Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   19   20   21   22   23   24   25   26   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
89 
«işində»  jinayət  tərkibi  olmadığı  üçün  bəraət  verilir.  Bundan 
sonra adı  və əsərləri qadağan edilən  şairin  «Şeirlər» (1958)  və 
«Sən ağlama, mən ağlaram» (1991) ki-tabları, tərjümə etdiyi F. 
Rablenin  «Qarqantua  və  Panta-qruel»  (1961)  əsəri,  V. 
Şekspirin  «Otello»,  «Romeo  və  Cul-yetta»  fajiələri  (1962),  Ş. 
Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  poeması  (1978) 
nəşr  olunur».  Bakı  küçələrindən  birinə  adı  verilən  Əhməd 
Cavadın  xatirəsi  əbədiləşdirilmiş,  xalqımız  onu  Azərbayjanın 
qüdrətli şairlərindən biri kimi bu gün də yad edir. 
Əhməd  Cavad  taleyi  yaşamış,  1938-ji  ildə  güllələnmiş 
Məmmədkazım  Ələkbərli    tənqidçi  kimi  ədəbiyyatımızın  inki-
şafı  istiqamətində  öz  işini  quran  istedadlı  qələm  sahibi  ol-
muşdur. 
 Bu  adlarını  çəkdiyimiz  şair,  nasir,  dramaturq,  ədəbiy-
yatşünas  alimlərimiz  Azərbayjan  Yazıçılar  İttifaqının  ilk  fəal 
üzvləri  olmuşlar.  Azərbayjan  ədəbiyyatı  tarixində  ağır  jəza 
tədbirləri illəri dəhşətli  qorxunj iz qoymuşdu. 
Fikrət  Qoja  37-jilər  haqqında  düşünjələrində  onları 
oddan, alovlardan keçənlər kimi qəbul edir. «Oddan keçən-lər» 
əsərində  yaratdığı  obrazlar  xalqının  nurlu,  ziyalı  şəxsiy-yət-
lərinin  ümumiləşdirilmiş  obrazıdır.  Bu  əsərdə  insan  tale-yinə, 
zəka  sahiblərinə,  millətin  düşünən  beyinlərinə,  millə-tini, 
xalqını  sevənlərə  qarşı  qurulmuş  edam  kürsülərinə  nifrət 
əsasdır.  Əsərdəki Tahir  bu obrazlardan biridir. O Ta-hir ki,  əsl 
Azərbayjan 
ziyalısıdır, 
qorxmadan, 
çəkinmədən 
«biz 
türkdillilərik, türkük»,-deyir. Başına yığılardı xalqının düşünən 
oğulları, qəlbinin səsinə qulaq asardı Tahir, həqiqəti söyləyərdi. 
Qorxunj  37-ji  il  qara  taun  kimi  kəsdirmişdi  millətin  başının 
üstünü.  O  taun  Tahirin  də  evinin  astanasın-da  idi.  Lakin 
vətənpərvərlik hissləri başından aşıb-daşan, yurd, millət sevgisi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
90 
içərisində  alovlanan  Tahir  öz  tarixini,  şə-rəfli  keçmişini,  öz 
ölkəsini öyürdü: 
Deyirdi: «Ölkəmdə hər şey düzündü. 
Dövlət də, tarix də özümüzündü. 
Keçmişsiz bu günü neyləyirəm mən, 
Mənim keçmişimə atmayın güllə. 
İftixar, iftixar eyləyirəm mən, 
Keçmişim, bu günüm, gələjəyimlə. 
Tahir kimilərin arzuları gül açan gündür bu günlər. Pan-
türkist,  panislamizm adlarıyla  ittiham olunan,  güllələnən,  Sibir 
çöllərində  məhv  olan  oğullarımızın  arzuları  gül  açan  günlərdir 
bu  günlər.  Kommunist  ideologiyası  70  il  xalqı  öz  əsarət 
buxovunda saxlasa da, qırım-qırım qırıldı, çünki Xəlil Rzalar o 
zənjirlərə  nifrət  edirdi  və  bu  nifrət  idi  ki  on-ları  mübarizəyə 
səsləyirdi, sinəsindən alov kimi püskürürdü bu zənjirləri «gərək 
qıram-qıram»,-deyən  səs.  Tahirləri,  Cavidləri  yadına  düşəndə 
azadlıq  nəğməkarına  çevrilirdi  Bəxtiyarlar,  F.  Qojalar,  F. 
Sadıqlar,  Cabirlər,  Rövşənlər,  Sabirlər,  Nərimanlar,  Mədət 
kimilər  isə  F.  Qojanın  dediyi  kimi,  nə  vijdanın  gözünə,  nə 
ailənin  üzünə  baxmağa  üzü  yoxdur,  «öz  evində  adı»  olan, 
«özü» olmayanların «aşkarlıq» iç üzünü açdı: 
Bu aşkarlıq da bir yandan gəldi, 
Bu Mədət üçün dövr deyil, 
Şərəfsiz bir əjəldi, gəldi. 
AYB-nin  üzvləri  repressiya  dövründə  ədəbiyyatımızın 
başına  gətirilən  müsibətlərin,  fajiələrin,  yaşanan  həyəjanların, 
qorxu  və  iztirabların  ajısını  dadmışlar,  qəlbi,  ruhu  yazmaq, 
yaratmaq eşqi  ilə çırpınan qəlblərin ölümdən də dəhşətli  «xalq 
düşməni»,  «vətən  xaini»  kimi  damğadan  qorxması  təbii  idi, 
vətəndaş 
sənətkarların, 
vətənpərvər 
şairlərin, 
alimlərin, 
yazıçıların  ağır,  qorxunj  yaşantılarıdır  bu  adlar...  Bir  çox 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
91 
istedadlı  sənətkarlarımızın  damğalandığı  damğa  ilə  çox 
sənətkarlarımız  qarşılaşa  bilərdi.  Bu  böyük  dəhşətləri  yaşayan 
S.Vurğun,  C.  Cabbarlı....  daha  kimlər,  kimlər  yaradıjılığının 
çiçəkləndiyi  bir  vaxtda  dünyasını  dəyişdilər.  Ölüm  qorxulu 
deyildi yazıçı üçün, ləyaqət, ad, vətəndaşlıq hissi, xalqa, vətənə 
sədaqət  hissi,  əqidə,  amal,  məslək  saflığının  məsuliyyəti    idi 
onları  qorxudan.  «Vətən  xaini»,  «xalq  düşməni»  damğasıyla 
damğalanan neçə-neçə insanlarımızın öz övladlarının gözlərinə 
dik  baxmaq,  saflığını  sübut  etmək  üçün  nə  qədər  zamana 
ehtiyajları  olub.  Nə  qədər  zaman  keçəndən  sonra  oğul,  uşaq, 
qohum-əqrəba günahsız qurbanların yaşadığı mənəvi dəhşətləri 
anlayıb,  əzab  çəkib,  əzabından  stalinizmin  faşist  qəddarlığına  
nifrətini  silib  ata  bilməyib.  Bu  gün  də  o  nifrət  qəlbimizdədir. 
Gözümüz  önünə  yüzlərlə  Müşfiqlər,  Əhməd  Cavadlar,  Almas 
İldırımlar gəlir. 80 illik bir yubiley ərəfəsində olan Azərbayjan 
Yazıçılar  İttifaqı  nə  qədər  qüdrətli  qələm  sahiblərinin,  şair  və 
ədiblərinin  günahsız  yerə  təqibini,  təhdidini,  fajiəsini  görüb, 
içində bişib, yanıb, köşələnib... Bu gün də Sovet maşınının po-
lad  təkərləri  altında  əzilənlərini,  sərt,  amansız,  qəddar  ideolo-
giyasının  qurbanı  olanlarını  unutmur.  Onların  Yazıçılar 
Birliyinin  binasından asılan  xatirə  lövhələrinə  baxanda  insanın 
damarlarında  qanı  donur.  «Göz  qəlbin  güzgüsüdür»,-  deyiblər. 
Hər üzdə, gözdə bir həyat eşqi, sevgi, səmimilik, həzinlik, eyni 
zamanda mübarizlik var... Belə göz sahiblərinin bəlkə də elə o 
humanist  baxışlarından  qorxub,  ha-çansa  qurduğu  taxtı  başına 
çevirəjəyindən  hürküb    millətin  düşünən  beyinlərini,  vuran 
ürəklərini  susdurublar.    Bir  dəfə  müstəqillik,  azadlıq  şərbətini 
içmiş  xalqın  gej-tez  «Bir  kərə  yüksələn  bayraq  bir  daha 
enməz»-şüarındakı  həqiqətin  qorxusundan  kürklərinə  birə 
düşüb,  onları  qara  basıb,  gözlərinə  hər  düşünən  insan  sabah 
qılınjını  qaldırıb  haqqını,  azadlığını,  müstəqilliyini  geri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
92 
qaytarmaq  istəyən  azadlıq  aşiqi  kimi  görünüb,  özü  də  inanıb, 
inanıb  ki,  zor  üstündə  qurduğu  hakimiyyəti  çox  davam  gətirə 
bilməz.  Allah  istedad,  ilham  verən  insanın  duyğu  və 
düşünjələrini zorla bir ideologiyaya tabe etdirmək olmaz. Həllaj 
Mənsurlar,  Nəimilər,  Nəsimilər  yetişdirən  bir  dünyada  onların 
da  zamanı  gələjək,  qanla  qurduqları  taxtı-tarajı  dağılajaq. 
Sadəjə  olaraq  bu  vaxtı  uzatmaq,  bir  az  vaxt  qazanmaq,  xalqın 
içinə vahimə salmaqla öz hökmranlığını bir az da olsa qorumaq 
istəyi  içində  çırpınanların  törətdiyi  fajiələrdə  əli  qanlı  bir  ovuj 
hakimiyyət  ehtirası  ilə  yananlar  daha  böyük  günah  sahibi  idi, 
heç  bir  səhvini  qəbul  etməyən  şəxsiyyətə  pərəstiş  ideyaları  ilə 
hakimiyyətini  quran,  bir  ovuj  qaniçən  millətimizin,  keçmiş 
Sovetlər  birliyinin  ən  istedadlı  oğul  və  qızlarını  öz  eqoist 
ideologiyalarının qur-banları etdilər. 
Bu  dəhşətləri  yaşayan,  hər  an  qələm  dostlarının  oxşar 
talelərini  yaşamalı  olajaqlarından  qorxan,  «xalq  düşməni» 
damğası  alajağından  ehtiyatlanan,  bununla  belə  mübarizə 
meydanından  çəkinməyən  əqidə,  məslək  sahibləri  sənətkarla-
rımız  Azərbayjan  ədəbiyyatının  inkişafı  naminə  ömrünü  şam 
eləmişdi...  belə  sənətkarlardan  biri  də  C.  Cabbarlı  idi...  C. 
Cabbarlı Azərbayjan ədəbiyyatı və teatrının inkişafında mühüm 
xidmətləri  olan  sənətkardır.  Ədəbi-bədii  yardıjılığı  ilə  yanaşı 
ədəbi-tənqidi  məqalələri  ilə  ədəbiyyatımızın  elmi-nəzəri,  həm 
də  praktik  jəhətdən  formalaşmasına,  möhkəmlənməsinə 
çalışmışdır.  C.  Cabbarlı  ədəbiyyata  şair,  nasir,  felyetonçu-
curnalist  kimi  gəlsə  də,  dramaturq  kimi  fəaliyyət  göstərmiş, 
Azərbayjan  sovet  dramaturgiyasının  banilərindən  biri  kimi 
ədəbiyyat  tarixinə  adı  yazılmışdır.  Azərbaycan  teatr  sənətinin 
inkişafinda  böyük  uğurlara  imza  atan  C.  Cabbarlı  özündən 
sonra yetişən  yazıçılara, dramaturqlara yol açmışdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə