H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


İstehsal binalarının sahəsinin hesabı



Yüklə 1,41 Mb.
səhifə42/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

İstehsal binalarının sahəsinin hesabı.

TX və CT zonalarının və istehsal sahələrinin sahəsi ANM-in layihələndirilməsi metodu ilə eynidir.



Anbar və duracaqların sahəsinin hesabı.

Şəhər tipli TXS-lər üçün anbar binalarının sahəsi hər 1000 kompleks xidmət olunan avtomobil üçün qəbul edilmiş xüsusi anbar sahələrinə görə hesablanır.


Fan = , m2
burada: fx- ehtiyat hissələr üçün -32 m2; aqreqatlar üçün- 12 m2; materiallar üçün -6 m2; lak-rəng və kimyəvi materiallar üçün - 4 m2; yağlama materialları üçün - 6 m2 qəbul edilir [1,4].

TX və CT zamanı avtomobil ləvazimatlarının saxlanması üçün kiçik anbarların sahəsi hər işçi postuna 1,6 m2 sahə nəzərdə tutulur. Avtomobil sahiblərinə satılacaq ehtiyat hissələrin saxlanması üçün sahə ehtiyat hissələr anbarının sahəsinin 10 %-i qədər nəzərdə tutulur.

Yol tipli TXS-lər üçün ehtiyat hissə və materiallar anbarının sahəsi hər bir işçi postuna 5-7 m2 qəbul edilir.

Avtoservisin qarşısında müştəri avtomobilləri üçün duracaq avtomobil-yerləri nəzərdə tutulmalıdır. Gözləmə üçün avtomobil- yerlərinin sayı hər 10 işçi postu üçün 7-10 duracaq – avtomobil yerləri nəzərdə tutulmalıdır [4].

Yol tipli TXS-lərin, adətən yanacaq doldurma stansiyaları ilə bir yerdə və nisbətən yaşayış məntəqələrinə yaxın planlaşdırılması məqsədəuyğun hesab edilir.

Yol tipli stansiyaların qarşısında hər işçi posta 1-2 avtomobil-yeri nəzərdə tutulmalıdır.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə