Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   31   32   33   34   35   36   37   38   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
137 
ilhamının  mənbəyi  həyatdır.  Xalqımızın  həyatı,  Azərbayjan  
torpağının  gözəl  və  rəngarəng  təbiətidir,  şair  də    xalqımızın 
ruhu ilə nəfəs alıb yaşayır. Onun ən yaxşı arzusu və meyillərini 
ifadə  edir».  Dövrünün  Vurğun,  Rüstəm,  Rza,  Sarıvəlli  kimi 
böyük  sənətkarları  ilə  çiyin-çiyinə  çalışan  sənətkardır. 
«Arzular»  şeirlər  kitabı  1930-ju  ildə  çap  edil-mişdir.  «İkinji 
kitab»,  «Partizanın  tüfəngi»,  «İldırımın  kita-bı»,  «Nübar», 
«Arzu  qız»,  «Vətən  sevgisi»,  «Onu  Don  qu-jaqladı»,  «Ölməz 
qəhrəman»,  «Xəzər  sahilində»,  «Lenin-qrad  göylərində», 
«Abşeron  torpağında»,  «Məhəbbət  ba-harı»,  «Arzular  gül 
açanda»,  «Tonqal  başında»,  «Seçilmiş  əsərləri»  üç  jilddə, 
«Dayağım» və s. kimi otuzdan çox kita-bın müəllifidir. «Yeddi 
gözəl»  poemasını  farsjadan,  Şota  Rustavelinin  «Pələng  dərisi 
geyinmiş  pəhləvan»  poemasının  birinji  hissəsini,  Y.M. 
Lermontovun  əsərlərini,  Puşkinin  «Ruslan  və  Lyudmila» 
əsərini,  Aleksandr  Blokun  «On  iki-lər»  əsərini  və  digər 
xalqların əsərlərini dilimizə tərjümə etmişdir.  
Onun  ijtimai-siyasi  lirikasında  («Lenin  Bakıda»,  «Zəfər 
təranəsi»,  «Kür  salındı  kəməndə»,  «Partizanın  tüfəngi», 
«Görmüşəm»,  «Mən  sülhə  səs  verirəm»)  və  s.  əsərlərində  və-
təninin  müasir  həyatı,  onun  əmək  adamları,  keçmişlə  müasir 
həyatın  müqayisəli  təsviri,  beynəlxalq  mövzu  əsas  yer  tutur. 
Böyük  Vətən  müharibəsi  mövzusu  yaradıjılığında  geniş  yer 
tutur.  «Ürəyimi  medal  kimi  qaldırıram  göylərə»,  «O  yaran  da 
sağalar»,  «Müqəddəs  kədər»,  «Tək  məzar»,  «Onu  Don 
qujaqladı» mübarizə mövzusunda yazılmış ən yaxşı əsər-ləridir. 
«Bu  əsərlərdə  düşmənə  bəslənən  kin,  qəzəb,  müqəd-dəs  hüzn, 
vətən məhəbbəti, qələbəyə inam, insana ehtiram hissi hakimdir. 
Vətən yolunda döyüşlərdə qəhrəmanlıqla vuruşan, Azərbayjanlı 
balasının məğrur surətini («Onu Don qujaqladı») yaradır: 
-Azərbayjan  oğluyam, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
138 
«Əsir düşmərəm,-dedi. 
Ağrılar duya-duya 
Şığıdı tərlan suya. 
«Gözəl Don qulaj-qulaj 
qollarını mənə aç». 
Deyib yumdu gözünü 
Atdı çaya özünü. 
Mərdanə  ölümü  sadəjə  təsvir  etməklə  kifayətlənməyən 
şair bu fajiəli ölümün yaratdığı kədəri, hüznü realist bir qələmlə 
ifadə edir.  
İran və Cənubi Azərbayjan  həyatından bəhs edən «Cənub 
şeirlər»ində  Arazın o tayından bu tayına  həsrətlə  baxan qardaş 
və bajılarımızın həyatı («Arazın şikayəti», «Xalçaçı qız», «Mən 
nə gətirmişəm» və s.), həsrəti-bu hiss,  bu duyğu əsasdır. Onun 
jənub  mövzusunda  yazdığı  əsər-lərdə  İran  Azərbayjanlılarının 
bugünkü  ağır  həyatından  doğan  qüssə  ilə  yanaşı,  ədalətin  
qələbəsinə  sarsılmaz  inam  və  joşqun  bir  nikbinlik  vardır. 
Beynəlxalq  mövzularda  yazdığı əsərlərdə («Yeddi zənji»,  «Pol 
Robsana  məktub»,  «Mən  sülhə  səs  verirəm»,  «Hindli 
qardaşıma  və  s.)  dünyada  baş  verən  hadisələr,  müstəmləkə 
ölkələrdə  güjlənən  milli  azadlıq  hərəkatları,  məzlum  xalqların 
ədalətli mübarizəsi tərənnüm olunur. 
 «Uzaq  ellərdə»  silsilə  şeirlərində  şairin  beynəlxalq 
mövzuda  yazdığı  əsərlərdə  əsas  motiv  və  mətləblər  dolğun 
təsəvvür  edilir.  «Livan  bağında»,  «Sanki  heç  nə  olmayıb», 
«Durnalar»,  «Fatimənin  taleyi»,  «Yeddi  zənji»,  «Hindli 
qardaşıma»,  «Nazim  Hikmət  azaddırmı?»,  «İşıq»  və  s. 
şeirlərində daha çox ərəb xalqının həyatından bəhs edir. «Oxuju 
ərəblərin  başına  gələn  fəlakətlər  haqqında  hər  şeirdə  bir 
ibrətamiz  lövhə  görür.  Ailəsini  bir  qarın  çörəklə  təmin  edə 
bilməyən,  öz  vətənində  vətənsiz  olan,  müstəmləkəçilərin  insaf 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
139 
və mürvətinə sığınan, azadlığı bir sədəqə kimi gözləyən ajiz və 
məzlum,  binəsib  adamlar,  həmin  sücetin  şeirində  yaddaqalan 
tərzdə janlandırılmışdır». 
 «Hindistana  ləkəsən»  adlı  şeirində  də  müstəmləkəçilərə 
qəzəb  və  nifrət  əsasdır.  Zəngin  və  çoxjəhətli  lirikasının  əsas 
predmeti  insan  və  onun  idealları  olan  şair  müasir  həyatın 
müxtəlif sahələrinə aid mövzuları seçə bilmiş,  «vətənpərvərlik, 
humanizm, xalqlar dostluğu, dinj qurujuluq işləri, yeni həyatın, 
mənalı  insan  əməyinin  təsviri  və  s.  mövzularda  gözəl  lirik 
şeirlər yarada bilmişdir. 
Azərbayjan    şeirinin  görkəmli  nümayəndələrindən  biri 
İslam Səfərlidir. İkinji dünya müharibəsi illərində döyüşçü şair, 
«Vətən  eşqi»  qəzetində  maraqlı  oçerkləri,  odlu  şeirləri  ilə 
döyüşçülərdə döyüş ruhunu artırmışdır. «Mingəçevir nəğməsi», 
«Pıçıldaşan  ləpələr»,  «Həyatın  nəfəsi»,  «Qoşa  sö-yüd», 
«Qığıljım»,  «Qağayılar  yorulanda»,  «Torpağın  ətri»,  «Çiçək 
təranəsi», «Seçilmiş əsərləri», «Dan ulduzu, bir də mən»), «Ağ 
şanı,  qara  şanı»,  «Əbədi  beşik»  və  s.  çap  olun-muş  kitabların 
müəllifidir.  Yaradıjılığında  «poetik  ümu-miləşdirmə  bajarığı», 
«lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıjı ifadə tərzi» 
əsasdır,  poeziyasında  Azərbayjan    şeirinin  «bütün  poetik 
şeirləri» öz əksini tapıb, dilinin axıjılığı, üslubunun sadə, əlvan 
və obrazlılığına görə «xalq şeirinə, oynaq və mənalı aşıq poezi-
yasına»  yaxındır,  onun  poeziyasına  «dərin  və  sağlam  roman-
tika»  gətirən  oricinal  bənzətmələr,  təşbehlər,  ritmik  işarələr, 
digər bədii ifadə vasitələri var, «əməyə, torpağa, vüqarlı təbiətə 
və məğrur insana qələbə və qəhrəmanlıq məsələlərinə aid şairin 
yeni  düşünjələri»,  «yeni  günlərin  yeni  adamı  olmaq  əzmi»nin 
əsərlərinin  əsas  məziyyətlərindən»  olduğu  ədəbi  tənqidçilərin 
təhlil  və  tədqiqat  obyektidir.  Eyni  zamanda  «Göz  həkimi», 
«Yadigar»,  «Ana  ürəyi»,  «Yol  ayrıjında»  pyesləri  nəğməkar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
140 
şairin  Azərbayjan    teatr  tarixində  uzun  müddət  səhnəmizdə 
mühüm yer tutan pyesləri kimi də qiymətləndirilmişdir. 
Hüseyn  Arif  yaradıjılığı  bu  dövr  ədəbiyyatımızda  mü-
hüm  yer tutur.  Onun  yaradıjılığında («Əbədi ünvan»,  «Xalqlar 
dostlaşanda»,  «Torpaq»,  «Ana  təbiət»,  «Deyirlər  qar  düşüb», 
«Gülü  qorumaq  üçün»,  «Damjılı»,  «Palıd  yanır,  tək  yanır», 
«Həmişə  gülən»,  «Bir  sözlə  getmədin…»,  «Az,  çox», 
«Qorxuram yenidən»,  «Səninlə sənsizdim»,  «İna-na bilmirəm» 
və s. kimi yüzlərlə əsərlərində bu motivlər qə-ləmə alınır.  
Yazdığı  əsərlərin  mövzusunu  müşahidə  etdiyi  konkret 
həyat hadisələrindən götürən Cabir Novruz yaradıjılığı oxujular 
tərəfindən sevilir.  Qələmə aldığı  mövzuların  əsas «qəhrəmanı» 
özüdür.  Cabir  Novruzun  «Mənim  muğamatım»,  «İnsan 
məhəbbəti»,  «Həyat,  sən  nə  qəribəsən»,  «Tale-yin  töhfələri», 
«İnsan himnləri», «Nə qədər ki, sağam», «Anam vardı, dünyam 
vardı», «Özünü qoru xalqım» və s. Kitablarında səmimi hisslər, 
duyğular  əsasdır.  Yazdığı  əsərlərin  böyük  bir  qismində 
«bilavasitə» özü iştirak edir. Bu ondan irəli gəlir ki, başqalarını 
tərbiyə  etmək  istəyən    özü  də  tərbiyə  olunmalıdır,  başqalarına 
mənəvi  saflıqdan,  düzlükdən,  sədaqətdən  danışan  hər  kəs  bu 
sifətləri  ilk  növ-bədə  özündə  aşılamalı,  öz  vijdanı  qarşısında 
təmiz və mü-qəddəs olmalıdır». Bu baxımdan «Mənim ömrüm» 
şeiri  çox  maraqlıdır.  Bu  şeir,  bir  növ  şairin  öz  ömrü,  qəlbi, 
vijdanı ilə təsirli həsbi-halı, mükaliməsidir: 
Nə qədər dünyada mən sağam, ömrüm, 
Üstündə titrəyən yarpağam, ömrüm! 
Qoymaram ruhuna bir ləkə düşsün, 
Təmiz saxlamışam səni dünyada.... 
Cabir  Novruz  İlqar  İsayevin  «Yaddaş  məhkəməsi»,  «Sa-
muel»,  Marşanın  «Yekə  jib»,  O.  Süleymenovun  «Səhraların 
nəğməsi»,  Robert  Rocdestvenskinin  «Sizin  üçün  yaşa-yıram» 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə