Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   30   31   32   33   34   35   36   37   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
133 
qıram, 
qıram. 
Azadlığı istəmirəm 
bir həb kimi, 
dərman kimi. 
İstəyirəm səma kimi, 
Günəş kimi, 
Cahan kimi. 
Çəkil, 
Çəkil, ey qəsbkar! 
Mən bu əsrin gur səsiyəm: 
Gərək deyil sısqa bulaq, 
Mən ümmanlar təşnəsiyəm. 
Bu dövrdə şairlərin  yaradıjılığında qoyulan  həyat, dünya, 
kosmos  insan  kontekstində  çox  güjlü  ifadəsini  tapırdı.  Müasir 
fəlsəfi düşünjələri özündə əks etdirən əsərlər  yaranırdı.  Səməd 
Vurğun,  Rəsul  Rza  yaradıjılığında  fəlsəfi  estetik  münasibətlər, 
sonrakı  dövrlərdə  Bəxtiyar  Vahabzadə,  Əli  Kərim  və 
başqalarının yaradıjılığında inkişaf etdirilmişdir. 
Əliağa  Vahid  klassik  sənətkarlarımızın,  xüsusilə  Füzuli 
ədəbi məktəbinin müasir dövrümüzdə  davamçısı kimi qiymət-
ləndirilir.  İlk  şeirlərini,  qəzəllərini,  meyxana  və  felyetonlarını 
«İqbal»,  «Bəsirət»,  «Tuti»,  «Məzəli»nin  səhifələrində  dərj 
etdirmiş,  M.Ə.Sabirə  nəzirələr  yazmış,  sonrakı  illərdə  digər 
mətbuat orqanlarında dərj etdirdiyi şeirləri ilə istedadlı sənətkar 
kimi  tanınmışdır.  Müasir  dövrümüzdə  daha  geniş  şəkildə 
inkişaf  etdirilməyə  başlayan  meyxana  canrının  ən  yaxşı 
nümunələrini  yazmışdır.  Lakin  yaradıjılığında  müasir  dövrün 
qəzəl  ustadı  kimi  tanınmış,    qəzəlləri  kütləvi  tiraclarla  nəşr 
olunmuş, 
xanəndələrin 
dillər 
əzbəridir. 
Böyük 
Vətən 
müharibəsi  illərində  öz  odlu  şeirləri,  düşmənə  nifrət  ruhunda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
134 
satirik 
şeirləri 
ilə 
xalqı 
mübarizəyə 
ruhlandırmışdır. 
«Meyxana», 1939, 1942, 1944, 1945, 1954, 1956, 1961, 1964-
jü  illərdə  nəşr  olunmuş  «Qəzəllər»  kitabları  məşhurdur. 
Sonralar  şairin  «Seçilmiş  əsərləri»  (2  jilddə,  1975;  1982)  nəşr 
olunmuşdur. 
Bu  dövr  sənətkarlarımızın  yaradıjılığında  insan  kimi 
təbiət  də  janlandırılırdı,  janlandırılmış  təbiət  hadisələrində 
fəlsəfi  məna  və  çalarlar  zəngin  verilirdi.  Yaranan  lirik  əsər-
lərdə  «lirik  romantik»,  «lirik  emosional  analitik,  intellektual 
meyil və təmayülə, üsluba, ifadə, yazı tərzinə» meylin artdığını, 
bir  çox  hallarda  «mürəkkəb  assosiativ,  ekspressiv-  romantik 
təsvir  və  boyalar»  olduğunu,  o  dövrün  lirikasının  real 
mənzərəsini  alimlər  araşdırır,  təhlil  və  tədqiqini  aparırlar.  Bu 
jəhətdən Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman 
Rüstəm,  Məmməd  Rahim,  Osman  Sarıvəlli,  Zeynal  Xəlil  kimi 
sənətkarlar  həyata,  insana,  təbiətə  aydın  baxışları  ilə,  obrazlı 
dili, lirik romantik üslubu ilə, jiddi fərdi şair xarakteri və insani 
keyfiyyətləri  ilə  seçilirdilər.  Bu  dövrdə  Zeynal  Xəlil 
(1914-1973)  ədəbi  prosesin  düzgün  istiqamətdə  inkişafına 
qoşulan,  zamanın  nəbzini  əsərlərində  tuta  bilən,  oxujunun 
məhəbbətini  yaratdığı  bədii  jəhətdən  mükəmməl  əsərləri  ilə 
qazanan  şairlərimizdən  idi.  On  dörd  poema,  bir  roman,  beş 
mənzum dram müəllifi olmaqla yanaşı, çoxlu sayda publisistik 
məqalələrin müəllifi idi. Bir tərjüməçi kimi də tanınmış Zeynal 
Xəlil  R.Antoqolski,  R.Həmzətov,  D.Quramişvili,  Q.Qulam  və 
b. xariji ölkə ya-zıçılarının əsərlərini dilimizə tərjümə etmişdir. 
Sülhsevər  lirikanın  ən  yaxşı  nümunələrini  yaradan  Zeynal 
Xəlilin  özünəməxsus  lirikası  vardır.  Tədqiqatçılar  onun 
yaradıjılığında  «obyektlə  subyekt arasında olan  möhkəm  əlaqə 
və bağlılıq, müqayisə və bənzətmələrin çoxmənalılığı, bir-birini 
tamamlamaq,  fikri,  mətləbi  təsdiq  etmək,  konkret  lövhə 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
135 
yaratmaq  xarakteri»ni  şairin  «bədii  kateqoriyalara  bələdçiliyi, 
sədaqəti  və  istifadə  məharəti  ilə»  bağlayırlar.  Eyni  zamanda 
tənqidçilər, tədqiqatçılar onun vətənə, torpağa, əmək və yaradıjı 
adamlara  məhəbbətini,  «müqəddəs  əxlaq  normaları,  daşınılan 
adət-ənənələri  qorumaq,  ulu  tarix,    doğma  ana  dilinə 
məhəbbət»nin  də  onun  müasirliyinin  əsasını  təşkil  etdiyini 
nəzərdən  qaçırmırlar.  «Dünya,  ey  gözəl  dünya»,  «Şair  olmaq 
istəyirəm», «Atılıb yol üstə qalan bir daşa», «Sən nə gözəlsən», 
«Külək  və  ağaj»,  «Dəniz  kənarında»,  «Açıl,  çiçəklər  açıl», 
«Bulaq»,  «Mən» kimi  lirik əsərlərində,  «Ulduzlar» romanında, 
«Dağlar  oğlu»  pyesində  və  digər  əsərlərində,  təbiətlə  insan 
arasındakı ülviyyəti yaşadır. 
Oricinal  yaradıjılıq  üslubu  ilə  seçilən,  ədəbiyyatımızın 
inkişafına öz gözəl töhfələrini verən sənətkarlarımızdan biri də 
Osman  Sarıvəllidir.  «Dəmir  sətirlərim»,  «Bənövşə»,  «Şai-rin 
hədiyyəsi»,  «Gətir,  oğlum,  gətir»,  «Gənjlik  eşqi»,  «Şeir-lər», 
«Bahar çiçəkləri», «Yeni dünyanın qapısı», «Seçilmiş əsərləri», 
«Balaja  dostlar»,  «Misirli  qardaşlar»,  «Seçilmiş  əsərləri»  (II 
jilddə  1958-62),  «İqlimdən  iqlimə»,  «Mən  sabaha  gedirəm», 
«Bizim  balalar,  bizim  nəvələr»  və  s.  kitab-ları  nəşr  olunmuş, 
əsərləri  rus  dilinə  tərjümə  olunmuşdur,  «fərdi  üsluba,  oricinal 
yaradıjılıq yoluna» malik bir şair ki-mi,  yüksək dəyərləndirilir: 
«təravət,  şuxluq,  nikbinlik,  ob-razlılıq,  yüksək  şeiriyyətlə 
bərabər  təbii  gözəlliklərə  vur-ğunluq,  xalq  poeziyasına 
yaxından  bağlılıq,  doğma  paytax-tımız  Bakı  şəhərinə,  kənd 
həyatına,  onun  qabaqjıl  adam-larına,  Vətənimizin  böyük  gə-
ləjəyinə dərin inam və sonsuz məhəbbət hissləri hakim»dir. 
Onun  müharibə  illərində  düşmənə  nifrət,  qəzəblə  dolu 
«Vətən  eşqinə»,  «Kişisən  dayan»,  «Vur,  başına  dönüm,  vur», 
«Qafqazdan Dona doğru» əsərləri, jənub mövzusunda («Arazın 
o  tayında»,  «Son  qar»,  «Təbriz  gözəli»,  «Dəvə  karvanı», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
136 
«Panamalı  dilənçi»  və  s.),  beynəlxalq  mövzuda  («Burcua 
diplomatlarına»,  «Sadəjə  suallar»,  «Ana»  və  s.)  əsərləri, 
yaşadığı  dövrün  tələblərindən  doğan  ijtimai-siyasi    lirikası 
(«Bayraqlar»,  «Qurultay  açılır»,  «Üç  saz»,  «Marslı  qardaşlar 
arasında»),  jəmiyyətdə  inkişafı,  yeniliyi  («Var  olsun  birləşən 
qələmlərimiz», 
«Mən 
sabaha 
gedirəm», 
«Ya-şımız», 
«Yolumuz»,  «Minnətdaram»  və  s.),  doğma  Azərbay-janın 
bərəkətli, 
füsunkar 
gözəlliklərindən, 
zəhmətkeş, 
sadə, 
qonaqpərvər  adamlarından  bəhs  edən  əsərləri  dəyərlidir. 
Bunlarla yanaşı satirik (Yazıq şair», «Hələ yol gedir», «Sa-biri 
andım»,  «Fərsiz  oğul»,  «Canavar»,  «Daş»,  «Gör-mək  və 
götürmək» və s.) əsərlərin müəllifidir. 
 Uşaqlar  üçün  yazdığı  («Bahar  nəğməsi»,  «Qaranquşlar 
gələndə», «Qara çuxa», «Çal papaq», «Quşların da dili var» və 
s.)  şeirlərində  «şair  balaja  oxujularla  onların  psixologiyasına, 
mənəvi  dünyalarına,  yaş  səviyyələrinə  uyğun  bir  dillə  danışır, 
təsvirlərində sadə, təbii, təsirli boyalar işlədir, son dərəjə əlvan, 
rəngarəng  bədii  ifadə  vasitələrinə  mürajiət  edir,  misraların 
ahənginə,  ritmə,  axıjıllığa  xüsusi  fikir  verir.  Uşaqlarımızın 
həyat,  təbiət,  heyvanat  aləmi  haqqındakı  təsəvvürlərini 
genişləndirməyə,  onlarda  Vətən  məhəbbəti,  dostluq,  sədaqət, 
böyüklərə hörmət, insani həqiqət kimi nəjib əxlaqi keyfiyyətlər 
tərbiyə etməyə çalışır...». Osman Sarıvəlli  nəjib insan, istedadlı 
sənətkar kimi ədəbiyyat tariximizə daxil olub. 
Məmməd  Rahim  joşqun  el  sənətkarıdır.  Ədəbiyyata 
gəldiyi  gündən  şeirin,  sənətin  vəzifəsini,  mahiyyətini  anlamış, 
xalq  üçün  yazıb-yaratmış,  yaradıjılığının  ilk  dövrlərində  yeni 
həyatını,  zəhmətkeş  xalqımızın  əməyini,  zəhmətini  tərənnüm 
etmiş,  xalqının  xoşbəxt,  azad  gələjəyini,  yaşayışını  vəsf  edən 
şeirlərini  yaratmışdır.  Səməd  Vurğun  yazır:  «Hələ  birinji  lirik 
şeirlərində  Məmməd  Rahim  göstərmişdir  ki,  onun  şeir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə