Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə53/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
209 
institutunu  müvəffəqiyyətlə  bitirib  Azərbayjana  qayıdan  şair 
1963-jü ildə «Qağayı» adlı ilk şeir kitabını nəşr etdirir. 
Rəsul  Rzanın  sənətə,  ədəbiyyata  sonsuz  məhəbbətinin 
nətijəsidir  ki,  gənj  nəslin  nümayəndələrinə  mənəvi  ata ol-muş, 
onların  ədəbiyyat  aləmində  tanınması,  əsərlərinin  dərj 
olunması,  işıq  üzü  görməsi,  xalqın  onu  tanıması,  qiymət-
ləndirməsi  üçün  əlindən  gələni  əsirgəməmişdi.  Bu  gənjlərdən 
biri də məhz Fikrət Qoja olub. Onun «Haqq tərəzisi», «Körpə», 
«Nadanın  qojalığı»,  «Mənim  məsləkim»,  «Tənha  ağaj», 
«Vallah,  adam  qojalmaz»  və  digər  lirik  şeirlərində  novator 
şairin nəfəsi duyulur. 
Fikrət Qojanın  lirik şeirləri  ilə  yanaşı  irihəjmli poemaları 
da  zəngin  yaradıjılıq  imkanlarından  xəbər  verir.  «Yaralı 
çiçəklər»,  «Ulduzlu  düşünjələr»,  «İnsan  səviyyəsi»,  «İstan-
bulda  bir  jeviz  ağajı  var»  və  digər  poemalarında  şairin  insan, 
dünya  haqqında  bədii-fəlsəfi  düşünjələri  əks  olunur.  Əsərləri 
bir  çox  xalqların  dillərinə  tərjümə  olunmuşdur,  keçmiş  sovet 
respublikalarında, onun hüdudlarından kənar-da istedadlı qələm 
sahibi kimi tanınır. Əsərləri Avropa, Asiya xalqlarının dillərinə 
tərjümə edilmiş Fikrət Qoja Av-ropa, Asiya, Afrika və Amerika 
qitələrinin  bir  sıra  ölkələ-rində,  SSRİ  dövründə  bütün 
respublikalarda  müxtəlif  nü-mayəndə  heyətlərinin  tərkibində 
yaradıjılıq  ezamiyyətlərində  olmuş,  yazdığı  əsərlərdə  şairin 
görüşləri,  gördüyü  yerlər,  eşitdiyi  hadisələr  dəyərli  bədii 
əsərlərinin  mövzusuna çevril-mişdir.  Onun  «Vyetnam  suitası», 
«Ünvansız  məktub»,  «Xo-se  Risal»  «Viktor  Xara»,  «Amilkar 
Kabral»  poemalarının  mövzusu  dünya  xalqlarının  həyatından 
götürülmüşdür. 
Onun  «Hamıya  borjluyam»,  «Dənizdə  ay  çiməndə», 
«Yatmadığım  gejələrdə»,  «Adi  həqiqətlər»,  «Seçilmiş  əsər-
ləri»,  «Günlərin  bir  günü»,  «Gül  ömrü»,  «Özümə  məktub», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
210 
«Hələlik,  qiyamətəjən»  «Ömrümdən  anlar»  və  başqa  kitab-ları 
müxtəlif illərdə çap edilmişdir. 
Fikrət  Qoja  hansı  canrda  yazmasından  asılı  olmayaraq 
bütün  əsərlərində  həyatı,  insanları,  baş  verən  ijtimai-siyasi 
hadisələri əks etdirmiş, özünəməxsus, oricinal qələmi, düşün-jə 
tərzi  ilə  seçilmişdir.  Bəkir  Nəbiyev  yazır:  «Zaman  bu  nəslin 
boynuna  çox  ağır  bir  tarixi  yaradıjılıq  vəzifəsi  qoy-muşdu. 
Onlar ədəbiyyatımıza təzə ab-hava,  təzə obrazlar,  yeni  fikirlər, 
təravətli təsvir və ifadə vasitələri gətirməli, sadə, adi insanların, 
sıravi  vətəndaşların  taleyini,  duyğu  və  düşünjələr  aləmini  öz 
əsərlərinin  leytmotivinə  çevirməli  idilər.  Onlar  bir  daha  öz 
əsərləri  ilə  sübut  etməli  idilər  ki,  problem  heç  də  təkjə  hansı 
canr, forma və ölçülərdə yaz-maqda yox, ilk növbədə nədən və 
nejə  yazmaqdadır.  Üzə-rindən  on  illər  keçdikdən  sonra 
yaşadığımız çağlarda ədəbi prosesə ümumən nəzər salan, onun 
inkişaf qanunauyğun-luqlarını diqqətlə  izləyən  hər bir qərəzsiz 
təfəkkür  sahibi  təsdiq  edə  bilər  ki,  altmışınjılar  bu  böyük 
missiyanı  uğurla  yerinə  yetirmişlər.  Avtoportret  təsiri 
bağışlayan  «Adi  insan»  şeirində  Fikrət  Qoja  altmışınjıların 
yaradıjılığında 
əsas 
yer 
tutan 
adı, 
sıravi 
insanı 
ümumiləşdirməyə,  ondakı  böyüklüyün  mahiyyətini açıqlamağa 
uğurlu bir təşəbbüs göstərmişdi: «Bir içimlik su deyiləm içiləm, 
bir aşırım  yol deyiləm  birnəfəsə keçiləm.  Düzdü,  adi  insanam, 
sənin  boyda  deyiləm  ki,  kiçiləm.  Adi  insan  olmaq  özü 
böyüklükdür,  qardaşım.  Bu  adı  daşımaq  özü  bir  insan  ömrü 
üçün  böyük  yükdür,  qardaşım!».  Şairin  bu  misralarındadır 
insan. 
Fikrət  Qoja  tərjümələri  ilə  də  tanınır.  O,  Lermontovun, 
Şevçenkonun, 
Mejelaytisin, 
İ.Voklerin, 
X.Risalın 
və 
başqalarının əsərlərini yüksək səviyyədə tərjümə etmişdir. Lirik 
şeirlərlə  yanaşı  iri  həjmli  poemaların,  nəsr  əsərlərinin-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
211 
hekayələrin,  roman  və  povestlərin  də  müəllifidir.  O  yaratdığı 
nəsr  əsərlərində  də  insan  psixologiyasını,  baş  verən  həyat 
hadisələrini  qələmə  alıb.  O,  «Dəniz altındakı  xatirələr»,  «Qoja 
söyüd  də  yıxıldı»,  «Kələfin  uju»,  «Mavi  dünyanın  adamları», 
«Taleyin  ağır  taleyi»,  «Ölüm  ayrılıq  deyil»,  «Qar  əriyəndə», 
«Hələlik, qiyamətəjən» və digər nəsr əsərlərini yazmışdır.  
Fikrət  Qoja  gənj  yaşlarından  ədəbi  orqanlarda  məsul 
vəzifələrdə  çalışmışdır.  «Azərbayjan  gənjləri»  qəzeti  redak-
siyasında  şöbə  müdiri,  uzun  illər  «Qobustan»  curnalının  baş 
redaktoru  olmuşdur.  1997-jı  ildə  Azərbayjan  Yazıçılar 
Birliyinin  katibi,  2004-jü  ildə  birinji  katibi  seçilmişdir.  Öz 
təşkilatçılıq  fəaliyyəti  ilə də  böyük  nüfuza  malikdir.  Xalqımız, 
dövlətimiz  onun  əməyini  yüksək  qiymətləndirmiş,  ədə-
biyyatımızın  inkişafında  xidmətlərinə  görə  Azərbayjanın  ən 
yüksək  fəxri  adlarından  biri  olan  «Xalq  şairi»  adına  layiq 
görülmüşdür.  Əməkdar  injəsənt xadimi,  Xalq  şairi  Fikrət Qoja 
«Şöhrət ordeni» ilə də təltif edilmişdir. 
Son illərdə şairin latın qrafikasıyla çap edilmiş altı jildlik 
əsərləri də Azərbayjan ədəbiyyatına zəngin töhfədir. 
İnsana,  həyat  hadisələrinə  münasibət  jəhətdən  poeziya-
mızın qarşısında duran  vəzifələrin öhdəsindən  məharətlə gələn 
Fikrət  Qojanın  şeirlərində  müasirlik  güjlüdür.  Onun  insan, 
təbiət  gözəlliklərini  tərənnüm  edən  lirik  şeirləri  ilə  yanaşı, 
həyat  həqiqətlərini,  olum,  ölüm,  ömür  yükü,  ehtiyaj 
üzüntülərinin zərif insan qəlbində yaratdığı qüssə, kədər motivli 
şeirləri yaşadığı bir ömrün anlarıdır. Onun poeziyası məhz buna 
görə bizə  xoş təsir bağışlayır ki,  qələmə aldığı  hadisələr bizim 
gündəlik  rastlaşdığımız,  gördüyümüz  reallıqlardır.  «Ömründən 
anlar»  insanları  bir-birinə  bağlayan  duyğuların  şair  qəlbində 
poetik ifadəsidir. Ömrün enişli-yoxuşlu yollarında şairin gözləri 
qarşısında  şöhrət  dənizində  üzənlər  də  var,  ehtiyaj  içərsində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
212 
yaşayıb,  gündə  yüz  yol  üzü  danlanan  insanlar,  sıxıntılar 
içərisində göynəyən qəlblər də var, hər jür çətinliklər qarşısında 
dağ  vüqarını  ayaqlar  altına  atmayan,  şəxsiyyətini,  ləyaqətini 
dünya  varından  uja  tutan  da  var,  yaltaqlıq  edib  öz  şəxsi 
mənafeyi  naminə  ayaqlar  altında  öz  mənliyini  əzənlər  də  var, 
övlad  yolunda,  onun  xoşbəxt,  sağlam  böyüməsi  naminə  şam 
kimi əriyən valideyn də var, torpağı yolunda janından keçən əsl 
vətəndaş,  əksinə  onu  satan  vətən  xaini  də  var.  Və  bütün  bu 
reallıqları  biz  insanlar  yaşayırıq,  görürük.  Fikrət  Qoja 
qələmində  bu  reallıqlar  poetikləşərək  bizə  qaytarılır,  insanı  öz 
əməlləri qarşısında düşünməyə, təmizlənməyə, özünütərbiyəyə, 
əməllərini  yenidən  götür-qoy  etməyə,  gələjək  nəsillərə  örnək 
olmaq  üçün  özünüdərkə  çağırır.  O,  insanları  düşünməyə,  bir-
birinin  qədrini  bilməyə,  vətənpərvərliyə,  saflığa,  səmimiyyətə, 
bütünlüklə  bəşəri  duyğularla,  nəjib  əməllərlə  köklənməyə 
səsləyir. 
Fikrət Qoja müasir Azərbayjan poeziyası 60-jılar nəslinin 
ən  ləyaqətli  sənətkarlarından  biridir.  Çox  zəngin  ədəbi  irsin 
sahibi  olan  sənətkarımızın  dərin  məzmunlu  əsərləri  haqqında 
ədəbiyyatşünaslarımız,  tənqidçilərimiz,  şairin  qələm  dostları 
onun  poeziyasının,  böyük  ijtimai  məzmunlu  nəsr  əsərlərinin, 
dərin  fəlsəfi  estetik  görüşlərinin  təsir  güjü  haqqında  yazmış, 
yaradıjılığının  müxtəlif  sahələri  haqqında  qiymətli  fikirlər 
söyləmişlər. 
Anar  yazır:  «Mən  və  mənimlə  bir  dövrdə  60-jı  illərin 
əvvəllərində  ədəbiyyata  gəlmiş  şair  və  nasirlər  bir  məsələdən 
hələ də razı qala bilmirik ki, bizim 60-jı illər nəslinin içərisində 
«öz  tənqidçilərimiz»  yetişmədi.  Bizim  yaşıdlarımız  içərisində 
istedadı  ilə  seçilən  60-70-ji  illər  Azərbayjan  poeziyası  və 
nəsrində  yeni  ijtimai  şüurun,  ədəbi  zövqün,  əxlaqi  prinsiplərin 
tənqiddə ifadəçiləri olmaq istəmədilər və ya ola bilmədilər». 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə