Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   35   36   37   38   39   40   41   42   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
153 
mümkün qədər fəal müdaxilə etdiyi, «öz münasibətini ustalıqla 
ortaya  çıxartdığı»  onun  sənətkarlıq  keyfiyyətləri  kimi 
ədəbiyyatşünasların tədqiqatında mühüm yer tutur. 
Ömrünün son  illərində qələmə aldığı  «Babək» romanı  və 
«Xürrəmilərin  ağ  şahini»  dram  əsərləri  də  oricinallığı  ilə 
tədqiqatçıların  diqqətini  jəlb  etmiş,  oxujuların  ən  çox  sevdiyi 
əsərlərə  çevrilmişdir.  Onun  dilindən  danışarkən  publisist 
təhkiyə  üsulunda  şirin,  axıjı,  şairanəlik  əsas  olduğu,  poeziya 
təsiri  bağışladığı  xüsusilə  qeyd  edilir.  Ənvər  Məmmədxanlı 
Azərbayjan    xalq  dilini,  onun  şifahi  sənət  injilərini  gözəl  bilir 
və  bunlardan  yerli-yerində  yaradıjı  şəkildə  istifadə  edir.  Onu 
oxujuya sevdirən jəhətlərdən biri də budur. 
Müharibədən  sonrakı  ilk  onilliklərdə    nəsr,  poeziya  sa-
həsində olduğu kimi dramaturgiya  sahəsində də dəyərli əsərlər 
yaranmışdır. Dram əsərlərində əməkçi insanlar, zəhmətkeşlərin 
obrazları  yaranırdı.  İlyas  Əfəndiyev  «İşıqlı  yollar»  pyesində 
Bakı  neftçilərinin,  rayondan  şəhərə  gəlib  neft  mədənlərində 
işləməyə  başlayan  gənjlərimizin  əmək  naliyyətlərini  səhnədə 
janlandırır.  Mirzə  İbrahimov  «Kəndçi  qızı»,  Sabit  Rəhman 
«Əliqulu  evlənir»,  «Yalan»,  İlyas  Əfəndiyev  «Atayevlər 
ailəsi»,  «Sən  həmişə  mənimləsən»,  İmran  Qasımovla  Həsən 
Seyidbəyli  «Sən  nə  üçün  yaşayırsan»,  İslam  Səfərli  «Ana 
ürəyi»,  Bəxtiyar  Vahabzadə  «Vijdan»,  Şıxəli  Qurbanov 
«Sənsiz»,  M.  Şamxalov  «Qaynana»  kimi  dram  əsərlərini 
yazırlar.  Bu  pyeslərdə  ölkədə  iqtisadiyyat,  mədəniyyət 
sahəsində  əmək  adamlarının  böyük  əməyi  ilə  yanaşı  ailə, 
tərbiyə  məsələsi,  ailə-məişət  məsələləri,  meşşan  xarakterli, 
jəmiyyətin  yarıtmaz  qüvvələri,  insanların  ijtimai  fəaliyyəti  ilə 
şəxsi  mənafeyi  arasındakı  münasibət,  dostluq,  məhəbbət,  eləjə 
də, nifrət və s. duyğuları öz əksini tapır.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
154 
Uşaqların  və  gənjlərin  tərbiyəsinə  müsbət  təsir  göstərən 
bir  sıra  dəyərli  dram  əsərləri  də  müharibədən  sonrakı  dövrdə 
səhnələrimizin  yaraşığı  idi.  A.Şaiq  «Bir  saat  xəlifəlik», 
Ə.Abbasov  «Aqil  və  Sərvinaz»,  Z.Xəlil  «Gənj  ustalar», 
C.Məjnunbəyov  «Ayrılan  yollar»,  H.Seyidbəyli  «İmtahan» 
N.Gənjəli  «Şəlalə»,  Y.Əzimzadə  «Anajan»,  «Aprel  səhəri», 
«Nəsrəddin»,  «Qonşular»  pyeslərində  dolğun  müəl-lim, 
valideynlər,  gənjlər  döyüşçü  surətləri  yaratmışlar.  Gül-bahar 
(«Anajan»),  Gövhər  («Qonşular»),  Cövdət  («İmta-han»)  kimi 
yeni nəslin müsbət qəhrəmanlarının obrazları yaradılır.  
Yaxın keçmişimiz, Cənubi Azərbayjanda baş verən milli-
azadlıq  hərəkatından  bəhs  edən  Ənvər  Məmmədxanlının 
«Şərqin  səhəri»,  «Od  içində»  kimi  əsərlərində  Cənubi  Azər-
bayjanın milli-azadlıq uğrunda çarpışan, ölkədə irtijanın yüksək 
həddə  çatdığı  bir  zamanda  güjlənən  azadlıq  hərəkatı,  bu 
hərəkatda fədakarlıq göstərən, mərdliklə döyüşən Ədalət, Zeyni 
baba,  Əli  Boyaqçı  kimi  mükəmməl  surətlər  var.  Bu  əsərlərdə 
yerli  irtijaya,  xariji  müdaxiləçilərin  milli-azadlıq  hərəkatına 
qarşı apardıqları mübarizəyə nifrət vardır.  Azərbayjanın neftini 
ələ  keçirmək  məqsədilə  Bakıya  gəlmiş  ingilis  imperializminin 
tipik  nümayəndəsi  General  Tomson  («Şərqin  səhəri»),  Cənubi 
Azərbayjanda  milli-azadlıq  hərəkatını  yatırmaqda  iran-şah  hö-
kumətinə  yardım  göstərən  və  bunun  müqabilində  ölkənin  zən-
gin  yataqlarına  sahib  olmaq  məqsədini  güdən  amerikan  hərbi 
müşaviri  general  Xart,  Təbrizdəki  Amerika  xəstəxanasının 
müdiri  Parşan,  ingilis  konsulu  mister  Gipson  («Od  içində») 
kimi  mənfi  surətlər  yaradan  yazıçının  xarici  imperialist 
qüvvələrə qarşı bəslədiyi nifrət bu əsəsrlərin əsas qayəsidir. 
Bu  dövrdə  yaranan  dram  əsərlərində  mükəmməl  inqilabi 
obrazlar yaradılır. Mirzə İbrahimovun «Közərən ojaqlar», İlyas 
Əfəndiyevin  «Mahnı  dağlarda  qaldı»,  Sabit  Rəhmanın 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
155 
«Küləklər»,  Yusif  Əzimzadənin  «Silahdaş»  pyesi    yaxın 
inqilabi keçmişimizi özündə əks etdirən əsərlərdir. 
Lirik  psixoloci  xüsusiyyətləri  özündə  əks  etdirən  İlyas 
Əfəndiyevin  «Qəribə  oğlan»  «Bağlardan  gələn  səs»,  tarixi 
mövzuda  yazdığı  «Xurşidbanu  Natəvan»  pyesləri,  B.Vahab-
zadənin  «İkinji  səs»,  «Yağışdan  sonra»,  «Yollara  iz  düşür», 
N.Xəzrinin  «Əks-səda»,  müasir  Azərbayjan  komediyasının 
əsasını  qoymuş  Sabit  Rəhmanın  yaradıjılıq  ənənələrini  davam 
etdirən qələm sahiblərindən Ş.Qurbanovun  «Əjəb  işə düşdük», 
«Özümüz  bilərik»,  «Milyonçunun  dilənçi  oğlu».  Anarın 
«Adamın  adamı»,  «Şəhərin  yay  günləri»    S.  Dağ-lının 
«Mənziliniz  mübarək»,  «Adı  sənin,  dadı  mənim»,  «Təzə 
gəlin», S.Qədirzadənin «Şirin bala bal yığır», A.Məm-mədovun 
«Kişilər»,  S.Axundovun  «Şirin  layla»,  «Qaragilə»,  «Əməllər 
yaşayır»  əsərlərində  tiplər,  kütbeyin,  saxtakar,  əliəyri-
jəmiyyətin tör-töküntüləri gülüş hədəfinə çevrilir. 
   Müharibədən  sonra  da  uzun  illər,  bu  gün  də  unudul-
mayan dəhşətli illər, faşistlərin törətdikləri qanlı fajiələr, Böyük 
Vətən  müharibəsində  mərdliklə  vuruşan  qəhrəmanlar,  onların 
parlaq  obrazları  yaradılırdı.  S.Axundovun  «Anaların  səsi» 
Y.Əzimzadənin  gənj  qvardiyaçılar  arasında  faşizmə  qarşı 
mərdliklə  vuruşan  Əli  Dadaşovun  xatirəsinə  həsr  etdiyi 
«Unutmayın»  dramı,  İ.Coşqunun  «Ana  laylası»,  N.Gənjəlinin 
«Yanmış  planetin  sərvətləri»  fantastik  pyesi  böyük  tərbiyəvi 
əhəmiyyətə  malik,  gənjlərdə  milli  vətənpərvərlik,  onlarda 
vətənə,  torpağa  məhəbbət  hissi  tərbiyə  edən  əsərlər  kimi 
dəyərlidir. 
 Müasir  həyat  hadisələrindən  götürülmüş,  komediya 
materialı  ola  biləjək  jəhətləri    seçib  ümumiləşdirməyə  səy 
göstərən  Seyfəddin  Dağlının  «Mənziliniz  mübarək»,  Anarın 
«Qaravəlli», «Adamın adamı», Salam Qədirzadənin «Gurultulu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
156 
məhəbbət», C.Məmmədovun «Qaçırılmış qız» kimi əsərlərində 
«komizm  replikalarda,  atmajalarda  yox,  vəziyyətin  özündə, 
situasiyalarda,  personacların  hərəkət  və  davranışlarında” 
təzahür etdiyi bildirilir.  
Altay  Məmmədov  «Həmyerlilər»  komediyasında  yerli-
çiliyi ifşa edir. İşdən yayınıb günü çayxanalarda, pivəxanalarda 
keçən,  ora-bura  baş  vuran,  halal  əməkdən,  zəhmətdən  qaçan, 
arvadın  hesabına  «kişi»  olanları  tənqid  hədəfi  götürdüyü 
«Kişilər»  komediyasını,  M.F.Axundovun  «Aldanmış  kəvakib» 
povestinin  motivləri  əsasında  «Ulduzlar  görüşəndə»  pyesini  
yazır. 
 Bu  illərin  dramaturgiyasında  Anar,  B.  Vahabzadə,  R.İb-
rahimbəyov,  M.İbrahimbəyov,  N.Xəzri,  Ə.Əylisli,  İ.Əfəndiyev 
və  Elçinin 
yaradıjılığı  daha  çox  diqqəti 
jəlb  edir. 
R.İbrahimbəyovun 
«Öz 
yolu 
ilə», 
M.İbrahimbəyovun 
«Mezozoy  əhvalatı»,  N.Xəzrinin  «Əks-səda»,  Ə.Əyrislinin 
«Vəzifə» kimi dram əsərlərində bu günün, elmi-texniki tərəqqi 
dövrünün  problemi  və  qayğıları  ilə,  onun  zəngin,  dolğun 
xarakterə malik insanları ilə qarşılaşırıq. 
Müharibədən  sonrakı  illərdə  ədəbiyyatşünaslığın  inkişa-
fında  tənqidçilər,  alimlərlə  yanaşı  S.Vurğun,  M.İbrahimov 
M.Hüseyn  kimi  yazıçı  və  şairlər  də  fəallıq  göstərirdilər. 
S.Vurğun  yazdığı  məqalələrdə  ideyalılığı,  müasirliyi,  xəlqiliyi 
təbliğ  edir,  formalizmə,  nihilizmə,  naturalizmə  qarşı  barışmaz 
mövqe tutur. Müasir həyatda nöqsanları tənqid etməklə yanaşı, 
müsbət  keyfiyyətləri  daha  çox  qələmə  almağın  tərəfdarı  idi. 
Bədii əsərlərdə romantikanı müdafiə edirdi. «Uşaqlarımız üçün 
gözəl  əsərlər  yaradaq»,  «Sənətdə  formalizm  və  naturalizm 
əleyhinə»  və  s.  məqalələrində  romantikanı  müdafiə  etməkdə 
məqsədi vardı; bəzilərinin ədəbiyyatı romantikadan ayırıb «onu 
məişətçiliyə  endirmək»  istəklərini  tənqid  edirdi.  S.Vurğunu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə