Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
97 
çəkir,  belə  anlarda  şairin  göz  yaşları  sözünə  baxmır,  səddini 
uçurmuş çaylar kimi çağla-yır...» (M.Cəlal). 
 
Cənubi Azərbayjanda yaşayan Azərbayjan poeziya-sının 
nümayəndəsi  Şəhriyara  həsr  olunmuş  şeirləri,  «Cənub 
şeirlərinin  poetik  zirvəsi  kimi  şah-şahrah  beytlərlə  dolu»  şeir 
kimi yüksək qiymətləndirilir. 
Gəl söyləyim ürəyimin sözünü, 
Bir kərə də görməmişəm üzünü, 
Nigaranam yetir mənə özünü, 
Məhəbbətin bağrımdadır, Şəhriyar, 
Mənim ürək ağrımdadır, Şəhriyar! 
 
Kim deyir ki, lisanımız ayrıdır? 
Nə adımız, nə sanımız ayrıdır. 
Nə janımız, nə qanımız ayrıdır, 
Ürək birdir, bədən birdir, Şəhriyar, 
Vətən birdir, vətən birdir, Şəhriyar! 
Rəngarəng yaradıjılığa malik Süleyman Rüstəmin satirik-
yumoristik    şeirləri  («Yad  adam»,  «İki  yolçu»,  «Qəribə  aşiq», 
«Artıq gej deyilmi?», «Nejə deyərlər», «Tənqidçi dostuma açıq 
məktub»,  «Qəribə  tanışlıq»,  «Xəstəlik»,  «Qəribə  məjlis», 
«Üçünjü sağlıq», «Rəhbərzadə», «Əhsən belə dostlara» və s) ilə 
yanaşı  poemaları  da  mühüm  yer  tutur.  «Yaxşı  yoldaş», 
«İldırım»,  «Gülbahar»,  «12-ji  tüfəng»,  «Qafurun  ürəyi», 
«Nakam  məhəbbət»,  «Şairin  ölümü»,  «Yeni  kəndin  işıqları», 
«Səbuhini  düşünərkən»  və  s.  poe-maları  müasir  mövzuda 
yazılmış    əmək  prosesində  dəyişən,  tərbiyələnən  insanın  yeni 
həyat uğrunda mübarizəsi məsə-ləsindən bəhs edir, müharibədə 
böyük qəhrəmanlıqlar göstərən, Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görülən Qafurun döyüş yolundan, şair, dramaturq, filosof 
Axundovun fəaliyyətindən və s. bəhs edir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
98 
 Süleyman 
Rüstəmin 
yaradıjılığında 
dramaturgiyası 
(«Çimnaz  xanım  yuxudadır»,  «Yanğın»,  «Qaçaq  Nəbi»,  «Gəl-
di-gedər», «Durna» libretto mətni və s.) mühüm yer tutur.. Şair, 
dramaturq,  ijtimai  xadim  S.  Rüstəm  xalqına,  vətəninə  bağlı 
olan,  onun  müvəffəqiyyətindən,  qazandığı  uğurlardan  vəjdə 
gələn,  əmək  qəhrəmanlarının  əldə  etdiyi  nailiyyəti  dastanlara 
çevirən,  şeirləri,  qəzəlləri  dillər  əzbəri  olan  nəğməkar  şairdir.  
«Seçilmiş  əsərləri»  4  jilddə  (1969-1972),  «Xəzərin  şəhəri» 
(1976), «Seçilmiş əsərləri», 2 jilddə (1976), «Mənim Günəşim» 
(1986),  «Əsərləri»  6  jilddə  nəşr  olunub.  Xidmətlərinə  görə  üç 
Lenin  ordeni,  Sovet  Sülhü  Müdafiə  komitəsinin  fəxri 
fərmanına,  yüksək  adlara  layiq  görülmüş,  xalq  şairi,  Sosialist 
Əməyi Qəhrəmanı, alovlu mübariz, nəğməkar şair kimi bu gün 
də  sevilir.  Qəzəlləri  xa-nəndələrin  dillər  əzbəridir,  sözlərinə 
yazılmış mahnılar bəs-təkarlara da şöhrət gətirən əsərlərdir. 
 
 
 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
99 
SÖZ MÜHARİBƏ MEYDANINDA  
QÜDRƏTLİ SİLAHDIR 
(1941-1945) 
 
Azərbayjan  şair  və  yazıçıları  İkinji  Dünya  müharibəsi 
illərində  vətən,  torpaq,  xalq  naminə  böyük  fədakarlıqlar  gös-
tərdilər.  Onlar  bütün  qüvvə  və  imkanlarını    «hər  şey  jəbhə 
üçün,  hər  şey  qələbə  naminə»  sərf  etdilər.  1941-1945-  ji  illər 
Böyük Vətən müharibəsinə qədər  ədəbiyyatımız, injəsənətimiz 
dinj  qurujuluq  şəraitində  inkişaf  edirdi.    Onlar  xalqımızın 
nailiyyətlərini  qələmə  alır,  xalqı  vətənpərvərlik  ruhunda 
tərbiyələndirmək    sahəsində  öz  nəjib  fəaliyyətlərini  davam 
etdirirdilər.  Müharibə  illərində    xalqın  faşizmə  qarşı 
müharibədə  göstərdikləri  qəhrəmanlığı,  igidliyi,  arxa  jəbhədə 
sadə xalqın fədakar əməyini,  hər iki jəbhədə xalq, vətən, torpaq 
naminə  misilsiz  rəşadət,  mərdlik  nümayiş  etdirən  sovet 
xalqlarının,  o  jümlədən  o  xalqı  təmsil  edənlərdən  azər-
bayjanlıların  nələrə  qadir  olduğunu  vəsf  edirdilər.  «Ədəbiyyat 
və  injəsənət  işçiləri  şeir,  hekayə,  musiqi,  təsviri  sənət  əsərləri 
kimi  böyük  ideya  silahı  ilə  sovet  adamlarında  Vətə-nə  dərin 
məhəbbət,  düşmənə  qarşı  sönməz  nifrət,  kin  hissləri  tərbiyə 
edir,  faşist  işğalçıları    üzərində  qələbə  çalaja-ğımıza  böyük 
inam yaradırdılar» (B. Nəbiyev). 
Müharibənin  ilk  illərindən  həm  ədəbiyyat,  həm  də 
injəsənət  xadimləri    öz  vəzifə  borjlarını  başa  düşür,    düşmənə 
qarşı  mübarizə  aparmağı  gənj  nəslə    öyrətməyi  qarşıları-na 
məqsəd  qoyurlar.  Üzeyir  Hajıbəyov  yazırdı:  «Bədii  xalq 
məsəlində deyilir ki,  toplar dinəndə  musiqi  susmalıdır...  Bizim 
musiqimiz  bizim  zəhmli  toplarımızla  birlikdə  var  qüv-vəsi  ilə 
səslənəjək,  onun  mərmiləri  faşist  janilərini  yer  üzün-dən 
siləjəkdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
100 
Bizim  artistlərimiz  düşmənə  öldürüjü  zərbə  vurmaq, 
döyüşçülərimizi  qələbə  marşı  və  qələbə  mahnısı  ilə  döyüşə 
ruhlandırmaq  üçün  hər  jür  şəraitdə-arxada,  jəbhədə,  sən-
gərlərdə  çıxış  edəjəklər.  Biz  təkjə  injəsənət  silahı  ilə  çıxış 
etməyəjəyik.  Biz  xalq könüllüləri  sıralarına gedəjək,  düşmənlə 
hər jür silahla vuruşajaq və onu məhv edəjəyik». 
Alman faşistləri bütün Avropanı, eləjə də Sovet İttifaqını 
məğlub  etmək,  bütün  dünyada  ağalıq  etmək  üçün  başladıqları  
ədalətsiz,  işğalçı  müharibədə  udmaq,  qələbə  əldə  etmək  üçün 
yüksək  səviyyədə  hərbi  texnika,  sursatla,    silahlanmışdılar. 
Onların 
dəhşətli 
sarsıdıjı 
silah-sursatına 
qarşı 
dünya 
xalqlarının-işğal etdikləri Avropa və Sovetlər Birliyi xalqlarının 
torpaq,  vətən  sevgisi  və  ədalətli  mübarizə  hissi  dururdu.  Bu 
vətənpərvərlik  hisslərinə  faşistlər  misilsiz  qəddarlıq,  vəhşiliklə 
javab  verirdilər.  Onlar  1933-jü  il  27  fevralda  az  bir  müddətdə 
yüz minə yaxın tərəqqipərvər, sülhsevər, elm, sənət adamlarını 
siyasi  məhbus  kimi,  həbsxanalara  saldılar.  15  gün  müddətində 
inkişaf  etmiş  Avropa  dövlətlərindən  Polşanı  bütövlükdə  işğal 
edib,  digər  ölkələri  Danimarka,  Norveç,  Belçika,  Hollandiya, 
Fransa,  Yunanıstan,  Yuqoslaviyanı  zəbt  etdilər.  Öz  faşist, 
işğalçı  bayraqları  başları  üzərində  dalğalanan  Avropa  xalqları 
gizli  partizan  dəstələri  yaradır,  faşist  Almaniyasının  məhvi 
naminə  ölüm-dirim  mübarizəsinə  girdilər.  Belə  bir  zamanda 
faşist Almaniyası Sovet İttifaqına, bu tərkibdə yaşayan xalqlara 
qarşı  elə  bir  mübarizə  planı  hazırlamışdı  ki,  sorğusuz,  sualsız, 
qeydsiz-şərtsiz  məğlubiyyətə  diz  çökməli  idilər.  Belə  bir 
zamanda  sovet  xalqında  düşmənə  nifrət,  mübarizə  ruhu 
artırılmalı,  onların  mənəvi  birliyi  təmin  edilməli,  daha  da 
möhkəmlənməli idi. Müharibənin ilk günlərindən ağır sınaqlara 
məruz  qalsa  da,  Avropanın  iqtisadi,    hərbi  potensialını  ələ 
keçirən faşist Almaniyası ilə təkbətək döyüşə girməyə məhkum 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə