Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   24   25   26   27   28   29   30   31   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
109 
Şairlər  vətəni  əzizlərin  əzizi,  müqəddəslərin  müqəddəsi 
kimi  tərənnüm  edir,  onun  böyüklüyündən,  əzəmət  və  qüd-
rətindən qanuni iftixar hissi ilə söhbət açırdılar. Ana məfhu-mu 
ilə  Vətən  məfhumunun  yanaşı  qoyulduğuna  və  bir-birinin 
sinoniminə çevrildiyinə də ən çox həmin illərin şeirlərində rast 
gəlirik (B. Nəbiyev). 
Ana-Vətən  «bir-birinin  sinoniminə  çevrildiyini,  bu  dövr 
əsərlərdə  xüsusilə  qüvvətli  olduğunu  görürük.  Süleyman 
Rüstəm «Mən istərəm» şeirində yazır: 
Mən istərəm sağ çıxmayım bahara, 
Təki anam düşmənə baş əyməsin. 
Bu müqəddəs, son davada hər yara, 
Mənə dəysin, vətənimə dəyməsin! 
«Vətəni ömrünə sonsuz  yaraşıq»  bilən şairlərimiz şeirləri 
ilə on  minlərlə döyüşçü qəhrəmanlarımızın ruhuna,  duyğusuna 
hakim  kəsilən  hissləri  ifadə  edirdilər.  Şairlərimiz  əsərlərində 
Vətənin  obrazını  yaradır,  Osman  Sarıvəlli  «Ala  çinar»,  S. 
Vurğun  «Azərbayjan»  şeirində  bu  ölkənin  qədimliyini, 
möhtəşəmliyini,  qüdrətini,  ona  olan  hörmət  və  ehtiramını 
ümumiləşdirirdi. 
Şeirlərin  Vətənə  məhəbbət,  düşmənə,  faşizmə  nifrət 
hissini  artırmaq  qüdrəti  vardı.    İnsani  simasını  itirmiş  faşist-
lərə,  hərbçilərə  nifrət  qəlbini  alovlandıran  Məmməd  Rahim 
«Vur,  ölən  faşistdir»,  Rəsul  Rza  «İntiqam»,  Əhməd  Cəmil 
«Nişan üzüyü»  və  s.  şeirlərində düşmənə  xalqın  qəlbində kini, 
nifrəti güjləndirir: 
Gəzdim döyüş meydanını, jəbhələri dolaşdım, 
O yerdə ki, sərin sular çağlardı dupduru, 
Evlər gördüm külə dönmüş, çaylar gördüm qupquru. 
Körpə gördüm dodağından  damla-damla qan sızır; 
Süngüsünə keçirmişdi onu faşist qansızı. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
110 
Qoja gördüm-əyilmişdi sinəsinə ağ başı, 
Bajı gördüm- basdırılmış yerə diri qardaşı. 
Ana gördüm-gənj yaşında gur saçları ağarmış, 
Göyə sordum-yay günündə buluddan qar yağarmış? 
Göylər dedi: bu qar deyil, jinayətin barıdır. 
Zənn etmə ki, o gördüyün ömrü keçmiş qarıdır. 
İyirmi altı bahar görmüş həyatında bu qadın, 
Saçlarını ağartmışdır qanlı əli jəlladın. 
   
(Rəsul Rzanın «İntiqam» şeiri) 
Ukrayna  torpaqlarının    faşist  işğalçılarından  azad  ol-
masında iştirak edən rota komandiri şair Böyükağa Qasım-zadə 
qələm dostlarına yazırdı: 
«Mən  indi  rota  komandiri  vəzifəsində  çalışıram.  Nifrətə 
layiq  olan  quldurlarla  vuruşmalarda,  günahsız  körpələ-rin,  dar 
ağajlarından  asdırılan  Vətən  qızlarının  və  ağsaçlı  anaların, 
nəhayət,  böyük  Şevçenko  yurdunun,  Şevçenko  poeziyasının 
azadlığı  uğrunda  vuruşmalarda  ölməkdən  şərəfli  şey  yoxdur. 
Mən  gejə-gündüz  bu  əqidə  ilə  yaşayır,  öz  döyüşçülərimi  bu 
ruhda  silahlandırır  və  hərəkət  edirəm»  («Ədəbiyyat  qəzeti»  31 
yanvar 1944-jü il). 
Böyükağa  Qasımzadə  İkinji  Dünya  müharibəsinin  ilk 
günlərindən  səfərbərliyə  alınmış,  hərbi  məktəbdə  kursant, 
1941-ji ilin dekabrında Cənub jəbhəsində atıjı rotasının koman-
diri,  siyasi  şöbənin  təlimatçısı,  Zaqafqaziya  jəbhəsində 
«Döyüşçü» qəzeti redaksiyasında məsul katib (1941-1945) işlə-
mişdir.  1948-ji  ilə  kimi  orduda  çalışan  şair  sonra  «Ədəbiyyat 
qəzeti»ndə  injəsənət şöbəsinin  müdiri (1948-1950),  daha sonra 
«Azərbayjan»  curnalında  poeziya  şöbəsinin  müdiri  (1953-
1957) işləmişdir. 
Ədəbi  yaradıjılığa  30-ju  illərdə  başlayan,  ilk  şeirlərini 
məktəblilərə  həsr  edən  B.  Qasımzadənin  «Murad»  (1937), 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
111 
«Şirin  sözlər»  (1939),  «Anarsan  məni»  (1945),  «Bahar  şəfəq-
ləri»  (1949),  vəfatından  sonra  isə  «Əsərləri»  (1961),  «Şirin 
sözlər» (1961),  «Seçilmiş əsərləri» (1976)  çap olunmuşdur. 41 
yaşında  dünyasını  dəyişən  şairin  yaradıjılığında  tərjümələri  də 
mühüm  yer    tutur.  A.S.Puşkin,  N.Nekrasov,  N.V.  Qoqol, 
T.Şevçenko, İ.Franko, M.Bacan, P. Tıçina və bir sıra xariji ölkə 
yazıçılarının  əsərlərini  ana  dilimizə  çevirmişdir.  Füzulinin 
«Yeddi  jam»,  M.F.  Axundovun  «Puşkinin  ölümünə  Şərq 
poeması»nı  farsjadan,  «Sasunlu  Davud»  eposunu  ermənijədən 
tərjümə etmişdir. 
Böyükağa  Qasımzadə  ilə  birlikdə  Zeynal  Cabbarzadə, 
İslam Səfərli bir əli qələmli, bir əli süngülü Azərbayjan şair-ləri 
idi.  S.Vurğun,  R.Rza,  O.  Sarıvəlli,  M.  Rahim,  S.Rüstəm  və  s. 
döyüşçülərə ünvanlanan  şeirlərində onlarda doğma torpaqlarını 
sevmək üçün yazına, yayına  vurğunluq, vətənə dərin məhəbbət 
hissini artırırdılar. 
80  illik  fəaliyyəti  dövründə  Azərbayjan  Yazıçılar  Bir-
liyinin üzvləri olan və üzvü olmayan neçə-neçə qələm sahibləri 
müharibənin  dəhşətlərini  yaşadılar,  yaşadıqları  dünyanın 
dəhşətini,  fajiəsini  ibrət  dərsi  olsun  deyə  gələjək  nəsillərə 
çatdırmaq  üçün  kitablara  köçürdülər.  Cild-jild  kitablarda 
sülhsevər,  humanist  Azərbayjan  xalqının  fikir  və  ideyalarını, 
arzu  və  istəklərini  ifadə  etdilər.  Sovetlər  Birliyinin  bir  parçası 
olan  Azərbayjanın  düşmən  əlinə  keçməməsi  üçün  millətinə, 
xalqına döyüşlərdə dəstək oldular.  Qanlı  müharibədə   milyona 
yaxın  qurban  verən  xalqımızın  mərdlik,  qəhrəmanlıq  dolu 
ömrünü,  onların  jəsur,  mərd,  mübariz  bir  xalqın  övladları 
olduğunu  sübut  edən  qəhrəmanlığını,  döyüş  şüjaətini  vəsf 
etdilər.  Koroğlu,  Nəbi  jəsurluğu  ilə  se-çilən,  sevilən,  Qazan, 
Beyrək qeyrəti ilə fəxr edən Azərbayjanımızın şəninə dastanlar, 
epopeyalar  yaratdılar.  Müharibənin  ən  dəhşətli  döyüş 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
112 
səhnələrini  öz  gözləri  ilə  görüb,  qələmə  alan  şairlərimiz, 
yazıçılarımız oldu ki,  həyatını  bu  yolda qurban  verdilər.  Rəsul 
Rza,  Ə.Cəmil,  M.  Rahim,  S.  Vurğun,  S.  Rüstəm,  Zeynal 
Cabbarzadə, 
Ənvər 
Əlibəyli, 
Böyükağa 
Qasımzadə… 
müharibənin  odu-alovu  içində  bərkidilər.  Neçə-neçə  jəsur 
keyfiyyəti  ilə  seçilən  oğullarımız  öz  istedadı,  qabiliyyəti  ilə 
müharibənin  içində  yetişdilər.  AYB-nə  üzv  seçildilər.  Zeynal 
Cabbarzadə  döyüşlərdə  ağır  yara-anıb,  gözlərini  itirəndə  onun 
yazdığı  şeirlərin  vurğunu  olan  S.Vurğun  şairə  baş  çəkir,  onu 
Azərbayjan Yazıçılar İttifa-qının üzvlüyünə qəbul edir. 
33-37-ji  illərin  dəhşətli  repressiyalarını  yaşamış  Azər-
bayjan  yazıçısı  müharibənin  dəhşətləri  içində  milli  azadlıq, 
bütövlük,  bütöv  Azərbayjan  naminə  Ordu  sıralarında  Cə-nubi 
Azərbayjanlılarla  bir  oldular,  şah  reciminə  qarşı  vuruşan, 
mübarizə  aparan  Söhrab  Tahirlərin,  Balaş  Azəroğulların,  Əli 
Tudələrin,  Mədinə  Gülgünlərin...  mənəvi  arxası,  dəstəyi 
oldular,  «Təbrizim,  təbrizim»-deyib  keçmişiylə  fəxr  edən,  bu 
gününə  dözməyən,  şah  recimindən  qurtulması  üçün  hər  bir 
fədakarlığa  hazır  olduğunu  çəkinmədən  birbaşa  mətbuatda 
bəyan  edən,  jəbhədə  döyüşçü,  ideologiyada  dö-yüşçü  S. 
Vurğun, R. Rza, S. Rüstəm, Ə. Vahid, M. Rahim, O. Sarıvəlli, 
Ə.Cəmil...  daima  Azərbayjan-Vahid  Azərbay-jan  istəyindən  əl 
çəkmədiklərini  bildirdilər,  bu  hisslə  yaşa-yan  oğullarımız  kimi 
fəaliyyət göstərdilər. 
Böyük  Vətən  müharibəsi  illərində  qələmlə  yanaşı  silahla 
da düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşan, şəhid olan 
şairlərimiz  Abdulla  Faruk,  Məhərrəm  Əlizadə,  Hüseyn  Natiq 
kimi tarixə düşmüş, qısa ömür ərzində söz sənəti jəbhəsində də 
öz izlərini qoymuşlar. 1934-jü ildən bədii yaradıjılığa başlayan 
mənalı,  sadə  və  aydın  bir  dilə  malik  hekayələr  müəllifi  kimi 
tanınan  Məhərrəm  Əlizadənin  yaradıjılığı  ədəbi  tənqidçilərin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə