Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   44   45   46   47   48   49   50   51   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
189 
janlandırmağı,  bu  ziddiyyətli  aləm  haqqında  dolğun,  düzgün 
təsəvvür yaratmağı qarşısına məqsəd qoymuşdur.  
Şah  İsmayıl  Xətayinin  500  illiyi  münasibətilə  Əzizə 
Cəfərzadə  «Bakı-1501»,  Ə.  Nijat  «Qızılbaşlar»,  F.  Kərimzadə 
«Xudafərin  körpüsü»  dilogiyasını  yazmışdır.    Tənqidçilər  bu 
əsərləri  dəyərləndirmiş  «Tariximizin  mürəkkəb  dövrünü  əks 
etdirən  bu  əsərlərdə  xalq  həyatına    da  mürajiət  olunması, 
zamanın  ijtimai-siyasi  təzadlarının  təsviri,  zəngin  insan 
xarakterlərinin  yaradılması»nı    təqdirəlayiq  bilir  və  «Dövrün 
mühüm  hadisələri,  zamanın  inkişaf  dinamikası  bu  romanların 
sücetini  də  müəyyənləşdirmiş»  olduğunu,  «həmin  əsərlərdə 
«dramatik 
məqamlar»ın 
«ijtimai 
kolliziyalar» 
üzərində 
qurulduğunu  bildirir.  Azərbayjan  xalqının    qəhrəmanlıq 
tarixinin  parlaq  səhifələrini  yaradan  sənətkarlarımız  var.  C. 
Cabbarlı  «Od  gəlini»  əsərini  yazdı.  Bu  ənənəni  davam  etdirən 
şairlər  O.Sarıvəlli  «Babək»,  B.  Vahabzadə  «Dar  ağajı» 
dramalarını, Ə.Məmmədxanlı «Babək» romanı, Cəlal Bərgüşad 
«Sıyrılmış  qılınj»  romanını  yazdı.  Xalq  heç  zaman  ijtimai-
siyasi  müharibələrdə  yadellilərə,  qəsbkarlara  qarşı  mübarizə 
aparan qəhrəmanlarını unut-mur.  Bu həm şifahi,  həm də  yazılı 
ədəbiyyatda yaşayır. «IX əsrdə ərəb istilasına qarşı Azərbayjan 
xalqının  qəzəbi  Cavidan,  Babək  hərəkatında  özünün  parlaq 
ifadəsini»  tapıb,  «xalq  və  onun  içindən  çıxan  qüdrətli 
sərkərdələr, qəhrəmanlar azadlıq və istiqlaliyyət uğrunda gedən 
ölüm-dirim  mübarizəsində  mərdliklə  mübarizə aparmış,  tarixin 
şanlı səhifələrinə adlarını həkk etmişlər.  
Mahmud  İsmayılovun  «Ağ  yapınjı»  romanı  xalq  hərə-
katının  bədii  ifadəsidir.  Əsas  mövzusu  XVIII  əsrin  30-40-jı 
illərində    Şəki  əyalətində  İran  hakim  dairələrinə  qarşı  xalq 
azadlıq hərəkatından götürülmüşdür. İran şahının Azərbayjanda 
öz  nüfuzunu  artırmaq  üçün  vergiləri  artırması  xalqı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
190 
qəzəbləndirir, üsyan qaldırır. Genişlənən hərəkatı boğmaq üçün 
Nadir  şah  1735-ji  ildə  Şəkiyə  jəza  dəstələri  göndərir. 
Üsyançılara  amansız  divan  tutulsa  da,  onların  əzmini  qıra 
bilmirlər.  Nadir  şahın  qardaşı  İbrahim  xanın  başçılığı  ilə 
göndərdiyi  32  min  nəfərlik  İran  qoşunu  mühasirəyə  alınır, 
İbrahim xan öldürülür, qoşun məhv edilir. Əsərdə təsvir edilən 
əsas  hadisələr  bunlardır.  Əsərdə  dövrün  ajınajaqlı  vəziyyəti, 
geniş  xalq  kütlələrinin  dözülməz  həyat  şəraiti  janlı,  təsirli 
səhnələrlə əks olunduğu,  müəllifin əsərin «sücetinin mərkəzinə 
xalqın  taleyi  ilə  bağlı  hadisələri»  çəkdiyi,  dövrün  real 
mənzərəsini  janlandırması  və  s.  tənqidçilər  tərəfindən 
dəyərləndirilir.  
Sovet  dövrü  xalqımızın  yaşadığı  bir  dövrdür.  Hər  bir 
ijtimai  formasiyanın  öz  qanunları  var.  Ədəbiyyatımız  heç  bir 
zaman  tarixi  poblemlərə  biganə  qalmayıb.  Qələmə  aldığı 
mövzularda  xalqın  yaşadığı  ijtimai-siyasi  şərait  öz  əksini 
tapmışdır. XX əsrin ilk onillikləri ölkədə inqilabi mübarizələrin 
kəskinləşdiyi  illərdir.  Bu  illərdə  xalqımız  Xalq  Cümhuriyyəti 
yaratdı.  Az  keçmədi  bu  hakimiyyət  süquta  uğradı.  Və  inqilabi 
mübarizələrin  kəskinləşdiyi  bir  dövrdə  ölkədə  oktyabr  inqilabı 
qələbə  çaldı.  Fəhlə-kəndli  hakimiyyətinin  qurulmasında  
inqilabçı  şəxsiyyətlər  yetişdi.  Ölkədə  Sovet  hakimiyyətinin 
qurulması,  həyatda  baş  verən  dəyişikliklər,  mədəniyyətdə, 
həyatda baş verən inqilabi dəyişikliklər bədii əsərlərin mövzusu 
oldu. Bu hakimiyyətin qurulmasında qoxmaz bolşevik obrazları 
yarandı. İnqilabi-azadlıq hərəkatının bədii inikasında məhz belə 
inqilabçı,  qorxmaz  qəhrə-manların  silsilə  obrazları  yaradıldı. 
Firudin 
Ağayev 
Azər-bayjanda 
sovet 
hakimiyyətinin 
qurulmasında müstəsna xidmətləri olan, inqilabın ilk aylarından 
mübarizə  meydanında  olan  Çingiz  İldırımın  həyatının  ən 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
191 
mühüm  anlarını  qələmə  alır.  «İldırım  dənizdə  çaxır»,  «İldırım 
ömrü» romanları bu jəhətdən maraqlı əsər kimi dəyərləndirilir. 
İnqilabi  hərəkat  tariximizə  həsr  olunan  romanlar  içəri-
sində  jənubi  azərbayjanlıların  azadlıq  mübarizəsindən  bəhs 
edən  romanlar  da  var.  M.S.Ordubadinin  «Dumanlı  Təbriz» 
romanında Səttar xan hərəkatı,  «Döyüşən şəhər»,  «Gizli Bakı» 
romanlarında  təxminən  eyni  dövrdə  Bakı  proletaria-tının 
mübarizəsi təsvir ounurdu.  İdeya-məzmunu,  bədii kamilliyi  ilə 
seçilən  Mirzə  İbrahimovun  «Gələjək  gün»    romanında  Cənubi 
Azərbayjan  xalqının  müəyyən  ijtimai  tarixi  dövrünün  ijtimai, 
mənəvi həyatı hərtərəfli, dolğun şəkildə təsvir edilir.  
Mirzə  İbrahimovun  «Pərvanə»  romanı  nəsrimizdə  monu-
mental  tarixi  roman  istiqamətində  birinji  təşəbbüsdür.  Burada 
nəinki geniş miqyaslı, kəskin dramatizmlə şərtlənən konfliktlər, 
həm  də  son  dərəjə  qüvvətli,  dolğun  xarakterlər  nəzərə  çarpır. 
Əsərdə  həmçinin  əsrin,  zamanın  aparıjı  tendensiyalarını  ifadə 
edən  problemlər  də  əks  olunmuşdur.  Romanın  publisistik 
ahəngi də həmin problemlərin vajib-liyini şərtləndirir». 
Tarixi  mövzuda  yazdığı  əsərləri  ilə  seçilən  Pənahi 
Makulunun  romanları  xüsusilə  dəyərləndirilir.  «Səttarxan», 
«Gizli  zindan»,  «Xiyabani»,  «Heydər  Əmoğlu»  romanlarında 
Oktyabr  inqilabının  Şərq  xalqlarının  azadlıq  və  istiqlaliyyət 
uğrunda  mübarizəsində  oynadığı  rol  faktlarla  qələ-mə 
alınmışdır.  Səttarxanla  başlanan  inqilabın  ikinji  dalğası 
Ş.M.Xiyabaninin adı ilə bağlıdır. «Xiyabani» romanında yazıçı 
bu  hərəkatı,  «dövrün  və  məkanın  özünəməxsus  ruhu-nu, 
koloritinin  inandırıjı  boyalarla»  verir.  Hər  iki  romanda 
(«Xiyabani», «Heydər Əmoğlu») Cənubi Azərbayjandakı milli-
azadlıq 
hərəkatının 
iki 
görkəmli 
xadiminin 
obrazları 
janlandırılmışdır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
192 
«Son  illərin  tarixi  romanları  içərisində  canrın  ənənəvi 
qayğılarına,  üsul,  manera  və  normalarına  sığmayan  yeni 
nümunələr  də  vardır.  Hər  şeydən  əvvəl  tarixə  müasir  baxışla 
səjiyələnən real  faktlara,  mənbə  və  mərkəzlərdəki  məlumatlara 
çox  da  aludə  olmayan,  lakin  dövrü,  mühiti  məhz  tarixi 
mənbələrdə  və  kitablarda  göstərildiyi  şəkildə  janlandıran 
müəlliflər bu əsərlərdə psixologizmə daha çox diqqət yetirirlər. 
Bu  jəhətdən  xalq  yazıçısı  Mövlud  Süleymanlının  «Köç» 
əsəri  yeni  tipli  əsər  kimi  meydana  çıxdı.  Ədəbi  yara-dıjılığa 
«Əllərim»  adlı  ilk  şeiri  ilə  gələn  M.Süleymanlının  poetik 
əsərləri,  şeirlərdən  ibarət  ilk  kitabı  («Bir  ünvan»)  nəşr  olunur. 
Sonralar  çap  olunan  «Ayın  aydınlığında»,  «Köç»,  «Şəhər 
toylarının  səsi»,  «Səs»  və  s.  kitabları  oxuju  kütləsi-nin 
marağına  səbəb  olur.  «Dəyirman»  pyesi  Sumqayıt  Dram 
Teatrında  tamaşaya  qoyulmuşdur.  «Köç»  əsəri  (1984) 
Azərbayjan    tarixi  nəsrinin  nümunəsidir.  Tənqidçilərin  diq-
qətini  jəlb  edən  bu  əsərdə  «bir  qəbilənin  keçdiyi  yol  fonun-da 
xalqın  ijtimai-siyasi  inkişafı,  mədəni-etnoqrafik  siması» 
ümumiləşdirildiyi,  «dünənimizlə  bugünümüz  arasında  mə-nəvi 
varislik  problemi  öz  dolğun  ifadəsini»  tapdığı  söylənir. 
Bəxtiyar  Vahabzadə  bu  romanı  «dədə-babalarımızın  işıqlı 
ruhuna  nur  çiləyən»  gözəl  bir  əsər  adlandırırdı.  «Köç»də  xalq 
ruhu,  M.Süleymanlı  yaradıjılığı  üçün  səjiyyəvi  sayılan  faktlar, 
poetika  ənənələrinə  bağlılıq  da  tənqidçilərin  diqqə-tindədir. 
Şifahi  xalq  ədəbiyyatından  yaradıjılıqla  yararlanan  nasirin 
«Köç» əsəri  haqqında  K.Vəliyev  yazır:  «Köç» roma-nı  folklor 
sistemi  üzrə  yazılıb,  əsatiri  görüşləri,  nağıl  və  dastanları 
sənətkarlığa  birləşdirən  müxtəlif  yarıreal,  yarımi-fik  bir  dünya 
təsvir  etmiş,  insanın  insanlaşması  yolunu,  qə-dim  oğuzların 
təbiətə  qarışmış  həyatını  yarpaq-yarpaq  çevi-rərək  bəşəri 
hissləri, duyğuları dilləndirməyə çalışmışdır». 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə