Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
165 
Böyük Vətən Müharibəsi jəhbələrində iştirak etmiş yazıçı 
«Burada  insan  yaşamışdır»  (1963)  povestini  müharibə 
mövzusuna  həsr  etmişdir.  «Kəndimizdə  bir  gözəl  var»,  «46 
bənövşə»,  «Ülkər»,  «Aytəkin»  roman  və  povestlərində  yazı-çı 
gənjliyi  əsas  götürür,  ailə-məişət  məsələlərini,  ülvi  məhəbbəti  
ön  planda  verir.  Müstəqil  həyata  yenijə  qədəm  qoyan  gənj 
nəslin nümayəndələrini üzləşdikləri çətinlikləri, onların həyatda 
qazandıqları uğurları,  məişət təmizliklərini,  həyatda amallarını, 
bu yolda əzmlə apardıqları mübarizəni şirin bir dillə təsvir edir. 
Yazdığı  yumoristik,  satirik  hekayə,  novella  və  komediya 
canrlarındakı  əsərlərində  jəmiyyətin  inkişafına  pis  təsir 
göstərən,  yeniliklərə  mane  olan  mənfi  əməlləri,  nöqsan  və 
qüsurları  tənqid  edir.  Tənqidçilər  komediya  canrında  yazdığı 
«Şirin 
bala 
bal 
yığır», 
«Hardasan, 
ay 
subaylıq», 
«Həmişəxanım»,  «Gurultulu  məhəbbət»  komediyalarında 
yazıçının  nəsr  əsərlərində  qaldırmış  olduğu  problem-ləri  bir 
qədər başqa aspektdə,  sənət əsərlərinin tələbləri   sə-viyyəsində 
«həll etməyə» çalışdığını söyləyirlər.  
Mehdi  Hüseyn  qüvvətli  nasir,  dramaturq,  prinsipial 
tənqidçidir. Milli ədəbiyyatımızın inkişafı yolunda həyatını sərf 
edən  M.  Hüseyn  Azərbayjan  ədəbiyyatının  inkişafı  üçün  çox 
işlər  görmüş  sənətkarlar  sırasındadır.  İlk  hekayəsi  «Xavər»dir. 
«Bahar  suları»  kitabı  ilə  «Xavər»  kitabı  1930-ju  ildə  çapdan 
çıxmışdır.  Bu  hekayələrin  bir  qismində  Azərbayjan  kəndinin 
ağır vəziyyəti,  jəmiyyətdə hökm sürən ədalətsizlik, özbaşınalıq 
(«Könül  dəftəri»,  «Qan  içində»,  «Tunel»)  öz  əksini  tapır  və 
keçmiş həyatımızdan bəhs edirsə, bir qismi də inqilabdan sonra 
ölkədə  gedən  dəyişikliklər,  köhnəliklə  yenilik  arasında 
mübarizə,  müasir  qurujuluq  işləri,  yeni  ailə  münasibətləri 
(«Xavər»,  «Bahar  suları»,  «Sevgidən  sonra»,  «Qayıtmalı», 
«Əlli iki» və s.) təsvir olunurdu. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
166 
İrihəjmli  «Daşqın»  romanı  vətəndaş  müharibəsi  nəti-
jəsində  Azərbayjan-Gürjüstan  sərhəddində  baş  verən  qanlı  fa-
jiələrə həsr olunub. Ölkədə baş verən inqilabi hadisələrin ujqar 
kəndlərə  də  təsiri,  Azərbayjan  kəndlərində  xalqın  öz  azadlığı 
uğrunda  mübarizəsi,  yerli  bəylərə,  xanlara,  qüvvə-jən 
qoluzorlulara  qarşı  kəndlilərin  silahlı  dəstələr  təşkil  edib 
mübarizəyə  qalxması,  geniş  xalq  kütlələrinin  ümumi  müba-
rizədə  birləşməsi,  baş  verən  hadisələrin  dövrün  tarixi  hadisə-
ləri ilə bağlılığı bu romanda əsas götürülür. 
 Mehdi  Hüseyn  Avropa,  rus,  milli  ədəbiyyatımızın 
sənətkarlıq  xüsusiyyətini  öyrənən,  özünəməxsus  üslubu,  tərzi, 
müəyyən  yaradıjılıq  yolu  olan  mükəmməl  ədəbi  təjrübəyə 
malik  sənətkar  kimi    Azərbayjan  ədəbiyyatı  tarixində  iz 
qoymuşdur.  Çoxjəhətli  yaradıjılığa  malik,  qüdrətli  sənətkar, 
həm  nəsr,  həm  dramaturgiya,  həm  də  ədəbi  tənqid  sahəsində 
çalışan  M.Hüseyn  «Daşqın»,  «Tərlan»,  «Komissar»,  «Kin», 
«Səhər»,  «Qara  daşlar»,  «Yeraltı  çaylar  dənizə  axır», 
«Abşeron»  və  s.  romanlarla  yanaşı,  «Şöhrət»,  «Şa-mil», 
«Nizami», 
«Cavanşir» 
tarixi 
dramlarının 
müəllifidir. 
Əsərlərində qoyduğu problemlər (xalq və qəhrəmanlıq, xalq və 
saray,  xalq  və  hökmdar)  tənqidçi  alimlər  tərəfindən  yüksək 
qiymətləndirilmişdir: «M.Hüseyn tarix və yazıçı, tarix və sənət, 
tarix  və  xalq,  tarix  və  qəhrəman  problemlərini  yaxşı  bilən, 
bütünlükdə  sənətkar  və  tarix  anlayışına  çox  jiddi  yanaşan, 
sağlam  məfkurəli,  nəzəri  jəhətdən  hazırlıqlı  yazıçılarımızdan 
biri» kimi yüksək dəyərləndirilir. Onun bu problemlər haqqında 
«maraqlı,  oricinal  mühakimələri,  ay-dın,  prinsipial  konsep-
siya»sı  var,  «yazıçının  ən  birinji  ob-yekti  insan  və  onun  həya-
tıdır,  ən  birinji  qəhrəmanı  isə  xalq  və  onun  mübarizəsidir» 
dediyini  bildirən  ədəbiyyatşünaslar  bu  fikirdədirlər  ki,  yazıçı 
xalqın  mənəviyyatını,  mübarizəsini  düzgün  dərk  etmək  üçün 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
167 
onun  keçmişinə,  həm  də  bütün  məqamlarda  tarixə  obyektiv 
yanaşmalı,  onun  mütərəqqi  məzmununa,  fəlsəfi  mahiyyətinə 
sadiq  qalmalıdır.  «Yazıçı-nın  tarixə  münasibətində  başlıja 
prinsip  tarixi  həqiqətin  mahiyyətini  tam  mənası  ilə  mühafizə 
edib  göstərməkdən  ibarətdir»  (M.Hüseyn).  M.Hüseynin  «həm 
ümumi  yaradı-jılığında,  həm  də  dram  əsərlərində  məhz  bu 
prinsipləri»  rəhbər  tutduğu,  dövrünün  tanınmış,  mötəbər 
sənətkarla-rından biri səviyyəsinə yüksəldiyi bildirilir. 
M.Hüseyni  sənətkar,  onun  xalq  üçün  dəyəri,  xalqın 
həyatında  onların  yaratdıqları  əsərlərin  rolu  düşündürmüş,  hər 
dövrdə xalq üçün yaşayan,  yaradan qüdrətli qələm sahiblərinin 
məqsədi,  amalı  ona  doğma  olduğundan  yaratdığı  «Nizami» 
tarixi  dramında  Nizaminin  mükəmməl  obrazını  yaratmışdır. 
«Nizami»  tarixi  dramında  yazıçının  poetik  axtarışları,  yaradıjı 
təxəyyülü  daha  üstündür.  Nizaminin  «mənəvi  dünyası,  ijtimai 
fəaliyyətini  və  fərdi  həyatını  daha  çox  üç  problem  ətrafında 
ümumiləşdirməyə»  meyli  tənqidçilərin  təhlilində  öz  yerini 
tutur:  «Mehdi  Hüseynin  yaratdığı  Nizami  dərin,  fəlsəfi,  poetik 
dühası ilə  dövrünün bütün sənətkarlarından yüksəkdə dayanan 
böyük  şair,  həmişə  doğma  yurdunun  və  xalqının  taleyini 
düşünən,  onun  hüquq  və  şərəfini  ləyaqətlə  müdafiə  edən 
mütəfəkkir  bir şəxsiyyət,  həm də  bütün  varlığı  ilə sevən  və  bu 
məhəbbəti  öz  həyatının  məzmunu,  ilhamının  tükənməz 
mənbəyi hesab edən bir aşiq» kimi dəyərləndirilir. 
 Dramaturqun  «Şamil»,  «Cavanşir»  dram  əsərləri  də 
«ədəbiyyatımızın  tarixində  xüsusi  yeri  olan  və  bu  gün  də  öz 
bədii təsir güjünü, tərbiyəvi əhəmiyyətini itirməmiş gözəl sənət 
nümunələri»  kimi  dəyərlidir.  Müharibənin  odlu-  alovlu  illərini 
özündə əks etdirən hekayə və povest, oçerklərində də faşizmin 
jinayətkar, qaniçən, qəddar simasının ifşası, xalqımızın faşizmə 
qarşı  mərdliklə  mübarizəsi  vətənpərvərliyi,  düşmənə  bəslənən 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
168 
nifrət,  arxa  jəhbə  ilə  ön  jəhbənin  vahid  bir  amal  uğrunda 
birləşib  alman  faşizmini  məhv  edib,  tarixi  qələbəmizi  əldə 
etmək  kimi  böyük  tarixi,  təxirəsalınmaz  vəzifələri    əsas 
götürülürdü. Onun «Nişan üzüyü», «Çiçəklər», «Dost», «Cəbhə 
xatirələri»  başlığı  altında  çap  etdirdiyi  «Möjüzə»,  «Qanlı 
sular»,  «Satqın»  hekayələri,  «Fəryad»  povesti  bu  mövzuda 
dəyərli əsərlərdir.  
Kənd  həyatına  dair  yüksək  bədii  keyfiyyətlərə  malik 
əsərlərlə  yanaşı,  M.  Hüseynin  Neft  sənayesi  işçilərinin  həyatı, 
mübarizənin  müxtəlif  pillələrinə  mənsub  insanların  humanist 
duyğularla  bir  məqsəd  ətrafında  birləşib  xoşbəxt,  firavan 
gələjəyini  təmin  etmək  üçün  xalq  təsərrüfatının  inkişaf 
etdirilməsi  yolunda  mübarizəsi  bu  əsərlərdə  ön  plana  çəkilir, 
«Abşeron»,  «Neft  daşları»nda  kəndlərdən  şəhərə  gəlmiş 
gənjlərin  geniş  qurujuluq  işlərində  fəal  iştirak  etdiklərini, 
qazanılan  uğurlarda  onların  da  şəxsi  əməyinin  böyük  rol 
oynadığını,  «belə  gənjlərin  düşdükləri  yeni  şəraitdə  nejə 
dəyişdiklərini,  bütün  nöqsan  və  tərəddüdlərinə  baxmayaraq 
tədrijən öz sənətlərini ürəkdən sevən yüksək ixtisaslı kadr kimi 
yetişdiklərini bu obrazların simasında göstərdiyini görürük.  
Yaradıjılığında  xalqın  inqilabi  tarixindən  bəhs  edən 
«Səhər»  romanı,  «zəngin  tarixi  materialların  öyrənilməsi  və 
uzun  həyati  müşahidələrin  nətijəsi  kimi»  qiymətləndirilir.  Bir-
birinin  əksi  olan,  bir-birinə  zidd  qüvvələr  arasında  gedən 
mübarizə  üzərində  qurulan  bədii  konflikt,  əsərdə  yüksək 
sənətkarlıqla    qorunub  saxlanan  tarixi  gerçəklik,  Bayram, 
Əzizbəyov, Səlminaz, Xanlar, Aslan, İsgəndər, Səlim müəllim, 
Pəri  nənə  kimi  surətlərin  simasında  ümumiləşdirilən  inqilabi 
hərəkatın  səjiyyəvi  jəhətləri,  istismarçı  qüvvələrə  qarşı 
namuslu,  mərd adamların həyat və mübarizəsini romanda daha 
qabarıq  geniş  planda  təsviri,  əsərdəki  xalqlar  dostluğu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə