49
Əkinə qulluq. Arat olunmayan yerlərdə səpindən
sonra dərhal
suvarma aparılmalıdır. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq
üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu
mala il
ə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-
4,2 markalı kultivatorla yumşaldılmalıdır.
Tor g
ənəciyinə və yarpaqyeyən həşəratlara qarşı vegetasiya
müdd
ətində karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fos-
famidl
ə (Bİ-58) 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra
çil
əmə kükürd tozu ilə əvəz edilir.
Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı
4 d
əfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma
çiç
əklənmənin başlanğıcında, 3-cü suvarma
paxlalar əmələ gəldikdə
v
ə 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir.
Suvarma
yağış yağdırma üsulu ilə hektara 500-600 m
3
, şırımlarla infiltrasiya
yolu il
ə 700-800 m
3
su normasında keçirilir.
M
əhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona görə
d
ə dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə
fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların
saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5
Niva, SK-4A, SKD-5P, SKD-
5M, “Sibiryak” kombaynları ilə yığıl-
malıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək
üçün nizam-
lan
malıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka
arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm,
çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrlər sayı də-
qiq
ədə 400-500 -ə endirilməlidir.
Yetişməni sürətləndirmək məqsədilə gecyetişən sortlar əkilən
sah
ələrdə desikasiya aparılır. Bu məqsədlə dəndə nəmlik 40-45%
olduqda maqnezium -
xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq
sah
əyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya
aparılmır.
Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa
asfalt meydança-
da gün
əş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.