Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə43/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
169 
ideyasının da əsas olması,  müxtəlif xalqları istismarçılara qarşı 
bir  jəhbədə  birləşdirən  «qüvvə»  sadə  xalq  nümunələrini  öz 
müqəddarlarını 
özləri 
həkk 
etmək 
arzusu, 
istismarçı 
boyunduruğundan  qurtarmaq  ehtirası  bu  romanın  bədii 
məziyyətləri  kimi  qiymətləndirilir.  Klassik  və  müasir 
ədəbiyyatın mühüm problemlərinə dair yazdığı qiymətli ədəbi-
tənqidi məqalələri,  müasiri olan yazıçıların yaradıjılığına, eləjə 
də, ümumilikdə ədəbiyyatımızın inkişafı üçün əhəmiyyətli olan 
məqalələrində 
klassik 
irsə, 
şifahi 
xalq 
ədəbiyyatına, 
dramaturgiyaya  münasibəti,  povest,  roman,  şeir,  poeziya 
haqqında  mülahizələri  yazıçı  M.Hüseynin  dövrünün  əsl 
sənətkarı olduğuna sübutdur. 
Ədəbiyyatımızın,  mədəniyyətimizin  inkişafında  böyük 
xidmətləri  olan  sənətkarlardan  biri  də  Mirzə  İbrahimovdur.  O 
həm  xalqımızın  milli  şüurunun  inkişafında,  xalq  maarifinin 
çiçəklənməsində, 
inkişafında
həm 
də 
ədəbiyyatımızın 
inkişafında müstəsna xidmətlərə malik Azərbayjanın  görkəmli 
şəxsiyyətləri  sırasındadır.  Böyük  ijtimai  xadim,  yazıçı, 
ədəbiyyatşünas  alim  Mirzə  İbrahimov  «Böyük  demokrat» 
(1939),  «Həyat  və  ədəbiyyat»  (1947),  «Azərbayjan    dili» 
(1957),  «Sarı  sim»  (1958),  «Xəlqilik  və  realizm  jəbhəsindən» 
(1961),  «Gözəlliyin  qanunu  ilə»  (1964),  «Aşıq  poeziyasında 
realizm»  (1966),  «Ədəbi  qeydlər»  (1970),  «Tufanlara  kömək 
edən qələm» və b. elmi-nəzəri əsərlərin müəllifidir. 
Azərbayjan    ədəbiyyatının  inkişafında  böyük  rolu  olan 
Mirzə İbrahimov yaradıjılığının ilk illərində xırda şeirlər yazsa 
da, nəsrə-roman, povest, hekayə, dramaturgiyaya, eləjə də elmi 
sahəyə  daha  çox  həvəs  göstərmişdir.  İlk  hekayələri  «Zəhra», 
«Mələk»  onun  bu  sahədə  istedadını  üzə  çıxarır.  «Cənub 
hekayələri»ndə  dərin  həyati  müşahidələri  «sənətkar  ilhamı  və 
müasir yazıçı tendensiyası» tənqidçilərin diqqətindən yayınmır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
170 
«Cənub  hekayələri»ndə  toplanmış  əsərlərində  «ümumxalq 
hərəkatının  tarixi  kökləri,  sevinjli  və  kədərli  anları,  onun  təsir 
güjü  xüsusi  ilhamla»  verildiyi,  Azadın  («Azad»  hekayəsi) 
simasında  «əldə  etdiyi  nailiy-yətləri  qorumaq,  müdafiə  etmək 
uğrunda  mübarizə  aparan  və  bu  yolda  on  minlərlə  Təbriz  və 
zənji  fədailərinin»  obra-zının  ümumiləşdirildiyi,  azadlıq 
hərəkatının  xalq  üçün  müqəddəsliyi  əsasdır.  M.İbrahimovun 
«Cənub  hekayələri»nin  başlıja  məziyyətlərindən  biri  xalqın 
vahid  məqsəd  uğrunda  birgə  fəaliyyətini,  xalqlar  dostluğunu 
konkret  faktlarla  tərənnüm  etməsidir.  Bu  jəhət  bütün 
hekayələrin əsas  məziyyətidir.  Hekayə qəhrəmanlarından   olan 
inqilabçı 
müəllim 
Azər 
komissara 
Hitler 
faşizminin 
dəhşətlərindən,  Cənubi  Azərbayjan  xalqının  azadlıq  uğrunda 
apardığı mübarizənin əbədiliyindən danışır» (A. Abasov). 
Cənub  mövzusunda  yazdığı  ən  irihəjmli  «Gələjək  gün» 
romanı  «son  dərəjə  tipik  real  və  janlı  materiallarına,  xəlqi 
dilinə, güjlü ideya istiqamətinə, kamil və zəngin surətlər aləmi 
və  inqilabi  pafosuna  görə»  digər  jənub  mövzusunda  yazılmış 
əsərlərdən  fərqli  olduğu  bildirilir:  «Romanda  40-jı  illərdə  Rza 
şah  Pəhləvinin  daxili  və  xariji  siyasət  aləmindəki  mühafizəkar 
mövqeyi,  yürütdüyü  ikiüzlü  siyasət,  fars  olmayan  millətlərə 
tutduğu dəhşətli divanlar, xüsusilə də yerli feodalların satqınlığı 
üzündən İranın İngiltərə, Amerika, Almaniya kimi iri kapitalist 
dövlətlərin  əlində  oyunjağa  və  kəşfiyyat  mərkəzinə  çevrilməsi 
inandırıjı  faktlarla»  təsvir  olunduğu,  «qırğınlar,  sürgün,  dar 
ağajı  və  həbsxanalar  yuvası  İran  ağır,  ziddiyyətli  və  böhranlı» 
yaşa-dığı  günlərin  təsviri,  müəllifin  dərin  ümumiləşdirmələr 
yolu  ilə  gedərək  «Rza  şah  üsul-idarəsinin  dəhşətlərinə  boyun 
əy-mək istəməyən İran zəhmətkeşlərinin azadlıq hərəkatını zən-
gin  tarixi  faktlar  və  real  səhnələrlə»  verdiyi  dəyərləndirilir  və 
«romanın  ideya-mövzusu  ilə  bağlı  olan,  son  dərəjə  tipik, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
171 
müxtəlif və maraqlı hadisə, əhvalat və vəziyyətlərin» əsər boyu 
iki  əsas  xətt  üzrə  «işgənjələr  yuvası  İranın  və  onun  zəhmət 
adamlarının  ağır  həyatının  təsviri  və  inqilabi  müba-rizəsinin-
xalq  hərəkatının  tərənnümü»  üzrə  davam  və  inkişaf  etdirildiyi 
bildirilir.  İranda  xalqın  çar  üsul-idarəsinə  Amerika-ingilis 
imperializminə  qarşı  mübarizəsini  geniş  planda  təsviri  verilən 
M.İbrahimovun  «Gələjək  gün»  romanı  ədəbi  tənqidin 
diqqətində  idi.  «Gələjək  gün»  romanında  mübarizənin  bir 
qütbündə  «zəhmətkeş  xalqın  nümayəndəsi-Firidun,  Rza 
Qəhrəmani,  Kürd  Əhməd,  Kərimxan  Azadi  durduğu,  «digər 
qütbündə  şah  üsul-idarəsinin  nümayəndələri-Hikmət  İsfahani, 
Sərhəng, 
Səfayi, 
amerikan-ingilis 
imperializminin 
nümayəndələri-Mister  Tomas,  Mister  Harold  və  alman 
faşizmini  təmsil  edən  Fon  Valter»in  dayandığı,  yazı-çının 
«inqilabi  mübarizənin  getdikjə  xalq  kütlələrinin  geniş 
təbəqələrini  daha  çox  əhatə  etdiyini  qüdrətli  nümayiş» 
etdirdiyini qeyd edirlər. 
 Belə  bir  möhtəşəm  tarixi  əsərdən  sonra  Mirzə  İbrahi-
movun  müasir  mövzuda  yazılmış  «Böyük  dayaq»  əsərində 
kənddə  gedən  qurujuluq  işləri,  təsərrüfatları  idarə  edən  rəh-
bərliyin  fəaliyyəti,  kənd  təsərrüfatının  inkişafı  dövründə 
«dövrlərin  xarakterinə  uyğun  inkişaf  yolları  və  üsullarının 
ildən-ilə  təkmilləşmə  prosesi  keçməsi  və  bu  qanunauyğun-
luğun  dərk  olunmasının  idarəetmə  işində  əhəmiyyəti,  əxlaq  və 
tərbiyə  məsələlərində  əmələ  gələn  yenilik  və  ona  köhnə 
təsəvvürlərlə  yanaşmağın  zərərli  nətijələri»  romanın  sücet 
xəttinə  daxil  olan  məsələlərdir.  Mirzə  İbrahimovun  yarat-dığı 
Rüstəm  kişi  surəti  ilə  Böyük  Vətən  müharibəsi  illərində  qanlı 
döyüşlərdə  mərdliklə  vuruşan,  bu  döyüşlərdən  üzüağ  çıxan, 
gözəl ailə başçısı, gözəl təsərrüfat rəhbəri, sadə, prinsipial, xalq 
malına sədaqətli, xalqının malını göz bəbəyi kimi qoruyan, əyri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
172 
əməllərdən  uzaq,  məğrur,  öz  güjünə,  qüvvəsinə,  özünə 
arxalanan,  bütün  ziddiyyətləri  ilə  verilən  mükəmməl  obraz 
yaratmışdır.  Əsərdə qoyulan problemlər,  müasir  həyatımızdakı 
ziddiyyətli  məqamlar,  zamanın  tələblərinə  uyğun  gəlməyən 
köhnə təsəvvürlərin işimizə vurduğu ziyanların təsviri, tipik və 
yaddaqalan  surətlər  «Bö-yük  dayaq»  romanının  üzərində 
yazıçının məsuliyyətlə işlədiyini göstərir. 
Onun  ən  mükəmməl  romanlarından  biri  olan  «Pərvanə» 
də  rus-bolşevik  qoşunların  Azərbayjana  gəlməsinə    qədər olan 
dövrdə  baş  verən  hadisələrdən  bəhs  edir.  Azərbayjanın  İran, 
Türkiyə,  Rusiya,  Qərbi  Avropa  ölkələri  arasında  «körpü 
olması»,  «iri  dövlətlərin  kəşfiyyat,  diplomatik  danışıqlar  və 
hərbi  toqquşmalar  mərkəzinə  çevrilməsi»  məsələləri  əsərdə 
müəllif tərəfindən qoyulur. Bu əsər «xalq tarixinin ən böyük və 
mürəkkəb  bir  mərhələsini»  əks  etdirmiş  olduğu  fikrini  irəli 
sürürlər.  
Mirzə İbrahimovun «Kəndçi qızı» (1962), «Yaxşı Adam» 
(1965), «Közərən ağajlar»(1967), «Don Cuan və yaxud bəşərin 
komediyası» (1978) kimi dram əsərləri onun zəngin dramaturci 
qabiliyyətindən xəbər verir. 
Elmi-nəzəri,  publisistik  fəaliyyəti  yaradıjılığının  bir 
hissəsidir.  Üzeyir  Hajıbəyovun  həyat  və  fəaliyyətindən  bəhs 
edən  «Tufanlara  kömək  edən  bir  qələm»  və  digər  («Yol  üs-
tündə  düşünjələr»,  «Mənim  respublikam»,  «Günəş  yurdu», 
«Sülh-bərabərlik,  birlik»,  «Həyat  dəyişir,  insan  dəyişir», 
«Kəndin  qabaqjıl  adamları»)  oçerkləri  bu  gün  də  yüksək  bədii 
və idraki əhəmiyyətini saxlayır. 
Azərbayjan    ədəbiyyatı  tarixinin  yaradılmasında  böyük 
xidmətləri  olan  Mirzə  İbrahimov  üçjildlik  «Azərbayjan  
ədəbiyyatı tarixinin» (1957), İkijildlik «Azərbayjan  ədəbiyyatı 
tarixi»nin (1967), «Azərbayjan  klassik ədəbiyyatı kitabxanası» 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə