Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər



Yüklə 315,22 Kb.
səhifə7/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər:

Kvemo Kartli regionu



  • Dağ kanal suvarma sisteminin magistral kanalı, I və başqa növ paylayıcılar və daxili təsərrüfat şəbəkəsinin reabilitasiyası –Marneuli bələdiyyəsi, Beytərəbçi, Qasımlı, Kuşi, Baytallı, Ağammədli, Qaçağan, Təhlə kəndləri.

  • Marneuli şəhərində kanal-xramın paylayıcısının dəmir-beton halqalarla qurulmuş qalereyanın reabilitasiyası –Marneuli bələdiyyəsi, Talavari kəndi.

  • Yuxarı Samqorinin aşağı magistral arxının su ilə təchizatının təkmilləşdirilməsi məqsədilə Loçininin suvarma sisteminin baş tikilisinin bərpası-reabilitasiyası–Qardabani bələdiyyəsi, Qaçiani kəndi.

Kaxeti regionu

  • Aşağı Samqori suvarma sistemi zonasında qapalı boru kəmərlərinin qurulması –Saqareco bələdiyyəsi, Yarmuğanlı icması.

Şida Kartli regionu

  • Kaspi bələdiyyəsində yerləşən Gürcüstan Meliorasiya MMC-yə məxsus Xviti meliorasiya nasos stansiyasının xarici elektrik təchizatının təminatı –Kaspi bələdiyyəsi, Xviti kəndi.

Samsxe-Cavaxeti regionu

  • Axalkalaki bələdiyyəsində, Xospio kəndində yerləşən Almalo nasos stansiyasının xarici elektrik təchizatı –Axalkalaki bələdiyyəsi, Xospio, Qulikami, Çandura, Vaçiani və Diliska kəndləri.



III. Keyfiyyətli təhsilin əlçatanlığının təmin olunması və dövlət dili biliyinin təkmilləşdirilməsi

Təhsilin hər bir pilləsi etnik azlıq nümayəndələri üçün əlçatandır. Həmçinin etnik azlıqlar ana dilində təhsil almaq imkanı ilə təmin olunublar (Azərbaycan, erməni və rus dillərində). Gürcüstanda 298 qeyri-gürcüdilli kütləvi məktəb və 81 qeyri-gürcüdilli bölmə funksiya göstərir – o cümlədən, 118 azərbaycandilli, 131 ermənidilli, 49 rusdilli məktəblər. Eləcə də gürcü-Azərbaycan bölməsi -32, gürcü-rus bölməsi -42, gürcü-erməni bölməsi -10, gürcü-Azərbaycan-rus bölməsi -1, gürcü-rus-erməni bölməsi -1.

Hesabat dövründə Təhsil və Elm Nazirliyi etnik azlıqlar üçün keyfiyyətli təhsilin əlçatanlığını yüksəltmək məqsədilə fəaliyyətini davam etdirdi. Bu istiqamətdə bir neçə addım atıldı, xüsusilə “Erkən və məktəbəqədər tərbiyə və təhsil haqqında” qanun hazırlandı və təsdiqləndi; təhsilin əlçatanlığı üzrə vahid strateji sənəd “Cəmiyyətin inteqrasiyası üçün təhsil siyasəti” işlənib hazırlandı; qeyri-gürcüdilli məktəb pedaqoqlarının peşəkarlığının yüksəldilməsi və başqa məsələlərə diqqət ayrıldı.
Gürcüstan Təhsil və Elm Nazirliyi və onun səlahiyyətində olan ümumi hüquqi şəxslər hesabat dövründə müxtəlif proqramların və layihələrin həyata keçirilməsini davam etdirdilər.

“ Multikultural yay məktəbi" altproqramı çərçivəsində iki aktivlik həyata keçirildi: “Müəllimlər üçün multikultural yay məktəbi” və “Şagirdlər üçün multikultural yay məktəbi”. “Müəllimlər üçün multikultural yay məktəbi”ndə Gürcüstanın regionlarından (Kaxeti, Kvemo Kartli, Samsxe Cavaxeti) qeyri-gürcüdilli məktəblərin/bölmələrin 30 müəllimi və yüksək dağlıq qəsəbələrdə yerləşən kütləvi məktəblərdən 20 müəllim iştirak etdi. Pedaqoqlar üçün Bakurianidə 12 günlük yay məktəbi həyata keçirildi, hansı ki, həm mədəniyyətlərarası dialoqu təşviq edən treninqləri və interaktiv proqramları, həm də qeyri-akademik proqramları əhatə edirdi.

“Şagirdlər üçün multikultural yay məktəbi” – Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən təşkil olunmuş esse müsabiqəsi ilə 2015-2016 akademik ilin vəziyyəti əsasında seçilmiş, Gürcüstan regionlarının (Kaxeti, Kvemo Kartli, Samsxe Cavaxeti) qeyri-gürcüdilli məktəb və bölmələrin VIII, IX, X və XI siniflərin ən yaxşı nəticələri olan 30 şagirdi və Gürcüstanın yüksək dağlıq qəsəbələrində yerləşən kütləvi məktəblərin VIII, IX, X və XI siniflərin ən yaxşı nəticələr əldə etmiş 20 şagirdi iştirak etdi.
Bakurianidə şagirdlər üçün 12 günlük yay məktəbi təşkil olundu. Yay məktəbi mədəniyyətlərarası dialoqun inkişafına hədəflənmiş aktivliklərin həyata keçirilməsini nəzərdə tuturdu.

Gürcüstan Təhsil və Elm Nazirliyi:



  • “Valideynlərin təhsili və iştirakı altproqramı” həyata keçirildi ki, bu altproqramın strateji istiqamətlərindən birini valideynləri erkən nikah riskləri ilə tanış etməkdən ibarətdir. Qeyd edilmiş, altproqram BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilir. Altproqram çərçivəsində sistematik şəkildə regionlarda səyyar tədbirlər təşkil edilir. Kütləvi məktəblərdə valideynlər üçün görüşlər, kütləvi mühazirələr keçirilir. Burada erkən nikahla bağlı olan risklər (sağlamlıq və hüquqi nöqteyi-nəzərdən) müzakirə olunur. Görüşlərdə psixoloq, yerli hüquq mühafizəçiləri və sosial qulluqçular iştirak edirlər. 2016-cı ildə etnik azərbaycanlı əhalinin məskunlaşdığı bələdiyyələrdə (Saqareco, Qardabani, Dmanisi) 11 kütləvi görüş keçirildi.

  • 2015-ci ildən bəri həyata keçirilən “Kütləvi məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsi” proqramı davam etdirildi və onun təsir arealı genişləndirildi: 2016-cı ildə proqram qeyri-gürcüdilli və gürcüdilli kütləvi məktəblərin etnik azlıq nümayəndəsi şagirdləri də əhatə etdi.

  • Hesabat dövründə Təhsil və Elm Nazirliyinin 40 saylı əmri ilə dil təhsili konsepsiyası təsdiqləndi. O 2017-2023-cü illər Milli Tədris Planının (başlanğıc pillə) I hissəsinə salındı. Konsepsiya MTP departamentinin veb-səhifəsində yerləşdirilib: www.ncp.ge .

  • Xüsusi təhsil xidmətinin –“Tranzit təhsil proqramı”nın məqsədi kütləvi məktəblərdə evsiz uşaqların hərtərəfli inteqrasiyasından ibarətdir. 2016-cı il iyun ayından proqrama 100-ə qədər benefisiar qoşulub. Sosial xidmətlər agentliyi evsiz (küçədə yaşayan və işləyən) uşaqların gecə-gündüz sığınacaqlarında və gündüz mərkəzlərində 12 xüsusi müəllim (akademik qabiliyyətlərin inkişafı), 6 məşqçi (həyat bilgilərinin inkişafı), həmçinin bir neçə psixoloq işləyir.

  • 2016-cı ildə “Evsiz uşaqlar üçün tranzit təhsil proqramı” həyata keçirildi. Proqramın benefisiarları Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi, ÜHHŞ Sosial Müdafiə Agentliyinin səlahiyyətindəki evsiz uşaqların gecə-gündüz sığınacaqlarında, gündüz mərkəzlərində olan şagirdlər (Tbilisi şəhərində, Rustavi şəhərində, Kutaisi şəhərində) idi. Proqrama küçədə yaşayan və işləyən 80-ə yaxın uşaq cəlb edildi, onlardan 21-i məktəbə daxil oldu, 4 isə peşə hazırlığı proqramına qoşuldu. Həmçinin evsiz uşaqların təhsil aldığı kütləvi məktəb pedaqoqları və direktorları üçün treninqlər həyata keçirildi. Treninqin mövzusu “Həssas qrupların uşaqlarının təhsil ehtiyaclarının identifikasiyası, onlarla kommunikasiya və əməkdaşlıq strategiyaları” və məktəb şagirdlərinin valideynləri üçün evsiz uşaqlara münasibətdə damğaların aradan qaldırılması üçün informasiya kampaniyası idi.

  • 40-a qədər kütləvi məktəbin 150 müəllimi üçün (həmçinin bir neçə direktor üçün) treninq keçirildi. 20 kütləvi məktəbdə evsiz uşaqların valideynləri üçün informasiya kampaniyası təşkil olundu ki, kampaniyada da 1000-ə yaxın valideyn iştirak etdi.



ÜHHŞ Qiymətləndirmə və Milli İmtahan Mərkəzinin fəaliyyəti:

Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə