Gülsüm Hüseynova. Tat dilinin leksikası
25
25
ixtisar bir neçə mərhələdə getmişdir. İlkin mərhələdə səslər və
hecalar düşmüşdürsə, sonrakı mərhələlərdə sözlərin birləşib bir
söz təşkil etməsi baş vermişdir. Bu zaman hər köməkçi feldən
bir heca və yaxud bir səs qalmışdır. Belə ki, budan «olmaq»
felindən qovuşma zamanı -ud, ıstodan felindən -sos, -sod, -s
qalmışdır. Məsələn, «raftə istodə büdam» forması «rəfsodüt»
şəklinə düşür. Mürəkkəb fel formalarının bir sözə yığılması
felin morfoloji quruluşunun yenidən təşkilinə, onun bütün
analitik formalarının yeni aqlutinativ tipli sintaktik forma ilə
əvəz olunmasına, köməkçi felin şəkilçiləşməsinə səbəb olur
(260, 167). Zənnimizcə, tat dilinin bu bölgü üzrə tədqiqinə
əsas yaradan amillərdən biri də tədqiqatçıların eyni qrupa
mənsub dil daşıyıcılarının kompakt şəkildə yaşadıqları ərazi-
lərdən materiallar toplanması olmuşdur. Lakin bu cəhət
müxtəlif qrupların dillərinin ayrı-ayrılıqda tədqiqinin elmi
dəyərini azaltmır, əksinə, artırır. Çünki belə olduqda
müqayisəli tədqiqat aparmaq üçün daha əlverişli zəmin
yaranır. Mövcud araşdırmalar göstərir ki, bu qrupların
daşıdıqları dil eyni olub, ləhcə fərqlərinə malikdir.
Tat dilinə aid ilk material İ.N.Berezinin 1853-cü ildə
Kazanda nəşr olunan «Resherches sour les dialectes persans»
kitabında verilmişdir (317).
İ.N.Berezinin tat dili haqqındakı tədqiqatı ümumi səciyyə
daşıyır, bu dil haqqında hərtərəfli təsəvvür yarada bilmir.
Müəllif Abşeron ləhcəsi əsasında tat dilinin bir sıra fonetik və
qrammatik xüsusiyyətlərini açmağa çalışsa da, ümumən buna
nail olmamışdır. İ.N.Berezinin tat dili haqqında mülahi-
zələrinin səthi və nöqsanlı xarakter daşıması tədqiqatçılar
tərəfindən qeyd edilmişdir. Göstərilən qüsurlara baxmayaraq,
Azərbaycan tatlarının dilinə aid ilk tədqiqat əsəri kimi
İ.N.Berezinin araşdırmaları xüsusi əhəmiyyət kəsb edir.
Rus akademiki B.Dorn 1860-cı ilin axırları, 1861-ci ilin
Gülsüm Hüseynova. Tat dilinin leksikası
26
26
əvvəllərində Bakı, Quba və Dərbənddə olmuş və tat dilinə aid
xeyli material toplamışlar. O, bu materialları «İran dillərinin
tədqiqinə dair» kitabında ümumiləşdirmişdir. B.Dorn «Qədim
rusların Təbəristana hücumları» kitabına mazandaran, gilək,
talış dilləri ilə yanaşı, tat dilinə dair mətnlər də daxil etmişdir.
Tat dilinə aid mətnlər (3 mətn) onun başqa bir əsərində də
verilmişdir (192).
B.Dornun tat dili ilə bağlı topladığı materiallar və onun
elmi araşdırmalarının bir qismi çap olunmamışdır. Həmin
materiallar Sankt-Peterburqda Asiya xalqları İnstitutunun
arxivində saxlanılır.
İ.N.Berezin və B.Dorndan sonra tat dilinə dair tədqiqlərin
geniş aspektdə davam etdirilməsi Vs.Miller və B.Millerin
adları ilə bağlıdır.
Tat dilinin öyrənilməsində Vs.F.Millerin böyük əməyi
olmuşdur. Onun bu sahədəki ilk tədqiqatı yəhudi tatlarının
dilinə həsr olunmuşdur. O, 1900-cu ildə «Tat dilinin
fonetikasına aid oçerklər» kitabını çap etdirmişdir. Bundan
sonra Vs.F.Miller müsəlman tatlarının dilini tədqiq etmiş və
1905-ci ildə onun «Tat etüdləri» kitabı çapdan çıxmışdır (235).
Kitab tat dilinin Lahıc ləhcəsinin materialları əsasında
yazılmışdır. Kitaba 11 mətn və lüğət əlavə edilmişdir. 1907-ci
ildə Vs.Miller «Tat etüdləri» əsərinin ikinci hissəsini nəşr et-
dirir.
Vs.Miller
İ.N.Berezin
və
B.Dornun
topladığı
materiallardan müqayisə məqsədilə istifadə etdiyini də
göstərir. Vs.Miller Azərbaycanda işlədiyi müddətdə, əsasən,
talış dilinin tədqiqi ilə məşğul olsa da, tat dilini də yaddan çı-
xarmamışdır. O, ilk dəfə olaraq tatların Azərbaycan ərazisində
məskunlaşması və onların ləhcələri haqqında məlumat vermiş,
ləhcələrarası
fərqləri geniş şəkildə araşdırmağa cəhd
göstərmişdir (231).
Gülsüm Hüseynova. Tat dilinin leksikası
27
27
Tat dilinin tədqiqini Vs.Millerdən sonra A.L.Qrünberq
davam etdirmişdir. Bu dövrdə İ.M.Oranski də öz tədqiqat
işində tat dilindən bəhs etmişdir (246).
A.L.Qrünberq 1954-1955-ci illərdə «Şimali Azərbaycan
tatlarının dili» adlı monoqrafiyasını yazmaq üçün üç dəfə
Azərbaycanda ekspedisiyada olmuş və materiallar toplamışdır.
Müəllif həmin materiallar əsasında tat dilinin fonetika və
qrammatikasını əsaslı şəkildə araşdırmışdır (181).
V.S.Sokolova talış və tat dillərinin fonetikası ilə bağlı
tədqiqatlar aparmışdır. O, 1948-ci ildə Bakının Balaxanı və
Suraxanı qəsəbələrində, Dəvəçi rayonunda və Qonaqkənddə
yaşayan tatların ləhcələrinə aid materiallar toplamış və bunun
da əsasında tat dilinin fonetikasının təsvirini vermişdir. Onun
tədqiqatları ilk dəfə olaraq 1950-ci ildə çap olunmuşdur. 1953-
cü ildə müəllif tat dilinin fonetikasına həsr olunmuş «İran
dillərinin fonetikasına dair oçerklər» adlı əsərini nəşr etdirir
(283).
Onu da qeyd etmək lazımdır ki, tat dilinin fonetikasının
bu və ya digər məsələlərinə əvvəllər də toxunulmuşdur.
Məsələn, E.Korş «Orta fars dilində dialekt rotasizminin izləri»
məqaləsində tat dilinin fonetikasına müəyyən yer ayırmışdır
(211).
N.Quliyevanın yazdığı kimi, müharibədən sonrakı illərdə
tatlar, onların etnoqrafiyası və dili üzrə tədqiqatlara əsas
etibarilə XX əsrin 50-60-cı illərində başlanmışdır (90).
Bizim
fikrimizcə,
N.Quliyevanın tatlar və onun
etnoqrafiyasının öyrənilməsi ilə əlaqədar fikri doğrudur. Çünki
50-ci illərdə N.Quliyevanın apardığı tədqiqat məhz həmin
sahələrə aid olmuş, tat dili haqqında ümumi məlumatları
özündə
əks
etdirmişdir.
Q.Qeybullayevin
namizədlik
dissertasiyasını da bu tipli tədqiqatlara aid etmək olar (173).
M.Hacıyev 1960-cı ildən başlayaraq, tat dilinin tədqiqi
Dostları ilə paylaş: |