Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə45/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   41   42   43   44   45   46   47   48   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
177 
şöhrətpərəstliyi,  xalq  mənafeyinə  xor  baxanları,  məhdud 
hisslərlə yaşayanları tənqid edir.  
İlyas  Əfəndiyev  bədii  əsərləri  ilə  yanaşı,  bir  çox  pub-
lisistik  məqalələrin  müəllifidir,  dövrünün  yazıçıları  ilə  yanaşı 
klassiklərimiz  haqqında  ədəbi-tənqidi  məqalələr  yazmış,  yeni 
kitablar,  kino-injəsənətlə  bağlı  fikirlərini  ifadə  edən  dəyərli 
yazılarla 
dövrü 
mətbuatda 
müntəzəm 
çıxış 
etmişdir. 
Ə.Əfəndiyev  yazır:  «Ümumiyyətlə,  uzun  yaradıjılıq  yolu 
keçmiş, ədəbiyyat, teatr, kino, rəssamlıq, dil, təlim-tərbiyə və s. 
məsələlərə  dair  dörd  yüzdən  çox  elmi-nəzəri  və  publisistik 
məqalə  yazmış  İlyas  Əfəndiyevin  ədəbi  estetik  görüşlərini 
təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: a) Bədii ədəbiyyat 
haqqında  düşünjələr,  bədii  teatr  və  səhnə  sənəti.  b)  Elm, 
mədəniyyət və injəsənətə dair fikirlər”. 
Yazıçıların  mürajiət  etdiyi  mövzular  müxtəlif  idi.  Ya-
zıçıların  öz  sevdiyi,  dərindən  bələd  olduğu  mövzular,  sahələr 
vardır.  İmran  Qasımov,  Yusif  Əzimzadə,  Hüseyn  Abbas-zadə, 
Qılman  İlkin,  Salam  Qədirzadə,  C.Məmmədov,  Sey-fəddin 
Dağlı,  M.Süleymanov,  Həsən  Seyidbəyli,  Süleyman  Vəliyev, 
Vidadi  Babanlı,  Anar,  Elçin,  C.Hüseynov,  G.Hü-seynoğlu, 
Yusif Səmədoğlu belə nasirlərdəndir. 
Azərbayjan    Sovet  ədəbiyyatının  başlıja  mövzularından 
olan  müasir  kəndə  yazıçı  və  şairlər  məhəbbətlə,  rəğbətlə 
yanaşardılar, kəndlərdə gedən qurujuluq işlərini dərindən bilən, 
kənd  həyatına  yaxından  bələd  olan  Mehdi  Hüseyn,  Mirzə 
İbrahimov,  Sabit  Rəhman,  Mir  Cəlal,  Əli  Vəliyev,  İlyas 
Əfəndiyev  kimi  sənətkarlar  30-ju  illərdən  sonra  «Saçlı», 
«Tərlan,  «Qəhrəman»,  «Söyüdlü  arx»,  «Ayrılan  yollar», 
«Yarpaqlar»,  «Ayrılıq»,  «Yanar  ürək»  kimi  onlarla  povest  və 
romanlar  yazdılar.    Kənd  həyatı  ilə  bağlı  bu  əsərlərdə  mühüm 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
178 
məsələlər,  kəndin  vajib  həyati  problemləri  epik  vüsətlə  əks 
etdirilirdi. 
Akif  Hüseynov  yazır:  «Yanar  ürək»,  «Böyük  dayaq», 
«Qara  daşlar»  tipli  romanlarla  nəsrimiz  mürəkkəb,  ziddiyyətli 
və  qüvvətli  xarakterlər  janlandırma  sahəsində  də  mühüm 
qələbələr  çalmışlar.  Bu  qələbələrin  ədəbi  fikrin  sonrakı 
inkişafında  əhəmiyyətini-müharibədən  sonrakı  nəsrdə  insan 
xarakterinin  tez-tez  birrəngli  boyaların  qatı  fonunda  təsvir 
edilməsi ilə müqayisədə xəyala gətirmək olar». 
İlyas    Əfəndiyev  kənd  mövzusunun  nəsrimizdə  ifadəsini 
yeni  ideya,  estetik  keyfiyyətlərlə  zənginləşdirən  yazıçıdır.  Bu 
illərin  problemlərini,  mənzərəsini  janlandıran  əsərlərdə,  kənd 
təsərrüfatında  ijtimai  münasibətlər,  köhnəliklə  yeniliyin 
mübarizəsi,  elmi  nailiyyətlərdən  kənd  təsərrüfatı  məhsul-
darlığını  artırmaq  üçün  istifadə  olunması,  xalqlar  dostluğu 
məsələləri («Dağlar arxasında üç dost») də təsvir edilir. 
Əli Vəliyev, Ə.Ələkbərzadə Azərbayjan  kəndinin inkişaf 
yolunu,  hər  mərhələdə,  hər  dövrdə  təsvir  edən  yazıçılar  idi. 
Əbülhəsənin  «Yoxuşlar»  romanı  Azərbayjanın  kəndinə  həsr 
olunmuş  klassik  əsərlərdəndir.  Əli  Vəliyevin  qurujuluq 
işlərində  fəal  zəhmətkeşlərin  əməyini,  onların  ailə  münasibət-
lərini  əks  etdirən  «Ürək  dostları»,  «Gülşən»,  «Çiçəkli», 
«Narahat  adam»  əsərləri  kəndi,  orada  gedən  qurujuluq  işlərini 
dərindən,  müntəzəm  müşahidə  edib  təsvir  edilən  romanlar, 
povestlər kimi dəyərlidir.  
Kənd həyatından bəhs edən əsərlər müəllifi İsa Hüseyno-
vun  yaradıjılığı  da  müasir  nasirliyin  bir  sıra  ideya-estetik 
keyfiyyətləri  haqqında  fikir  söyləmək  üçün  zəngin  material 
verir.  İlk  dövrlərdə  yazdığı  hekayələri  tənqidçilər  «nəsrimizin 
yeni gözəl nümunələrindən» sayırlar.  


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
179 
 İsa  Hüseynovun  bir  çox  əsərlərində,  Bayram  Bayramov 
«Açılmamış  kitab»,  Ə.Yusifoğlu  «Düşmənimin  düşməni», 
S.Əhmədov  «Dünyanın  arşını»,  «Dan  qaranlığı»,  Əfqan 
Əsgərov «Gülyanaq», Fərman Kərimzadə «Qarlı aşırım», Sabir 
Azəri «Yol üstündə toy» kimi nəsr əsərlərində sağlam ruhlu əsl 
vətəndaş,  namuslu,  əməksevər,  çətinlikdən  qorxmayan, 
mənəviyyatı  saf  «janlı  surətlər»  yaradır  və  ədəbiyyata  yenijə 
gəldikləri  zamanlarda  bu  yazılarda  «hadisə,  əhvalat  ardınja 
getmək  əvəzinə,  hadisələrin  daxili  mənasını  kəşf  etmək,  insan 
münasibətlərini araşdırmaq, müəyyən həyat problemini işıqlan-
dırmaq və yığjamlıq səjiy-yəvidir» (Kamal Talıbzadə). 
Kənd  mövzusuna həsr olunmuş Gəray Fəzlinin  «İldırımlı 
dağlar»  romanında  yurdumuzun  gözəlliyi,  füsunkarlığı,  bu 
yerlərdə  yaşayan  kənd  adamları  onların  apardıqları  yeni  həyat 
uğrunda  mübarizə  «realist  planda,  təbii  münasibətlərdə» 
janlandırıldığı, 
müəllifin 
burada 
«mənəvi 
təmizliklə 
pozğunluğun,  düzgünlüklə  əyriliyin  mübarizəsini»  əsas 
götürdüyü,  «bəzi  sevgi  xətlərinin  qeyri-təbiiliyinə,  sücet 
tamlığına  və  dinamikasına  xələl  gətirən  artıq  səhnələrin 
olmasına  baxmayaraq»  yazıçının  öz  qarşısına  «kənd  əmək-
çilərinin  arzu  və  əməllərini,  öz  gündəlik  həyatlarında  rast 
gəldikləri  çətinlikləri  göstərmək  kimi  mühüm  bir  məqsəd» 
qoyduğu tənqidçilərin təhlilində öz inikasını tapmışdır.  
Ədəbiyyata  «Ölkə»,  «Mənim  səsim»,  «Təzə  ünvan» 
şeirlər  kitabı  ilə  gələn  Gəray  Fəzli  «İldırımlı  dağlar»,  «Yeddi 
ulduzlu səma»,  «Gejə günəşi»,  «Bir qəlbin asimanı»,  «Xatirəli 
dünyam» kimi roman  və şeirlər kitablarının  müəllifidir.  Dövrü 
mətbuatda  şeirləri,  hekayə  və  romanları  ilə  yanaşı  yaşadığı 
dövrün,  həyatın  aktual  problemlərini  özündə  əks  etdirən 
«Torpaq  anamızdır»,  «Aşkarlıq  işığında»,  «Özgə  yolumuz 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
180 
yoxdur»,  «Tənqidin  sözü,  həqiqətin  özü»  və  s.)  publisistik 
məqalələrin də müəllifidir. 
Kənd həyatından bəhs edən ən yaxşı əsərlərimizdə həmişə 
kəndlilərlə  şəhərlilər  bir-birini  tamamlayan  ijtimai  qüvvələrin 
mənbəyi kimi təsvir edilmişdir. 
1920-80-ji  illər  arasında  kəndlə  şəhər  arasındakı  ijtimai-
mədəni  əlaqələri  göstərən  Bayram  Bayramovun  «Yazılmamış 
kitab» romanı diqqəti jəlb edir. Burada inqilabın ilk günlərində 
Bakıya  gələn  kənd  ziyalılarının  Bakının  qaynar  mədəni 
həyatına  qarışıb  şəhər  ziyalılarına»  çevrilməsi  prose-sini,  bu 
prosesin  mürəkkəbliyini,  ziddiyyətlərini qələmə al-dığı,  ölkədə 
Sovet  hakimiyyəti  qurulduğu  illərdə  Azərbay-jan    ziyalılarının 
«formalaşmasını»,  «bu  prosesdə  kənd  ziya-lılarının  rolunu  əks 
etdirməyə çalışdığı  və  janlı təbii-bədii  lövhələr  yarada»  bildiyi 
tənqidçilərin diqqətindən yayın-mayıb. 
Azərbayjan  nəsrinin inkişafında Bayram Bayramovun öz 
yeri var. Ədəbiyyata «Körpü» adlı hekayəsi ilə gəlib. İlk kitabı 
«Tək  adam»  çapdan  çıxıb.  «Yarpaqlar»,  «Sənsiz»  ,  «Onun 
gözləri»,  «Xəzinə»,  «Bəlalı  sevgim»,  «Arakəsmələr»  ,  «Üç 
gün,  üç  gejə»  (1967),  Seçilmiş  əsərləri,  «Yasəmən»,  «Fəhlə 
qardaş»,  «Yazılmamış  kitab»,  «Karvan  yolu»,  «Üz-lü,  astarlı 
dünyam»  roman,  xatirə,  publisistik  məqalələr  və  s.  kitabları 
oxujuların sevdiyi əsərlərdir. Böyük Vətən müharibəsi illərində 
Mozdok  uğrunda  döyüşlərdə  iştirak  etmiş,  ağır  yaralanmış, 
sağaldıqdan  sonra  yenidən  ordu  sıralarına  qayıtmış  Bayram 
Bayramovun yaradıjılığı haqqında tənqidçilər dəyərli fikirlərini 
söyləmişlər.  Azərbayjanın  xalq  yazıçısının  sağlığında  yaradı-
jılığına  qiymət  verilmiş,  «Şərəf  nişanı»  (1968),  «Xalqlar 
dostluğu» (1985), «Qırmızı əmək bayrağı» (1982) ordenləri ilə 
təltif olunmuşdur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə