Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə46/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   42   43   44   45   46   47   48   49   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
181 
Nəbi  Xəzri    müasir  ədəbi  prosesin  fəal  iştirakçılarından 
biri,  lirik  şairdir.  «Çiçəklən  arzular»,  «Sülh  əsgəri»,  «Salxım 
söyüdlər»,  «Vətən  və qürbət»,  «Kim  məni  xatırlasa»,  «Şeir-lər 
və poemalar», «Sumqayıt səhifələri»,  «Dəniz, göy, məhəbbət», 
«İllər  və  sahillər»,  «Dərələr»,  «Seçilmiş  əsərləri»  2  jilddə, 
«Ulduz  karvanı»,  «Ümmandan  damlalar»,  «Hey-kəlsiz  abidə»,  
4  jildlik  «Seçilmiş  əsərləri»,  «Şeir  mənim  üçün  bir  kainatdır», 
«Torpaq  sənə  and  içirəm»,  «Qəm  dəftəri»,  «Peyğəmbər», 
«Əsrin  qanlı  laləsi»  və  s.  kitablarının  müəllifidir.  Əsərləri 
keçmiş  SSRİ  və  xariji  ölkə  xalqlarının  dillərinə  tərjümə 
edilmişdir.  Özü  də  V.Terma  («Dost  sö-zü»),  A.Prokafyev 
(«Sən  çağır  məni»),  V.Luks  («Eşq  ol-sun»),  Ş.Əlimjan  («Sən 
gülümsədin»),  A.Koşokov  («Qaran-quş  nəğməsi»),  S.Mişel 
(«Yerdən 
doğan 
günəş»), 
V.Aste-mirov 
(«Şimşək), 
V.M.Oleynikin  («Torpaq  üstə  dayanmı-şam»)  əsərlərini 
Azərbayjan  dilinə tərjümə etmişdir.  
Nəbi  Xəzri  bir  şair  kimi  klassik  Azərbayjan    şeirinin 
ənənələri  qoynunda  yetişən,  həm  də  müasir  ədəbi  prosesin 
tələblərini  gözləyən  şairdir:  «Nəbi  Xəzrinin  poeziyası    özünün  
müasirliyi  və  mübarizliyi  ilə  seçilməkdədir.  Müasirlik  isə  hər 
jür bədii əsər üçün ən böyük məziyyət, ən müqəddəm keyfiyyət 
kimi  mənalandırılmalıdır.  Çünki  istər  lirik,  istərsə  də  epik 
poeziyada  ilkinlik,  lirik  başlanğıj  və  hərarət  əsas  və  aparıjı  bir 
xüsusiyyət kimi təzahür etməkdədir» (C. Abdullayev). 
Bəxtiyar  Vahabzadə  ədəbiyyata  «Ana  və  şəkil»  (1943) 
şeiri  ilə  gəlib.  Bədii  yaradıjılığı  ilə  elmi  fəaliyyətini  paralel 
şəkildə  davam  etdirən  sənətkar  «Səməd  Vurğunun  həyatı  və 
yaradıjılığı  yolu»  adlı  doktorluq  dis
s
ertasiyası  yazıb.  Bədii 
əsərləri  gənj  yaşlarından  müxtəlif  qəzet  və  curnallarda,  alma-
naxlarda  nəşr  olunub.  «Mənim  dostlarım»,  «Bahar»,  «Ədəbi 
heykəl»,  «Dostluq  nəğməsi»,  «Çinar»,  «Sadə  adam-lar», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
182 
«Ceyran»,  «Aylı  gejələr»,  «Şeirlər»,  «Etiraf»,  «Şəbi-hijran», 
«İnsan  və  zaman»,  «Açılan  səhərlərə  salam»,  «Pa-yız 
düşünjələri», «Bir ürəkdə dörd fəsil», Seçilmiş əsərləri, «Səməd 
Vurğun»,  «416»,  «Bir  baharın  qaranquşu»,  «Dan  yeri», 
«Sənətkar və zaman», «Pyeslər»,  «Muğam», «Seçilmiş əsərləri 
iki  jilddə,  «Vətən  ojağının  istisi»,  «Dərin  qatlara  işıq» 
(məqalələr),  «Axı  dünya  fırlanır»,  «Gəlin  açıq  danışaq», 
«Ümidə heykəl qoyan», «Vətəndaş» və s. altmışa yaxın kitabın 
müəllifi  Bəxtiyar  Vahabzadə  yaradıjılığında  müasir  dövrün 
problemləri lirik-fəlsəfi planda,  əlvan boya-larla təsvir edilir. 
 Bəxtiyar  Vahabzadə  oricinallığı  ilə  seçilən  sənətkardır. 
Həyat  hadisələrinə  münasibətdə  bu  oricinallıq  özünü  göstərir. 
Bəxtiyar  konkret  həyati  varlığın  poetik  mənasını,  daxili  ma-
hiyyətini  açmağı,  varlıq  haqqında,  onun  zahiri  gözəlliklərinə 
dair  qanadlı  ibarələr,  hikmətli  aforizmlər  işlətməkdən  üstün 
tutur 
(C.Abdullayev). 
Həyatın 
poetik 
anlarını 
fəlsəfi 
ümumiləşdirmələr  yolu  ilə  vermək  bajarığı  onun  şeirlərində 
güjlüdür.  Yaradıjılığındakı  «hisslə  düşünjə,  ağılla  duyğu, 
həssas  qəlblə,  fəlsəfi  idrakın  qırılmaz  bir  vəhdət  təşkil  etdiyi 
bildirilir  və  bu  xüsusiyyət  onun  bütün  yaradıjılığına  şamil 
edilir:  
Yarpağı tez solar tək ağajın da, 
Daldası yoxdursa nejə solmasın? 
Meşələr sultanı, meşələr şahı, 
Aslanın özü də yalqız olmasın! 
Şeirlərində  ömrü  mənasız  keçirənlərə,  başqalarına  qay-
ğısı,  xeyirxahlığı  olmayanlara  nifrəti,  öz  səadətini,  xoş-
bəxtliyini  isə  başqasının  xoşbəxtliyində  görənlərə  məhəbbət 
var: 
«Bu dünya beş gündür» - deyib hər yerdə, 
Sağ ikən qəbirdə uzanan da var. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
183 
Öz alın təriylə birjə ömürdə, 
Yüz insan ömrünü qazanan da var. 
Tənqidçilər  onun  lirikasında  «bir  həzinlik,  laylay  kimi 
səslənən  füsunkarlıq,  yaxşı  mənada  sentimentallıq»  olduğunu 
bildirirlər.  Onun  lirikası  kimi  poemaları  da  mühüm  yer  tutur. 
1944-jü  ildə  «Dostluq»,  sonralar  «Aylı  gejələr»,  «Sadə 
adamlar»,  «Əbədi  heykəl»  ,  «İztirabın  sonu»,  «Etiraf»,  «Şəbi-
hijran»,  «Leninlə  söhbət»,  «Muğam,  «Atılmışlar»  və  s. 
poemaları,  Cənubi  Azərbayjan    mövzusu,  azadlıq  uğrunda 
mübarizəyə qalxan gənjliyin döyüş əzmi, gələjəyə inamı («Aylı 
gejələr»), kitab mədəniyyəti, kitabxana işçilərinin mənalı əməyi 
(belə  bir  mövzunu  qələmə  almaqla  ədəbiyyatda  bu  sahədə  ilk 
və  jiddi  bir  addım  atmışdır),  əməyə  sığınan,  onu  həyatının 
mənası bilənləri, onunla ujalanları («Sadə adamlar») tərənnüm, 
müharibənin 
törətdiyi 
dəhşətlər 
nətijəsində 
rəssamlıq 
sənətindən  ayrı  dümüş  Verterin  əzabları,  yaratmaq  amalı  ilə 
yaşayan  gənjin  müharibəyə,  onu  törədənlərə  nifrəti  («Əbədi 
heykəl») əks etdirilir. 
 «Ailə, məişət mövzusuna həsr olunan «İztirabın sonu» və 
digər  poemaları  içərisində  «Şəbi-hijran»  poeması,  «Mu-ğam» 
poeması öz bədii dəyəri ilə yüksək qiymətləndirilir.  
«Muğam»  poeması  şairin  yaradıjılığında,  ümumiyyətlə 
60-70-ji  illərin  poeziyasında  «bir  ədəbi  hadisə  kimi»  qiy-
mətləndirilir,  burada  şairin  zəngin  ədəbi  təjrübələrindən  ən 
yaxşı,  ən  təsirli  komponentlərini  daha    da  dərinləşdirdiyi», 
«zahiri effekt doğuran hər  şeydən çəkinərək,  həqiqi sənət  yolu 
ilə»  getdiyi,  nətijədə  oxujunun  ağlına,  hissinə  təsir  edə  bilən 
«gözəl  bir  poema»  yaradıldığı  söylənir:  «Şairin  təsvir  və 
təqdimində  mahnı,  muğam,  söz  və  tar  havaları  insanın  daxili, 
məxfi  dünyasının  tərjümanıdır,  insanın  bütün  fəaliyyətinin 
müşayiətçisi,  yol  yoldaşıdır.  Muğam,  mahnı  və  rənglər,  səs  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
184 
ahənglər sözdən daha  ilkindir,  bu səs  və ahəng  insanın uşaqlıq 
çağından  həyatının  axırınadək  onunladır,  onun  özü,  varlığı 
deməkdir.  «Yox,  nəğmələr  yaranmazdı,  qəlbimizdən  keçənləri 
tamam deyə bilsəydi söz».  
Nasirlərimizin həyatında müasir həyat aparıjı mövzu olsa 
da,  bu  illərdə  tarixi  mövzulara  aid  də  roman  və  povestlər 
yazılırdı.  S.  Rəhimov  «Şamo»  romanı  üzərində  işləyərək  onu 
təkmilləşdirmiş,  M.  Cəlal  «Yolumuz  hayanadır»  romanında 
M.Ə. Sabirin bədii surətini yaratmışdı. XX əsrin əvvəlində baş 
verən  ijtimai-siyasi-mədəni  hadisələr  də  öz  əksini  tapır.  Tarixi 
mövzuda  yazılmış  M.  Hüseynin  «Səhər»  romanı,  Sabit 
Rəhmanın «Nina» povesti 1901-1904 -jü il inqilabi hadisələrini 
əhatə edir. 
80  illik  Azərbayjan  ədəbi  prosesini  izləyərkən  Azərbay-
janda  yaranan  tarixi  romanların  böyük  bir  hissəsinin  görkəmli 
sənətkarların  həyatından,  taleyindən  bəhs  etdiyinin  şahidi 
oluruq.    Ədəbiyyatımızın  tarixində,  xalqımızın  zəngin  bədii 
təfəkkürə malik parlaq simaları olub. Onların yaradıjılığı, ədəbi 
mövqeyi haqqında elmi-tədqiqat əsərləri yazılıb. Yaranan bədii 
əsərlər  elmi-tədqiqat  əsərlərindən  fərqlidir.  Bədii  əsərlərdə 
həyatı  qələmə  alınan  sənətkarın  tarixi  obrazı  yaradılır, 
həyatında ən mühüm məqamlər təsvir və təqdim edilir. Yaranan 
bədii  əsərdə  həmin  şəxsiyyət  haqqında  daha  geniş  təsəvvürə 
malik  oluruq.  Tarixi  romanların  estetik-tərbiyəvi  əhəmiyyəti 
böyükdür.    Tarixi  roman    bədii  biblioqrafiya  deyil,  burada 
həyatı  qələmə  alınan,  obrazı  yaradılan  sənətkarın  yaşadığı 
zaman,  dövr,  onun  mühiti,  yaşadığı  dövrün  sosial-siyasi 
mənzərəsi,  onun daxili  aləmi,  mənəvi dünyası  ilə  bağlı şəkildə 
öz əksini tapır. Zəngin dolğun tarixi romanlar var və bunlardan 
İsa  Hüseynovun  «Məhşər»  romanını  xüsusi  ilə  qeyd  etmək 
lazımdır. Bu romanı yazarkən yazıçı «tarixi həqiqəti gözləmək, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə