Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə54/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   50   51   52   53   54   55   56   57   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
213 
60-jılar  kimi  tanınan  şair  və  yazıçılarımız  60-jı  illər 
ədəbiyyatının,  ondan əvvəlki dövrün  böyük qələm sahiblərinin 
təjrübələrindən 
yararlanmaqla, 
onları 
təkrar 
etmədən, 
ədəbiyyata  yeni  mövzular,  ideyalar  gətirməklə  ədəbiyyatımızı 
zənginləşdirdilər.  60-jı  illərdə  də  20-30,  40-50-ji  illərin 
nəslindən  olan  Osman  Sarıvəlli,  Məmməd  Rahim,  Nigar 
Rəfibəyli,  Rəsul  Rza,  sonralar  B.Vahabzadə,  Nəbi  Xəzri,  Əli 
Kərim,  Xəlil Rza və b.  yazıb-yaradır,  Azərbayjan ədəbiyyatına 
xidmət  edirdi.  Lakin  hər  gələn  nəsil  öz  fərdi  üslub 
keyfiyyətləri,  öz  poetik  axtarışları  ilə  ədəbiyyata  yeni  ab-hava 
gətirməkdə  idi.  60-jılar  ədəbiyyat  aləmində  özlərindən  əvvəlki 
sənətkarlardan  öyrənməklə  bərabər  ədəbiyyatımızda  yeni  bir 
nəsil  kimi  formalaşmaqda  idilər.  Onlar  şeirlərində  zaman, 
təbiət, 
dünya, 
kainat, 
elmi-texniki 
nailiyyətlər, 
insan 
problemlərini  qoyurdular.  İnsan  və  zaman  vəhdətində  60-jılar 
insan  düşünjəsini,  idrakını,  təfəkkürünü,  onun  mürəkkəb 
aləmini  əsas  götürürdülər.  Onların  söhbət  açdığı,  düşündükləri 
insan  dünyası  bu  günü,  sabahı,  gələjəyi  üçün  narahat 
insanlardır. Üzərilərinə bir insan kimi düşən məsuliyyəti duyan 
müasir  dünyagörüşə  malik  insanlardır.  Onlar  vətənpərvər 
olmaqla yanaşı bəşəri amal sahibidirlər. 
Bu  gün  Fikrət  Qojanın  mürajiət  etdiyi  mövzuların 
bəşəriliyinə  nəzər  saldıqda  inanırsan  ki,  o,  zamanın  şairidir. 
İkinji  Dünya  müharibəsinin  qanlı-qadalı,  fajiəvi  illəri-o 
müharibənin getdiyi torpaqların sinəsində açdığı yaraları Fikrət 
Qoja  «Xatın  kəndi»  şeirində  daha  təsirli  şəkildə,  müharibəyə 
nifrət  hissilə  qələmə  alır.  Gördüyü  «dəhşətlərdən  daşa  dönüb 
zaman» «yatmış bu torpaqda». 
Viranələr bayquşunun 
Ən möhtəşəm sarayıdır 
Yandırılmış Xatın kəndi. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
214 
O,  Xatın  kəndində  öldürülmüş,  yandırılmış  insanların 
xatirəsini  əbədiləşdirmək  üçün  məzarlar  üzərinə  qoyulan 
mərmərləri günahsız qurbanların «daşa dönmüş harayı» bilir. 
Fikrət  Qoja  «Telefonla  söhbət»  şeirində  Yer  kürəsini 
«xəstə» kimi oxuju qarşısına çıxarır: 
Alo! Təjili yardım, 
Kömək eləyin! 
Bu  misradakı  təlaşı,  həyəjan  təbilini  çalan  şair  onun 
xəstəliyini  «Nüvə  silahı»nın  başının  üstdən  asılmasında,  «bir 
ayağı qəbirdə» olmasında görür.  O, həyəjan təbilini çalan,  onu 
qurtarmağa çalışan «günahlı-günahsız bütün janlıların yaşamaq 
həvəsi»dir.  
Zamanın  gərgin,  psixoloci  portreti  qarşımızdadır.  Yer 
kürəsinin simasında, çaldığı həyəjan təbilində insan var. 
Yer  kürəsi  də  yaşamaq  istəyir.  O  da  fırlanır.  Başına 
gətiriləjək  müsibətlərdən  xəbərsiz  «fırlanır».  Özünü  «günə 
verən» Yer kürəsinin taleyinə yanım var şairin bu misralarında.  
«Dünyadan bir Araz axır» şeirində dünya mövzusunda öz 
millətinin,  xalqının  dərd-sərini  çözələyir,  çəkdiyi  ağrıların, 
ajıların  verdiyi  əzabları  ifadə  edir.  «Araz  xəstəliyi»  dünyanın 
xəstəliyidir, insan janında, taleyində oturub güjü çatan bu zərif, 
injə  məxluqatı  iynələyir,  göynədir.  Şair  ikiyə  bölünmüş-
Azərbayjan taleyini yaşayan ölkələrin, xalqların dərdini qələmə 
alır.  «İki  qaşım  arasından,  iki  gözüm  arasından  Araz  axır»-
deyən  şairə  görə  bir  üzü  od,  bir  üzü  su  olan  Araz  Vyetnam 
elindən,  Koreyadan  axır,  «keçidlərlə  damğalanmış  hər  tindən 
Araz  axdığını,  dünyanın  yarısında  «Araz  xəstəliyi»nin 
olduğunu onun ağrısını, ajısını yaşamış, yaşayan bir elin övladı 
kimi duyub qələmə alır. Araz xəstəliyi insan ömründən baj alır. 
Həsrət,  hijran,  qürbət  dərd-ələm,  ayrılıq  xəstəliyidir.  İnsana 
səadət,  xoşbəxtlik  vermir.  Sinələrdəki  ən  şirin  arzularda  bir 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
215 
Araz  xəstəliyi  var.  O  Araz  «əsrimizdən axır»,  axır,  axır,  anjaq 
«axmayajaq  bir  zaman».  Burada  şair  insan  qəlbini  dünyasının 
ədaləti-ədalətsizlikləri  içərisində  iynə  uju  qədər  də  olsa 
göstərdiyi  ümidin  arxasınja  yollayır.  Bax  bu  «axmayajaq  bir 
zaman»,  şairin  ümidləri,  arzuları,  gələjəyə  nikbin  baxışlarının 
səsidir.  Şairin  lirik  qəhrəmanı  inanır  ki,  ikiyə  bölünən, 
sinəsində  ayrılıq,  həsrət  körpüsü  salınan  Arazlar  «axmayajaq 
bir zaman».  
Şair  dünyasını  azad,  insanlarını  xoşbəxt,  dünyanı  sər-
hədsiz,  millətləri,  dövlətləri  bir-birinə  iddiasız,  dost,  qardaş 
görmək  istəyir.  O,  «Araz  xəstəliyi»ni  ürəyində  gəzdirən  bir 
torpağın övladıdr  və taleyi  vətənin taleyinə  bənzəyən ölkələrin 
vətəndaşlarının dərdini-sərini yaxşı başa düşdüyündən onları da 
özü  kimi  xəstə  görmək  istəmir.  Dünya  bəşər  övladının 
məskənidir.  Hər  kəs  qismətinə  düşən  torpağa,  sərvətə  qane 
olmalıdır.  Özgə  malına  göz  dikməməlidir.  Nəf-sinin  əsiri 
olmamalıdır.  Nəfsini  özünə  əsir  etməlidir.  Dün-yanın 
gözəlliklərini duymalıdır insan, o gözəlliklərdən zövq almalıdır. 
Beş  günlük  dünyadan  nə  aparajağını  da  gözəl  bilən  insan 
düşünməlidir, hərəkətlərinə, əməllərinə javabdeh olmalıdır. 
Fikrət  Qoja  yaradıjılığında  mövzu  çoxdur.  Biri  o  birini 
təkrar  etməyən  ideyalarla,  məzmunla  zəngindir.  O,  sə-nətkar, 
şair  haqqında  əsl  sənət  adamı  kimi  danışır,  sənətkar  qəlbinə, 
sənətkar düşünjəsinə, duyğu və hisslərinə dərindən bələddir. O, 
böyük  sənətkarların  yaşadığı  hissləri  gözəl  başa  düşür. 
Nəsimiyə,  Nəimiyə,  Məhəmməd  Füzuliyə  və  digər  sə-
nətkarlarımıza  münasibətində  şair  taleyi  haqqında  düşünən-də 
damla-damla əriyir:  
Şairlik ən böyük dərddi. 
Böyük dərdi olan kəslər 
Ölür jan qurtarır barı. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
216 
Böyük dərdli şairləri  
Ölməz yaradıbdı Tanrı, 
-deyir.  Bu  deyimdə  «böyük  dərdli  şairləri»  dedikdə  dünyanın 
dərdini,  kədərini öz şəxsi dərdi kimi qəbul  edən,  qeyri-bərabər 
hüquqlu jəmiyyətdə əzilən, məhv olan, arzu və istəklərinə qılınj 
çəkilən  insanların  mənəvi,  jismani,  ağrı-ajılarını  onlar  kimi 
yanaşmağı  bajaran,  qəflət  pərdəsini  gözlər  qabağından 
götürmək istəyən, bu istəklə mübarizə meydanına atılan jismən, 
mənən  şam  kimi  dərd  əlində  əriyən  Füzuli  də,  dərisi  soyulan 
Nəsimi də, Həllaj Mənsur da, Nəimi də, neçə-neçə dahi şəxslər 
də  yada  düşür.  Bəşər  dərdini,  sevgisini  yaşadan  misralarında, 
əsərlərində  şair  gördüyü  böyüklüyü,  yüksəkliyi  duyur.  Bu 
duyumda  sevgi,  hörmət,  sənətə,  sənətkara  ustad  gözüylə 
baxmaq F.Qoja yaradıjılığında əsasdır. 
Fikrət  Qojanın  «Cənnətdən  qovulanlar»  əsərində  to-
xunduğu  məsələlər  çoxdur.  Bu  əsər  bir  həyat  fəlsəfəsi,  insan 
fəlsəfəsi,  vətən,  millət  fəlsəfəsi,  humanizm  fəlsəfəsidir.  Bu 
əsərdə bütöv Azərbayjan eşqi var, o tayda-Güneyimizdə ge-dən 
milli azadlıq hərəkatına rəğbət var, bu azadlıq hərə-katının verə 
biləjəyi səadətə, xoşbəxtliyə inam var: 
Orda böyük Azərbayjan tarixi yazılır. 
Qanla yazılır. 
Tariximdən qara ləkələri yuyur qan. 
Farsın hökmranlığından, 
 
 
mənim əsarətimdən gedir zaman. 
Lap yaxındadır o gözəl gələjək…. 
Özünü  dağa,  daşa,  oda,  suya  vuran  şair  o  taylı,  bu  taylı, 
Qarabağlı,  Zəngəzurlu,  İrəvanlı,  Göyçəli  bir  Azərbayjanını 
«jənnət»  adlandırır  və  özünü,  millətini  jənnətdən  qovdu  Allah 
«Azərbayjan  kimi  bir  jənnətə  doğru»  –deyir  və  bu  vətənin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə