Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   47   48   49   50   51   52   53   54   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
201 
sürən xalqların sevinjinə sevinir, lakin yenə də təbii olaraq fikri 
Təbrizə uçur: 
Qulağımda layla səsin, 
 
 
özün uzaq, 
Daxmamızda nə şam yanır, 
 
 
nə də ojaq. 
Çətin olur vətənində 
 
 
dustaq olmaq. 
Əyilmişdir qəm yükündən 
 
 
belin sənin. 
Bağlanıbdır dilin sənin. 
Mübarizə  alovları  içərisində  boy  atan  şairənin    öz  amalı 
vardı və şeirlərinin əsas qayəsini də bu təşkil edirdi. 
Ə.Əylisli,  C.Əlibəyov,  Ə.Qasımov,  İsi  Məlikzadə, 
S.Süleymanov,  H.Mehdiyev,  Ə.Hajızadə,  X.Hasilova  və 
başqaları  Böyük Vətən  müharibəsi  mövzusuna daha çox  meyil 
edirdilər. 
O illərdə sülh, demokratiya uğrunda gedən mübarizələr də 
bədii  nəsrimizdə  öz  ifadəsini  tapırdı.  Azərbayjan  fəhləsinin 
həyatının  geniş  epik  təsvirini  verən  romanlar  yazılırdı. 
M.Hüseyn  «Qara  daşlar»,  «Abşeron»,  M.Cəlal  «Təzə  şəhər», 
M.Süleymanov  «Yerin  sirri»,  «Fırtına»,  Y.Əzimzadə  «Onun 
həyatı»  povestini  yazdılar  və  bu  əsərlərdə  fəhlə  həyatı  neft 
daşlarında  işləyən  əmək  adamlarının,  mühəndis-lərin  yeni 
qurujuluq  işləri  əsas  mövzulardan  idi.  Neft  yataqları  tapan 
geoloqların,  neftçilərin  fəaliyyəti,  onların  jəsarətli  axtarışları, 
əldə etdikləri nailiyyətlər, geoloq və mütəxəssislərin öz işlərinə 
məsuliyyətlə  yanaşması,  öz  bilik  və  bajarıqları  sayəsində 
istədiklərinə  nail  olması,  ölkədə,  xüsusilə  respublikada  neft 
sənayesinin  inkişafı,  nəhəng  tikinti  işləri,  yeni  sənaye 
obyektlərinin qurulması da bədii nəsrin əsas mövzularından idi. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
202 
Mir  Cəlalın  «Təzə  şəhər»  romanı  Sumqayıtın  tikintisinə, 
bu  böyük  kimya  şəhərinin  qurulmasında  əmək  adamlarının, 
yaradıjı  insanların  əməyinə,  qazandığı,  əldə  etdiyi  uğura  həsr 
olunub.  Burada  müharibədən  sonra  adamların  həvəslə  işə 
girişməsi,  çətinliklərə,  təbiətin  kortəbii  qüvvələrinə  qalib 
gələrək  boru-prokatı  zavodunun  tikilməsinin  təsviri,  romanın 
qəhrəmanının  jəsarəti,  yaratmaq,  yaşamaq  eşqi  ilə  çırpınan 
istedadlı  mühəndis    Yunus  Əhmədov  obrazı  yaddaqalandır: 
«Yazıçı 
bu  surətin  simasında 
yeni  tipli  Azərbayjan 
mütəxəssisini 
göstərmək 
istəmişdir. 
Yunus 
Əhmədov, 
jəbhələrdə  qəhrəmanjasına  vuruşduğu  kimi,  dinj  qurujuluq 
işində  də  vətənpərvərliklə  çalışır.  Davud,  Ülfət,  Reyhan  kimi 
gənjlərin  ixtisas  qazanmasında,  yetişib  tərbiyə  olunmasında 
onun zəhməti böyükdür».  
Əvəz  Sadığın  «Mingəçevir»  romanında  Mingəçevirdə 
gedən tikinti  işləri,  Boz dağın  bağrını  yaran,  yerində  xarüqələr 
yaradan, quran, tikən adamların şərəfli əməyinin təsviri əsasdır.  
Şəhərlərdə olduğu kimi, kənddə də gedən geniş qurujuluq 
işləri bədii nəsrimizdə yetərinjə təsvirini tapmışdır. Əvəz Sadıq 
«Bəsti»,  İ.Əfəndiyev  «Şamama».  M.Cəlal  «Yeni  kəndin 
adamları»  hekayə  və  oçerklərini  yazdılar.  Kənd  həyatından 
bəhs  edən  Əli  Vəliyevin  «Çiçəkli»,  S.  Rəhmanın  «Böyük 
günlər»,  M.İbrahimovun  «Böyük  dayaq»  kimi  romanları 
yarandı. M.İbrahimovun «Böyük dayaq» romanı müasir kəndin 
və onun adamlarının həyatından bəhs edən ən yaxşı roman kimi 
dəyərləndirilir. 
«Yazıçı 
müharibədən 
sonrakı 
illərdə 
Azərbayjan kəndində yaranmış dəyişikliyi, yüksək məhsul üçün 
bütün  imkanlardan  istifadəni  konkret  hadisələr  fonunda 
göstərir;  xarakterləri  gərgin  mübarizələr,  ehtiraslar  toqquşması 
nətijəsində 
meydana 
çıxarır. 
«Böyük 
dayaq»ın 
əsas 
qəhrəmanları-Rüstəm  kişi,  Şirzad,  Maya,  Qızyetər,  Telli  və 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
203 
başqaları  fərdi  xüsusiyyətləri  ilə  seçilən  ümumiləşmiş 
surətlərdir». 
Hüseyn Abbaszadənin «General»,  «Burulğanlar»,  «Uzaq-
dan  gələn  qonaq»,  «Oderin  o  tayında»,  «Haralısan,  Misyo 
Abel?»,  «Şokoladpaylayan  qız»,  «Əlibalanın  ağır  səfəri» 
əsərləri,  Qılman İlkinin  hekayələri  ilə  yanaşı,  «Qalada üsyan», 
«Şimal  küləyi»,  «Dəniz  qapısı»,  «Dağlı  məhəlləsin-də»  roman 
və  povestləri,  Cəmil  Əlibəyov  «Dözümlü  məhəb-bət»,  «Dün-
yanın karvan yolu», «Həyatın özü», «Qızıl at və torpaq» roman 
və povestləri yaxşı nəsr əsərləridir. 
S.Dağlı  «Kəjil  qapısı»,  «Bahar  oğlu»  romanlarının  və 
çoxlu  satirik  hekayələrin  müəllifidir.  M.İbrahimbəyov  və 
R.İbrahimbəyov  qardaşlarının  «Park»,  «Ondan  yaxşı  qar-daş 
yox  idi»,  «Bayquş»,  «Kərgədan  buynuzu»,  «Bir  jənub  şəhə-
rində» nəsr əsərləri oxujulara yaxşı tanışdır. 
Azərbayjan  ədəbiyyatının  istedadlı  nümayəndələrindən 
biri Rüstəm İbrahimbəyovdur. «Mürəbbəsiz çörək» (1962) adlı 
hekayəsi  ilə  ədəbi  fəaliyyətə  başlayan  R.  İbrahimbəyov  SSRİ 
kinomatoqrafçılar  İttifaqı  yanındakı  ikillik  ali  ssenari  kursunu 
bitirdikdən  sonra  daha  çox  ssenarilər  yazmışdır.  «Bir  jənub 
şəhərində»,  «Səhranın  ağ  günəşi»,  «Qum  üzərində  ev»,  «Ad 
günü»,  «İstintaq»  filimlərinə  görə  dövlət  mükafatına  layiq 
görülüb.  Dramaturq  və  recissor  kimi  fəaliyyət  göstərən  R. 
İbrahimbəyov  «Urqa-məhəbbət  ərazisi»  filminə  görə  Venesiya 
kinofestivalının  baş  müka-fatına,  «Günəşdən  usanmışlar» 
filminə görə isə Kann kinofestivalının  Qran-PRİ mükafatına və 
«Oskar» 
mükafatına 
(1995) 
layiq 
görülmüşdür. 
R. 
İbrahimbəyovun  «Seçilmiş  əsərləri»  II  jilddə  (Azərnəşr,  1989) 
nəşr olunmuşdur. Onlarla kitabın müəllifidir. Həm rus, həm də 
Azərbayjan  dillə-rində  əsərlərini  yazan  yazıçının  povest  və 
hekayələri bir çox xariji ölkələrdə çap olunur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
204 
Maqsud  İbrahimbəyov  dramatruq,  kinossenarist  və  re-
cissor  kimi,  həm  də  nasir  kimi  tanınır.  «Qəza»,  «Bir  az  da 
sevinj»,  «Eşitmədiyim  mahnı»,  «Qoy  bizimlə  qalsın»  və  s.  ki-
tabları  Moskvada  kütləvi  tiracla  nəşr  olunmuş,  əsərləri  xariji 
ölkə  xalqlarının dillərinə tərjümə olunmuş,  «Bayquş gəlmədi», 
«Bütün  yaxşılıqlar  üçün  ölüm»  əsərləri  Azərbayjan  Dövlət 
mükafatına  layiq  görülmüşdür.  «Böyük  şəhərin  nağılları», 
«Katastrofa» (1963), «Uşaqlığın son gejəsi» (1968), «Naməlum 
mahnı», «İki povest» əsərləri rus dilində nəşr olunmuşdur. 
Bu  dövrdə  ailə-məişət  mövzusunda,  xalqın  mənəvi 
saflığına  həsr  edilmiş  əsərlər  yaranırdı.  S.  Rəhimovun  «Saçlı» 
romanının  son  jildləri,  «Ağbulaq  dağlarında»  romanları,  «Ata 
və  oğul»,  «Arzu»,  «Yanan  buludlar»  povestini,  müharibə 
mövzusunda İ.Qasımov və N. Seyidbəylinin birlikdə yazdıqları 
«Uzaq 
sahillərdə», 
S.Vəliyevin 
«Mübahisəli 
şəhər», 
M.İbrahimovun,  Ə.Vəliyevin,  İ.Şıxlının  bir  sıra  hekayələri, 
Ə.Əbülhəsənin 
«Müharibə», 
M.Cəlalın 
«Yaşıdlarım» 
romanları,  M.Hüseynin  «Fəryad» povesti  yazılır.  Böyük Vətən 
Müharibəsi  mövzusunda  yazılmış,  müharibə  həyatı  geniş  epik 
lövhələrlə  təsvir  edilmiş,  azərbayjanlı  döyüşçülərimizin  Krım 
jəhbəsində,  Adriatik  dənizi  sahillərindəki  Triyest  torpağında 
partizan  hərəkatında  fəal  iştirakı  və s.  məsələlər geniş təsvirini 
tapmışdır. 
İsmayıl Qarayev XX əsrin 50-ji illərindən hekayə, roman, 
povest və oçerkləri ilə tanınır. O, «O və mənim anam» (1964), 
«Aydınlıq»  (1968),  «Tərtərin  mahnıları»  (1969),  «Əməyin 
bəhrəsi»  (1972),  «Gejə  keçir»  (1973),  ölümündən  sonra  
«Dağlar  dağımdır  mənim»  (1994),  «Sxodka»  (mikroroman), 
«Yalandır» (mikroroman), «İnsan var hələ» (mikroroman) kimi 
25-ə  qədər  kitabın  müəllifidir.    Repressiyaya  məruz  qalmış, 
uzun  müddət  həbsxanalarda  mənəvi  və  jismani  əzab  çəksə  də, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə