Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   25   26   27   28   29   30   31   32   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
113 
diqqətini  jəlb  etdi,  o  zamankı  «bədii  nəsrimizə,  son  dərəjə 
parlaq  istedada  malik  bir  nasir»  gəldiyini  gördülər.  Yazıçının 
1936-jı  ildə  çapdan  çıxan  «Dostlar»  adlı  hekayələr  kitabında 
«Yadındamı?»,  «Dost-lar»,  «Qız  Musa»,  «Südabənin  son 
məktubu» və s.  hekayə-lərinin «oricinal və dolğun məzmunu», 
müasir  ideya,  jazibə-dar  bədii  forması  ədəbi  ijtimaiyyətin  
marağına  səbəb  oldu.  M.  Əlizadənin  əsərlərində  ailə-məişət, 
təlim-tərbiyə,  xalqlar  dostluğu,  yeni  həyat  uğrunda  mübarizə 
kimi 
aktual 
prob-lemlər 
dövrün 
bədii-estetik 
fikri 
səviyyəsindən  həll  olun-urdu:  «Qonaq»  adlı  ikinji  hekayələr 
kitabı  çapdan  çıx-dığı  zamanlarda  yazıçı  odlu-alovlu, 
qanlı-qadalı  döyüş  meydanlarında  vuruşurdu.  «Əsir»,  «Kədər 
və  sevinj»,  «Mərə-kə»,  «Bajıqızının  konspektləri»,  «Qonaq», 
«Kömək»,  «Ata  və  oğul»,  «Rəna»  adlı  hekayələr  toplusunun 
nəşrini görmək yazıçıya nəsib olmadı. 
Bu  hekayələrdə  təhsil,  tərbiyə,  seçdiyi  ixtisasa  jiddi 
yanaşma  («Bajıqızının  konspektləri»),  ali  təhsilə  qeyri-jiddi 
münasibət,  zəhmətdən  qaçmaq,  mədəni,  mənəvi  gerilik  tənqid 
olunur,  xalqın  inqilabi  dirçəlişinə  («Ata  və  oğul»),  geriliyə 
səbəb olan problemlər qoyulur.  
Məhərrəm  Fərəj  oğlu  Əlizadə  İkinji  Dünya  müharibəsi 
başlanandan  könüllü  əsgər  getmiş,  topçu  alayında  vuruşmuş, 
1942-ji il noyabrın 17-də Krasnodar vilayətinin Tuapse rayonu 
İndyuk kəndində gedən vuruşmalarda həlak olmuşdur. İstedadlı 
yazıçının  seçilmiş  hekayələri  1962-ji  ildə  («Kədər  və  sevinj») 
toplanıb nəşr olunmuşdur. 
M.  Əlizadə  taleyini  yaşayan,  şeirlərindəki  «tribunluğu, 
romantik  joşqunluğu,  qüdrətli  publisistik  üslubu  ilə  tanınmış» 
Abdulla  Faruk  az  ömrüylə  xalq  arasında,  geniş  oxuju  kütlələri 
içində  tanınmış  istedadlı  şairlərdən  idi.  «Üfüqlər  qızaranda» 
(1929),  «Yarış»  (1933),  «Talış  dağları»  (1935),  «Döyüş 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
114 
yollarında»  (1936),  «Dalğalar»  (1937),  «Qızıl  əsgər»  (şeirlər) 
(1938), ölümündən sonra «Sahilsiz qəlbimin dalğa-ları» (1989) 
kitabları  nəşr  olunub.  Böyük  Vətən  müharibəsi  illərində  kiçik 
leytenant  rütbəsində  jəbhədə  (1942-43)  iştirak  etmiş,  «Sovet 
Gürjüstanı»,  «Qızıl  əsgər»  jəbhə  qəzetlərinin  səhifələrində 
döyüş  ruhlu  şeirləri  ilə  iştirak  etmiş,  «Qara  Məmməd»  (5 
pərdəli, 15  şəkilli  mənzum pyesini),  «Otuz qəhrəman» poema-
sını  yazmışdır.  Tənqidçilər  onu  «müasir  ruhlu  sənətkar»,  yeni 
qurujuluq  işərinə  başlayan,  həyatını  yenidən  qurmağa  çalışan, 
bu  yolda  müvəffəqiyyətlər  əldə  edən  xalqın  həyatı,  tarixi 
keçmişini  əsərlərində  əks  etdirən,  yaşadığı  dövrdə  baş  verən 
beynəlxalq hadisələri qələmə alan əsərlər müəllifi kimi  yüksək 
qiymətləndirir.  Onun  «Buruq-lar»,  «Yarış»  adlı  şeirlərində 
quruju,  yaradıjı  xalqın  əməyi  tərənnüm  edilir.  İnqilabdan 
sonrakı  dövrdə  Azərbayjanda  baş  verən  dəyişikliklər  «On  bir 
il»  şeirində  maraqlı  bir  kompozisiya  üzərində  verilir.  O, 
xalqını,  onun  həyatında  baş  verən  hadisələri,  eyni  zamanda 
dünyanı  düşünür,  plane-timizin  taleyi,  gələjəyi  («Not-Front») 
haqqında düşünjə-lərini verir, almanları ali irq adlandıran faşist 
nəzəriyyə-çilərinin havadarlarına qəzəbini ifadə edir. 
Utansın Avropanın bugünkü vəhşətindən, 
Bəyaz irqlər nəslini mədh edən, tərif edən. 
Mühərrirlər, ədiblər, alimlər, filosoflar, 
Həyat fəlsəfəsindən bixəbər filosoflar. 
Bu  şeiri  alimlər,  ədəbiyyatşünaslar,  tənqidçilər  Səməd 
Vurğunun «Ölüm kürsüsü», Rəsul Rzanın «Almaniya» əsəri ilə 
bir  «sırada  dura  biləjək,  siyasi  kəskinliyə  malik  poeziyamızın 
gözəl  injilərindən  biri»  kimi  qiymətləndirir.  «Həbə-şistan 
yollarında» 
şeiri 
də 
beynəlxalq 
mövzuda 
yazılmış 
şeirlərindəndir  və  burada  həmin  illərdə  Roma,  İtaliya,  İspa-
niya,  Həbəşistan  və  b.  ölkələrdəki  milli-azadlıq  hərəkatı, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
115 
Avropa  ölkələrinin  bir  çoxunda  faşizmin  baş  qaldırması  şairin 
diqqət  mərkəzindədir.  Abdulla  Faruk  lirik  şair,  eyni  zamanda 
poema canrında maraqlı əsərlər yaradan bir sənət-kar idi. «Talış 
dağları» poeması lirik səpkidə yazılmış, Vətə-nimizin təbiətinə 
həsr olunmuş əsərdir. 
 Böyük Vətən müharibəsi iştirakçısı, bu müharibədə şəhid 
olmuş,  Mehdi  Hüseynin  «Buruqlar şairi»   adlandırdığı Hüseyn 
Namiq  erkən  yaşlarında  şeirlər  yazmağa  başlamış,  «Buruqlar» 
adlı  ilk  şeirlər  kitabı  1931-ji  ildə  çap  edilmişdir.  Bu  kitaba 
M.Hüseyn ön söz yazıb, bir tənqidçi kimi onun «yaradıjılığının 
poetik 
istiqamətini» 
müəyyənləşdirib. 
Şeir-lərinin 
əsas 
mövzusu neft sənayesidir.  Yaradıjılığa 1927-ji  ildə «Yeni  yol» 
qəzetində çıxan «Alqış» şeiri ilə gəlib. Neft sənayesində çalışan 
fəhlələrin  əməyini,  onların  obrazını  ya-ratmağa  çalışan  şair 
özünün «neft və mazut şairi» olmasıyla fəxr edirdi: 
Siz ey yaylaqlarda ömür sürənlər, 
Mazıt şairini salın bir yada. 
Nə qədər istilər deşsə beynimi, 
Yenə mən sərinəm odlu dünyada. 
«Əsərlərində  fəhlə  əməyinin  ülviyyəti  «yeni  münasib 
bənzətmə və metaforalarla, obrazlı bir dil ilə öz bədii ifadəsini 
tapırdı». 
«Qızıl  karvanlar»  (1974)  kitabı  da  şairin  ölümündən  sonra 
1974-jü  ildə  çap  olunub.  Onun  şeirlərinə  Ü.Hajıbəyov  (  «Qara 
gözlü»,  «Süvarilər  marşı»,  «Qızıl  əsgər»),  Niyazi,  S.  Rüstəmov 
(«Yar  məktubu»)  mahnılar  bəstələmişlər.  M.Y.Lermon-tovun, 
Süleyman  Stalski,  M.Tursunzadə  və  başqalarının  əsərlərini 
tərjümə etmiş H.Natiq İkinji Dünya müharibəsinin ilk günlərindən 
döyüşlərdə  iştrak  etmiş,  1941-ji  ilin  axırlarında  Belarusiya 
uğrunda döyüşlərdə həlak olmuşdur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
116 
Məmməd Aranlı tələbəlik illərində «Qara xal qız», «Gejənin 
qəlbi», «Aldanmış ümid» və s. hekayələrini qələmə almış, 1940-jı 
ildə  keçirilən  müsabiqədə  «Fırtına»  hekayəsinə  görə  mükafata 
layiq  görülmüşdür.  İkinji  Dünya  Müharibəsi  başlayarkən 
səfərbərliyə  alınanda  institutun  son  kursunda oxuyurdu.   Suxumi 
hərbi piyada məktəbini kiçik leytenant rütbəsi ilə bitirir. 416-jı atıjı 
diviziyası  yaradılanda  vzvod, səhra rota komandiri  olan gənj şair 
1942-ji ildə Mozdok uğ-runda gedən döyüşlərdə iki dəfə yaralansa 
da, sağalandan sonra «Sovet döyüşçüsü» jəbhə qəzetinə ədəbi işçi, 
sonra  məsul  katib  (1943-1944)  təyin  edilir.  Müharibə  dövründə 
Ru-miniya,  Bolqarıstan,  Yuqoslaviya,  Majarıstan,  Avstriya  ölkə-
lərində  olur,  jəbhə  qəzetlərində  oçerk  və  hekayələri  çap  olu-nur. 
Gündəliyi döyüş təəssüratı ilə, səhnələri ilə zəngindir. 1945-ji ildə 
avqustda  Sovet  Ordusunun  siyasi  idarəsi  onu    Bakı  hərbi 
dairəsinin orqanı olan «Vətən şərəfi uğrunda» qəzeti redaksiyasına 
göndərmişdi,  hərbi  şüjaətinə  görə  iki  dəfə  «Qırmızı  ulduz», 
«Vətən  müharibəsi»  orden  və  medallarla  təltif  olunmuş  yazıçı 
Məmməd  Aranlı  30  yaşında,  yaradıjılığının  çiçəkləndiyi  bir 
vaxtda  vəfat  etmiş  olsa  da,  adı  müharibə  dövründə  sənət 
adamlarının, xüsusilə şair və yazıçılarımızın sıralarındadır, yazdığı 
vətənpərvər 
əsərləri 
ilə 
 
Azərbayjan 
ədə-biyyatımızın 
səhifələrindədir. 
 
 
 
 
 1946-1960-ci illərdə Azərbaycan ədəbiyyatı 
 
Bütün  dövrlərdə  olduğu  kimi,  müharibədən  sonrakı  dövr 
ədəbiyyatında  da  insan,  onun  xarakteri,  yaşadığı  mühit,  həyatı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə