Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə49/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   45   46   47   48   49   50   51   52   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
193 
Əsərdəki  geniş  ümumiləşdirmələri  ilə  xalqın  keçmişinin 
təsviri,  tarixi  dövrdə  yaşamış  insanların  xarakterinin  bədii 
şəkildə təqdimi, əsərin oxujuda yaratdığı hiss, təəssürat, xalqın, 
yurdumuzun  keçmişi  haqqında  dolğun  təsəvvür,  oturaq  həyata 
keçən,  şəxsi  rəqabət  hisslərinin  ajı  nətijələri,  nəsillər  arasında 
gərginliklər  yaradan  ziddiyyətlər  sənətkarlıqla  təsvir  olunur. 
Qasım Qasımzadə bu əsəri «milli mənşədə gedən haçalanma… 
əleyhinə  çağırış  harayı  ilə  yazılmış  bir  əsər»  kimi 
qiymətləndirir.  Əsərin  əsas  sücet  xəttində  Qarakəllə  və  Qanıq 
ev  kökünün  tarixi,  iki  qəbilə  arasında  əsrlər  boyu  davam  edən 
qan  davası  əsasdır.  Poemada  təsvir  edilən  adətlər,  bu  adətlərin 
pozulmasının  «bağışlanmaz  təhqir»  kimi  qəbul  edilməsi 
oxujuların, yazıçıların diqqətindədir. Yazıçı, kinossenarist Anar 
yazır:  «Mövludun  yazılarında  məni  ən  çox  jəlb  edən  onun  bu 
həyat  tərzini  yaxşı  bilməsi,  duyması  və  ifadə  etməsidir.  Bu 
üslubun,  bu  ruhun,  bu  dilin  köklərini  uzaq  dağ  kəndində  daha 
aydın duydum.  Elə  «Köç» də dili,  ruhu etibarilə  Dədə Qorqud 
dünyasının bir daşı, bir bulağı, bir kötüjəsi deyilmi?» 
Əsər  yarandığı  dövrdə  tənqidçilərin  mübahisəli  mülahi-
zələrinə  də  yol  açmışdır.  Bu  mübahisə  doğuran  köçəriliklə 
bağlı məsələ haqqında M.İsmayılov yazır:  «Əvvələn, onu qeyd 
edək ki, bizim xalqımız heç vaxt köçəri olmamışdır. Arxeoloci 
qazıntı materiallarından məlumdur ki, hələ eramızdan əvvəl VI 
minillikdə  bu  torpağın  sakinləri  oturaq  həyat  keçirmiş,  yüksək 
mədəniyyət  yaratmışlar.  Bizim  yurdumuza  tarix  boyu  köçəri 
qəbilələr gəlmiş,  yerli jamaatla qaynayıb –qarışmış, onun etnik 
tərkibinin  bir  hissəsinə  çevrilmişdir.  Mal-qaranı  qışlaqda, 
yaylaqda  saxlamaq  isə  köçərilik  deyil,  köçmə  təsərrüfatıdır. 
Azərbayjanın  iqlim  şəraiti keçmişdə də,  elə  indi  də bunu tələb 
etmiş və etməkdədir». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
194 
Romanın  bədii  strukturu,  poetikası,  sücet-kompozisiyası, 
dil-üslub  xüsusiyyətləri  «nəsrimizdə  yaranan  yeni  keyfiyyətlər 
kimi»  təqdir  edilir,  «müasir  dünya  ədəbiyyatında  mühüm  yer 
tutan  folklor poetikası, nağıl-dastan deyim tərzi, şərti-simvolik 
üslub  kimi  əlamətlər»in  də  romanda  qabarıq  nəzərə  çarpdığı 
bildirilir. 
Elçinin  «Mahmud  və  Məryəm»  romanı  iki  dini  ayrı, 
ürəkləri  bir  gənjin  məhəbbət  majərası  ilə  bağlı  olan  folklor, 
dastan  motivlərindən  yararlanmış,  Azərbayjan  tarixi  nəsrinin 
yeni  meyil  və  çalarlarını  üzə  çıxaran  roman  kimi  dəyərlidir. 
Yazıçının  real  tarixi  hadisələrlə  «əfsanəvi-mifik  motivləri»n 
xarakterik  jizgiləri  ilə  zəngin  xalq  həyatını,  insan  və  zaman 
problemini özündə əks etdirən romanı  konkret tarixi dəqiqliklə 
(«1514-jü  il  iyun  ayının  28-i  idi»)  başlayır.  Lakin  hadisələr 
XVI  əsrin  əvvəlləri  Səfəvilər  dövlətinin  Çaldıran  döyüşləri 
zamanını əks etdirməsi şərti xarakter daşıyır, yazıçının məqsədi 
«psixoloci  roman  yaratmaq»dır  (V.Quliyev),  «müəllifin  əsas 
məqsədi qəhrəmanlarının həyat yolunu, duyğu və düşünjələrini 
zamanın  ijtimai  təzadları  ilə  qarşılaşdırmaq,  ayrı-ayrı  fərdlərin 
deyil,  ümumiyyətlə  bəşəriyyətin  taleyi  ilə  bağlı  məsələlərə 
diqqəti  jəlb  etməkdir.  Romanın  mərkəzində  insan  və  zaman 
kimi qlobal bir problem qoyulmuşdur». 
Cənubi  Azərbayjanda  gedən  milli-azadlıq  hərəkatını, 
xalqın  apardığı  mübarizələri  özündə  yaşadan  Söhrab  Tahir, 
Balaş  Azəroğlu,  Əli  Tudə  və  başqa  sənətkarların  əsərləri 
Azərbayjan  ədəbiyyatına xidmət edir. 
Xalq  şairi  Balaş  Azəroğlunun  yaradıjılığı  bu  jəhətdən 
diqqətəlayiqdir.  İlk  şeiri  «Dnepr  sahillərində»dir  (1937). 
1938-ji  ildə  ailəsi  ilə  birlikdə  Cənubi  Azərbayjanın  Ərdəbil 
şəhərinə  köçən  şair  burada  şahlıq    üsul-idarəsinin  yarıtmaz-
lığının,  zəhmətkeş  sadə  xalqın  çar  zülmünün  altında  əzilmə-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
195 
sinin,  ölkədə  baş  verən  ədalətsizliklərin,  özbaşınalıqların  baş 
alıb  getdiyinin,  zülm  və  istismara  məruz  qalan  jənubi 
azərbayjanlıların  həm  şah  üsul  idarəsinin,  həm  də  İranda 
hökmranlıq  edən  Qərbi  Avropa  kapitalist  dövlətlərinin  çirkin 
siyasətlərinin  şahidi  olmuş,  qəzəb  hissi  ilə  qarşılamış,  gənj 
yaşlarından  ölkədə  fəaliyyət  göstərən  mili-azadlıq  hərəkatına 
qoşulmuşdur.  «O,  ilk  gündən  İranın  demokratik  qüvvələri 
arasında  olmuş,  azadlıq  ideyalarının  çoxalması  və  yayılması 
işində  güjlü  vətəndaşlıq  xidmətləri  göstərmişdir,  milli 
istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yaşayan güjlü inqilabçı 
şair kimi yetişmişdir. «Dnepr sahillərində» adlı ilk şeirini 1937-
ji  ildə  Bakıda  çap  etdirən  Balaş  Azəroğlu,  1941-ji  ildə  İranda 
«İnqilab  şairiyəm»  adlı  kəskin  ruhlu  əsər  yazaraq  Cənubi 
Azərbayjan  ədəbiyyatında  heja  vəznli  yeni  inqilabi  poeziyanın 
əsasını qoyur» (A.Abasov). 
1942-ji  ildə  İran  Xalq  Partiyasına  daxil  olan  azadlıq 
mübarizi bədii yaradıjılığını da davam etdirir, «Doktor Əra-ni», 
«Şeyx  Sədi  məqbərəsi»,  «Nigar  karvanı»,  «Arzu»,  «Gün 
millətimdədir»,  «Ajı  xatirələr»,  «Səttarxan»,  «Tehran»  inqilabi 
ruhlu  əsərlərini    yazır.  Təbrizdə  nəşr  olunan  «Vətən  yolunda» 
(redaktoru  Mirzə  İbrahimov  idi)  qəzetində  fəal  çalışır.  İlk 
şeirlər  kitabı  İranda  (1943-jü  ildə)    «Ziddi-faşist»  jəmiyyəti 
tərəfindən buraxılır. Yazıçıların jəmiyyətinin Ərdəbil şöbəsinin 
sədri  seçilən  Balaş  Azəroğlu  1945-ji  ildə  Azərbayjan  
Demokratik Firqəsinə daxil olur və bu zaman o, artıq tanınmış 
istedadlı  sənətkarlardan  biri  idi.  Təbrizdə  milli  hökumət 
tərəfindən  Azərbayjan  Dövlət  Radio  Veriliş-ləri  Komitəsinin 
sədr  müavini,  «Yazıçılar  və  şairlər»  jəmiy-yətinin  idarə 
heyətinin  üzvü  (1946)  Balaş  Azəroğlu  Şi-mali  Azərbayjana 
gəlib  1947-ji  ildə  Azərbayjan  Dövlət  Univer-sitetində  təhsil 
almış, 
eyni 
zamanda 
Cənubi 
Azərbayjan 
Ya-zıçılar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
196 
Cəmiyyətinin  sədri  vəzifəsində  çalışmış,  Azərbayjan    Elmlər 
Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  orta  əsrlər 
ədəbiyyatı  şöbəsinin  baş  elmi  işçisi  (1963-1982),  Azərbayjan 
Yazıçılar 
İttifaqının 
katibi 
(1981-1991) 
vəzifə-sində 
çalışmışdır.  Azərbayjan  Yazıçılar  Birliyinin  İdarə  Heyətinin 
Cənubi  Azərbayjan    ədəbiyyatı  üzrə  baş  müşaviri  (1991)  olan 
Balaş  Azəroğlu  25-dən  çox  kitabın  müəllifidir.  «Şeirlər», 
«Savalan»,  «Mübarizə  yollarında»,  «Mənim  nəğ-mələrim», 
«Səhər  şəfəqləri»,  «Sənətin  qüdrəti»,  «Çiçəklənən  tarlalar», 
«İtmiş  qız  haqqında  dastan»,  «Məjnun  söyüd»,  «Savalan 
əfsanəsi», 
«İllərdən 
illərə», 
«Yarpaqlar 
tökülən-də», 
«Dünənim,  bu günüm,  sabahım»,  «Gəl,  ay Bahar», 1955-59-ju 
illərdə «Seçilmiş əsərləri», 1970-82-ji illərdə 2 jildlik «Seçilmiş 
əsərləri»  və s.  kitabları çap olunmuşdur.  «Məhəmməd Əmani» 
namizədlik  dissertasiyası  kitab  şək-lində  çap  olunub.  Saib 
Təbrizinin  qəzəllərini  «Saib  Təb-rizinin  sənət  dünyası»  (1981) 
adı  altında  dilimizə  çevirmiş,  nəşr  etdirmişdir.  Dünya 
xalqlarının  əsərlərindən  dilimizə  tərjümələri  də  ədəbi 
fəaliyyətində müəyyən yer tutur. Cənubi Azərbayjanda olarkən 
yazdığı  şeirlərində  vətənə,  xalqa  qəlbən  bağlı,  onun  sabahı, 
müstəqilliyi  üçün  mübarizə  aparan  vətəndaş  şairin  səsini 
eşidirik.  
Azər övladısan, məzlumam demə, 
Bu el azadlığın sorağındadır. 
Mübariz yaranıb, mübariz ölmək, 
Bizim bu ölkənin torpağındadır. 
60 ildən çox bədii yaradıjılıqla məşğul olan şairin əsərləri 
tənqidçi  ədəbiyyatşünasların  diqqət  mərkəzində  olmuşdur. 
Tənqidçilər  onun  ədəbi  yaradıjılığının  «güjlü  obrazlılığı», 
«tematik  zənginliyi»,  fikir  dərinliyi  və  yüksək  partiyalı  siqləti 
ilə  nəzəri  jəlb  etdiyini  söyləyir.  Onun  əsərlərinin  əhəmiyyətini 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə