Gürcüstan Hökumətİ
Dövlət İdarələrarası Komİssİyası
Barışıq və Vətəndaş Bərabərlİyİ Məsələlərİ üzrə Gürcüstan Dövlət Nazİrİ Aparatı
Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının və 2016-cı il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə
Hesabat
Fevral, 2017-ci i
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı
Ünvan: Tbilisi, 0134, Q. Leonidze küç. №3/5
Tel.: (+995 32) 2923299; (+995 32) 2922632
Veb-səhifə: www.smr.gov.ge
E-mail: elisolomidze@yahoo.com
Giriş 2
I. Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak 4
Azsaylı və həssas azlıqların dəstəklənməsi 4
Gender meynstriminqi 6
Kvemo Kartli regionu diyar administrasiyası tərəfindən görülmüş işlər 7
Siyasi qərarqəbuletmə prosesində etnik azlıqların iştirakının təşviqi 8
Təhsil məsələləri ilə bağlı informasiya xarakterli görüşlər və maariflənmənin yüksəldilməsi 8
İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması 10
Etnik azlıqların insan hüquqları və onların müdafiəsi mexanizmləri barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi 10
Etnik azlıq nümayəndəsi olan seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi 10
Vətəndaş təşkilatları və azlıq icmaları üçün seçkilərin əhəmiyyəti haqqında informasiya kampaniyasının başladılması və seçki mədəniyyətinin gücləndirilməsi yolu kiçik qrantların verilməsi 12
Seçki prosedurları ilə bağlı seçki administrasiyası üzvü olan etnik azlıqların hazırlanması 12
Etnik azlıq seçiciləri üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi 12
Etnik azlıq seçicilərinin məlumatlandırılması kampaniyası 14
Media və informasiyanın əlçatanlığı 14
Teleyayım 14
Radio yayım 15
Elektron və çap mediası 15
II. Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması 15
Sosial səfərbərlik 15
İnfrastrukturun reabilitasiyası 16
Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər: 17
III. Keyfiyyətli təhsilin əlçatanlığının təmin olunması və dövlət dili biliyinin təkmilləşdirilməsi 17
Milli tədris olimpiadası 19
Məktəb buraxılış imtahanları 19
Ali təhsilin əlçatanlığının yüksəldilməsi 19
Peşəkar təhsilin və yaşlıların təhsillə təmin edilməsi 20
23
Dövlət dili tədrisinin təkmilləşdirilməsinin dəstəklənməsi 23
Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən etnik azərbaycanlı və erməni gənclər üçün gürcü dilinin onlayn/distant şəkildə tədrisi həyata keçirildi. Qeyd edilmiş layihə haqqında məlumatın yayılması məqsədilə, 2016-cı ildə dövlət strukturlarında, Tbilisidə və regionlarda işləyən qeyri-hökumət təşkilatlarına, eləcə də regional bələdiyyələrə məlumatın ötürüldü. Layihə istənilən internet istifadəçisinə Gürcüstanın istənilən nöqtəsindən özünün gürcü dili bilik səviyyəsini təkmilləşdirmək və yaxud da tamamilə pulsuz şəkildə gürcü dilini baza pillədən öyrənmək imkanını verir. Aşağıdakı veb-ünvandan qeydiyyatdan keçmək lazımdır: http://teach.ge/Programs/6. 25
IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanması və tolerant mühitin təşviqi 25
Teatrların dəstəklənməsi 26
Muzeylərin dəstəklənməsi 26
Etnik azlıqların mədəni irsinin qorunması və populyarlaşdırılması 26
Etnik azlıqların mədəniyyətlərinin dəstəklənməsi 26
Mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi 27
Kaxeti regionunda dövlət qəyyumu-qubernatoru administrasiyası tərəfindən həyata keçirilmiş işlər: 29
Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər 30
Tbilisi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər 30
Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər 31
Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər 31
V. Avrointeqrasiya prosesi haqqında informasiya /maarifləndirmənin yüksəldilməsi kampaniyası 32
VI. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər 33
VII. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi 33
Giriş
Gürcüstan hökuməti tərəfindən 2015-ci il avqustun 17-də qəbul edilmiş və 1740 saylı fərmanla təsdiqini tapmış “Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və 2015-2020-ci illər üçün Fəaliyyət Planı” etnik azlıqlar istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində əhəmiyyətli alət təşkil edir. Strategiya bərabərlik prinsipinə və “Daha çox rəngarənglik, daha çox inteqrasiya” yanaşmasına söykənir və bərabər mühitin formalaşdırılması, etnik azlıqların ictimai həyatın bütün sahələrində bərabərhüquqlu iştirakını, onların mədəniyyət və identikliklərinin qorunması məqsədini daşıyır.
2016-cı il ərzində vətəndaş bərabərliyi və inteqrasiyası üzrə dövlət strategiyasının implementasiya prosesi davam etdi. Dövlət Naziri Aparatının koordinasiyası əsasında dövlət strategiyası və fəaliyyət planının effektiv həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət İdarələrarası Komissiyası strategiya ilə müəyyənləşdirilmiş aşağıdakı əsas məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirdi:
-
Mülki və siyasi həyatda bərabər və tamhüquqlu iştirak;
-
Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması;
-
Keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi və dövlət dili biliklərinin təkmilləşdirilməsi;
-
Etnik azlıqların mədəniyyətlərinin qorunub-saxlanması və tolerant mühitin təşviqi.
Komissiyanın tərkibinə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatının rəhbərliyi və cavabdeh işçiləri, eləcə də dövlət müəssisələrinin, nazirliklərin və təşkilatların, Tbilisi şəhər bələdiyyəsi Sakrebulosunun və etnik azlıqların məskunlaşdığı regionların “dövlət qəyyumu -qubernator administrasiyası” nümayəndələri daxildir. Xüsusilə:
-
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı;
-
Gürcüstan Təhsil və Elm Nazirliyi;
-
Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi;
-
Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi;
-
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi;
-
Gürcüstan Ədliyyə Nazirliyi;
-
Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik;
-
Gürcüstan Daxili İşlər Nazirliyi;
-
ÜHHŞ- Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyası;
-
Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyi ;
-
Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi;
-
Gürcüstan Xalq Müdafiəçisi Aparatı;
-
Gürcüstan Mərkəzi Seçki Komissiyası;
-
Tbilisi şəhər bələdiyyəsi Sakrebulosu;
-
Batumi şəhər meriyası;
-
Kvemo Kartli diyarında dövlət qəyyumunun- qubernatorun administrasiyası;
-
Cavaxeti dövlət qəyyumunun- qubernatorun administrasiyası;
-
Kaxeti diyarında dövlət qəyyumunun -qubernatorun administrasiyası;
-
Gürcüstan İctimai Yayımı;
-
ÜHHŞ - Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi;
-
ÜHHŞ - Qiymətləndirmə və Milli İmtahan Mərkəzi;
-
ÜHHŞ –Z. Jvania adına Dövlət İdarəçiliyi Məktəbi;
-
ÜHHŞ –D. Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası;
-
Gürcüstan Parlamentinin Milli Kitabxanası.
Hesabat dövründə Tbilisidə və regionlarda iclaslar, işgüzar görüşlər, tematik diskussiyalar və konsultasiyalar keçirilmiş, tövsiyələr hazırlanmışdır. Həmçinin, komissiyaya təqdim edilmiş idarələrlə əməkdaşlıq əsasında 2015-ci ildə görülmüş işlərin hesabatı və 2016-cı il üçün Fəaliyyət Planı hazırlandı.
Hazırlanmış hesabatlar hökumətə, Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıq Şurası və mülki sektora, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə, ekspertlərə təqdim edildi. Bundan başqa, komissiya çərçivəsində formalaşdırılmış tematik qruplarda da işlər görüldü. Tematik işçi qrupların görüşləri zamanı müxtəlif əhəmiyyətli məsələlərin müzakirəsində QHT nümayəndələri , ekspertlər, o cümlədən, bu sahədə işləyən müxtəlif maraq aktorları da aktiv iştirak etdilər.
İl ərzində müxtəlif istiqamətlərdə işlər davam etdirildi. Keyfiyyətli təhsilin əlçatan olmasını təmin etmək və dövlət dili bilik səviyyəsinin təkmilləşdirmək məsələsinə xüsusi diqqət ayrıldı ki, bu da öz növbəsində vətəndaş inteqrasiyası prosesinin mühüm alətini təşkil edir.
Dostları ilə paylaş: |