Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə36/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   32   33   34   35   36   37   38   39   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
141 
əsərlərini ana dilimizə tərjümə etmişdir. Onun əsər-ləri  keçmiş 
SSRİ  xalqlarının  dillərinə,  o  jümlədən  xariji  dil-lərə  tərjümə 
olunmuşdur. 
Müharibədən 
sonrakı 
illərdə 
S.Vurğun 
«Muğan», 
«Zənjinin  arzuları»,  «Leninin  kitabı»,  «Zamanın  bayraqda-rı», 
«Aygün»,  Süleyman  Rüstəm  «Qafurun  ürəyi»,  «On  ikinji 
tüfəng»,  «Gülbahar»,  «Memarın  fajiəsi»,  Rəsul  Rza  «Qızılgül 
olmayaydı»,  «Lenin»,  «Bir  gün  də  insan  ömrüdü»,  Osman 
Sarıvəlli  «Misirli  qardaşlar»,  Zahid  Xəlil  «Ulduzlar», 
«Tatyana», 
Məmməd 
Rahim 
«Leninqrad 
göylərində», 
«Abşeron  torpağında»,  «Xəzər  suları»,  «Sayat  Nova»,  «Sarı 
Aşıq»,  Mirvarid  Dilbazi  «Əljəzairli  qız»,  Balaş  Azəroğlu 
«Mingəçevir»,  Novruz  Gənjəli  «Göndərilməmiş  məktub», 
«İnsan,  od,  su»,  «Şəhla»,  «Odlu  ürəklər»,  «Şairin  arzusu» 
poemalarını  yaratdı.  Ədəbiyyata  yeni  gələn  nəslin  nümayən-
dələri  də  maraqlı  mövzuda  poemalar  yazır:  «Bəxtiyar  Va-
habzadənin  «Sadə  adamlar»,  «Etiraf»,  «Şəbi-hijran»,  «Yol-lar, 
oğullar»,  «Muğam»,  «Atılmışlar»,  Nəbi  Xəzrinin  «Sum-qayıt 
səhifələri»,  «Günəşin  bajısı»,  «İki  Xəzər»,  «Ana»,  «İnam», 
Hüseyn  Arifin  «Məhəbbət»,  «İbrahim  körpüsü»,  «Yolda», 
«Dilqəm»,  «Sonaxanım»,  «Üçlər»,  Qabilin  «Mehparə», 
«Tramvay  parka  gedir»,  «Nəsimi»,  İ.  Kəbirlinin  «Səhralar 
çiçəklənir»,  «İlk  məhəbbət»,  Əli  Kərimin  «İki  simfoniyası», 
«Üçünjü  atlı»,  İslam  Səfərlinin  «Aşıq  Ələsgər»,  Adil 
Babayevin  «Tikanlı  məftillər  arxasında»,  Əlağa  Kürçaylının 
«Durnalar jənuba uçur», «Sınaq», «Təbəssüm», «Qəzəb», Xəlil 
Rzanın  «Kommunizm  qəhrəmanları»,  Nəriman  Həsənzadənin 
«Nəriman»,  «Zümrüd  quşu»,  «Kimin  sualı  var»,  Məmməd 
Arazın  «Əsgər  qəbri»,  «Qayalara  yazılan  səs»,  «Atamın 
kitabı»,  «Üç oğul anası»,  «Araz axır»,  «Mən də insan oldum», 
«Paslı  qılınj»,  «Ömür  təzələnir»,  «Ömür  keçir,  gün  keçir», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
142 
Fikrət  Qojanın  «Salam,  Vyetnam»,  «Xose  Risal»,  Fikrət 
Sadığın  «Ömrün  bir  günü»,  «Sevgi  yağışı»,  Cabir  Novruzun 
«Kəndimizin antik heykəli», «Zaman», «Cəfərlə görüş», «İnsan 
məhəbbəti»,  «Qər-bi  Berlin»,  «İnsan  himnləri»,  Tofiq 
Bayramın  «Səhər  yel-ləri»,  «Təbrik  çiçəkləri»,  «Səbuhi», 
«Yaralı  nəğmə»,  Famil  Mehdinin  «Xatının  dastanı»,  «İllər  və 
talelər»,  «İnsan  unudulmur»,  «Səni  gözləyirəm»,  Ayaz 
Vəfalının  «Dörd  yaşımda  fikir  çəkdim»,  «Sağ  gözüm  sənə 
qurban»,  «Daşkəsən  dəftəri»  və  s.  kimi  müxtəlif  formalı, 
rəngarəng məzmunlu əsərləri çap olunmuşdur. 
   Bu  əsərlərdə  Azərbayjan  xalqının  dövlət  xadimlərinin, 
maarifçi  şəxsiyyətlərinin,  ziyalılarının  obrazları  yaradılırdı. 
Nəriman  Həsənzadənin  «Nəriman»  poemasının    Nəriman 
Nərimanovun  yaşadığı  «mənalı  ömrün  bəzi  əlamətdar 
jəhətlərini,  xalqımızın  tarixində  müəyyən  mərhələ  təşkil  edən 
hadisələri»  əks  etdirdiyi,  «məzmunja  dolğun,  ijtimai-siyasi 
pafosla aşılanmış, şeiriyyətjə gözəl, poetik lövhələrlə zəngin bir 
poema» olduğu bildirilir. 
Müharibədən  sonrakı  illərdə  Azərbayjan  nəsri  də  öz 
zəngin  mövzuları  ilə  oxuju  kütləsinin  rəğbətini  qazanmışdı. 
Bir-birindən  maraqlı,  dəyərli əsərlər  yazan nasirlərimizdən biri 
də Süleyman Rəhimov idi. 
S.  Rəhimov  Azərbayjan    Sovet  ədəbiyyatının  inkişafında 
mühüm 
xidmətləri 
olan 
sənətkarlardandır. 
Azərbayjan  
ədəbiyyatını  janlı,  oricinal surətlərlə zənginləşdirən, 40  jilddən 
çox  zəngin  ədəbi  irsi  olan,  yaradıjılığında  milli  dəyərlər, 
xəlqilik,  torpağa,  xalqa  bağlılıq  əsas  olan  Süleyman  Rəhimov 
Beş  jildlik  «Şamo»  epopeyasını,  üç  jildlik  «Qaf-qaz  qartalı», 
«Qüdrətov», «Medalyon», «Aynalı», «Torpa-ğın səsi»,  «Saçlı» 
üç  hissəli,  «Ata  və  oğul»,  «Mehman»,  «Ağbulaq  dağlarında» 
(I-II  kitab),  «Pəri  çınqılı»,  «Ana  abi-dəsi»,  «Mahtaban», 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
143 
«Qafqaz qartalı» kimi qiymətli kitab-ların, maraqlı hekayələrin, 
«Yazıçı  və  həyat»  adlı  ədəbi-tən-qidi  və  publisistik  məqalələr 
məjmuəsinin  müəllifidir.  Azər-bayjanda  gedən  ijtimai,  siyasi, 
mədəni 
hadisələrin 
kənd 
həyatına 
təsiri, 
Azərbayjan  
kəndlisinin oyanaraq yeni həyat uğrunda mübarizəyə qalxması, 
xalq  həyatı,  məişəti,  adət-ənənələri,  onların  xüsusiyyətləri, 
müxtəlif təbiətli insanların psixologiyası, xalq həyatı, inqilab və 
xalq  hərəkatı  onun  ilk  bədii  əsəri  olan  «Şamo»  epopeyasında 
bütün genişliyi  ilə təsvir edilir.  Görkəmli  yazıçı,  ijtimai  xadim 
N.Nərimano-vun  bu  əsərdə  bitkin  obrazı,  onun  xalq,  millət 
naminə  apardığı  mübarizələr,  dağlara,  daşlara,  kahalara, 
qayalara  sığınıb  xalqın  səadəti  uğrunda  mübarizə  aparan, 
partizan  ömrü  yaşayan  insanların  realist-romantik  bir  səpkidə 
təsviri,  bu  insanların  fədakarlığı,  qəhrəmanlığı romantik-realist 
bir dillə təsvir edilir. 
Otuzunju  illərdən  başlayaraq,  müharibə  illəri  də  daxil 
olmaqla  böyük  bir  dövrü  əhatə  edən  «Saçlı»da  bu  illərin 
ijtimai-siyasi  mənzərəsi  janlandırılır.  Məğlub  olan  sinfin 
məhkum  qüvvələrinin  amansızlığı,  yırtıjılığı,  onların  hiyləgər-
liyi,  riyakar  əməlləri  təsvir  edilir.  Tənqidçilər  Süleyman  Rə-
himovun  nə  dil,  üslub,  nə  həyatı  əks  etdirmək,  nə  də  janlı 
yaddaqalan  xarakterlər  yaratmaq  baxımından  heç  kimə 
bənzəmədiyini  bildirirlər:  «O,  görkəmli  nasir  kimi  ayrı-ayrı 
nəzəriyyəçilərin müddəalarını deyil, həyatın dialektik məntiqini 
əsas  götürür.  Buna  görə  də  onun  bütün  əsərlərinin  əsasında 
böyük  qayəli  məqsədlər  və  bu  məqsəd  ətrafında  qrup-laşan 
adamlar dayanırlar» (C.Abdullayev).  
Onun romanları üçün səjiyyəvi olan,  çoxplanlılıq,  zəngin 
və  rəngarəng  yaddaqalan  xarakterlər,  jiddi  ijtimai–siyasi 
konfliklərdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
144 
Müharibə  illərində  yazdığı  əsərlərində  xalqlar  dostluğu, 
xalqların,  müxtəlif millətlərin öz vətənləri uğrunda fədakarlığı, 
vətənə  olan  məhəbbət  əsasdır.  Təmiz,  sinfi  düşmənlərdən 
qorxmayan,  prinsipial,  millət,  vətən,  xalq  yolunda  janından 
keçən  oğullarla  yanaşı,  boşboğaz,  dil  pəhləvanlarının  da 
surətlərini  yaratmışdır.  Onun  «Kəpəz»,  «Kəsilməyən kişnərti», 
«Güzgü  göl  əfsanəsi»  povestlərinin  üslubu  keyfiy-yətləri, 
maraqlı  olması,  rəngarəngliyi  tənqidçi  alimlərin  dəyər  verdiyi 
məsələlərdir.  Süleyman  Rəhimov  əgər  «Öz  minnətinə»  
povestində əyilməz, vuqarlı, məğrur təbiətli bir insanın obrazını 
yaradır.  «Mahtaban»  əsərində  dərin  ijti-mai-siyasi  problemlərə 
diqqəti  yönəldir.  Böyük  azadlıq  ide-yaları  ilə  silahlanmış 
Mahtaban  mənəvi  kamilliyə  malik  yük-sək  fikir  və  duyğular 
sahibidir. 
Onun povestləri ilə yanaşı «Pəri çınqılı»,  «Gülən ba-lıq», 
«Gülsabah»  kimi  kitablarında  toplanan  hekayələri  xalq 
ədəbiyyatı  motivləri  əsasında  yazılıb.  Bunlar  yazıçının  xalq 
yaradıjılığına  dərindən  bələd  olduğunu,  janlı,  real  həyatı 
səhnələr  yaratmaq  qabiliyyətini,  istedadını  nümayiş  etdirir. 
«Yazıçı  və  həyat»  kitabında,  məqalələrində  xalq  yaradıjılığı, 
müsbət qəhrəman, ədəbi tənqid, xalqlar dostlu-ğu, xəlqilik və s. 
məsələlər 
barədə 
dəyərli 
mülahizələri 
top-lanmışdır: 
«S.Rəhimov  xalq  dilinə,  Azərbayjan  dilinin  bədii  ifadə 
imkanlarına  dərindən  bələd  olan    yazıçıdır.  Onun  üslu-bunda 
klassik  və  müasir  ədəbi-bədii  dilimizin  ən  yaxşı  ən-ənələri 
birləşmişdir.  S.Rəhimovun  dil  və  üslub  jəhətdən  Azərbayjan 
nəsrinin  klassiki  C.Məmmədquluzadəyə  yaxın  olduğunu 
deyənlər  haqlıdırlar.  Xalq danışıq dilinin  və onun zəngin  ifadə 
xüsusiyyətlərinin  injəliklərindən  məharətlə  istifadə  hər  iki 
sənətkarı  dil  və  üslub  jəhətdən  bir-birinə  ya-xınlaşdırır.  Dahi 
ədibin duzlu  yumoristik  və kəskin  satirik üslubunu S.Rəhimov 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə