Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə52/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
205 
sonralar  bəraət  almış,  ömrünün  sonlarına  qədər  doğma 
kəndlərində  yaşamış  İsmayıl  Qarayevin  əsərləri  bədii  jəhətdən 
dəyərli əsərlərdir. 
Mikayıl  Rzaquluzadə  nasir,  şair,  tərjüməçi  kimi  zəngin 
yaradıjılığı ilə tanınır.   20-dən çox («El güjü», «Ağ dana», «Qu 
gölü»,  «İstək»,  «Dan  söküləndə».  «Ölkənin  çiçəkləri», 
«Nəsillərdən-nəsillərə»,  «Yaz  günəşi»  və  s)  bədii  kitabların 
müəllifidir.  Ədəbi  fəaliyyətə  1923-jü  ildə  «Abdulla  Şaiq» 
kitabçasına  daxil  edilmiş  «Müəllim»  şeiri  ilə  başlayan  M. 
Rzaquluzadənin  dünya  və  keçmiş  SSRİ  xalqlarının  ədəbiy-
yatından  tərjümələri  var.  60-dan  çox  tərjümə  kitablarının 
müəllifi  M.Rzaquluzadənin  tərjüməçilik  fəaliyyətinin  geniş-
liyi,  zənginliyi  insanı  heyran  qoyur.    Onun  tərjümələrində  
Nizami,  Y.Lebedinski,  T.Oldrij,  R.Kiplinq,  M.Şoloxov, 
A.Düma,  İ.S.Turgenev,  A.Darbni,  L.Tolstoy,  S.  Svift  və  adını 
çəkmədiyim  onlarja  sənətkarların  əsərlərini  dilimizə  tərjümə 
etməklə  dünya  ədəbiyyatı  haqqında  Azərbayjan  oxujularının 
biliklərini dərinləşdirmiş, ədəbiyyata marağı güjləndirmişdir.  
    
 
  
 
 
XX ƏSRİN 60-80 -jı İLLƏR ƏDƏBİYYATI,  
SENZURA... 
 
XX  əsrin  50-ji  illərinin  sonu,  60-jı  illərin  əvvəllərində 
sovet jəmiyyətində şaxtası qılınj kimi kəsən kommunist ideolo-
giyasının  buzu  yavaş-yavaş  sınmağa  başladı.  Sosia-lizm 
realizm metodu ədəbi yaradıjılığa polad kimi sərt təzyiqini artıq 
göstərə  bilmirdi.  Yazıçının  müstəqil  düşün-mə,  yaratma  hissi, 
azadlıq  duyğuları  bu  polad  hasarları  uçururdu,  sənətkar  istəyi 
bu  buxovları  qırırdı.  Cəmiyyətdə  gedən  qurujuluq  işləri,  hər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
206 
sahədə özünü göstərən müvəf-fəqiyyətləri ilə yanaşı,  qüsurları, 
problemləri  ilə  də  ədəbiy-yatın  mövzusuna  çevrilirdi. 
Repressiya,  şəxsiyyətə  pərəstişin  fajiəvi  nətijələri,  stalinizm 
siyasətinin  dəhşətləri  ədəbi  mövzulara  yol  alırdı.  Sovet 
kommunist 
ideologiyasının 
Azərbayjan 
vətəndaşlarına, 
bütövlükdə  Azərbayjana,  onun  alim,  ziyalı,  kütləsinə  vurduğu 
zərbələr  ifşa  edilirdi.  Buxov-lanmış  ədəbiyyat  kommunist 
ideologiyası,  sosializm  quruju-luğu  çərçivəsindən  çıxırdı, 
ümumbəşəri  mövqe  tuturdu,  insanın  daxili  aləminə,  mənəvi 
dünyasına  maraq  artırdı.  Yazıçı  psixologiyasında  çərçivələr 
görünməməkdə  idi.  Kom-munist  ideologiyasına  zidd  əsərlər 
çətinliklə də olsa  yaran-maqda  idi. 50-60-jı  illərdə   ədəbiyyata 
gələn  yeni  istedad  sahibləri  əvvəlki  yazıçı  nəslindən  fərqli 
düşünjələrlə  yaşayıb-yaradır.  Ədəbi  prosesdə  yeni  bir  ab-hava 
duyulur.  Bu  da  ədəbiyyatımızın,  Azərbayjan  ədəbiyyatının 
ümumi xarak-terinə, məzmununa «həllediji təsir» göstərirdi, bu 
da  təbii  idi,    hər  dövrdə  jəmiyyətin  aparıjı  qüvvələri  olan 
alimlər, şairlər,  yazıçılar, dramaturqlar mövjud jəmiyyətlərində 
gördükləri çatışmazlıqlarla barışmamış,  bu və ya digər şəkildə, 
sətiraltı  mənalarla,  üstüörtülü  kinayələrlə,  müəyyən  simvolik 
vasitə-lərlə  öz  etirazlarını  ifadə  etmişlər.  İjtimai  fikir  tarixində 
belə hallar həmişə olub. Elə 50-ji illərdə kommunist  sisteminə, 
onun siyasətinə belə sətiraltı mənalarla etiraz edənlərdən birinin 
Rəsul  Rza  olduğunu  tənqidçilər  xüsusilə  qeyd  edir-lər.  Onun 
«Rənglər»  silsilə  şeirlərini,  «Tez  yazan  qızlar»,  «Sarı  dana», 
«Balıq olmaq istəyirəm» və s. şeirlərini buna nümunə gətirirlər: 
«Bizim böyük bir əminliklə gəldiyimiz ən maraqlı qənaətlərdən 
biri  belədir  ki,  həqiqətən  də  60-jı  illərin    poeziyası  və  onun 
yaradıjıları  məhz Rəsul Rzadan təsirlənən o zaman   hələ  yeni-
yeni  şeirə-sənətə  gələn  javan-lardan  ibarət  olmuşdur.  Məzahir 
Daşqın,  Fikrət  Qoja,  Fik-rət  Sadıq,  Əli  Kərim,  İsa 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
207 
İsmayılzadə,Tofiq  Bayram,  Cabir  Novruz,  Sabir  Rüstəmxanlı, 
Ramiz  Rövşən,  Vaqif  Səməd-oğlu,  Vaqif  Cəbrayılzadə  və    s. 
özlərinin  poetik  yolunun  başlanğıjında  onun  qayğısını  görmüş 
və  bilavasitə  öz  həyatlarında  onun  təmasını  duymuşlar. 
Sonralar  onlardan  bəziləri  ənənəvi  şeir  formasına  keçsələr  də, 
məna  və  mahiyyət  dəyişməz  qaldı»  (Müasir  Azərbaycan 
ədəbiyyatı. I cild. Bakı. 2007). 
Alimlər,  tənqidçilər  Rəsul  Rzanın  poeziyasının  həm 
məzmun,  həm  forma  etibarilə  də  novator  mahiyyət  daşıdığını 
təsdiq edən çoxlu sayda faktlara mürajiət edirlər.  
60-jıların  bədii  irsi  Rəsul  Rza  kimi  novator  şairin  diq-
qətindən  yayınmadı.  O,  böyük  səmimiyyətlə  qeyd  edir  ki, 
mənim  ikinji  istedadımın  doğuluşunda  zaman,  dövr,  mühit 
həllediji rol oynamışdır. Böyük şair təbii bir təvazökarlıqla onu 
da  əlavə  edir  ki,  onların-60-jıların  şeirlərini  oxuyanda 
düşünürəm,  «illərlə  görüb  yanından  keçdiyim  şeylər  gözümdə 
yeni  rənglərlə  janlanır.  Bu  şeirləri  oxuyanda  özümü  daxilən 
əvvəl olduğundan artıq zənginləşmiş hiss edirəm. Bəzi detallar 
gözümdə böyüyür, yeni məna kəsb edir. Onlar məndə riqqət, ya 
təəssüf, həsrət, ya ümid dolu xatirələr oyadır. Əgər şair qardan 
yazmışdırsa,  qarda,  ağajdan  yazmışdırsa,  ağajda,  gözlərdən 
yazmışdırsa,  gözlərdə  nə  isə  bu  vaxta  qədər  duyub  dərk 
etmədiyim  yeni  çalarlar,  qoxular,  rənglər  duyur,  görürəm. 
Mənjə, həqiqi poeziyanın yolu budur». 
Öz  köhnə  yolları  ilə  gedən  «quruluşa  səjdə  edir,  jəmiy-
yətdə  gedən  yeniləşməni,  jəbhələnməni  görmür,  «bəziləri  isə 
gah  nala,  gah  da  mıxa  vuraraq  dumanlı,  mübhəm  bir  xaos 
yaradır»  və  bütün  bunlarla  yanaşı,  «hazırda  çağdaş  şeiri-mizin 
klassikləri,  komandanları  adlandırıla  biləjək,  öz  xal-qına, 
vətəninə  həmişəki  kimi  təmənnasız  xidmət  edən  digər 
şairlərimiz  yenə  də  günün  ən  aktual  problemlərinə  əks-səda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
208 
verir,  insanları  düşündürən,  jəmiyyətə  lazım  olan  mövzu-ları, 
mətləbləri  ön  plana  çəkirdi.  Bunlar  hazırda  yaşlaşmış,  lakin 
yenə 
də 
yazıb-yaratmaqdan 
doymayan, 
şeirimizin, 
ədəbiyyatımızın qeyrətini çəkən söz ustaları idi». 
60-jılar  nəslinin  nümayəndələri  bu  dövrün  tənqidinin 
zəifliyindən, ədəbiyyata gələn bu nəslin şair və yazıçılarının öz 
tənqidçilərinin  yetişməməsindən  gileylidirlər.  Çox  maraqlı 
haldır  ki,  məhz  həmin  altmışınjılarla  yanaşı  bir  dövrdə 
ədəbiyyatşünaslar, alimlər, tənqidçilər nəsli fəaliyyət göstərirdi, 
anjaq nədənsə onların sosializm realizmi metoduna-kommunist 
ideologiyasına zidd getməyə jəsarətləri çatmırdı. 
Məhz  bu  altmışınjılar  nəslinin  bəzi  nümayəndələrinin 
yazdıqları  əsərlərin  Yazıçılar  İttifaqının  Natəvan  klubunda 
müzakirəsində iştirak etmək bizə nəsib olub. Yadımdadır, Xəlil 
Rzanın  kitabı  «qayçılananda»  ajıqlı,  qəzəbli  səsi,  hətta 
söyüşləri.. Məmməd Arazın əsəbi halda tez-tez yerindən qalxıb 
oturması....  Məhz  bu  yeni  ovqat  narahatlıq  doğururmuş...    Nə 
isə, bu ayrıja bir tədqiqat işinin mövzusudur... 
 60-jılar  nəslinin  yaradıjılığı az da olsa  son  illərdə tədqiq 
və  tədqiqata  jəlb  edilir.  Amma  bu  dövrün  ədəbi  prosesinin 
Azərbayjan  ədəbiyyatının  ümumbəşəri  keyfiyyətləri,  dünya 
ədəbiyyatı  arenasındakı  yerini  üzə  çıxarmaq  üçün  obyektiv, 
vijdanlı tənqidçilərinin yolunu gözləyir.  
Şairlərin  yaradıjılığında  ana  Vətən,  onun  müasir  ijtimai 
yaraları,  dünya,  kainat,  insan,  müharibə,  sülh,    həyata,  insana 
sevgi  hissləri,  özünə,  soykökünə  qayıdış,  yeniləşməyə, 
tərəqqiyə,  dünyəviliyə  meyil  güjlü  idi.  60-jılar  nəslinin 
görkəmli  şairlərindən  olan  Fikrət  Qoja  ədəbiyyata  1956-jı  ildə 
«Kirpi» curnalının səhifələrində nəşr edilən «Bajıqızı» şeiri ilə 
gəlmiş  və  tez  bir  zamanda  ədəbi  ijtimaiyyətin  diqqətini  jəlb 
etmişdir.  Moskvada  beş  illlik  Qorki  adına  «Ədəbiyyat» 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə