Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə11/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
34 
34 
doğurmur. Lakin bir dilə başqa dilin təsirini əsas götürərək onu 
xüsusi  mövqeyə  çıxarmaq  üçün  əvvəlcə  külli  miqdarda  faktlar 
əsasında  həmin  dilin  hansı  dəyişikliklərə  uğramasını,  onun  öz 
dil ailəsindən aralanmasını sübut etmək lazımdır.  
Qeyd  etdiyimiz  kimi,  dil  əlaqələri  prosesində  dillərarası 
təsir  dilin  müxtəlif  səviyyələrində  özünü  büruzə  verir. 
Azərbaycan-tat dil əlaqələrində də bu cəhət özünü göstərir. Tat 
dilinin  fonetik  sistemindəki  bəzi  fonemlərin  qeydə  alınmasını 
dil əlaqələri ilə bağlayan tədqiqatçılar var.  
Məlum  olduğu  kimi,  tat  dilində  «ö»  foneminin  olmasına 
münasibətdə  tədqiqatçılar  arasında  müxtəlif  fikirlər  özünü 
göstərir.  A.L.Qrünberq  «Şimali  Azərbaycan  tatlarının  dili» 
əsərində  «ö»  fonemi  barədə  heç  bir  məlumat  verməmiş,  tat 
vokalizmi  sistemində  «ö»-nü  ayrıca,  müstəqil  bir  fonem  kimi 
göstərməmişdir. 
H.Zərinəzadə  də  İran  dillərində  işlənən  ı,  ü,  ö 
fonemlərinə  öz  münasibətini  bildirmiş  və  sübut  etməyə 
çalışmışdır  ki,  onlar  həqiqətən  də  İran  dillərində  Azərbaycan 
dilinin  təsiri  nəticəsində  yaranmışdır.  «Ö»,  «ü»,  «ı»  səsləri 
İran  dilləri ailəsinə daxil olan  ancaq  elə dillərdə  (tacik, kürd, 
talış,  tat)  tapılır  ki,  o  dillərdə  danışan  xalqlar  türk  dillərində 
danışan  xalqlarla  (Azərbaycan,  özbək,  türkmən  və  s.) 
bilavasitə  və  uzun  müddət  qonşuluqda,  çox  sıx  əlaqədə 
yaşamış və  yaşayırlar,  halbuki,  İran dilləri  ailəsinə daxil olan, 
lakin  türk  dillərinin  təsir  dairəsindən  az-çox  kənarda  qalan  dil 
və dialektlərdə bu fonetik ünsürlər görünmür» (149, 91). 
Qarşılıqlı  təsirdə  olan  iki  dilin  fonetik  sistemində  oxşar 
xüsusiyyətlərin  varlığı  mümkündür,  lakin  bu  xüsusiyyətin  hər 
hansı dildə dil  əlaqələri prosesindəki təsirin  nəticəsi olmasını 
dəqiqləşdirmək lazımdır.  
A.A.Axundov  «ı»  foneminin  Azərbaycan  dilində  də 
uzunluq  və  qapalılıq  kimi  iki  fərqləndirici  əlamətinin 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
35 
35 
mövcudluğunu qeyd etmişdir (5, 109). 
Digər  İran  dillərində,  məsələn,  talış  dilində  pioz  (soğan), 
sio  (qara)  sözlərində  intervokal  mövqedəki  samit  düşmüşdür. 
Lakin bu cəhət  tat dilinin lahıc ləhcəsində başqa şəkildə özünü 
göstərir. Lahıc ləhcəsində piyoz (soğan), siyəh (qara) formaları 
işlənir. Burada saitlər arasında samit fonem yer alır.  
A.Meye  göstərir  ki,  fonetik  qanunlar,  analogiya  və 
alınmalar  dil  dəyişmələrinin  həqiqi  səbəblərini  izah  etmək 
üçün kifayət etmir.  «...Ayrı-ayrı  faktlar  yalnız  xüsusi nəticələr 
çıxarmağa  imkan  verir»  (218,  58).  Dilin  tarixi  tədqiqinin 
predmeti  «bir  dil  çərçivəsindən  kənara  çıxaraq,  bütün  dillərə 
eyni  dərəcədə  şamil  edilə  biləcək  ümumi  qanunları  aşkara 
çıxarmaq  olmalıdır.  «Ümumi  qanunların  aşkara  çıxarılması 
dilçiliyin  əsas  predmetlərindən  biri  olmalıdır.  Belə  qanunlar 
isə dil ailələri çərçivəsindən kənara çıxır» (218, 58). 
Dil  əlaqələri  prosesində  təsirə  ən  tez  məruz  qalan  dilin 
leksik  sistemidir.  Dil  əlaqədə  olduğu  dildən  sözlər  alır.  Tat 
dilinin  bütün  ləhcələrində  Azərbaycan  dilindən  və  ya 
Azərbaycan  dili  vasitəsi  ilə  digər  dillərdən  alınmış  sözlər 
müəyyən çoxluq təşkil edir (47, 112). 
Dil  əlaqələri  nəticəsində  bir  dildən  başqa  dilə  keçən  söz 
alındığı  dildə  arxaikləşib  unudulursa,  keçdiyi  dildə  fəal  işlənə 
bilir.  Məsələn,  lahıc  ləhcəsində  Azərbaycan  dilinin  qədim 
dövrlərinə aid olan bir neçə  söz və termin qeydə  alınmışdır ki, 
Azərbaycan  dilinin  tarixi  leksikası  üçün  bunlar,  sözsüz, 
müəyyən əhəmiyyət kəsb edir.   
Ə.Rəcəbov «Dilçilik tarixi» əsərində A.Meyenin sosioloji 
mövqeyini  şərh  edərkən  yazır:  «Meye  dilin  sosial  işlədilməsi 
ilə 
əlaqədar  olaraq  dil  dəyişikliklərinin  üç  amilini 
müəyyənləşdirmişdir:  1.  Dilin  spontan  inkişafı.  Bu  özünü 
nəsillərin təbii vərəsəliyinin nəticəsi kimi göstərir. 2. Sözalma. 
İnsanların  ticarət,  siyasi,  əqli,  dini  münasibətlərində  söz  bir 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
36 
36 
dildən digərinə keçir. 3. Əhalinin dil dəyişməsi» (116, 384). 
Dil  əlaqələrində  bu  üç  formadan  hər  biri  qeydə  alınır. 
Azərbaycan-tat  dil  əlaqələrində  birinci  iki  amil  geniş 
yayılmışdır.  Leksik  sistemdə  baş  verən  dəyişmələrdə 
Azərbaycan dili vasitəsilə  keçmiş  ərəb, rus və  Avropa mənşəli 
söz  və  terminlər  də  xüsusi  yer  tutur.  «Dil  bütövlükdə 
informasiya  verən  və  informasiya  qəbul  edən  mexanizm 
çərçivəsində  fəaliyyətini  həyata  keçirir»  (71,  3).  Dil 
kollektivləri arasındakı əlaqə informasiyanın ötürülməsi və qə-
bul  edilməsi  zərurətindən  doğur.  Yəni,  bir  dil  kollektivi  və  ya 
bu  kollektivin  nümayəndəsi  müəyyən  informasiyanı  başqa  bir 
dil  kollektivinə  ötürmək,  yaxud  ondan  almaq  istəyir.  Əlaqənin 
yaranması,  informasiya  mübadiləsi  müxtəlif  formalarda, 
müxtəlif  iştirakçılarla  gedir  və  müxtəlif  tarixi  dövrləri  əhatə 
edir.  Bu  baxımdan  dil  əlaqələri  zəminində  baş  vermiş  sözalma 
hadisəsinin daha qədim dövrünün tədqiqi dil tarixi baxımından 
daha  böyük  maraq  kəsb  edir.  Ona  görə  də  tat  dilində  işlənən 
qədim  türk  sözlərinin  müəyyənləşdirilməsi  və  araşdırılması 
vacib  və  aktual  elmi  məsələlərdən  biridir.  Bununla  yanaşı, 
Azərbaycan-tat  dil  əlaqələri  prosesində  tat  dilinin  də 
Azərbaycan  dilinə  təsiri  özünü  göstərir.  Bu  təsir  Azərbaycan 
dilinin dialektlərində üzə çıxır. Müxtəlif sistemli dil qruplarına 
daxil  olan  Azərbaycan  və  tat  dillərinin  qarşılıqlı  əlaqələri 
problemi  mövcud  tədqiqatlarda  müəyyən  dərəcədə  öz  əksini 
tapmışdır  (59;  60;  137;  140).  Dillərin  qarşılıqlı  münasibətləri 
haqqında  H.Zərinəzadə  yazır:  «Hər  hansı  bir  xalqın 
mədəniyyətinin  və  məişətinin  müxtəlif  təzahürlərinə  aid 
məfhumlar  öz  ifadələrini  yalnız  o  xalqın  öz  sözlərində 
tapmamışdır  və  tapmayır,  bu  məfhumların  bir  hissəsi  əlaqədar 
sözlərlə birlikdə başqa dillərdən alınır» (149, 38). 
«Əsas  lüğət  fondundakı  sözlər  içərisində  mənşə  etibarilə 
başqa dillərdən alınmış sözlər görünə bilər. Çox çətin təsəvvür 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə