşuluqda 
yaşayan 
bu 
və 
ya 
digər 
dialekt 
nümayəndələrinin məhəlli şivələrində öz izlərini buraxmışdır.  
Tədqiqatçılar Azərbaycan dilinin Quba dialektində, başqa 
dialektlərdə  işlənməyən  bir  sıra  sözlərin  tat  dilindən  keçdiyini 
göstərirlər.  Həmin  sözlər  tat  dilinin  digər  ləhcələrində  də  eyni 
şəkildə işlənir (60, 67; 121, 10). 
M.İ.Hacıyev  qeyd  edir  ki,  bu  təsir  xüsusilə  Azərbaycan 
dilinin  iki  dialektində  –  Bakı  və  Quba  dialektlərində  özünü 
daha qabarıq göstərir. 
Abşeron tatları Azərbaycan dilini qəbul etməklə, tədricən 
öz  ana  dillərinin  bir  sıra  elementlərini  də  Azərbaycan  dilinə 
gətirmişlər (60, 68). 
Azərbaycan  –  İran  dillərinin  çoxəsrlik  qarşılıqlı  əlaqəsi 
nəticəsində  müxtəlif  İran  dillərinə  məxsus  ayrı-ayrı  leksik 
vahidlər  Azərbaycan  dilinin  dialekt  və  şivələrinə  keçmiş  və 
hazırda  bəzi  şivələrdə  qorunmaqdadır.  Bu  təsir  daha  çox 
irandilli  xalqların  yaşadıqları  regionlarda  müşahidə  olunur 
(109, 173). 
Əldə  olan  materiallar  əsasında  Azərbaycan  dialekt  və 
şivələrində aşağıdakı tat mənşəli sözlər qeydə alınmışdır:  
Əngilava –  Dərbənd  şivəsində bu söz  «üzüm mürəbbəsi» 
mənasında  işlənmişdir.  Bu  söz  düzəltmə  olub,  tat  mənşəlidir. 
Tat  dilində  anqur//əngur//əngür  «üzüm»  +  ava  su,  maye» 
mənasında  işlənir.  Ümumiyyətlə,  Azərbaycan  dialekt  və 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
38 
38 
şivələrində  -av//-ava  komponentləri  ilə  yaranan  sözlər  çoxluq 
təşkil edir. 
Nümunə  üçün  ardava  «sıyıq»  (un  və  suyun  qatışığından 
hazırlanmış  xörək),  xəkav  (susuz  qalmış  əkin  yeri)  sözlərini 
qeyd etmək olar. 
Demək 
lazımdır 
ki, 
Vs.Miller 
-ava 
ünsürünü 
anlaşılmayan şəkilçi kimi qəbul etmişdir (236, 64). 
Əngiştənə – Dialektlərdə bu söz «üzük» mənasında qeydə 
alınmışdır. 
Tat 
ləhcələrində 
anquştdərin//əngiştdərin//ənguşdonə kimi variantlarda işlənir.  
Əskeş  –  əsasən,  Bakı  dialektində  «arabanın  qolu» 
mənasında  işlənir.  Bu  söz  tat  mənşəli  olub:  əs  (<əsb)  «at»  və 
keş  –  «çək»  ünsürlərinin  birləşməsindən  əmələ  gəlmişdir.  Tat 
dilində  keş//kəş  –  keşirən//kəşiran  «çəkmək»  felinin  şə-
kilçiləşmiş formasıdır.  
Giozən  –  Bakı  dialektində  «yerin  otunu  təmizləmək  üçün 
ağzı  iti  alət»  mənasında  qeydə  alınmışdır.  Tat  dilində 
givo//giyo  «ot»  +  zən  (zərən  «vurmaq»  felinin  formasıdır) 
komponentlərinin birləşməsindən yaranmışdır.  
Goduş  –  «sərnic».  Əsasən,  Qəbələ,  Lənkəran,  Oğuz, 
Salyan  şivələrində  işlənir.  Bu  söz  tat  dilində  gödüş//goduş 
fonetik 
variantlarında 
işlənir. 
Go 
«inək» 

düş 
(duşiran//düşirən «qaynamaq» felindən). 
Goudan – «tövlə». Bakı dialektində işlənir. Düzəltmə söz 
olub,  gou  «inək»  +  dan  ünsürlərinin  birləşməsindən  əmələ 
gəlmişdir.  
Tat  dilində  -dan//-don//-dun  şəkilçisi  isimlərə  qoşularaq 
yer,  qab,  alət  adlarının  və  onların  saxlanıldığı  yer  mənalarını 
verir.  Bu  şəkilçi  bir  çox  İran  dillərində  işlənən  məhsuldar 
şəkilçilərdəndir (72, 69). 
Cuna  –  Bakı  dialektində  «yanaq»  mənasında  işlənir.  Tat 
ləhcələrində guna//günə formasında geniş yayılmışdır.  


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
39 
39 
Həsi  –  «süd  və  undan  bişirilən  duru  xörək».  Əsasən, 
Ağdam, Cəbrayıl, Çəmlərək, Füzuli, Gədəbəy şivələrində geniş 
işlənir. 
Tat 
dilində 
həsi//həsü 
variantlarında 
«əriştə» 
mənasında qeydə alınmışdır.  
Pöpursozum  –  «dayandoldurum»  (köhnə  tüfəng  növü; 
sümbə  ilə  doldurulan  ov  tüfəngi).  Tat  dilinin  Lahıc  ləhcəsində 
geniş işlənir. Məs: Hə inə tan şiniran pöpursozuma vəyift. «Elə 
bunu  eşitcək,  dayandoldurumu  göturdu».  Tat  dilində   
«dayan»  +  pursozum  «doldurum»  (soz  –  saxtən//soxtan  «et-
mək») felindəndir.  
Ləbgərdən  –  Bu  söz  Şamaxı  şivəsində  geniş  işlənir.  Tat 
ləhcələrində abgərdən//obgərdan variantları məlumdur. Bu söz 
mürəkkəb  olmaqla,  ab//ob  «su,  maye»  +  gərdan//gərdən 
«boyun» sözlərinin birləşməsindən yaranmışdır.  
Xırş  –  «ağuz»  (təzəcə  doğmuş  heyvanın  ilk  südü). 
İsmayıllı şivəsində geniş işlənir.  
Kusbənd  –  «qoyun».  Əsasən,  Dərbənd  dialektində  qeydə 
alınmışdır.  Tat  dilində  bu  söz  müxtəlif  fonetik  variantlarda 
(cısband//qusbənd) işlənir.  
Kələsər  –  «işçi  arı».  Azərbaycan  dilinin  dialekt  və 
şivələrində  kələsər  sözü  «işçi  arı»,  «təzə  əkilmiş  tənək 
(«qələmə»)» mənalarında işlənir.  
Qilində  –  İsmayıllı  şivəsində  «heyvanın  boynuna 
keçirilən  dairəvi  ağac»  mənasında  qeydə  alınmışdır.  Tat 
ləhcələrində bu söz «boyunbağı, muncuq» mənalarını bildirir. 
Dəstəçin  –  «zədələnmədən  dərilmiş  meyvə»:  dəst  «əl»  + 
ə  (ünsür)  +  çin  «yığmaq»  (<  çiran  «yığmaq»  felindən).  Eyni 
mənada bir sıra Azərbaycan dili dialektlərində geniş işlənir. 
Tat  dilində  çin  qeyri-məhsuldar  şəkilçi  olub,  yalnız  bir 
neçə  sözdə  qeydə  alınmışdır:  sərçin  «bərbər»  (sər  «baş»  + 
çin<çiran «vurmaq», «qırxmaq» felindən).  
Bəhərxır  –  Bakı  dialektində  «müvəqqəti  olaraq  bağ 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə