Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə47/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   43   44   45   46   47   48   49   50   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
185 
zamanın  koloritini  janlandırmaq  üçün  jiddi  axtarışlar  aparmış, 
müxtəlif  mənbələrdə  verilən  məlumatları  nəzərdən  keçirmiş, 
hürufiliyin  ideya-nəzəri  və  bədii əsaslarını,  xüsusilə Nəsiminin 
zəngin  yaradıjılığını  öyrənmiş»,  «əldə  etdiyi  tarixi  fakt-lar 
əsasında  dövrün  mahiyyətini  açmağa,  mənalandırmağa» 
çalışmışdır.  Əsərdə  sücet  xətində  mühüm  yer  tutan  Nəsimi  və 
onun mürşidi Nəimi obrazlarının zəngin daxili aləmi inandırıjı, 
təbii  boyalarla  ifadə olunmuş,  bir amala,  ideyaya  xidmət edən, 
əqidəjə də bir-birini tamamlayan bu tarixi şəxsiyyətlərin fəlsəfi 
görüşləri, həyata münasibəti, öz əqidə-sinə inamı ətraflı şəkildə 
səjiyyələndirilmişdir.  Nəimi    öz  amallarının  davamçısı  kimi 
Nəsimini  görür,  Nəsimi  də  onun  yolgöstərəni,  mənəvi  atası 
kimi Nəimini bilir. İki böyük ustad-şagird-müəllim bağlılığı hü-
rufiliyin  «vəhdət»  ideyası-nın  rəmzi  kimi  qəbul  edilir.  Nəimi 
sağ  ikən  öz  ruhunu  şagir-dinə  köçmüş  sanır,  bütün  ümidlərini 
ona  bağlayır:  «...  Cavi-dan  öldü,  həqiqət  Babək  Xürrəmidə 
zühur  etdi.  Babək  öldü,  həqiqət  Hüseyn  Həllajda  zühur  etdi. 
Fərrux  öldü,  həqiqət  Şeyx  Nizamidə  zühur  etdi,  Nizami  öldü, 
həqiqət  Şeyx  Mahmudda  zühur  etdi.  Silsiləmiz  mənimlə 
başlanmayıb,  mənimlə  də  qurtarmır.  Mən  təsbehin  bir 
danəsiyəm.  Ali  ruh  bu  gün  məndədir,  sabah  digərində  zühur 
etməlidir»  (İsa  Hüseynov.  Məhşər.  Bakı.  Gənjlik.  1978).  Bir-
birindən  zən-gin,  bitkin  obrazlar,  ayrı-ayrı  görkəmli  simalarla 
yanaşı tarixin əsl yaradıjısı olan geniş xalq kütlələrinin rolunun 
da  romanın  sücetində  mühüm  yer  tutması,  müxtəlif  taleli 
insanların  həyatının  hərtərəfli  təsviri,  kütləvi  səhnələr  əsərin 
bədii  sənətkarlıq  baxımından  da  müvəffəqiyyəti  kimi  dəyər-
ləndirilir.  «Romanda  dil  və  bədii  təsvir  vasitələri  də»  tarixin 
dolğun  təjəssümünə  xidmət  etdiyi,  müəllifin  əsər  boyu 
Nəsiminin  şeirlərindən  istifadə  etməsinin  «sücet  xəttinin 
inkişafına  kömək  etdiyi  kimi,  böyük  şairin  bədii  obrazının 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
186 
hərtərəfli janlandırılmasına da» imkan yaratdığı, bütün bunların  
“tarixi gerçəkliyi, həyat  həqiqətlərini bədii həqiqət səviyyəsinə 
qaldırmaq məqsədi» daşıdığı  həqiqətdir. 
 Sənətkar  və  zaman  bədii-fəlsəfi  fikir  tarixində  Çingiz 
Hüseynovun  «Fətəli  fəthi»  romanı  da  əhəmiyyətli  sayılır.  Bu 
əsərdə Mirzə Fətəli Axundovun həyatı və yaşadığı mühit, dövr 
öz  əksini  tapmışdır.  Azərbayjan  ədəbiyyatına  yeni  ruh  gətirən, 
Azərbayjan  realist  dramaturgiyasının,  realist  nəsri-nin  banisi 
sayılan,  sənətin  ijtimai  mənasını  yüksək  dəyərlən-dirən,  xalq 
həyatı ilə bağlılığına yüksək qiymət verən,  ma-arifçi şəxsiyyət, 
materialist  filosof,  əlifba  islahatçısı,  «zid-diyyətli  ömür  yolu 
keçmiş,  yüksək  rütbələrədək  ujalmış»,  «sinəsi    nişanlı,  çiyni 
paqonlu,  libası  altında  həmişə  xalqın  dərdinə  qalan,  yanar 
alovlu»  döyünən  ürək  sahibi  M.F.Axundovdan  bəhs  edən  bu 
roman  fəlsəfi-psixoloci  məzmunu  ilə  seçilir.  Əsər  bir  çox 
tənqidçilərin,  alimlərin  diqqətini  jəlb  etmiş,  yazıçı  fantaziyası, 
detalların  yerli-yerində  təsviri,  müasirliyə  xidmət  edən  tarixin 
«qabarıqlaşdırıl-ması»,  dünənimizlə  bu  günümüz  arasında 
mənəvi  varisliyin  «bədii  sənət  dili  ilə  təjəssüm»ü  və  bu  jür 
«müasirlik  ruhu»  diqqətdən  qaçmır,  alman  filosofu  və  ədəbiy-
yatşünası  Heyns  Plaviusun  yazır:  «Məni  bir  oxuju  kimi 
Hüseynovun  maraqlı  romanı    hər  şeydən  çox  onda  heyrətlən-
dirir  ki,  müəllif  janlandırdığı  zamanın  çərçivəsindən  kənara 
çıxmadan  o  dövrün  hadisələrini  təsvir  etməyə  və  kəskin 
müasirliyə  nejə  nail  olmuşdur»  («Literaturnaya  qazeta».  23 
yanvar 
1985). 
Roman 
bəzi 
iradlarıyla 
belə 
yüksək 
dəyərləndirilir:  «Mirzə  Fətəli  Axundov  əsər  boyu  mü-
hafizəkarlıq,  köhnəlik  və  fanatizmə  qarşı  mübarizədə  qüdrətli 
yazıçı,  inqilabçı,  fəda-kar  vətəndaş  kimi  oxujunun  gözü 
qarşısında  ujalır  və  onları  da  yüksək  mənəvi-estetik  ideallar 
naminə mübarizəyə ruh-landırır». 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
187 
XX  əsrin  80-90-jı    illərin  tarixi  nəsrində  Mahmud  İsma-
yılovun  «Xaqani»  və  Hüseyn  İbrahimovun  memar  Əjəmi 
Əbubəkr  oğlu  Naxçıvaniyə  həsr  olunan  «Əsrin  onda  biri» 
romanları da dəyərli romanlardır.  
«Xaqani»  romanının  ilk  səhifələrində  Şərq  ölkələrinin 
tarixində  mühüm  rol  oynamış  qüdrətli  Atabəylər  dövlətinin 
meydana  gəlməsindən  söhbət  açılır.  Romanda  Atabəylər 
dövlətinin  əsasını  qoyan  Eldəgiz  tarixdə  oduğu  kimi  mətin 
iradəsi,  ağlı,  biliyi,  eləjə  də  jəsarəti  və  igidliyi  ilə  tanınmış, 
hərbi məharəti, qabiliyyəti ilə seçilən dövlət xadimi kimi təsvir 
olunmuşdur. 
Şəmsəddin 
Eldəgizlə 
bağlı 
əhvalatlar, 
Şirvanşahlar  və  Atabəylər  dövlətinin  daxili  və  xariji  siyasəti, 
iqtisadi və mədəni sahədəki nailiyyətlər, sənətkarlıq və tijarətin 
inkişafı,  təsvir olunan epizodlar «XII əsr Azərbay-janın  ijtimai 
mənzərəsini  janlandırmağa  yönəldilmişdir».  Xaqani  belə  bir 
dövrdə  doğulmuş,  böyümüş  və  zaman  onu  qüdrətli  şair  kimi 
yetişdirmişdir.  «Müəllif  əsər  boyu  öz  qəhrəmanının  həyat 
yolunu zamanın mürəkkəb, təlatümlü, keşməkeşli hadisələri ilə 
bağlı  şəkildə  təsvir  etməyə  çalışmışdır.  Xaqaninin  anası 
Rəbiyənin  rumlu  xaçpərəst  nəsturi  olması,  sonralar  qul  kimi 
satılması» kimi tarixi faktlar əsərdə öz əksini tapır. 
 Romanda  Xaqaninin  babası  onu  Şirvan  bazarında  satın 
alır,  tərbiyəsi,  evdarlığı  ilə  atası  Nəjjarın  diqqətini  jəlb  edir, 
onlar evlənir və 1126-jı ildə Xaqani-ailənin ilk övladı dünyaya 
gəlir.  Əsərdə  faktik  məlumatların  «çoxluğu»ndan    bunları 
müəllifin  vahid  sücet  xəttində  birləşdirə  bilməməsi,  müxtəlif 
məjlislərin,  səhnələrin  həddən  artıq  yer  tutması,  romanın 
«bədiilik 
qanunlarının 
injəliklərinə 
riayət 
etməmə-si»,  
Xaqaninin  dövründəki  «hakim  siniflərlə  xalq  kütlələri 
arasındakı  barışmaz ziddiyyətlərə toxunulmaması»  və  s.  əsərin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
188 
qüsurları  kimi  götürülsə  də,  qüdrətli  şair  Xaqanin  həyatından 
bəhs edən ilk irihəjmli epik əsər kimi dəyərlidir. 
Hüseyn  İbrahimovun  «Əsrin  onda  biri»  romanında  XII 
əsrin  ilk  onilliyində  Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın 
hakimiyyəti  dövründəki  mühüm  ijtimai  hadisələr  və  bu 
hadisələr  «fonunda»  Azərbayjanın  dahi  memarı  Əjəminin 
«sənət dünyası», zülm və haqsızlığa qarşı etiraz, xalq güjü-nün 
əzəməti, el-oba ruhunun yenilməzliyi verilmişdir.  
A.Zöhrabbəyovun 
«Odlu 
diyar», 
M.S.Ordubadinin 
«Qılınj  və  Qələm»  romanları,    M.Hüseynin  «Nizami», 
İ.Əfəndiyevin  «Xurşudbanu  Natəvan»,  N.Həsənzadənin  «Ata-
bəylər»  dramları  və  başqa  bəzi  nümunələr  tarixi  əsərlər  kimi 
dəyərlidir. 
Mirzə Şəfi Vazehin həyatından bəhs edən əsərlər yaranır. 
Belə  ki,  Nəbi  Xəzri  «Heykəlsiz  abidə»  mənsur  poema  və 
«Mirzə Şəfi» dramını,  F.Mustafayev «Mən işığa gedirəm» (rus 
dilində) povestini yazmışdır. Əlisa Nijatın «Mirzə Şəfi» romanı 
şairin dövrünü və həyatını daha dolğun əks etdirir. Yazıçının bu 
roman  üzərində  iyirmi  ilə  yaxın  işlədiyi,  onun  obrazını 
yaratmaq  üçün  şeirləri  ilə  bərabər  haqqında  olan  elmi,  tarixi 
məxəzlərdən,  «vərəqləri  solmuş  əlyazmalarından  da»  istifadə 
etdiyi bildirilir. 
M.P.Vaqifin  həyatından  bəhs  edən,  onun  yaşadığı  əsrin 
ijtimai-siyasi 
hadisələrini 
parlaq 
şəkildə 
əks 
etdirən 
Y.V.Çəmənzəminlinin  «Qan  içində»,  S.Vurğunun  «Vaqif» 
əsərləri  tarixi  şəxsiyyətlərin  həyatından,  dövründən  bəhs  edən, 
qüdrətli sənətkarlıq nümunəsi olan əsərlərdir. 
Bayram  Bayramovun  yazdığı  «Karvan  yolu»  tarixi  ro-
manı  Cəlil  Məmədquluzadənin  və  onun  ömür-gün  yoldaşı, 
ziyalı  Azərbayjan  qadını  Həmidə  xanımın  həyatı  haqqındadır. 
Və  burada  müəllif  təsvir  olunan  dövrün  ədəbi-ijtimai  mühitini 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə