23
Qlomerulonefritin diaqnostikasında laborator məlumatlar xüsusi əhəmiyyət
daşıyır: sidikdə xəstəliyin formasından asılı olaraq 0,01-dən 90 q/l-ə qədər zülal;
sidiyin Neçiporenko üsulu ilə müayinəsi zamanı - eritrositlərin miqdarının artması
aşkar edilir. Qan zərdabının və sidiyin immunkimyəvi müayinəsi zamanı filtrasiya
səddlərinin qlomerulyar tipi üzrə zədələnməsi nəzərə çarpır. Hamiləlik zamanı
qlomerulonefrit ilə xəstələrdə çox vaxt normal yerləşmiş ciftin vaxtındanəvvəl
ayrılması, qanın laxtalanma sisteminin dəyişiklikləri, hamiləliyin başa çatdırılmaması
və dayandırılması, dölün böyüməsinin ləngiməsi sindromu, həmçinin preeklampsiya
rast gəlir .
Diferensial diaqnoz - ürək-damar xəstəlikləri, pielonefrit, eklampsiya ilə
aparılır. Qlomerulonefrit hamiləliyin dayandırılması üçün mütləq göstəriş deyildir.
Lakin yadda saxlamaq lazımdır ki, ana və döl üçün proqnoz ciddi ola bilər.
Preeklampsiya erkən inkişaf edir və çox ağır keçir. 11% qadınlarda özbaşına
düşüklər müşahidə edilir, 29%-də vaxtındanqabaq doğuşlar baş verir. Ensefalopatiya,
ürək, böyrək çatışmazlığı kimi ağırlaşmalar da mümkündür, onlar qadının ölümünə,
dölün hipotrofiyasına və hipoksiyasına (onun antenatal ölümünə qədər) gətirib çıxara
bilər. Yarımçıq doğulmuş uşaqların doğuşdan sonra ölməsi ehtimalı yüksəkdir.
Hamiləlik vaxtı, doğuş zamanı və doğuşdansonrakı dövrdə qanaxmalar da
mümkündür, belə ki, DDL (disseminasiyalı damardaxili laxtalanma) sindromunun I
mərhələsi üçün səciyyəvi olan trombositopeniya, koaqulyasiya həlqəsində
dəyişikliklər inkişaf edir. Sonralar DDL sindromunun 2-ci və hətta 3-cü tipi üzrə
ağır hipokoaqulyasiya baş verə bilər. Hamiləliyin erkən vaxtlarında hamilə qadının
müayinəsi və hamiləliyin saxlanması məsələsinin həlli vacibdir. Kəskin
qlomerulonefrit hamiləliyin dayandırılması üçün göstəriş sayılır. Keçirilmiş kəskin
qlomerulonefritdən sonra 3-5 ildən tez olmayaraq yenidən hamilə qalmağa izacə
verilir. Kəskinləşmə mərhələsində olan və kəskin hipertenziya və azotemiya ilə
müşayiət edilən xronik qlomerulonefrit hamiləliyin uzadılması üçün əksgöstərişdir.
Qlomerulonefrit olan qadında hamiləliyin aparılması və müalicəsi mama-
ginekoloq və nefroloq ilə birlikdə həyata keçirilir. Hamiləliyin erkən vaxtlarında
birincili hospitalizasiyadan başqa, həmçinin xəstənin ümumi vəziyyət ağırlaşdıqda,
24
hamiləliyin pozulması təhlükəsi əlamətləri, preeklampsiya, dölün hipoksiyası və
hipotrofiyası olduqda hamiləliyin istənilən müddətlərində stasionar müalicənin
aparılmasına göstəriş vardır . Hamiləliyin 36-37-ci həftəsində qadını doğuşa
hazırlamaq və doğuş metodunu seçmək üçün hamilə qadınların patologiyası şöbəsinə
planlı hospitalizasiyanın aparılması vacibdir. Böyrəklərin funksiyasının pozulması
(sutkalıq diurezin, yumaqcıq filtrasiyasının, böyrəyin qan dövranının azalması, zülal
mübadiləsinin
pozulması,
azotemiyanın
artması,
AT-nin
yüksəlməsi,
preeklampsiyanın ağır formalarının qoşulması, aparılan müalicənin səmərə
verməməsi) ilə müşayiət olunan xronik qlomerulonefritin kəskinləşməsini doğuşun
vaxtındanəvvəl aparılmasına göstəriş sayırlar. Bu zaman doğuş yollarının
hazırlanması və doğuşu oyatmaq üçün ümumi qəbul edilmiş sxem təyin edilir. Doğuş
vaxtı spazmolitiklər, analgetiklər tətbiq edilir, qanaxmaların profilaktikası aparılır.
Doğuşun II mərhələsi AT-nin qiymətindən, dölün vəziyyətindən (idarə olunan
hipotoniya, mamalıq maşaları, perineotomiya) asılı olaraq aparılır. Qlomerulonefriti
olan hamilə qadınlarda Qeysəriyyə kəsiyi nadir hallarda, əsas etibarilə mamalıq
göstərişlərinə görə yerinə yetirilir. Doğuşdansonrakı dövrdə vəziyyəti ağırlaşdıqda
zahı qadını ixtisaslaşdırılmış stasionara keçirirlər ki, bundan sonra o, terapevtin və ya
nefroloqun nəzarəti altında saxlanır .
Kəskin qlomerulonefritin müalicəsini antibiotiklər (penisillin və onun sintetik
analoqları) ilə başlanılır, həmçinin sidikqovucu preparatlarla birlikdə hipotenziv
vasitələrdən istifadə edilir. Qlomerulonefritin hipertonik formasında periferik
vazodilatatorlar, qanqlioblokatorlar, ürəyin işini azaldan vasitələr (klofelin 0,000075-
0,00015 dozada gündə 2-4 həb, anaprilin 0,01 dozada gündə 4 dəfə yeməkdən sonra,
obzidan 0,04 dozada gündə 2-4 dəfə və ya 0,1% məhlul şəklində ə/d 1-5 ml;
apressin 0,01-0,025 dozada gündə 2-4 dəfə, 2%-li papaverin məhlulundan ə/d 2,0 ml,
1%-li dibazol məhlulu ə/d 2-3 ml, 2,4%-li eufillin məhlulu v/d 10 ml; diadinamik
cərəyan, yaxalıq zonasının qalvanizasiyası, böyrəklər nahiyəsinə impuls rejimində
US; v/d zülal preparatları: albumin 5%-10%-20% - 75-100 ml, protein 200-300 ml,
quru plazma 1:3 nisbətində 200-100 ml həftədə 1-2 dəfə, vitaminlər,
desensibilizasiyaedici vasitələr istifadə edilir. Kəskin böyrək çatışmazlığı zamanı ilk
25
öncə diaqnostik və müalicə məqsədilə sidik axarlarının kateterizasiyasını aparmaq
lazımdır .
SIDIK DAŞI XƏSTƏLIYI
Sidik daşı xəstəliyi (SDX) 0,1-0,2% hamilə qadında və zahı qadında rast gəlinir.
Böyrəklərdə daşların əmələ gəlməsi mexanizmi indiyə qədər məlum deyildir.
Şübhəsiz, söhbət polietioloji xəstəlikdən gedir. SDX-nin inkişaf etməsində
aşağıdakılar rol oynayır: fosfor-kalsium mübadiləsinin dəyişilməsi, sidik və kəhraba
turşusunun mübadiləsinin pozulması, sidik axarlarının və ləyənciklərin genişlənməsi,
onların tonusunun azalması, sidiyin axmasının çətinləşməsi və sidiyin qatılığının
yüksəlməsi – bunların hamısı daşların əmələ gəlməsinə şərait yaradır. İnfeksiyaların
da böyük rolu vardır. Xəstənin endemik ocaqda yaşaması ehtimalına da diqqət
vermək lazımdır. Xronik pielonefritin olması isə aparıcı amil sayılır. Xronik
pielonefrit 85% hamilə qadınlarda sidik daşı xəstəliyi ilə ağırlaşır, 80%-də isə sidik
daşı xəstəliyinə pielonefrit qoşulur.
Hamiləliyin konkrementlərin sürətlə böyüməsi üçün əlverişli şərait yaratması
haqqında söylənilən fikirlər sidikdə duzların yüksək miqdarda olmasına, hormonal
dəyişikliklərin baş verməsinə, urodinamikanın pozulmasına və böyrəklərdə iltihab
prosesin ağırlaşmasına əsaslanmışdır. Eyni zamanda hamiləlik indiyə qədər latent
sürən xəstəliyin aşkar edilməsinə də imkan verir. Məsələn, sidik daşı xəstəliyinin ən
ağır forması - mərcanşəkilli daşlar – çox vaxt az nəzərə çarpan simptomlarla keçir,
yalnız hamiləlik zamanı böyrəklərin funksiyası kəskin pozulduqda aşkar erdilir.
Nefrolitiaz və onun fəsadları hamiləliyin saxlanması üçün ciddi maneə ola bilər,
çünki morfoloji dəyişikliklərin xarakteri xəstəliyin müddətindən, iltihab prosesinin
olmasından, sidik yollarının obstruksiyasından asılıdır. Böyrəklərin fuknsiyasının
daha əhəmiyyətli dəyişiklikləri ikitərəfli nefrolitiaz və ya yeganə böyrəyin
zədələnməsi zamanı müşahidə olunur. Urodinamikanın dəyişilməsi və sidik
axarlarının hipertorofiyası daşların yerdəyişməsinə kömək edir, ona görə də hamiləlik
Dostları ilə paylaş: |