GüRCÜstan hökuməTİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix19.10.2018
ölçüsü0,79 Mb.
#74609
1   2   3   4   5   6   7   8   9

Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

dilinin tədrisini nəzərdə tuturdu. Yay məktəbində yeganə kommunikasiya dili gürcü dilidir ki, bu da 



dövlət dilinin öyrənilməsini aktivləşdirir. 

 

Gürcü dili evləri  



 

2012-ci  ildən  “Gürcü  dilini  ikinici  dil  kimi  öyrədək”  proqramı  çərçivəsində  gürcü  dili  evlərində 

müəllimlərin işlə təmin edilməsi prosesi davam etdirilir. Proqramda iştirak edən təlimçi-müəllimlər 

intensiv olaraq yerli əhaliyə treninqlər keçir və gürcü dilini tədris edirlər. 

 

2013-cü ildə  Yar-Muğanlı və  Marneulinin  dil evlərində  yuxarıda qeyd  edilmiş  proqramın təlimçi-



müəllimləri işlə təmin olundular, onlar yerli müəllimlər və icma nümayəndələri üçün gürcü dilinin 

tədrisini davam etdirirlər.  

  

 Mübadilə və qardaşlaşma layihələri 

 

 “Gürcü dilini ikinci dil kimi öyrədək” proqramının iştirakçılarının 53%-i mübadilə proqramlarının 

planlaşdırılmasında  və  həyata  keçirilməsində  iştirak  etmişlər.  Erməni  dilli  və  Azərbaycan  dilli 

məktəblər  müxtəlif  regionların  gürcüdilli  məktəbləri  ilə  qardaşlaşdılar.  Təlimçi-müəllimlər 

Gürcüstanın müxtəlif şəhərlərində (Tbilisi, Qurcaani, Qori, Qardabani, Saqareco, Çakvi, Zestafoni, 

Xaşuri və s.) partnyor məktəblər axtardılar və mübadilə tədbirləri keçirdilər: qarşılıqlı səfərlər və 1 

həftə  ərzində  birgə  yaşamaq,  dərslərdə  iştirak  etmək,  ümumi  konsert  və  ya  tamaşa  hazırlamaq, 

müxtəlif yeməklərlə tanış olmaq, gürcü Pravoslav, erməni Apostol kilsələrinin, məscidlərin və digər 

mədəniyyət  abidələrinin gəzintisi. 2013-cü ildə qeyd  edilmiş proqramların büdcəsi  1 435 803 lari 

təşkil etdi. 



 

 

 “ Gələcək uğurlar naminə gürcü dili” 

 

Gürcüstan  Təhsil  və  Elm  Nazirliyinin  ÜHHŞ  –Müəllimlərin  Peşəkar  İnkişafı  üzrə  Milli  Mərkəz 

“Gürcü dilini ikinci dil kimi öyrədək” proqramını həyata keçirir. Proqramın məqsədi Gürcüstanda 

yaşayan  etnik  azlıqların  inteqrasiyası  və  qeyri-gürcüdilli  məktəblərdə  gürcü  dilinin  tədrisinin, 

təhsilin  keyfiyyətinin  yaxşılaşdırılmasından  ibarətdir.  Məqsədə  nail  olmaq  üçün  proqram 

çərçivəsində iki əsas istiqamət mövcuddur: pedaqoqların qeyri-gürcüdilli məktəblərə göndərilməsi 

və təhsil resurslarının yaradılması. 

 

Qeyd  edilmiş  proqram  çərçivəsində,  2013-cü  il  ərzində  yardımçı  pedaqoqların  qeyri-gürcüdilli 



məktəblərə yollanması üç mərhələ üzrə baş tutdu : 

 

1.



 

2012-ci  ilin  sonunda  müsabiqə  nəticəsində  56  iştirakçı  seçildi  ki,  bunlara  da  2013-cü  ilin 

yanvar ayında peşəkar qabiliyyətlər, mədəni rəngarənglik, multi-linqvistik metodologiya və 

gürcü dilinin tədrisinin müasir metodları üzrə intensiv treninqlər keçirildi. Treninqdən sonra 

seçilmiş müəllimlər Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionunun qeyri-gürcüdilli 

məktəblərinə paylandılar.  



2.

 

2013-cü  ilin  iyununda  proqram  çərçivəsində  müsabiqə  elan  edildi  və  müsabiqə  üzrə  128 

iştirakçı seçildi.  

3.

 

Proqramın  tələblərindən  irəli  gələrək,  oktyabr  ayında  yenidən  iştirakçıların  seçim 

müsabiqəsi elan edildi; seçilmiş iştirakçıların bir qolu noyabr ayında regionlara göndərildi.   



Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



 

 



Regionlara  yollanmazdan  əvvəl  bütün  iştirakçılara  aşağıdakı  mövzular  üzrə  on  günlük  hazırlıq 

keçirildi :  

 

Gürcü dilinin, ikinci dil kimi tədrisinin metodologiyası; 



 

Sinfin idarə edilməsi və peşəkar qabiliyyətlər



 

Mədəni rəngarənglik və birgəyaşayış; 



 

İnklüziv təhsil; 



 

Təhsil prosesində tədris resurslarından istifadə ; 



 

Məktəb təşəbbüslərinin tətbiqi prosesində komanda şəklində işləmə və liderlik . 



 

Bu  mərhələdə  proqram  çərçivəsində  274  nəfər  işlə  təmin  olunub.  Onlar  yerli  müəllimlərə  dərs 

prosesinin  aparılmasında  və  pedaqoqların  gürcü  dilini  bilmə  səviyyələrinin  yüksəlidilməsinə 

yardım  edir,  digər  tərəfdən  isə  yerli  əhalinin  gürcü  dilini  bilmə  səviyyəsini  əhəmiyyətli  dərəcədə 

yaxşılaşdırırlar.   

 

Sxem 1: Proqramda iştirak edən qeyri-gürcüdilli məktəblərin sayı (%) 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

91% 


9% 

0% 


Proqramda iştirak edən qeyri-gürcüdilli 

məktəblər (%) 

Proqramda iştirak edən 

məktəblərin sayı  

Əhatə ediləcək məktəblərin sayı  




Tolerantlıq və Vətəndaş İnteqrasiyası üzrə Milli Konsepsiyanın və 2013-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabat 

 

 



10 

 

Sxem 2: Regionlara görə proqramda iştirak edən məktəblərin sayı 



 

 

Regionlarda proqram iştirakçılarının əsas məşğuliyyətini təşkil edir: 

 

Yerli pedaqoqla birlikdə gürcü dili dərslərinin planlaşdırılması və keçirilməsi; 



 

Sinifdənkənar aktivliklərin həyata keçirilməsi



 

Gürcü dili dərnəklərinin, klublarının yaradılması; 



 

Qonaq edən ailəyə gürcü dilinin öyrədilməsi. 



 

 

“Gürcü dilinin ikinci dil kimi ” tədrisi materiallarının hazırlanması 

 

2013-cü ildə qeyri-gürcü dilli şagirdlər üçün orta pillənin X-XII səviyyələri üzrə gürcü dili dərsliyi 

yaradıldı. Dərslik dəsti şagirdin kitabından, dəftər və müəllim dərsliyindən ibarətdir. Sinif işi üçün 

tematik audio-material da hazırlandı . Tədris materialları kimi həmçinin xüsusi kompüter oyunları 

da  yaradıldı  ki,  bunlar  da  qeyri-gürcüdilli  şagirdlər  üçündür  və  gürcü  dili  dərsliyinin  yeni 

məzmununa  uyğundur.  Dərsliyin  qeyd  edilmiş  səviyyələrdə  Şagirdin  kitabı  və  Şagirdin  dəftəri 

20 000-lik tirajla, audio-materialla birgə müəllim kitabı isə 2 000-lik tirajla çap olundu.  

 

2013-cü  ildə  “Gürcü  dilinin”  I-IV  səviyyəsi  üzrə  dərsliklər  çap  olundu:  I  səviyyəli  şagird  kitabı 



4000-lik  tirajla,  şagirdin  dəftəri  4500-lük  tirajla.  II-IV  səviyyəli  şagirdin  kitabı  3000-lik  tirajla, 

şagirdin dəftəri isə 4500-lük tirajla çap olunub. 

 

2013-cü  ildə  qeyri-gürcüdilli  məktəblərə  onların  tələbatlarına  uyğun  sayda  I-IX  səviyyələr  üzrə 



dərsliklər paylanıldı .  

 

Kaxeti 11 



Samsxe-

Cavaxeti 97 

Kvemo Kartli 

126 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə