Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə44/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   40   41   42   43   44   45   46   47   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
173 
20  jilddə  seriyasının  redaktoru  olub,  dünya  xalqlarının 
əsərlərindən 
tərjümələri 
onun 
fəaliyyətinin 
əsas 
istiqamətlərindən biridir. A.H.Çexovun «Üç bajı», V.Şekispirin 
«Kral  Lir»,  «On  ikinji  gejə»,  Molyerin  «Don  Cuan»,  Şərəf 
Rəşidovun  «Güjlü  dalğa»,  A.H.Ostrovskinin  «Quduz  pullar» 
əsərlərini Azərbayjan  dilinə tərjümə etmişdir. 
«Xəlqilik  və  realizm  jəbhəsindən»  məqalələr  toplusunda 
müasir  ədəbiyyat,  klassik  ədəbiyyat  və  injəsənətlə  bağlı  Mirzə 
İbrahimovun  elmi-nəzəri  müşahidələri  verilir.  «Ədəbiyyat  və 
injəsənətdə satira», «Mübariz ədəbi tənqid uğrunda»,  «Sənətdə 
həyatilik  və  xəlqilik»,  «İki  dünya,  iki  ədəbiyyat»,  «Komediya, 
həyat  və  əxlaq»,  «Səməd  Vurğunun  həyat  və  yaradıjılığı», 
«Sabir»,  «Çernışevski»,  «Lev  Tolstoyun  realizmi  haqqında», 
«Məhəmməd  Füzuli»,  «Tükənməz  xəzinə»,  «Azərbayjan  
bülbülü»,  «Xalq  sənətkarı»  və  s.  məqalələri  onun  güjlü 
ədəbiyyatşünas  alim  kimi  də  ədəbiyya-tımız  tarixində  şərəfli 
yer tutduğunu göstərir. 
Mirzə  İbrahimovun  tədqiq,  təhlil  etdiyi  məsələlər,  prob-
lemlər  geniş  və  rəngarəngdir.  O,  bədii  yaradıjılığın  əsas 
məsələlərindən  bəhs  etmişdir.  Kamal  Talıbzadə  yazır:  «Mir-zə 
İbrahimov  məslək,  məqsəd  adamıdır.  Buna  görə  də  hər  hansı 
sənət əsərinin ideya istiqaməti onun üçün birinji dərəjəli şərtdir. 
Əgər  bədii  əsərin  qayəsi,  ideyası  onu  tutursa,  o,  bu  əsər 
haqqında  yüksək  sözlər  deməkdən  çəkinmir,  ona  görə  ki,  o 
fikirlər elə indi xalqa çatdırılmalıdır, ona deyilməlidir. Buradan 
da Mirzə İbrahimovun tənqidi  məqalələri siyasi,  publisistik  bir 
əhəmiyyət kəsb edir».  
Azərbayjan    nəsrinə,  dramaturgiyasına  zəngin  sənət 
əsərləri  bəxş  edən  «rəngarəng  üslublar,  forma  və  məzmun 
yenilikləri  gətirən»,  «özünəməxsus  fərdi  yaradıjılıq  yolu,  jığırı 
olan  sənətkarımız  İlyas  Əfəndiyev  «realist  və  romantik 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
174 
yaradıjılıq  qovşağından»  yaranmış  sənətkardır:  «Realist  və 
romantik 
yaradıjılıq 
ənənələri 
qovşağından 
yaranan 
İ.Əfəndiyev  sənətinin  sirri,  həm  də  onun  sinkretizmində, 
insana,  həyata,  təbiətə  doğma-ideal  münasibətində  dərin, 
əlçatmaz  qatlarda  gizlənən  mənəvi-əxlaqi,  ruhi-psixoloci 
hissləri,  idrakı  və  düşünjə  məqamlarını  tapıb  üzə  çıxarmaq, 
onları  müasirlərinin  həyatı,  mənəviyyatı  ilə  əlaqələndirmək, 
bağlamaq bajarığında” gürürlər. Ona görədir ki, İ.Əfən-diyevin 
obrazları  özlərinin  qəribəlikləri,  həyata  fərdi  baxış-ları, 
bənzərsiz  xarakterləri,  hissi,  idrakı  və  psixoloci  tutum-ları  ilə 
jəmiyyətdə  yeni  tərzdə  görünən,  jiddi  təsir  güjünə  malik  olan 
insanlar təsiri bağışlayırlar» (A. Abasov. Ə. Ağa-yev). 
Bütün  yaradıjılığı  xalq  ədəbiyyatı  ilə  bağlı  olub,  onun 
zəngin  xəzinəsindən,  xalq ədəbiyyatı  motivlərindən  yararlanıb, 
yazdığı  əfsanəvi,  tarixi  əsərlərdə  də  «müasir»  olub,  ilk 
əsərlərində «şairanə bir dilə,  lirik-romantik yazı tərzinə, poetik 
üsluba»  malik  olub,  daha  çox  «müasir,  mənəvi,  psixoloci 
mövzulara» 
maraq 
göstərib. 
Ədəbiyyata 
«mürəkkəb, 
ziddiyyətli,  maraqlı»  «insanlar»  gətirib.  Yaradıjılığı  «sənətkar 
və  zaman»,  «yazıçı  və  müasirlik»  baxımından  «ədəbiy-
yatımızda  xüsusi  bir  mərhələ»  təşkil  edən  İlyas  Əfəndiyevi 
böyük  sənətkar  kimi  əbədiləşdirən  onun  istedadı,  qabiliyyəti 
idi. Ədəbiyyatşünaslar fikirlərində haqlıdırlar ki, «Əllinji illərin 
sonlarından  başlayaraq  İ.Əfəndiyevin  yaradıjılığında  şairanə 
nəsrçilik, şairanə dramçılıq, şairanə dil, şəffaf, həzin, son dərəjə 
lirik  bir  üslub  özünün  yüksək  məqamına  yetişir.  Real  həyatın 
lirik-romantik tərənnümü, ümumhəyat materialının obrazlığının 
bütün imkanlarının tələb və prinsipləri ilə əhatə olunması İlyas 
Əfəndiyevə  klassiklərə  məxsus  şöhrət  gətirir.  Üstəlik  müasir 
zaman  və  bədii  həqiqət  faktının  tipik  şəraitin  ruhuna 
uyğunluğu, 
insan 
obrazlarının 
bütövlüyü, 
jəmiyyətə, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
175 
müasirlərinə  təsir  edə  bilmək  bajarığı,  xalq  ədəbiyyatından, 
klassik  irsdən,  təbiətdən,  bədii  təsvir  vasitələrindən  sənət  və 
sənətkarlığın  tələb  və  prinsiplərinə  uyğun  istifadə  etmək 
bajarığı 
İ.Əfəndiyevi 
əsrinin 
böyük 
sənətkarı 
kimi 
əbədiləşdirdi» (Ə. Ağayev). 
İlk  hekayələr  kitabı  «Kənddən  məktublar»  (1939),  ilk 
hekayəsi  «Berlində  bir  gejə»dir    (1939).  İlk  kitabının  oxujular 
arasında  maraqla  qarşılanmasının  səbəbini  tənqidçilər  onun 
«çoxlarının  keçib  getdiyi  tanınmış  yolla  deyil,  mümkün  qədər 
yeni  və  oricinal  yolla  getməyə  göstərdiyi  meyil»də  görür  və 
bildirirlər ki, onun ilk hekayələri göstərir ki, İlyas Əfəndiyevin 
yaxşı həyat müşahidəsi, qüvvətli bədii təfəkkürü, şirin və aydın 
bədii dili var,  yeniliyi duymağa, həyatın yeni keyfiyyətini dərk 
və tərənnüm etməyə xidmət edir. 
Müharibə  illərində  və  ondan  sonrakı  illərdə  çap  olunan 
«Aydınlıq  gejələr»,  «Torpağın  sahibi»  (1952),  «Qoruq-larda», 
«Şamama»  əsərləri  onun  istedadlı  bir  qələm  sahibi  olduğunu 
göstərir. 
Müharibə,  jəbhə  həyatı  haqqında  yazdığı  əsərlərdə  jəb-
hədə  gedən  döyüşlər,  müharibə  epizodları  olmasa  da,  tən-
qidçilər  haqlı  olaraq  «bu  hekayələrdə  müharibə  və  döyüş 
qəhrəmanlığı  bir  növ  daxildən,  psixoloci-mənəvi  aləmdən 
keçir.  Bu  hekayələrdə  insanın  vətənə  olan  eşqi  və  şəxsi  mə-
həbbəti  birləşir.  İnsanları  fədakarlığa  və  qəhrəmanlığa  təşviq 
adən  qadir  məhəbbətin  böyük  qüdrəti  tərənnüm  olunur», 
«Yarımçıq qalmış portret haqqında mahnı»-var. «Qəhrəman və 
bülbülün  nağılı»,  «Qarı  dağı»,  «Apardı  sellər  Saranı» 
hekayələri  folklordan  gələn,  yazıçının  dövrü,  zəma-nəsi  ilə 
səsləşən 
vətənpərvərlik, 
humanizm, 
xalq 
mənafeyinin 
üstünlüyü kimi yaxşı xüsusiyyətlərlə zəngin hekayələrdir.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
176 
Çoxlu  sayda  kiçik  həjmli  hekayələri  ilə  yanaşı  İlyas 
Əfəndiyevin 
«Söyüdlü 
arx», 
«Körpüsalanlar», 
«Dağlar 
arxasında  üç  dost»,  «Sarıköynəklə  Valehin  nağılı»,  «Üçatı-
lan»,  «Geriyə  baxma,  qoja»  kimi  irihəjmli  povest  və  roman-
larında, hekayələrində olduğu kimi hamısında güjlü «müa-sirlik 
duyğusu»,  yaşadığı  dövrün  ijtimai  həyatını,  qarşıya  çıxan 
çətinlikləri  görmək    və  onları  bədii  jəhətdən  dərk  edib  qələmə 
almaq»    bajarığı  var.  Onun  əsərlərinin  dilinin  «janlı,  oynaq, 
şirin təbii»liyi,  «ahəngdar,  aydın  və səlis  boyaları»n  yaradıjılı-
ğına  böyük  təsiri  var,  tənqidçilərin  fikrinjə,  «bu  jəhət  İ.Əfən-
diyevin  əsərlərindəki  injə  psixoloci  vəziyyətlər  və  müasirlik 
duyğusu ilə birləşdikdə, onun qələmi daha əlvan bədii lövhələr 
yaradır,  bədii  dilində  parlaqlıq,  jazibədarlıq  artır,  bu  isə,  öz 
növbəsində, 
bədii 
əsərlərin 
ümumi 
bədii 
təsirini, 
emosionallığını güjləndirir». 
İlyas  Əfəndiyev  yaradıjılığında  dram  əsərləri  də  mühüm 
yer  tutur.  Uzun  müddət  Azərbayjan    səhnəsini  boş  qalmağa 
qoymayan  İlyas  Əfəndiyev  dramaturgiyası  olmuşdur.  Ona 
böyük  məhəbbət  qazandıran  dram  əsərləri  səhnələri-mizin 
bəzəyidir. 
«Unuda  bilmirəm»  (1968),  «Məhv  olmuş  gündəliklər»  , 
«Qəribə  oğlan»,  «Bağlardan  gələn  səs»,  «Xurşudbanu  Natə-
van»,  «Büllur  sarayda»,  «Qəribə  oğlan»,  «Şeyx  Xiyabani», 
«Bizim  qəribə  taleyimiz»,  «Tənha  iydə  ağajı»,  «Hökmdar  və 
qızı» və s.pyeslərində insanı yaşamağa, yaratmağa, ömrünü mə-
nalı keçirməyə, xalqa, millətə yaramağa çağırır, özünü düşünən, 
sabahına güvənməyən laqeyd insanlar tənqid edilir: «insanlarda 
saf  mənəviyyat  uğrunda  mübarizə  hissi  tərbiyə  edir,  tarixi 
dramlarında  da  tarixi  hadisələr  deyil,  zamanın  ruhuna  uyğun 
olaraq  insan,  onun  mənəvi  dünyası  ön  planda  verilir.  Həyatda 
baş  verən  nöqsanları  tənqid  etməkdən  çəkinməyən  yazıçı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə