GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

 



I. Qanunun aliliyi 

Qanunun  aliliyi  “Tollerantlıq  və  Mülki  İnteqrasiya  üzrə  Milli  Konsepsiyanın”  əhəmiyyətli 

istiqamətlərindən biridir. Bu istiqamətdə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi, eləcə də etnik 

azlıqlarla  məskunlaşmış  regionların  bölgə  administrasiyaları  fəaliyyət  göstərirlər.  Bir  il  ərzində 

İdarələrarası  Komissiya  üzvləri  müxtəlif  növ  tədbirlər  keçirdilər  ki,  bu  da  qarşıya  qoyulmuş 

məqsədlərə  nail  olmağa  istiqamətlənmişdir:  bütün  növ  diskriminasiya  formalarının  aradan 

qaldırılması  haqqında  qanun  layihəsi  hazırlandı,  qaraçıların  qeydiyyata  alınması  davam  etdirildi, 

etnik azlıqların nümayəndələri və dövlət qulluqçuları üçün treninq və seminarlar keçirilirdi.  



Bərabərlik haqqında ümumi qanun layihəsinin hazırlanması  

2012-ci ildə Gürcüstan Ədliyyə Nazirliyində işçi qrupu yaradıldı ki, bu qrupun da başlıca məqsədi  

bütün  diskriminasiya    formalarının  aşkarlanması  haqqında  qanun  layihəsi  hazırlamaq  tapşırığı 

verildi.  Qanun  layihəsinin  başlıca  məqsədini  bütün  diskriminasiya  formalarının  aşkarlanmasının 

institusional  mexanizminin  işlənib  hazırlanması,  eləcə  də  anti-diskriminasiya  maddələrinin 

sistemləşdirilməsi  və  onların  beynəlxalq  standartlara  uyğunlaşdırılması  təşkil  edirdi.  Qanun 

layihəsinə əsasən istənilən səbəblə diskriminasiyaya yol vermək qadağan edilir. Qanun layihəsi ilə 

nəzərdə  tutulmuş  qadağalar  həm  ictimaiyyətə,  həm  özəl  sektora,  həm  də  fiziki  şəxslərə  şamil 

olunur.  Diskriminasiyaya  qarşı  mübarizənin  effektiv  olması  üçün  qanun  layihəsi  müvafiq 

institusional mexanizmin yaradılmasını nəzərdə tutur.  

Qeyd olunmalıdır ki, qanun layihəsinin işlənib hazırlanmasında həm beynəlxalq idarələr, həm yerli, 

həm  beynəlxalq  qeyri-hökumət  təşkilatları,  həm  də  Gürcüstanda  akkreditə  olunmuş  diplomatik 

korpus  aktiv  surətdə  iştirak  etmişlər.  Qanun  layihəsinin  müzakirə  olunması  məqsədilə  insan 

hüquqlarının  müdafiəsi  məsələləri  üzrə  işləyən  qeyri-hökumət  təşkilatları  ilə,  dini  və  etnik 

azlıqların  nümayəndələri  ilə,  qadın  hüquqları  və  gender  bərabərliyi,  məhdud  imkanlara  malik 

şəxslərin  məsələləri  üzrə  işləyən  qeyri-hökumət  təşkilatları  ilə  görüşlər  keçirildi.  Qanun  layihəsi 

BMT-nin  Beynəlxalq  Ekspertizasına  (OHCHR),  ATƏT-ə  (ODIHR)  və  Avropa  Şurasına  (ECRI) 

göndərildi.  Qanun  layihəsi  həmçinin  Tomas  Hamerberqin  tövsiyəsi  ilə  dəvət  olunmuş  isveçli 

ekspert tərəfindən beynəlxalq ekspertizası həyata keçirildi. Beynəlxalq təşkilatların və ekspertlərin 

qeydləri,  təklifləri  və  tövsiyələri  qanun  layihəsində  öz  əksini  tapdı.  2013-cü  il  dekabrın  17-də 

Gürcüstanın  Ədliyyə  Nazirliyi  qanun  layihəsinin  son  versiyasını  qeyri-hökumət  təşkilatlarına 

təqdim etdi.  



 

Qaraçıların qeydiyyata alınması 

2013-cü il ərzində Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin  İnkişafı Agentliyi, qeyri-

hökumət  təşkilatı  “İnnovasiyalar  və  İslahatlar  Mərkəzi”  və  Azlıqlarla  Məsələlər  üzrə  Avropa 

Mərkəzi    (ECMI)  ilə  əməkdaşlıq  yolu  ilə  qaraçıların  qeydiyyata  alınması  məsələləri  üzərində 

işləyirdi.  Qaraçıların  qeydiyyata  alınması  prosesi  2012-ci  ildə  başlayıb.  Görülmüş  işlərin 

nəticəsində təsdiqləndi ki, 81 qaraçının sənədləşmə ilə bağlı problemi vardı. 18 qaraçının qeydiyyat 

və şəxsiyyət vəsiqəsinin olmaması problemi öz həllini tapdı. 13 qaraçının doğum haqqında hüquqi 

əhəmiyyətli faktı təsdiqləndi, 2 qaraçıya isə vətəndaşlığı olmayan şəxs statusu verildi.  




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

2013-cü ildə qeyri-hökumət təşkilatı “İnnovasiyalar və İslahatlar Mərkəzi” 5 qaraçının məsələsinin 



öyrənilməsini  və  məlumatların  araşdırılmasını  həyata  keçirirdi.  Eləcə  də  qərara  alındı  ki,  doğum 

haqqında  hüquqi  əhəmiyyətli  faktın  müəyyənləşdirilməsi  məqsədilə  işlər  Dövlət  Xidmətlərinin 

İnkişafı Agentliyinə veriləcək.   

 

2013-cü il qaraçıların qeydiyyata alınması haqqında statistik göstəricilər 



İşin icraatı kateqoriyası  Ümumi cəm 

İşin 

icraatı 

başa 

çatdı  

İş 

icraat 

prosesindədir 

Vətəndaşlığın 

müəyyənləşdirilməsi 

11 


11 

Vətəndaşlığı 



olmayan 

şəxs statusu 

10 





Doğum faktı 





Ümumi cəm 

23 

19 

 

 



 

Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyəti 

Gürcüstan Daxili İşlər Nazirliyinin 2013-cü il Sistemin inkişafı strategiyasında azlıqların hüquqları 

məsələsinə  xüsusi  diqqət  ayrıldı.  Qeyd  edilmiş  mövzu  2014-cü  ilin    strategiyasında  müvafiq 

formada öz əksini tapacaq. 



Gürcüstanın Xalq Müdafiəçisi ilə görüş 

Xalq Müdafiəçisi və Daxili İşlər Nazirliyi arasında 2010-cü il fevralın 4-də imzalanmış Qarşılıqlı 

Əməkdaşlıq  Memorandumu  çərçivəsində  DİN  Akademiyasında  illik  görüş  keçirildi.  Xalq 

Müdafiəçisi  DİN  Akademiyası  dinləyicilərinə  azlıqların  hüquqlarının  müdafiəsi  üzrə  icmal 

mühazirə keçirdi. Görüşdə Akademiyanın lektorları və rəhbər şəxsləri iştirak etdilər. 

 

DİN Akademiyasında yenidənhazırlanma üzrə xüsusi təhsil proqramları 

Gürcüstan Daxili  İşlər Nazirliyi  təhsil üzrə silsilə tədbirlər təşkil etdi, o cümlədən Akademiyanın 

tədris planında insan hüquqlarının müdafiəsi üzrə tədris proqramlarına xüsusi saatlar ayrıldı.  

2013-cü ildə DİN Akademiyasında baza təhsilinin davamlığı nəzərə çarpacaq dərəcədə artdı ki, bu 

da  müvafiq  olaraq,  insan  hüquqları  kimi  fəndə,  xüsusilə  də:  insanların  bərabərhüquqluluğunun 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə