14
Xronik pielonefrit zamanı böyrəklərin kanalcıqlarında yumaqcıqlara nisbətən
daha ciddi dəyişikliklər baş verir. Müasir təsəvvürlərə əsasən böyrəklərdə baş verən
patoloji dəyişikliklər aşağıdakı mərhələləri keçir. I mərhələdə böyrəklərin
yumaqcıqları saxlanmışdır, toplayıcı kanalcıqlar isə artıq atrofiyaya uğramışdır,
interstisial toxumanın diffuz leykositar infiltrasiyası nəzərə çarpır. II mərhələdə ayrı-
ayrı yumaqcıqların gialinləşməsi baş verir və kanalcıqlar daha çox atrofiyaya
uyğrayırlar. İnterstisial toxumanın iltihabi infiltrasiyası azalmışdır və birləşdirici
toxumanın inkişaf etməsi nəzərə çarpır. III mərhələdə əksər yumaqcıqlar dağılmışdır.
Bir qayda olaraq, kanalcıqlar xeyli genişlənmiş, diferensiasiya olunmamış qısa epitel
ilə örtülmüş və kolloid kütləsi ilə dolmuşdur. IV mərhələ üçün kanalcıqların və
yumaqcıqların əksəriyyətinin ölməsi səciyyəvidir. Böyrəyin ölçüsü xeyli azalmışdır,
inkişaf etmiş birləşdirici toxuma sıxdır və damarlarla az əhatə olunmuşdur.
Pielonefrit ilə xəstələrdə hamiləliyin və doğuşların riskinin 3 dərəcəsini qəbul
etmək vacibdir:
I dərəcəyə hamiləlik zamanı meydana çıxan ağırlaşmamış pielonefrit ilə xəstələr;
II dərəcəyə hamiləliyə qədər mövcud olan xronik pielonefrit ilə xəstələr;
III dərəyəcə pielonefrit və hipertenziya və ya anemiya, yeganə böyrəyin
pielonefriti olan xəstə qadınlar aiddir.
I və II risk dərəcəsi olan xəstələrə hamiləliyi davam etdirməyə (daima terapevt,
nefroloq tərəfindən dinamik müşahidə aparmaqla) icazə vermək olar. III risk
dərəcəsinə malik olan xəstələrə hamiləlik əksgöstərişdir .
Xronik pielonefrit olan xəstələrdə hamiləliyin gedişi əsasən eklampsiyanın ağır
formaları ilə fəsadlaşır. Hamiləliyin pozulması və başa çatdırılmaması, ölüdoğulma
halları, dölün bətndaxili infeksiyalaşması faizi yüksəkdir. Xronik pielonefritdən
əziyyət çəkən uşaqların doğulması tezliyi də yüksəkdir. Diferensial diaqnoz - kəkin
appendisit, kəskin xolesistit, böyrək və qaraciyər sancıları, ümumi yoluxucu xəs-
təliklərlə aparılır.Çətinlik hipertoniya xəstəliyi ilə diferensial diaqnozun aparılması
zamanı yaranır. Yüksək proteinuriya, göz dibindəki dəyişikliklər – angioretinopatiya,
neyroretinopatiya, qansızmalar və tor qişanın ödemi prosesə qoşulan hestozdan xəbər
verir ki, o da xəstələrin vəziyyətini xeyli ağırlaşdırır. Ədəbiyyatda hamilə qadınlarda
15
xronik pielonefritin müxtəlif klinik gedişləri zamanı immunitetin müxtəlif
aspektlərdən öyrənilməsi zamanı əldə olunan bir-birinə zidd məlumatlar verilmişdir.
Əvvəllər limfositlərin immuntənzimləmə funksiyalarının bərpa edilməsi məqsədilə
pielonefritin levomizol, T-aktivin və digər immunotrop vasitələrlə müalicə cəhdləri
tətbiq edilmişdir. Lakin bir çox hallarda onların effektivliyi mübahisəli qalmışdır,
aşkar edilmiş əlavə təsirlər isə üstünlük təşkil etmişlər. Pielonefritin əmələ gəlməsinə
təkan verən çoxlu sayda amillər arasında hamilə qadının orqanizminin immun
vəziyyəti böyük əhəmiyyət daşıyır. Pielonefritin immunopatogenezində T-
limfositlərin supressor fəallığı azalır ki, bu da tolerantlığın real pozulması və
müvafiq olaraq hamiləliyin başa çatdırılmaması təhlükəsini yaradır. Bununla belə,
pielonefrit əvvəlki kimi «preventiv müalicənin» mühüm problemi olaraq qalır.
Xəstəliyin inkişafının və şiddətlənməsinin orqanizmin müdafiə qüvvələrinin
zəifləməsi və ümumi immunoloji reaktivliyin azalması ilə əlaqədar olduğunu nəzərə
alaraq immunotrop vasitələrin (əsas etibarilə məhdud zaman ərzində limfositlərin
immuntənzimləmə funksiyalarının bərpa olunmasına yönəldilmiş) tətbiqi tövsiyə
edilir. Xronik pielonefritin etiologiyasında bu patologiyası olan hamilə qadınların
uşaqlıq yolunun simbiont mikroflorasının növ spektrinə və kəmiyyət tərkibinə,
həmçinin böyrəklərdə inkişaf edən infeksion-iltihabi proseslərin inisiasiyasında və
saxlanmasında vaginal disbiozların əhəmiyyətinə dair əldə olunmuş məlumatlar
böyük maraq doğurur. Müəyyən edilmişdir ki, xronik pielonefriti olan hamilə
qadınların 70-80%-də uşaqlıq yolunun mikroflorasında əhəmiyyətli dəyişikliklər
qeydə alınır. Xəstələrin bu qrupunda aşkar edilmiş bakterial vaginoz biotopun şərti-
patogen bakteriyalarla (onların miqdarı normal uşaqlıq mikrosenozundakı payından
yüz və min dəfələrlə çoxdur) həddən artıq kolonizasiyası fonunda rezident lakto-və
bifidofloranın kəskin azalması ilə səciyyələnir. Bu patogenlər bir çox hallarda eyni
vaxtda hamilə qadınlarda xronik pielonefritin törədiciləri sayılır ki, bu da vaginal
disbiozları hestasiya dövründə pielonefritin inkişaf riskinin, yaxud kəskinləşməsinin
risk amili hesab etməyə imkan verir. Bundan başqa, əldə olunan məlumatlar
pielonefritdən əziyyət çəkən hamilə qadınlarda aşağı cinsiyyət yolunun virusla
yoluxmasının tezliyinin yüksək olmasını göstərir. Bu qrupdan olan hər üçüncü
16
xəstədə herpes infeksiyası, təmiz və ya digər virus infeksiyası ilə qarışıq infeksiya
aşkar edilir. Virusla yoluxmuş qadınların yarıdan çoxunda SHV-infeksiyasının mar-
kerləri aşkar edilir. Bir fakt da xüsusi diqqət tələb edir ki, pielonefriti olan hamilə
qadınların təqribən 30%-də enterovirus infeksiyası aşkar edilir. Bəzi tədqiqatçılar
güman edirlər ki, hestasiya prosesi dövründə pielonefritin kəskinləşmələrinin mən-
şəyində enteroviruslar mühüm rol oynayır, hamilə qadınların orqanizmində daha çox
enterovirusların ( dölün böyrəkləri üçün teratogen amil sayılır) dövr etməsi isə sidik-
cinsiyyət sisteminin anadangəlmə inkişaf anomaliyaları və yenidoğulmuşların
böyrəklərinin iltihabi xəstəlikləri üçün fon kimi iştirak edə bilər.
Mikroorqanizmin bioloji xüsusiyyətlərindən başqa, infeksiyanın xronik pielonefritə
keçməsində və xəstəliyin xronikləşməsində urodinamikanın pozulmaları mühüm rol
oynayır. Müəyyən edilmişdir ki, ikincili pielonefrit zamanı böyrəyin parenximasına
spesifik invazivlik amilləri olmayan bakteriyalar nüfuz edirlər. Sidik daşı xəstəliyi,
sidik axarlarının xaricdən sıxılması, instrumental manipulyasiyalar, nevroloji
xəstəliklər, şəkərli diabet - bunlar sidiyin passajının davamlı pozğunluqlarını
şərtləndirən və pielonefritin inkişaf etməsinə və xronikləşməsinə təkan verən
vəziyyətlərin natamam siyahısıdır. Sidik-ifrazıat sisteminin anadangəlmə və
qazanılmış xarakterli morfoloji və funksional dəyişiklikləri kasacıq-ləyən sistemində
təzyiqin yüksəlməsinə, nazikdivarlı böyrək venalarının sıxılmasına və böyrəklərdə
venoz qanın durğunluğuna gətirib çıxarır. Həmçinin böyrəkdə limfosirkulyasiya da
pozulur. Orqanda durğunluq nəticəsində doluqanlılıq damar divarının keçiriciliyini
dəyişdirir və mikrobların böyrəyin interstisial toxumasına keçməsinə şərait yaradır.
Hamiləlik patoloji proses deyildir, bununla belə, böyrək toxumasında infeksiyanın
inkişaf etməsinə təkan verir. Qadının orqanizmində hormonal disbalansın dəyişilməsi
böyük əhəmiyyət daşıyır. Məlumdur ki, qanda estron, estradiolun, həmçinin
progesteronun miqdarının artması (müvafiq olaraq hamiləliyin 7-13 və 11-13-cü
həftəsində) və böyrək ləyənlərinin, sidik axarlarının və sidik kisəsinin reseptorlarına
onların təsir göstərməsi sidik yollarının qısamüddətli hiper- və diskineziyasına
gətirib çıxarır. Qanda qlükokortikoidlərin miqdarınının xeyli artması (hestasiyanın
22-28-ci həftəsində) böyrəklərdə artıq başlayan iltihabi prosesin fəallaşmasına səbəb
Dostları ilə paylaş: |