Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə50/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   46   47   48   49   50   51   52   53   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
197 
«müasir insanın psixologiyasını, hisslər, düşünjələr və duyğular 
aləmini  yüksək  bədii  formalarda  ifadə  edərkən  həmişə  vətənə, 
ana  torpağa,  doğma  xalqa»  arxalanmaqda,  «onun  poetik 
düşünjələrinin  joğrafi  sərhədlərinin  və  imkanlarının  çox  geniş 
və  zənginliyində»  görürlər.  Şairin  bütün  yaradıjılığının  ruhunu 
təşkil edən yüksək reallıq və müasirlik, güjlü vətənpərvərlik və 
xəlqilik,  dərin  beynəlmiləlçilik  ideyalarıdır  və  bunlar  zəngin, 
injə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır.  
Sülh,  azadlıq  və  demokratiya  uğrunda  mübarizə  Balaş 
Azəroğlunun  yaradıjılığında  geniş  yer  tutur.  Şair  bu  mövzunu 
həmişə vətən və xalq anlayışı ilə vəhdətdə götürür, onu Cənubi 
Azərbayjan  xalqının  azadlığı  məsələləri  ilə  əlaqələndirir.  Ona 
görə də şairin  bu  mövzulu əsərlərində  yürüdülən  hər  bir  fikrin 
arxasında  azadlıq  uğrunda  mübarizə  aparan  xalqının  təfəkkür 
tərzi dayanır». 
Susub qızıl olmaqdansa 
Danışıram. 
Gümüş nədir 
Qoy dəmir olsun qiymətim. 
Nə qədər ki, 
Xalqım,  
Vətənim, 
Həqiqətim, 
Təpiklər altındadır, 
Mən nejə alışmayım! 
Mən nejə danışmayım! 
XX  əsrin  ən  xarakterik  hadisələrinə,  Afrika  xalqlarının 
əldə  etdiyi  istiqlaliyyətə,  Əljəzair  xalqının  uzun  illər  davam 
edən  mübarizəsi  ilə  yanaşı,  şah  üsul-idarəsinə,  müstəmləkəçi 
imperializmin  məhvi  naminə  ömrü  boyu  mübarizə  aparan 
jənubi  azərbayjanlılarımızın  taleyinə,  İran  qoşunları  altında 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
198 
təhqir  və  təzyiqlərə  məruz  qalan,  fars  dilində  danışmağa, 
yazmağa, oxumağa məjbur edilən millətinin fajiəsinə göz yuma 
bilmir. Yarı qəzəb, yarı nifrət, yarı əzab, yarı dərd, qəm, qüssə, 
göz  yaşları  içində  olan  xalqının  bugünkü  taleyi-nə-sərhədləri 
kimi,  adı,  milləti  də  farslaşdırma  siyasətinə  qurban,  İranın  bir 
«məhəlləsi»nə  çevrilməkdə  olan  Cənubi  Azərbayjan    taleyinə 
dözmür.  
İndi dilimiz «məhəlli»: 
Nəğməmiz «məhəlli», 
Özümüz «məhəlli» olmuşuq, 
Nizamisi dünyaya sığmayan, 
Bir xalq 
Bir məhəlləyə dolmuşuq! 
Bir həddinə bax zülmün, 
Gör nə günə qaldı 
Bütün İrana məşrutə verən 
Sərdarın nəvəsi! 
Bax, budur 
İyirminji əsrin  
Ən böyük fajiəsi! 
«Elə  oğul  istəyir»  şeiri  kimi,  «Savalan»,  «Körpə  müğən-
ni»,  «Eşidin  dünyanın  səsini»,  «Fədakarlıq»,  «Dəniz  olmaq 
istəyirəm»  və  s  şeirlərində  də  şair  vətənini  düşünür,  sabahına 
ümidini  itirmir.  «Araz  çayının  üstündə  salınmış,  bir  ayağı 
Cənubda, bir ayağı Şimalda olan qərib bir körpü obrazında şair 
vətən  məfhumunu  ümumiləşdirir».  Beynəlmiləlçilik,  xalqlar 
dostluğu («Berlin»,  «Marselin taleyi, Reyxs-taq»,  «Almaniya», 
«Eşidin  dünyanın  səsini»,  «Dağ  seli  və  daşlar»),  təbiət  lirikası 
(«Dağlar»,  «İki  Araz»,  «Bahar  gəlir»,  «Göy  göl»,  «Bənövşə», 
«Buludlar»,  «Günəşin  qürub  çağı»,  «İldırım  və  dəniz», 
«Yarpaqlar  töküləndə»  və  s.),  tə-lim-tərbiyə,  sənət  və 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
199 
sənətkarlıq  məsələləri  («O  şeiri  kim  ya-xajaq»,  «Romantika», 
«Şeir var ki», «Əsl şair», «Süleyman Rüstəm») onun əsərlərinin 
əsas mövzusunu təşkil edir.  
Klassik  ənənələrə  yaradıjı  şəkildə  yanaşan,  inkişaf 
etdirən, heja və sərbəst vəznin ən oynaq şəkillərindən «ustalıq-
la»  istifadə  edən  Balaş  Azəroğlu  yaradıjılığının  böyük  bir 
hissəsini  poemaları  təşkil  edir.  «Bakı  səfəri»  əsəri  ilə  Cənubi 
Azərbayjan    şeirində  realist  və  müasir  poema  canrının  əsasını 
qoymuşdur.  «İtmiş  qız  haqqında  dastan»,  «Bir  məhbusun 
gündəliyindən»,  «Mənim  jəbhə  dostlarım»,  «Hafizin  qəbri 
üstündə»,  «Ərəb  oğlu»,  «İlk  məktub»  poemalarında  «sülh, 
demokratiya  uğrunda  mübarizə  ideyaları,  azadlığa,  dostluğa 
çağırış  sədaları»,  «Ərəb  oğlu»,  «Əljəzairli  qardaşıma» 
poemalarında  imperializmin  müstəmləkəçilik  siyasəti,  azadlıq 
uğrunda  mübarizə  aparan  xalqların  dönməz  iradəsi  real 
səhnələrlə  təsvir  olunur.  Tənqidçilər  Balaş  Azəroğlu  ya-
radıjılığının  «əsas  ruhunu»,  «siyasi  kəskinlik,  inqilabi  pafos, 
gələjəyə güjlü inam, yüksək vətənpərvərlik və beynəlmiləlçilik, 
həyatın obrazlı və real təsviri» təşkil etdiyini bil-dirirlər.  
Ömür-gün  yoldaşı  Mədinə  Gülgün  Cənubi  Azərbayjanda 
gedən  milli-azadlıq  hərəkatının  yetirməsidir.  Uşaqlığından 
çəkdiyi  əzab-əziyyətlər,  həm  jismani,  həm  də  mənəvi  əzablar 
onu mübarizə yolunda mətinləşdirib. İjtimai-siyasi həyatda baş 
verən  hadisələr,  demokratik  ruhlu  qüvvələrin  fəalliyətə 
başlaması    onun  sabaha  inamını  artırıb.  «Azərbayjan», 
«Demokrat»,  «Günəş»,  «Vətən  yolunda»  və  s.  curnallarda 
«Gülgün»  təxəllüsü  ilə  şeirlərini  çap  etdirib.  Mübariz 
çıxışlarına 
qarşı 
mürtəje 
qüvvələr 
fəallaşıb. 
Onla-rın 
hüjumundan  qorxmayan  gənj  şairə  inqilabi  mübarizəyə  çağırış 
ruhlu şeirlər yazmaqda davam edib.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
200 
M.Gülgün  1945-ji  ildə  ölkədə  fəaliyyət  göstərən 
Azərbayjan  Demokrat  firqəsinin  sıralarına  daxil  olur. 
«Azərbayjan»  qəzeti  redaksiyasında-Təbrizdə  nəşr  olunan  re-
daksiyada  çalışır.  Şimali  Azərbyajan  ədəbiyyatının  yorulmaz 
təbliğatçısına  çevrilir.  1946-jı  ildə  inqilabi  fəaliyyətinə  görə 
«21  Azər  medalı»  ilə  təltif  olunur.  Lakin  tezliklə  şah  xariji  və 
daxili  irtijaçıların  köməyi  ilə  demokratik  hərəkatı  süquta 
uğradır,  onun  fəallarına  divan  tutulur,  güllələnən,  dara 
çəkilənlər  çox  olur.  Şimali  Azərbayjana  da  gələnlər  olur. 
Mədinə  Gülgün  də  onlardan  biri  idi.  Keçən  əsrin  50-ji 
illərindən  Azərbyajan  şeirinin  ən  gözəl  nümunələrini  yara-dan 
M.Gülgün  milli  azadlıq  hərəkatının  genişləndiyi  bir  zamanda 
və İkinji Dünya müharibəsi dövründə ədəbiyyata gələn, Şimali 
Azərbayjana  mühajirət  etməsiylə  yaradıjılığında    yeni  dövr 
açılan  istedadlı  qələm  sahibidir.  Onun  yaradıjılığında  Cənubi 
Azərbayjan,  onun  azadlıq  uğrunda  mübarizəsi  əsasdır. 
«Təbrizin  baharı,  «Savalanın  ətəklərin-də,  «Sübhün  səsi», 
Yadigar  üzük»,  «Pərvanə»,  «Təbriz  qı-zı»,  «Günlər  və  xatirə-
lər»,  «Dənizin  sahili  var»,  «Çinar  olaydı»,  «Xatirələrimin 
nəğməsi», «Dünyanın Sabahı», «Ar-zu da bir ömürdür», «Yora 
bilməz  yollar  məni»,  «Ömrə  yel-kən  ümidlərim»,  «Ömrün 
payız dayanajağı» və s kitabların müəllifidir. 
 Dilimizin  bütün  imkanlarından,  janlı  xalq  dilindən 
bajarıqla  istifadə  edən  M.Gülgün  gənjliyindən  əlində  qələm 
azadlığı,  müstəqilliyi  tərənnüm  edib.  M.Gülgün  istər  əvvəlki  
dövr,  istər  sonrakı  dövrlərdə  yazdığı  əsərlərdə  «Cənubi 
Azərbayjanda  yaşayan  ana  və  bajılarının,  qardaşlarının  dili  ilə 
yanaşı,  dünyanın  başqa  məhkum  xalqlarının  taleyi  ilə  də 
maraqlanır.  Şairə  Bakını,  Azərbayjanı,  onun  insanlarını 
tərənnüm  edir,  dünyanın  taleyini  düşünür,  əzilənlərin,  təhqir  
olunub  zindanlara  salınanların  dərdinə  şərik  olur,  xoş  dövran 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə