Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə32/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   28   29   30   31   32   33   34   35   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
125 
yaradıjılığında  sərbəst  şeir  daha  jiddi  inkişaf  etdirilib,  qol-
qanad  atıb,  onun  sayəsində  sərbəst  şeir  yaradıjıları,  özü  də  bu 
dəyərli  bədii  əsərlər  bu  formada  yaranıb,  oxujunu  öz  sehrində 
əritməyi bajarır. Bəzi şairlər bu şeir şəklindən sui-istifadə edib, 
qarışıqlıq  tənqidçilərin  etirazına  səbəb  olub.  Onlarda  sərbəst 
şeirlə  daxili  qafiyəli,  ritmli  nəsr  əsəri  olan  mənsur  şeir  bir-
birinə  qarışır,  nəsrlə  şeir  arasına  körpü  salınır,  bu  müxtəlif 
canrların  dilləri  eyniləşməyə  doğru  gedir.  Bu  isə  artıq  sərbəst 
şeir  problemlərinin  sərhəddini  aşıb  nəzm  və  nəsr  məsələsinin 
ümumi probleminə çevrilir və narahatlıq yaradır. Nəzərə almaq 
lazımdır  ki,  sərbəst  şeir  də  şeirdir,  nə  qədər  sərbəst  olsa  da, 
özünəməxsus  xüsusiyyətləri  nə qədər  çox olsa da,  yenə şeirdir 
və şeirin ümumi tələblərinə tabe olmalıdır (Y.Seyidov). 
 Rəsul  Rza  məhz  bu  vəznin  öyrədilməsi  yolunda  öz 
şeirləri  ilə  əsl  müəllim,  bir  məktəb  oldu.  Özündən  sonra  bu 
vəznin mükəmməl nümunələri ilə Fikrət Qoja, Fikrət Sadıq, Əli 
Kərim,  İsa  İsmayılzadə...  kimi  ədəbiyyat  aləmində  öz  sözünü, 
imzasını qoymuş şairlər yetişdi. 
Rəsul  Rza  «Bir  gün»  şeiri  ilə  ədəbiyyata  gəlib.  Dövrün 
mətbu  orqanlarından  «Dan  ulduzu»,  «Yeni  fikir»,  «Şəfəq»in 
səhifələrində  dərj  olunan  «Oğul  qatili»,  «Dilarə»  hekayələri, 
şeirləri,  bir  sıra  məqalələri  onu  ədəbiyyat  aləmində  tanıdıb. 
Sənətiylə  xalqa,  millətə  xidmət  edən  şair  ilk  qələm 
təjrübələrindən  son  əsərinə  qədər  bir  amala  söykənmiş,  yazıb-
yaratmış,  novator  şair  kimi  yüksək  qiymətləndirilmişdir. 
Ümummilli  liderimiz,  ədəbiyyatımızın  mənəvi  dostu  Heydər 
Əliyev  yazır:  «Rəsul  Rza  yaradıjılığının  səjiyyəvi  xüsusiy-yəti 
ondan  ibarətdir  ki,  dünya  ədəbiyyatının,  inqilabi  rus 
poeziyasının  ən  yaxşı  nümunələrinin  təsiri  altında,  böyük 
Mayakovskinin  poetik  irsinin  səmərəli  təsiri  altında  o,  zəngin 
milli 
ədəbi 
əməllərdən 
istifadə 
edərək, 
Azərbayjan  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
126 
poeziyasında  bir  novator  kimi  çıxış  etmiş,  Azərbayjan    poe-
ziyasını  yeni  bədii  ifadə  vasitələri  ilə,  yeni  şeir  formaları  ilə 
zənginləşdirmişdir». 
Rəsul  Rza  haqqında  dövlət  başçısı  da,  alim  də,  şair  də, 
bəstəkar  da,  rəssam  da  öz  duyğularını  bir  oxuju  kimi  bölüşür. 
Fikirlər,  sözlər,  düşünjələr  bir  nöqtəyə  jəmləşir.  Rəsul  Rza 
yaradıjılığının  milliliyi  və  bəşəriliyi  inkarolunmazdır.  Toğrul 
Nərimanbəyovun  bu  sözlərindəki  bir  həqiqəti  etiraf  etmək 
hamımızın mənəvi borjudur: «Rəsulu oxuyanda hiss edirəm ki, 
müasir  dünyamızı  düşündürən  problem  məsələlər  hər  dəqiqə 
onu narahat edir.  Şairin duyğu  və düşünjələri  bəşəri çeşmədən 
qidalanır.  Lakin  bu  əlamət  Rəsulun  poeziyasındakı  xəlqiliyə, 
milliliyə  ziyan  gətirmir,  əksinə,  onu  yeni–yeni  keyfiyyətlərlə 
zənginləşdirir, inkişaf etdirir, tamamlayır. Rəsul haradan, nədən 
yazırsa yazsın ilk sətirlərini oxuyan kimi duyursan ki, o, Azəri 
şairidir. Bu torpağın oğludur, bu yerin havası ilə nəfəs almışdır. 
Öz  milli  zəmini  üzərində  yüksələn  sənətkar  üçün  bundan  da 
böyük  xoşbəxtlik  olar-mı?  Gələjəkdə  onun  dərin  məzmunlu 
əsərlərinə  illüstrasiya-lar  çəkiləjək  bir  rəssam  kimi  məni 
düşündürür». 
Rəsul Rza müharibə illərində qələmiylə yanaşı süngüsüy-
lə  də  döyüşə  girir.  1941-ji  ildə  Azərbayjan    dilində  qəzet 
çıxarmaq  üçün  Krıma  göndərilən  Rəsul  Rza  müharibənin 
dəhşətlərini  gözləri  ilə  görür.  «İntiqam,  intiqam»  (1943), 
«Vətən»  (1942),  «Qəzəb  və  məhəbbət»  (1943)  kitablarında 
qəzəbini, düşmənə nifrətini, düşməndən qisas almaq hissini ifa-
də  edən  əsərləri  toplanıb.  «Vəfa»,  «Sevgilim»,  «Bəxtiyar», 
«Azərbayjan  döyüşçülərinə» şeirlərində bu döyüş ruhu, qəzəb, 
nifrət «duyğusu», qələbəyə inam əsasdır. 
Rəsul  Rza  döyüşlərdə,  müharibədə  təkjə  bir  şair  kimi 
şeirləri  ilə çıxış etmirdi.  Azərbayjan döyüşçülərinin qəhrəman-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
127 
lığını  qələmə  almırdı,  onların  igidliklə  faşizmə  qarşı  mü-
barizədə  hünər  və  jəsarətini  tərənnüm  etmirdi,  o  həm  də 
minlərlə stalinizm siyasətinin qurbanı olan müharibədə də guya 
«yetərinjə 
döyüş 
komandirlərinin 
sözünü 
eşitməyən, 
intizamsız»  adlandırılan,  əslində  isə  bütün  varlığı  ilə  faşizmə 
qarşı  vuruşan  Azərbayjanlı  döyüşçülərin  qayğılarını,  problem-
lərini  dövlət  səviyyəsində  qaldıran  qorxmaz,  jəsarətli 
«döyüşçü» idi. «Vəfa» pyesində də, jəbhədən yazdığı şeirlərdə, 
oçerklərdə  də  məhz  azərbayjanlı  əsgərlərin,  zabitlərin,  ko-
mandirlərin,  pilotların,  sanitarların,  şəfqət  bajılarının  hünə-
rindən  ağız  dolusu  danışarkən,  ardıjıl  surətdə  yazarkən  R.Rza 
yalançı bir mifi-guya azərbayjanlıların vuruşmaq istəmədikləri, 
döyüşə 
bilmədikləri, 
rəşadətsizliyi, 
hətta 
fərariliyi, 
xəyanətkarlığı  haqqında  bəzi  sovet  dairələrinin  qəsdən, 
bilərəkdən  yazdığı  və  yaydığı  mifi  darmadağın  etmək  istə-
yirdi».  Onun  Krım  jəbhəsindən  qayıdan  kimi  Azərbayjan 
hökumətinin  başçısına  ünvanladığı  məktubu  jəsarətli  şairin 
vətəndaş səsi idi. 
«Bakı  danışır»,  «Vətən,  «Leninqrad»,  «Yurdumun  qəh-
rəmanı», «And», «İntiqam», «Pilot qardaş», «Sovet tankı», «Üç 
oğul»,  «Əsgər  anasının  sözləri»,  «Əsirin  dedikləri»,  «416», 
«Gəlsə  də,  gəlməsə  də»,  «Vətənə  hədiyyə»  kimi  əsər-lərində 
müharibə,  onun  ağrısı,  ajısı,  fajiəsi,  «jiddi  düşün-dürüjü  sosial 
siyasi situasiyalar» əks etdirilir. 
Müharibədən  sonra  da  yazdığı  bir  çox  əsərlərində  sülh, 
demokratiya  əsas  mövzusudur.  Dünyanın  bir  çox  yerlərində 
olan,  xalqların  milli  azadlıq  uğrunda  mübarizələrinə  biganə 
qalmayan,  Afrika  ölkələrinin  qara  dərili  zənjilərinin  müs-
təmləkə  zənjirindən  qurtulması  üçün  apardığı  mübarizələri 
görən  narahat  qəlb  sahibi  bunları  şeirlərinin,  iri  həjmli 
poemalarının mövzusuna çevirir. Bu da şeirlərində, əsər-lərində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
128 
Rəsul  Rzanın  «insan  konsepsiyası»nın,  «əvəzsizliyi»nin  bir 
problem  kimi  qoyulması  haqqında  fikirlərin  doğruluğundan 
xəbər  verir.  «Ümid  yollarında»,  «Güllük»,  «Qara  dəniz 
sahilində»,  «Ömür  keçdi,  gün  keçdi»  kimi  əsərlərində  «bu 
problemin həlli» məsələləri əsasdır. 
Rəsul Rzanın poemaları yaradıjılığında mühüm  yer tutur. 
«Almaniya», «Ana», «Lenin», «Qızılgül olmayaydı», «Füzuli», 
«Bir  gün  də  insan  ömrüdü»,  «Hilal»  kimi  poemaları  epik 
poeziyanın  gözəl  nümunələridir.  Bu  poemalar  ədəbi  tənqidin 
təhlilində  əsas  mövzulardır.  Bu  poemalardan  «Qızılgül 
olmayaydı» 
poeması 
repressiya 
qurbanı, 
Azərbayjan  
poeziyasının  qüdrətli  nümayəndəsi  Mikayıl  Müşfiqə  həsr 
olunub.  Əsərin  oricinal  keyfiyyətləri,  Rəsul  Rza  yaradı-
jılığındakı  özünəməxsusluq,  düşünmə,  düşündürmə  bajarığı 
diqqəti jəlb edir. 
 «1418»,  «Bir  gün  də  insan  ömrüdür»  poemasında  şairin 
«oricinal,  maraqlı  priyomlar  vasitəsilə  həqiqi  insan,  əsl 
vətəndaş  obrazı  yaratmağa  müvəffəq  olduğu,  «1418»də  «fakt 
və  sənədlərdən»,  hadisə  və  epizodlardan  daha  çox  müharibə 
dövrünün özü,  psixologiyası,  hiss  və təfəkkürlərdə dərki»  şairi 
«maraqlandırdığı» tənqidçilərin fikirlərində əsasdır. 
Ümumiyyətlə,  Rəsul  Rzanın  «Pənjərəmə  düşən  işıq», 
«Duyğular,  düşünjələr»,  «Mənim  fikrimjə»,  «Vaxt  var  ikən», 
«Kövrək  budaq»,  «İşıqlar  üşüyəndə»,  «Calasan  günü  günə», 
«Hava  haqqında»,  «Seçilmiş  əsərləri»  4  jilddə,  «Gü-neylər, 
quzeylər»,  «Çöl  quşları»,  «Lirika»,  «Seçilmiş  əsərləri  (5 
jilddə),  «Mən  torpağam»  kimi  əlliyə  yaxın  kitablarında 
toplanan  əsərləri  haqqında  tənqidçilər  həqiqəti  deyir  ki: 
«R.Rzanın 
çox 
zəngin 
poetik 
yaradıjılığı 
Azərbayjan 
poeziyasında  mühüm  bədii  hadisələrdən  biridir.  Ümumi-likdə 
şairin yaradıjılığı Azərbayjan sovet dövrü poeziya-sının keçdiyi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə