Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə55/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
217 
qədrini 
bilməyə 
çağırır 
millətini, 
torpağını 
sevənləri-
Azərbayjan vətəndaşını! 
Fikrət  Qojanın  ədəbiyyata  gəldiyi  illər  Azərbayjan 
nəsrinin  sürətlə  inkişaf  etdiyi  bir  dövr  idi.  Müharibə,  onun 
dəhşətləri,  xalqların  faşizmə  qarşı  nifrəti,  müharibəyə  düçar 
olan  torpaqlarda  faşizmə  qarşı  aparılan  partizan  hərəkatı,  ön 
jəbhə, arxa jəbhədə olan insanların fajiəli həyatı, qələbəyə inam 
üstündə  köklənmiş  xalqların  dəyanəti,  əzmkarlığı  və  s. 
mövzular  bu  illərdə  yaranan  nəsr,  şeir,  dram  əsərlərinin  əsas 
mövzularını təşkil edirdi. 
Azərbayjan  nəsri,  Azərbayjan  hekayəsi  öz  rəngarəngliyi 
ilə diqqəti jəlb etmişdir. M.Hüseyn, M. İbrahimov, İ.Hüseynov, 
Ə.Məmmədxanlı,  Mir  Cəlal,  Ə.  Ələkbərzadə,  Ə.Vəliyev, 
İ.Şıxlı,  İ.Əfəndiyev,  İ.Hüseynov  və  b.  adını  çək-mədiyimiz 
onlarla  nasirimiz  jəmiyyətdə  baş  verən  hadisə-ləri,  yenilikləri 
özündə əks etdirən gözəl nəsr nümunələri yaratmışdılar. 
Fikrət  Qojanın  «Qoja  söyüd  də  yıxıldı»,  «Bir  gejə»  və 
başqa  hekayələri,  «Dəniz  altındakı  xatirələr»,  «Qar  əriyir», 
«Mavi  dünyanın  adamları»  povestləri,  həmçinin  «Taleyin  ağır 
taleyi» romanı… psixoloci səpkidə yazılmış əsərlərdir… 
Ümumiyyətlə,  F.  Qojanın  nəsr  əsərlərində  belə  bir  xətt 
daha  qabarıq  nəzərə  çarpır:  müasir  dövr  keçmişlə  üz-üzə 
qoyulur,  burada  qarşılaşdırma  yox,  sadəjə  olaraq  ayrı-ayrı 
dövrlərin və hər dövrün yetirməsi olan insanların psixologiyası 
araşdırılır. 
F.Qojanın  nəsr  əsərlərinin  hər  biri  zərurətdən  yaranıb.Və 
həyatda  baş  verən  bu  prosesləri  anjaq  nəsr  dili  ilə  vermək 
olardı.  
Nizami Cəfərov yazır: «Bizdə ədəbi inkişaf elədir ki, nəsr 
təfəkkürü  ardıjıl  olaraq  şeir  təfəkküründən  qidalanır.  Lakin 
Fikrət  Qojanın  poetik  marağı  elədir  ki,  bir  sıra  hallarda  nəsr 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
218 
materialına da nüfuz edir, poeziyada nəsr kökün-də də düşünür, 
eksperimentlər  aparır,  bütün  eksperimentlər  isə  əsas  bir 
məqsədə-klassik  normativliyi  zədələmədən  şeir  təfəkkürünün 
hüdudlarını genişləndirmək məqsədinə xidmət edir» 
Fikrət  Sadıq  gənj  yaşlarından  şeirə,  ədəbiyyata  həvəs 
göstərmiş,  şeirlər  yazmış,  univesitetdə  oxuduğu  illərdə  mət-
buatla  yaxından  əlaqə  saxlamış,  universitetin  nəşriyyatının 
buraxdığı  almanaxlarda  şeirləri  ilə  çıxış  etmiş,  60-jılar 
nəslindəndir. 
  İlk  şeri  1946-jı  ildə  Bakıda  «Azərbayjan  gənjləri»  qə-
zetində  dərj  olunan  «Bahar»  şeri  idi.  «Cığır»  (1963),  «Ömrün 
bir  günü»  (1965),  «Dəniz  küçəmizə  gəlir»  (1968),  «Sevgi  ya-
ğışı»(1970),  «İşığın  yaşı»  (1974),  «Ağ  jığır»  (1979),  «Yerdən 
göyə  ümid»  (1981),  «Məndən  soruşsalar»  (1985),  «Dünya  öz 
işindədir»  (1989),  «Seçilmiş  əsərləri»  (1991),    «İşlə  ev  ara-
sında»  (1997),  «Gözlədiyim  ömür»,  «Taleyin  ajığına»  (2003) 
və s. kitabların müəllifidir. 
Sonrakı illərdə şair bütün ömrünü yaradıjılığına bağlamış, 
otuzdan  çox  kitab  nəşr  etdirmişdir.  O,  nəsr  sahəsində  də 
qələmini  sınamış  «Xırdaja  gəlin»,  «Daş    balkon»,  «İlk  mə-
həbbət  haqqında  daha  bir  hekayə»,  «Sinif-sinif  oyunu»  və  s. 
hekayələrini yazmışdır.  
Fikrət  Sadıq  qələmini  publisistika  sahəsində  də  sınamış 
uğurlu nətijələr əldə etmişdir. Belə ki, onun yazıdığı bu ədəbi-
bədii  publisistik  yazılar  ədəbiyyatımızın  düzgün  inki-şafı 
məsələlərilə,  bir  çox  sənətkarların  ədəbi-bədii  yaradığıjı-lığı 
haqqında  dəyərli  fikirlərlə  zəngindir.  «Məmməd  Araz-dan 
yeddi  söz»,    «Müşfiqin  işığında  yol  getmək  olar»,  «Adı-nı  de, 
səni  tanıyım»,  «Ümmandan  damla»,  «Rəsul  Rza»,  «Vətənə 
qayıt», «Balaş Azəroğlu», «Xəlil Rza kimdir?»,  «Söz haqqında 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
219 
söz», «Təbiəti qoruyun» kimi  çoxlu sayda publisistik yazıların 
müəllifidir. 
Uşaqlar  üçün    bir-brindən  mənalı  əsərlər  yazmışdır.  O, 
«Cırtdan  hara getmişdi» (1970),  «Bala kirpi» (1972),  «Göy-də 
nə var» (1978), «Göydən alma düşmədi» (1982), «Gəlin dənizi 
yuyaq»  (1988),  «Şeirli  əlifba»  (1988),  «Bir  parça  və-tən» 
(1998)    kitabları  ilə  uşaq  ədəbiyatını  daha  da  zənginləş-
dirmişdir. «Yumaq top» Bakıda Kukla teatrında, «Bir parça və-
tən»-Bakıda,  Gənj  Tamaşaçılar  teatrında,  «Oğul»-Şamaxıda, 
«Biri  vardı,  biri  yoxdu»-(Alp  Ağuz)  Lənkəranda  tamaşaya 
qoyulmuşdur.»İçəri 
şəhər», 
«Naxçıvan-50», 
«Süleyman 
Rüstəm» sənədli filmlərinin «Cırtdanın yeni sərgüzəştləri» jizgi 
filminin ssenarilərini yazmışdır. 
Şairin  əsərləri  dünyanın  bir  çox  dillərinə  də  tərjümə 
edilmişdir.  «Raneniye  doma»  (1970),  «Veçernaya  pesnya» 
(1974),  «Semisvetni  klubok»  (1981),  «Nadecda  ot  zemli  do 
neba» (1995), «Belaya tropa» (1995), Ukrayna, rus, belarus, es-
ton,  litva,  qazax,  özbək,    majar  və  digər  dillərdə  tərjümə 
olunmuş şeirlərin müəllifidir. 
Fikrət  Sadıq  Rəsul  Rza  məktəbinin  layiqli  davamçısı  və 
özündən  sonra  gələn  qələm    sahiblərinə  bu  şəffaf  yolun 
bənzərsizliyini aşılamış qələm sahibidir.  
Əli  Kərimin  oricinal  yaradıjılıq,  deyim,  üslub  tərzi    var. 
«Azərbayjan»  curnalında  ədəbi  işçi  kimi  əmək  fəaliyyətinə 
başlayan şair, ömrünün sonunadək bu curnalda işləmiş, poeziya 
şöbəsinə  rəhbərlik  etmiş,  az  ömrünü  ədəbi-bədii  yaradıjılığa 
həsr  etmişdir,  50-60-jı  illər  poeziyasının  inkişafın-da  xüsusi 
xidmətləri var. 1948-ji ildə «Azərbayjan pioneri» qəzetində çap 
edilən  «Təzə  müəllim»  şeiri  ilə  ədəbiyyata  gələn  Əli  Kərimin 
ilk  kitabı  1958-ji  ildə  Azərbayjan  ədəbiy-yatı  dekadası 
münasibətilə  Moskvada  buraxılan  «İki  sev-gili»  kitabıdır.  «İlk 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
220 
simfoniya»  (1957)  poeması  1957-ji  ildə  Moskvada  keçirilən 
tələbə və gənjlərinVI Ümumdünya fes-tivalında mükafata layiq 
görülüb. «İki  sevgi» (1960),  «Hə-mişə  səfərdə» (1963),  «Qızıl 
qanad»  (1965),  «Qaytar  ana  borjunu»  (1970),  «Uşaqlar  və 
ulduzlar»  (1971),  «Səfərdən  sonra»  (1972),  «Pillələr»  (1978) 
kitabları  nəşr  olunub.  Ölü-mündən  sonra  «Seçilmiş  əsərləri»  2 
jilddə  (1974-1975),    «Qayıt»  (1983)  kitabları  çap  olunub. 
«Həyat  faktlarına  xüsusi  poetik  yanaşma,  onlar  üçün  xüsusi 
poetik mühit yaratmaq üsulu» onun həm lirik, həm də irihəjmli 
əsərlə-rində  əsas  olduğu  bildirilir.  Müharibə  mövzusunda 
yazdığı  əsərlərdə,  ürəyəyatımlı  uşaq  şeirlərində  də  bu  əsasdır. 
Əli  Kərimin  nəsrində də   Əli  Kərim özünəməxsusluğu əsasdır. 
Onun həm nəsrində, həm də poeziyasında mövzu rəngarəngliyi, 
sənətkarlıq keyfiyyətləri yüksəkdir.  
Xalq şairi Qabil ədəbiyyatımıza müharibədən sonra gəlib. 
Onun  şeirlərində  «vətəndaş  hissiyyatı,  vətəndaş  qüru-ru» 
əsasdır.  Qabil sözünü  birbaşa,  müstəqil deyən,  düşün-düklərini 
söyləyən  şairdir.  O,  poeziyamıza  gəldiyi  gündən  şeirləri  ilə 
hay-küysüz, sakit, təmkinli, həlim, zərif və xəfif bir poetik titrə-
yiş gətirmişdir.  
Təbiət,  onun  nemətləri  haqqında  («Gül  bayramı»,  «Şofer 
və  sükut»,  «Qara  şanı»,  «Bir  bülbül  oxuyur»  və  s.),  gözəl 
poetik deyimləri, çörəyə, anaya,  vətənə səjdə edən şairin bu üç 
məfhumda    kainatı,  həyatı,  yaşamağı,  namus  və  qeyrəti» 
gördüyünü  ifadə  etdiyi  (  «Yer  oğlu»,  «Mənim  romantikam», 
«Pullar  və  düşünjələr»,  «Azad  nəfəs»  və  s.)  şeir-ləri  bir  daha 
aydın göstərir ki, Qabil sənətkardır. Onun «Sə-hər açılır». «Bol 
məhsullu  tarlada»,  «Sahil  işıqları»,  «Mənim  mavi  Xəzərim», 
«Nəsimi»,  «Nağaraçı»,  «Təmizlik»,  «Rü-bailər»  kimi  30-a 
qədər kitablarında toplanan əsərləri  hü-dudsuz müşahidələrinin 
məhsuludur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə