Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
161 
nəsr»  (1979),    «Azərbayjan  realizminin  mərhələləri»  (1980), 
T.Mütəllimo-vun  «Ə.Əbülhəsənin  yaradıjılığı»  (1969),  «Sənət 
qayğıları»  (1981),  X.Əlimirzəyevin  «Ədəbi  qeydlər»  (1975), 
«Problem-lər  və  xarakterlər  dramaturgiyası»,  (1979),  «Bədii 
həqiqət  uğrunda»  (1984),  Y.Axundovun  «Azərbayjan  sovet 
tarixi  romanı»  (1979),  Ş.Salmanovun  «Azərbayjan  sovet 
şeirində 
ənənə 
və 
novatorluq» 
(1964), 
«Müasirlik 
mövqeyindən»  (1982),  K.Talıbzadənin  «Tənqidimiz  haqqında 
qeydlər»    (1967),  «Ədəbi  irs  və  varislər»  (1974),  «Sənətkarın 
şəxsiy-yəti»  (1978),  «Azərbayjan  ədəbi  tənqidinin  tarixi» 
(1985),  Q.Xəlilovun  «Azərbayjan romanının  inkişaf tarixindən 
(1973),  «Həyat  yaradıjılıq  çeşməsidir»  (1974),    «Həyat  və  id-
rak»  (1080),  «Həyatdan  gələn  səslər»  (1984),  P.Xəlilovun 
«Nəsrimizin üfüqləri» (1982), A.Hajıyevin «Mirzə İbrahi-mov» 
(1982), 
A.Zeynallının 
«Keçilməmiş 
yollarla» 
(1970), 
Q.Namazovun 
«Azərbayjan 
uşaq 
ədəbiyyatı» 
(1984), 
«Azərbayjan  aşıq  sənəti» (1984),  Arif Hajıyevin  «Roman-tizm 
və realizm» (1972), «Azərbayjan realizmi» (1984), A.Vəfalının 
«Füzuli  öyrədir»  (1977),  «Sənətkar  və  xalq»  (1983),  1976-jı 
ildə  nəşr  olunmağa  başlayan  «Ədəbi  proses»  topluları 
Azərbayjan  şair,  dramaturq,  yazıçılarının  yaradı-jılığının 
sənətkarlıq,  dövr,  zaman,  mühit,  tarixi  proseslə  əlaqəli  şəkildə 
geniş təhlil və tədqiqat mövzusu olduğunu göstərir.  
Xalq  yazıçısı  İmran  Qasımov  dramaturq,  nasir,  ssenarist 
və  publisist  kimi  ədəbiyyat  tariximizdə  yaşayır.  Kino-ssenarist 
kimi  fəaliyyətə  başlayan  İ.Qasımov  «Yeraltı  uğultu»,  «Yeni 
üfüqlər»  (1940)  kinossenarilərini  və  «Arzu»  (1938)  pyeslərini 
yazmışdır. 1942-ji  ildə hərbi rəis  məktəbinin dinləyijisi olmuş, 
1944-jü  ilədək  «Azərbayjanfilm»də  ssenari  şöbəsinin  rəisi 
işləmiş, 
Azərbayjan 
Nazirlər 
Sovetinin 
yanında 
Kinomatoqrafiya  nazirinin  birinji  müavini,  kollegiya  üzvü, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
162 
«Literaturnaya  qazeta»nın  xüsusi  müxbiri  (1944-1953), 
Azərbayjan  Yazıçılar  İttifaqında  dramaturgiya  üzrə  məsləhətçi 
(1953-1954),  «Literaturnıy  Azerbaydcan»  curnalının  baş 
redaktoru  (1954-1956),  1961-ji  ildə  Azərbayjan  yazıçılarının 
qurultayında  Yazıçılar  İttifaqının  kati-bi  seçilmiş,  1975-ji  ilin 
yanvarından  AYİ-nın  idarə  heyətinin  birinji  katibi  kimi 
çalışmışdır. N.Seyidbəyliylə birlikdə yazdığı «Uzaq sahillərdə» 
romanı  bir  çox  dillərə  tərjümə  olunmuş,  həm  ölkə  daxilində, 
həm də xariji ölkələrdə geniş yayılmışdır. «Ceyran» povestində 
müharibə zamanı döyüş-lərdə qəhrəmanjasına həlak olan, qərib 
ellərdə dəfn olunan azərbayjanlı qızın həyatından bəhs edilir.  
Zəngin  irsinə  pyesləri,  hekayələri,  povest  və  romanları, 
oçerkləri,  esseləri,  ssenariləri,  publisistikası  daxildir.  Əlliyə 
yaxın  qısametraclı  filmlərin  (novella,  oçerk,  dizi  film) 
ssenaristidir.  İlk  kino  əsəri  olan  «Yeni  horizant»  (1940)  filmi-
nin  ssenarisini  yazan  istedadlı  xalq  yazıçısı  «Dəniz  üzərində 
şəfəq»,  «Dairəni  genişləndirin»,  «Ömrümüz  çox  qısadır» 
pyeslərini,  «Yeni  üfüqlər»,  «Odlar  ölkəsi»,  «İradə»,  «Abşeron 
ritmləri»  və  s.  kinossenarilərin,  «Ceyran»,  «Fransız  qobeleni», 
«İtaliya  mozaikası»  əsərlərini,  «Xoşbəxt  gün»,  «Xəzərin 
şəfəqləri»,  «Xəzər  neftçiləri  haqqında  dastan»,  «Sən  nə  üçün 
yaşayırsan»,  «İnsan  məskən  salır»,  H.Seyid-bəyli  ilə  birlikdə  
«Dəniz  jəsurları  sevir»,  «İllər  keçir»  və  s.  roman,  povest, 
ssenarilərin müəllifidir. 
İ.Qasımovla  birlikdə  bir  sıra  gözəl  əsərlərin  müəllifi 
Həsən  Seyidbəyli  «Bizim  Astarada»,  «Qiymətli  damjılar», 
«Kür  sahillərində»  hekayələr  kitablarının,  «Kənd  həkimi», 
«İllər keçir»,  «Tərsanə»,  «Çiçək»  və s.  roman,  povest və dram 
əsərlərinin  müəllifi  kimi  oxujulara  tanışdır.  İ.Qasımovla 
birlikdə  yazıdığı  «Uzaq  sahillərdə»  romanı  Azərbayjan  bədii 
nəsrində bir hadisəyə çevrilir, onun «Tərsanə» romanı tənqidçi 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
163 
və  alimlərin  diqqətini  çəkmişdir:  «hər  şeydən  əvvəl  özünün 
bitkin, mükəmməl süceti, maraqlı kompozisiyası, aydın ideyası, 
fərdi,  ümumi  jizgilərə  malik  xarakterləri,  sadə,  axıjı,  bədii  dil, 
nəhayət, əsərin bütün səhifələrinə, sətirlərinə çilənmiş müasirlik 
və  intellektual  səviyyəsi  ilə  diqqəti  jəlb  etməkdədir».  Burada 
yazıçının ədəbiyyatımızda az işlənmiş bir mövzuya toxunması, 
«istehsalat  prosesinin  təsviri  ilə  əsəri  yükləmədən,  daha  çox 
əmək  prosesində  çalışan,  yetişən,  inkişaf  edən,  kamilləşən 
adamların  iş  və  əməllərini,  duyğu  və  düşünjələrini  tamamilə 
yeni  planda,  yeni  poetik  boyalarla  bizə  çatdırmağa  müvəffəq 
olduğu» dəyərləndirilir. 
 Uşaqlar  üçün  «Vəfalı  it  və  oğru  pişiyin  nağılı»,  «Qaraja 
toyuğun  balaları»  ilə  yanaşı  «Cəbhədən  jəbhəyə»  povestini 
yazmışdır.  Yaratdığı    əsərlərin  dinamik  sücet  xətti,  üslub, 
maraqlı kompozisiyası onun əsərlərini oxujulara sevdirib.  
   Azərbayjan  nəsrinin  inkişafında  Süleyman  Vəliyevin 
yaradıjılığı  da  diqqəti  jəlb  edir.  «Əmanət  kassası»  «Bığlı  ağa» 
(1937)  povesti,  «Şeir  jüllütü»  (1939),  «Molla  Məmiş  və 
sandıq»  (1939),  «Səadət  yollarında»  (1957),  «Mübahisəli  şə-
hər»  (1962),  «Düyünlər»  (1970),  «Gül  dəstəsi»  (1972),  «Hə-
yatın dadı» (1980), «Daşlı bulaq» (roman),  «Seçilmiş əsərləri» 
2  jilddə  (1983),  «Qanadı  sınmış  quş  da  uçarmış»  (1989) 
kitablarında toplanan hekayə, povest, roman, xatirə və oçerkləri 
haqqında sənətkarlıq baxımından tənqidçilər də-yərli fikirlərini 
söyləmişlər.  Müharibə  illərində  faşist  hərbi  düşərgələrinə 
düşmüş,  zülm  və  işgənjələri  gözləri  ilə  görmüş,  sonralar  qaçıb 
partizanlara  qoşulmuş,  İtaliya  və  Yuqos-laviya  müqavimət 
hərəkatının  fəal  iştirakçılarından  olmuş  Süleyman  Vəliyev 
yazdığı  əsərlərdə  gördüklərini  yazmışdır.  «Mübahisəli  şəhər» 
romanını  tənqidçilər  bu  jəhətdən  təhlil  edir:  «Romanın  real, 
sənədli əsası ədibin  xəyalı,  təxəyyülü  ilə  birləşərək hadisələrin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
164 
təhkiyəsində  bir  jazibədarlıq,  şirin-lik  yaradır.  Xüsusilə  əsərin 
əsas  qəhrəmanlarından  olan  Aslanla  mübahisəli  şəhər  olan 
Triqlavanın talelərindəki oxşarlıq,  hər ikisinin əsirlikdən, kölə-
likdən  xilasolma  jəhd-ləri  müəllif  tərəfindən  çox  inandırıjı 
verilmişdir.  Ümumiy-yətlə,  romanı  oxuyarkən  italyan  həyatı, 
məişəti, təbiət mən-zərələri oxujunu jəlb edir, onu düşündürür» 
(Müasir Azər-baycan ədəbiyyatı. I cild. Bakı. 2007). 
Onun  «Usta Pirinin ulduzları» (1970), «İşıqlı» (1975) po-
vestləri,  qiymətli  bədii  oçerkləri  müasir  həyatdan  bəhs  edən 
əsərlər  kimi  dəyərləndirilir.  Yaradıjılığının  mühüm  hissəsi 
«istehsalat  mövzusuna,  fəhlə  sinfinin  həyatının  təsvirinə»  həsr 
olunduğu,  bu  əsərlərdə  onların  əmək  rəşadətləri  verildiyi, 
müharibədən  əvvəlki  dövrdə  fəhlə  sinfinin  həyatından,  işindən 
bəhs  edən  «Bığlı  ağa»  povestində  yeni  həyat  uğrunda  gedən 
mübarizə,  «Şeir  jüllütü»  povestində  isə  zəhmətkeşlərin  ağır 
həyatı  təsvir  edildiyi  də  tənqidçilərin  təhlil  və  tənqidində  öz 
əksini tapmışdır. 
50-ji  illərin  əvvəllərində  ədəbi  nəsrə  gələn  istedadlı  ya-
zıçılardan  biri  də  Salam  Qədirzadədir.  «Oqtay»  adlı  ilk  heka-
yəsini  «Pioner»  curnalında  çap  etdirmişdi.    «İlk  hekayələr», 
«Gənjlik»,  «Sarmaşıqlı  aynabənd»,  «Qış  gejəsi»,  «Yar-paqlar 
pıçıldaşır»,  «Şərəfnisə  qışqırır».  «Başabəla  Paşaba-la»,  «Bu-
rada  insan  yaşamışdır»,  «46  bənövşə»,  «Sevdasız aylar»,  «Sən 
olmasaydın»,  «Bir  qız  bir  oğlanındır»,  «Təbəs-sümün 
mükafatımdır»  və  s.  kitablardakı  nəsr  əsərlərində  müasir 
gənjlərin surətini yaradan S. Qədirzadə öz xatirə-lərində yazırdı 
ki,  «ömrümün ən  yaxşı,  ən kövrək  xatirələri gənjliklə  bağlıdır. 
Onlardan  yazanda  mənə  elə  gəlir  ki,  yaş  fərqimiz  azalır,  bir 
sırada 
dayanır. 
Təsvir 
etdiyim 
hadisə-lərin 
bilavasitə 
iştirakçısına çevrilirəm». 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə