H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

__________________________________________________ 
 
45 
170. Həsən bəy Ağayev,  Həsən bəy Məşədi Hüseyn oğlu 
Ağayev (1875-1920)- görkəmli ictimai-siyasi xadim. Azərbaycan 
Xalq Cümhuriyyətinin banilərindən və  rəhbərlərindən biri. 1901-
ci ildə Moskva Universitetinin Tibb fakültəsini bitirdikdən sonra 
Gəncədə  həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda 
məqalələr dərc etdirir. 1914-cü ilin sonlarında Xudadat bəy 
Rəfibəyli ilə birlikdə Gəncədə ilk Səhiyyə cəmiyyəti yaratmışdır. 
1917-ci ilin sentyabrında “Müsavat”ın 1-ci qurultayında 
partiyanın MK-nın üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının 
1918-ci il mayın 28-də H.B.Ağayevin sədrliyi ilə keçən iclasında 
Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal” bəyannaməsini ilk 
olaraq H.B.Ağayev imzalamışdır. C.2-5; 
171. Həsən  Əliyev,  Həsən  Əlirza oğlu (1907-1993)- 
torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim, 
ictimai-siyasi xadim. Elmlər doktoru, professor. Azərbaycan Milli 
EA-nın akademiki, Azərbaycan Dövlət mükafatı laureatı. Ayrı-
ayrı illərdə Azərbaycan Milli EA-nın Botanika İnstitutunun 
direktoru, Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini 
və Azərbaycan KP MK-nın katibi, Azərbaycan Milli EA-nın 
Coğrafiya  İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 
Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. C.1-13, 74; 
172. Həsən Hacınski,  Məmmədhəsən Cəfərqulu oğlu 
Hacınski (1875-1931)- Azərbaycanın siyasi və dövlət xadimi, 
mühəndis. Peterburq Texnoloji İnstitutunu (1902) bitirmişdir. 
“Hümmət” Partiyasının yaradıcılarından biri. 1911-ci ildən 
“Müsavat” Partiyasının üzvü olmuşdur. Azərbaycan Xalq 
Cümhuriyyəti hökumətində Xarici İşlər, Daxili Ticarət, Sənaye və 
Ərzaq naziri olmuşdur. Tiflisdə  qətlə yetirilmişdir.  C.1-154-156; 
C.2-5; 
173. Həsən Həsənov,  Həsən  Əziz oğlu  Həsənov  (1940)- 
Azərbaycanın tanınmış ictimai və siyasi xadimi, diplomat. Ayrı-
ayrı illərdə Nazirlər Sovetinin sədri, BMT-də Azərbaycan 
Respublikasının daimi nümayəndəsi və Xarici İşlər naziri 
olmuşdur. Hazırda Macarıstanda Azərbaycan Respublikasının 
fövqəladə  və  səlahiyyətli səfiridir. Birinci çağırış Azərbaycan 


__________________________________________________ 
 
46 
Respublikası Milli Məclisinin deputatı olmuşdur.  C.1-406;  C.2-
15, 66, 72, 462; C.3-234, 382, 383, 399; C.7-167-171; C.8-337; 
174. Həsən Seyidbəyli, Həsən Mehdi oğlu Seyidbəyli (1920-
1980)- Azərbaycan dramaturqu, rejissor, yazıçı. Azərbaycanın 
Xalq artisti. Azərbaycan Kinematoqrafçılar  İttifaqı  İdarə 
Heyətinin sədri olmuşdur. Onun filmlərində mühüm ictimai, sosial 
və mənəvi problemlərə toxunulur. Azərbaycan şairi Nəsimiyə həsr 
olunmuş filmi ən yaxşı tarixi filmlərdən biridir. C.5-188; C.7-447; 
175. “Həsrət”, “Ümid” körpüsü- 1992-ci ildə H.Əliyevin 
təşəbbüsü ilə  əsası qoyulmuşdur. Bu körpü Naxçıvanla Türkiyə 
arasında açılıb. C.5-172; C.6-464-466;
 
176. Həzi AslanovHəzi  Əhəd oğlu  Aslanov (1910-1945)- 
tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı 
Qəhrəmanı. Böyük Vətən müharibəsinin ilk günlərində döyüşlərdə 
iştirak edən H.Aslanov Stalinqrad vuruşmasında, 55-ci əlahiddə 
tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın 
edilməsində xüsusi məharət göstərmişdir. 1994-cü ildə Aslanovun 
35-ci qvardiya tank briqadası Belarusiyanı, Pribaltika 
respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə 
fərqlənmişdi. H.Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada 
qəhrəmancasına həlak olmuşdur. C.1-563-565; C.3-313, 317; C.5-
315; C.6-258, 260, 263, 271; C.7-141; C.8-390; C.9-423-425; 
177. Hikmət Çətin (1937)- Türkiyənin siyasi və dövlət 
xadimi. Ayrı-ayrı illərdə Türkiyə Respublikasının Xarici İşlər 
naziri, Baş nazirin müavini vəzifələrində çalışmışdır. 1997-1999-
cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur. C.2-
19, 20, 88; C.6-465; 
178. Homer- əfsanəvi qədim yunan şairi. Şəxsiyyəti haqqında 
məlumat azdır. “İliada” və “Odisseya” poemalarının müəllifi kimi 
tanınmışdır. C.1-175;
 
179. Höte, İohann Volfranq (1749-1832)- böyük alman şairi, 
mütəfəkkir və  təbiətşünas. Almaniyada maarifçilik dövrü 
ədəbiyyatının  ən böyük nümayəndələrindən, yeni dövr alman 
ədəbiyyatının banilərindəndir. Höte yaradıcılığının  şah əsəri olan 
“Faust” faciəsində Avropada maarifçilik ideyalarının inkişafına 
yekun vurulmuşdur. C.1-155, 160; C.7-34, 65; 


__________________________________________________ 
 
47 
180. Hüseyn Cavid, Hüseyn Abdulla oğlu Rəsizadə (1882-
1941)- böyük Azərbaycan  şairi, dramaturq. Hüseyn Cavid 
Azərbaycan mütərrəqi romantizminin banilərindən biri olmuşdur. 
O, lirik şeirlərin, lirik-epik, epik poemaların müəllifidir.  
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun 
fəlsəfi və tarixi faciələri forma yeniliyi baxımından Azərbaycan 
dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr 
mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmişdir. 
Azərbaycanın ən dəyərli milli ziyalı nümayəndələrini məhv edən 
sovet totalitar rejiminin repressiya qurbanlarındandır.  C.1-159, 
160, 175, 380; C.2-7; C.4-5-13; C.6-309; C.7-468-470, 472, 473, 
475, 476, 502; C.8-339; 
181. Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski  (1863-
1919)- hərbi xadim. Kəlbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan 
Kəngərlinin nəvəsidir. Qafqazda və Rusiyanın müxtəlif 
şəhərlərində  hərbi xidmətdə olan Kəlbalıya polkovnik rütbəsi 
verilmişdir. Birinci dünya müharibəsi cəbhəsində qazandığı 
qələbələrə  və  sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn 
xana tam süvari qoşunu generalı rütbəsi verilmişdir. “Müqəddəs 
Georgi” ordeninin dörd dərəcəsi ilə, ikinci dərəcəli “Müqəddəs 
Aleksandr”, “Müqəddəs Vladimir” və bir çox başqa ölkələrin 
yüksək dərəcəli ordenləri ilə  təltif olunmuşdur. Qəbri Sankt- 
Peterburqdakı Aleksandr Nevski monastırının qəbristanlığındadır. 
C.3-315; 
182. Hüseyn Rəsulbəyov, Hüseyn Cümşüd oğlu  Rəsulbəyov 
(1917-1984)- hərbi xadim, artilleriya general-leytenantı. Böyük 
Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və  Şimali 
Qafqazın müdafiəsində  iştirak etmişdir. Müharibədən sonra Bakı 
Hava Hücumundan Müdafiə dairəsi qoşunlarında məsul hərbi 
vəzifələrdə xidmətdə olmuşdur. Azərbaycan Ali Sovetinin 
deputatı olmuşdur. C.7-74; 
183. Hüseynbala Əliyev, Hüseynbala Əli oğlu Əliyev (1918-
1941)- Böyük Vətən müharibəsi qəhrəmanı, qırıcı-təyyarəçi 
leytenant. Yeysk Hərbi Dəniz Təyyarəçilik məktəbini bitirmişdir. 
Müharibə başlayarkən Baltik Donanmasının hərbi hava 
qüvvələrində xidmət etmişdir. O, döyüş uçuşu zamanı düşmənin 3 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə