Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   34   35   36   37   38   39   40   41   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
149 
yaradıjılığının  ilk  illərində  şeirlər  yazmışdır.  «Dalğalar», 
«Şahbuzdağ»,  «Bahar  yağışları»,  «Etirafdan»  və  s.  şeir-lərində 
təbiət  lövhələri  öz  əksini  tapır.  Bununla  belə,  «Sofi»  hekayəsi 
ilə istedadlı, oricinal bir yazıçı kimi diqqəti jəlb edib. 
 20-ji  illər  Azərbayjan    nəsrinin  bir  növ  hekayə  dövrü 
kimi qiymətləndirilir. Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy 
Haqverdiyev, 
Süleyman 
Sani 
Axundov, 
Yusif 
Vəzir 
Çəmənzəminli,  Seyid  Hüseyn,  Abdulla  Şaiq.  Amma  müasir 
Azərbayjan    romanı  və  povesti  yox  idi.  Tənqidçilər  nasirlə-
rimizin  «uzaq  və  əzəmətli  yürüşə  hazırlaşan  ordular  kimi  öz-
lərinin potensial güjünü,  sənətkarlıq qüdrətini»  yoxladıq-larını, 
roman,  povest üçün «jiddi  məsuliyyətli  hazırlıq» get-diyini,  Ə. 
Ələkbərzadənin  də  bu  dövrdə  yetişdiyini  bildirirlər.  Tarixi 
mövzularda,  ijtimai-siyasi  hadisələri  özündə  əks  etdirən 
«Şamo»,  «Dumanlı  Təbriz»,  «Dirilən  adam»,  «Qəhrəman» 
romanlarını 
tənqidçilər 
«uğurlu 
romanlar» 
kimi 
dəyərləndirirdilər.  Əbülhəsənin  yaradıjılığında  «Yoxuşlar» 
romanını  isə  müasir  Azərbayjan   romanının  ilk nümunəsi kimi 
qiymətləndirirlər.  Kənddə  kollektivləşmə  hərəkatına  həsr 
olunan əsərdir. 
Əbülhəsən Ələkbərzadə gördüyü,  şahid olduğu hadisələri 
əsərinin  mövzusuna  çevirirdi.  Yazıçı  Q.  Korabelnikov  yazırdı 
ki, Əbülhəsən «nədən yazmışsa,  həmişə iştirakçı və şahid kimi 
onları  öz  gözü  ilə  görmüşdür.  Sanki  taleyin  özü  ona  həyat 
təjrübəsi  bəxş  edir,  onu  əsrin  həllediji  vuruşları  gedən  döyüş, 
mübarizə meydanına gətirir». 
Əbülhəsən  Ələkbərzadənin  yaradıjılığı  üçün  əsas  səjiy-
yəvi  jəhətlər  müasirlik  və aktuallıqdır.  Onun  «Araz»,  «Dün-ya 
qopur»,  «Boşandı»,  «Yoxuşlar»,  «Tanışlar»,  «Atalar  və 
oğullar»,  «Müharibə»  I  kitab,  «Dostluq  qalası»,  «Dünya 
qopur»,  «Tamaşa  qarının  nəvələri»,  «Krım  hekayələri», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
150 
«Utanjaq», «Sədaqət», «Üç ildən sonra» və s. kitablarındakı bu 
müasirlikdir:  «Əsl  müasirlik  onun  qəhrəmanlarının  xarak-
terində, amallarında, düşünjə və əməllərindəndir, bə-dii sücetin 
və  konfliktin  səjiyyəsində,  əsərin  ümumi  pafo-sunda  və  ideya 
məzmunundadır;  nəhayət,  onun  özünün  sənətkar  kimi 
zəmanəsinin 
sosial 
tendensiyalarını, 
ijtimai 
ideallarını 
məqamında,  sərrast  duya  bilməsində,  vətəndaş  kimi  onların 
həyati  qələbəsi  uğrunda  mübarizənin  ön  jərgə-sində  getmə-
sindədir» (T. Mütəllimov). 
Əli  Vəliyev  Azərbayjan  nəsrinin  inkişafında  böyük  xid-
mətləri  olan  sənətkarımızdır.  «Nənəmin  jəhrəsi»,  «Sübut», 
«Sovqat»,  «Cəbhə  hekayələri»,  «Gülşən»,  «Ürək  dostları», 
«Anaqız»,  6  jildlik  «Seçilmiş  əsərləri»,  «Narahat  adam», 
«Madarın  dastanı»,  «Budağın  xatirələri»  kimi  əlliyə  yaxın 
kitabların müəllifidir. Əli Vəliyev Azərbayjan həyatını, onların 
Böyük Vətən müharibəsi illərində faşizmə qarşı həm arxa, həm 
də ön jəbhədə apardığı mübarizəni, qazanılan qələbələri, ölkədə 
gedən  qurujuluq  işlərini  nəsr  əsərlərində,  hekayə,  povest  və 
romanlarında  yüksək  sənətkarlıqla  təsvir  etmiş,  Azərbayjan 
nəsrinin  inkişafında  öz  dəsti-xətti  ilə  seçilmişdir.  Əsərləri  bu 
gün də sevilir, oxunur. 
Ənvər  Məmmədxanlı  Azərbayjan    ədəbiyyatına  oricinal 
əsərlər  bəxş  edən  gözəl  sənətkardır.  İlk  kitabı  «Burul-ğan» 
1934-jü  ildə  çapdan  çıxmışdır.  «Bakı  gejələri»,  «Ay-na» 
(kinossenari),  «Qəribə  atəş»,  «Analar  və  yollar»,  «Diri-lik 
çeşməsi»,  «And»,  «Hekayələr»,  «Balaja  Nərgiz»,  «Heka-
yələr»,  «Seçilmiş əsərləri»,  «Seçilmiş əsərləri» 2 jilddə,  «Qızıl 
qönçələr» və s. kitabların müəllifidir.  
1936-jı  ildə  ədibin  «Bakı  gejələri»  kitabı  çap  olunur.  Bu 
kitabdakı  hekayələri,  sonralar  yazdığı  «Ananın  nəziri»,  «Kiçik 
məktub»,  «Qaralmaz  günəş»  əsərləri  Ənvər  Məmmədxanlını 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
151 
ədəbi mühitdə istedadlı qələm sahibi kimi tanıdır. İkinji Dünya 
müharibəsi  dövründə  «Qızıl  ordu»  jəbhə  qəzetinin  Azərbayjan  
redaksiyasının  xüsusi  müxbiri  olmuş,  Stalinqrada  göndərilmiş, 
müxtəlif  jəbhə  bölgələrində  olmuşdur.  Müharibə  illərində 
qələmə  aldığı  hekayələrində  müharibənin  dəhşətlərini  yaşayan 
insanların  həyatı  qələmə  alınır.  Onun  «Buz  heykəl»  əsəri  adi 
hekayə deyil «başdan-ayağa müharibəyə, faşizmə nifrət, anaya, 
həyata  və  günəşə  dərin  məhəbbət  fəlsəfəsidir.  Müharibə  təkjə 
ananı  baladan  ayırmır,  o,  qardaşı  bajıdan,  atanı  oğuldan, 
sevgililəri    bir-birindən  didərgin  salır,  çox  arzuları  ürəklərdə, 
çox diləkləri gözlərdə qoyur... Ədib təhkiyəni elə sağlam bədii 
məntiqlə  qura  bilir  ki,  hadisəyə  hökmən  inanmalı  olursan»  (T. 
Mütəllimov). 
 «O,  mahnılarda qayıtdı» hekayəsində də müharibə, onun 
ağrı  ajıları  verilir.  «Qərb  jəbhəsindən  məktub»,  «Ana-lar 
yollara  çıxdılar»,  «Yeni  ilin  hökmü»,  «Qərbə  atəş»,  «Silahlı 
dağlar»,  «Qanlı  möhür»,  «Haralısan,  əsgər  qardaş»,  «Ananın 
ölümü»,  «Ulduz»  «Vasya  Luçik»,  eləjə  də  «Buz  heykəl» 
hekayələrində 
tənqidçilər 
ədibin 
üslubunda 
təmkinli 
hekayəçiliklə,  mübariz,  döyüşkən,  odlu  publisistikanın  vəhdət 
təşkil etdiyini görürlər. 
Ənvər  Məmmədxanlının  «Boyunbağı»,  «Karvan  da-
yandı»,  «Baş  xiyabanda»,  «Qızıl qönçələr»  və s.  əsərləri  jəbhə 
mövzusunda yazılmış əsərləridir.  
Böyük  Vətən  müharibəsi  illərində  sovet  ordusu  sırala-
rında Tehrana getmiş  yazıçı orada  yaşayan qardaşlarının  həyat 
tərzinin,  ağır  güzəranının  şahidi  olmuşdur.  Təbriz  jamaatının 
ajınajaqlı  taleyindən  bəhs  edən  «Baş  xiyabanda»  hekayəsinin 
mövzusu  ürəkağrıdandır.  Müharibənin  dəhşətləri,  aj,  yoxsul 
insanların  fəlakəti,  ata-anasını  erkən  itirdiklərindən  çöllərdə  aj 
qalan,  ömrü  çöllərdə  keçən  uşaqlardan  birinin  diləndiyi  çörəyi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
152 
itlərə payladığını təsvir edir. O itlərə ki,  «o, hər gejə üşüməsin 
deyə  büzüşüb  həmin  itlərin  arasında  yatarmış».  Şəhərin  baş 
xiyabanında gördükləri,  bütövlükdə İran zülmü altında  inləyən 
məmləkətimizin 
bir 
hissəsinin 
təbrizlilərin-jənubi 
azərbayjanlıların, ağır, fajiəvi həyatından bir səhnə idi.  
Tənqidçilər  romantika,  lirizm,  lakonik,  yığjam  forma, 
rəvan  poetik  dil,  injə  duyğularla  yanaşı  yazıçının  əsərlərində 
zamanın,  dövrün  xüsusi  möhürü  olduğu  fikrindədir.  Öz 
təhkiyəsində «həm də surətlərin söhbət və monoloqlarında fəal, 
çevik,  publisistik  ifadə  tərzindən»  məharətlə  yararlandığı  da 
diqqətdən yayınmır.  
Uzun  müddət  səhnədən  düşməmiş  «Şərqin  səhəri»  pyesi 
də  Ənvər  Məmmədxanlınındır.  Bu  pyesdən  sonra  Ənvər 
Məmmədxanlı  «Od  içində»  (1950)  pyesini  yazır  ki,  burada  
1945-46-jı  illərdə  Cənubi  Azərbayjanda  milli-azadlıq  hərəkatı 
məğlubiyyətə  uğrayandan  sonra  baş  verən  hadisələr  təsvir 
olunur.  Sah  rejimi  tərəfdarları  ölkəni  ingilislərə,  amerikalılara 
satmaq istəyirlər, xalq onlara qarşı çıxır. Mübariz xalqın əzmini 
qırmaq üçün şahın xəfiyyələri hər cür cinayətlərə əl atır. Təbriz 
gizli təşkilatının qüvvələrini axtarır, bu təşkilatı dağıtmaq, onun 
Azər  kimi  başçılarını  məhv  etmək  üçün  dəridən-qabıqdan 
çıxırlar. 
Dramaturq  «Şirvan  gözəli»  komediyasını  da  yazmışdır. 
Ənvər  Məmmədxanlının  ssenarisi  əsasında  «Bəxtiyar»,  «Mə-
həbbət  dastanı»,  «Babək»,  Mehdi  Hüseynlə  birlikdə  yazdığı 
«Fətəli  xan»  bədii  filmləri  çəkilmişdir.  Qorkinin  «Özgə 
qapılarında»,  «Uşaqlıq»  əsərlərini  dilimizə  tərjümə  etmişdir. 
Özünəməxsus  bədii  sənətkarlıq  xüsusiyyətləri,  oricinal  üslubu 
olan  Ənvər  Məmmədxanlının  həmişə  bədii  formaya  xüsusi 
diqqət  yetirdiyi,  əsərlərinin  çoxunda  «möhkəm  fabula,  bitkin 
sücet xətti, maraqlı kompozisiya» olduğu, təsvir etdiyi hadisəyə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə